Məhkəmə qərarları › İş №e-2(006)-2020/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-2020/2025

18.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-2020/2025 18.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi ilə İddiaçı cavabdeh LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdərək xx.xx.2014cü il tarixli, 1MS**********3650000 saylı kredit müqaviləsi üzrə ondan əlavə olaraq tutulmuş 2677 (iki min altı yüz yetmiş yeddi ) manat pul vəsaitinin cavabdeh ləğv prosesində olan “ZaminBank" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq ona qaytarılması barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh2 ASC arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, İMS**********3650000 saylı kredit müqaviləsinə əsasən ona 5000 (beş min) manat kredit verilmişdir. İddia ərizəsinə əlavə olunmuş ödəmə qəbzlərindən də göründüyü kimi kredit məbləğini götürdükdən dərhal sonra da tərəfindən kreditin ödənilməsilə bağlı vaxtlı-vaxtında ödənişlər edilmişdir. Belə ki, xx.xx.2014-cü il tarixdən tərəfindən hər ay vaxtlı-vaxtında ödəmələr etməyə başlamış və nizam-intizamlı ödəyici olaraq həmin tarixdən də 08-xx.xx.2017-cı il tarixədək dövr üzrə-cəmi 4618 (dörd min altı yüz on səkkiz) manat kredit borcu ödəmişdir. Lakin müqavilə öhdəliyini vaxtlı-vaxtında ödəsə də, təəssüf ki, Cavabdeh2 ASC aradan 5 il müddət keçdikdən sonra, yəni 2022-ci ildən başlayaraq yenidən onun pensiyasından tutmalara başlamış və bu gün də tutmaqda davam edir. Belə ki, iddia ərizəsinə əlavə olunmuş kart hesabından çıxarışdan da göründüyü kimi xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək bank tərəfindən onun pensiya kartından əsassız olaraq 3059,13 (üç min əlli doqquz bir manat 13 qəpik) pul vəsaiti tutulmuşdur. Bir sözlə bu günədək ondan cəmi 7677, 13 (yeddi min altı yetmiş yeddi manat 13 qəpik) manat pul vəsaiti tutulmuşdur. Yəni, göründüyü kimi bank ondan bu günədək tam qanunsuz və əsassız olaraq 2677 (iki min altı yüz yetmiş yeddi) manat artıq pul tutmuş və bu gün də tutmaqda davam edir. Ən təəccüb və təəssüf doğuran hal budur ki, cavabdeh bankın ondan əlavə pul tutmaları yalnız ağır insulit xəstəliyə tutulduğu və çox ciddi maddi ehtiyaclara malik olduğu vaxtlara təsadüf etmişdir. Onun vaxtlı-vaxtında kredit ödənişləri etməyinə baxmayaraq 5 il müddətində ona heç bir yazılı və ya şifahi formada məlumat vermədən pensiyasından pul tutulmağa başlanılmışdır. İddia ərizəsinə əlavə olunmuş xəstəlik kağızlarından da göründüyü kimi o, hazırda onun 76 yaşı var, özü də ağır şəkər xəstəliyindən əziyyət çəkir və bir neçə dəfə də “insulit” keçirmişdir. Yəni, ciddi müalicəyə ehtiyacı var və müalicə üçün bahalı dərmanlar almalıdır. Lakin belə bir vəziyyətdə aldığı təqaüd cavabdeh bank tərəfindən tutulduğundan həmin dərmanları almaq imkanından da məhrum olmuş və bu səbəbdən də müalicə oluna bilmir. Hesab edir ki, Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundu tərəfindən əsssız olaraq onun pensiya kartından kredit borcundan artıq olaraq tutulan 2677 (ikimin altı yüz yetmiş yeddi ) manat pul vəsaiti ona qaytarılmalıdır. Bu səbəbdən də öz pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə baxış iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(036)-299/2021 nömrəli qətnaməsinə əsasən cavabdehlər İddiaçı, X1 və X2 müştərək qaydada xx.xx.2014-cü il tarixli, 8308 saylı kredit müqaviləsi üzrə 2987.64 manat əsas borc, 1642.41 manat faiz borcu, 200 manat cərimə borcu, 30 manat məbləğində dövlət rüsumu, cəmi 4860.05 (dörd min səkkiz yüz altmış manat, beş qəpik) manat məbləğində pul tutulub ləğv prosesində olan Cavabdeh2 ASCnin xeyrinə ödənilsin iddiası təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-2218/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Şirvan Rayon Məhkəməsinin İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(036)-299/2021 nömrəli qətnaməsi ləğv edilmiş və cavabdeh İddiaçıdan 2987.64 manat məbləğində pulun tutulub ləğv prosesində olan Cavabdeh2 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi qət edilmişdir. Əmanətlərin Sığortalanması Fondunun İmişli Rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı xx.xx.2025-ci il tarixli 12-5/2-7301/2025 saylı məktubundan görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(106)-2218/2021 saylı icra vərəqəsi üzrə borclular İddiaçı və X2 tələbkar ləğv prosesində olan “Zaminbank'’ ASC-nin xeyrinə cəmi 2987.64 (iki min doqquz yüz səksən yeddi manat 64 qəpik) manat borcun tutulması qət edilmişdir. Qeyd olunan icra sənədi üzrə borclu İddiaçı ləğv prosesində olan Cavabdeh2 ASC qarşısında borc öhdəliyi mövcud deyildir. Ona görə icra sənədi üzrə icraata xitam verilməsi xahiş olunur. Məhkəmə qeyd edir ki, tələbkar icra qurumuna müraciət edərək icra sənədi üzrə icraata xitam verilməsini xahiş etsə də, elektron məhkəmə informasiya sistemindən çıxarılmış məlumatlardan görünür ki, Cavabdeh2 ASC-nin tələbkar olduğu həmin iş üzrə icra sənədi İmişli Rayon İcra və Probasiya Şöbəsinin icraatındadır və icraata xitam verilməsi müəyyən edilmir. Belə olan halda iddiaçı, hazırkı tələbində irəli sürdüyü məsələ ilə bağlı - borcun artıq məbləğdə tutulması ilə bağlı icra məmurunun hərəkətlərindən şikayətlə icra icraatı qaydasında məhkəməyə müraciət etməli olduğu halda, ayrıca iddia qaldırmaqda haqlı olmamışdır. “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edilir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Mülki Prosessual Məcəllənin 261.0.1-cü maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Məhkəmə qeyd edir ki, “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, “mülki məhkəmə icraatı qaydasında baxılmalı deyil” müddəası isə iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və ya icra icraatı) baxılmalı olmasını ehtiva edir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, İddiaçı cavabdeh LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı pul tələbinə dair dair mülki iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Odur ki, iddiaçının nümayəndəsi tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı pul tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya, icra sənədinin icrası ilə əlaqədar məsələlərin icra icraatı qaydasında həll edilməli olması izah edilsin. Dövlət büdcəsinə ödənilmiş 50 manat məbləğində dövlət rüsumu (“Asan” ödəniş sistemi, mədaxil qəbzi **********70 tarix: xx.xx.2025-ci il, saat 13:13:18) İddiaçı geri qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar