Məhkəmə qərarları › İş №e-2(006)-2026/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2026/2024

26.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2026/2024 26.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, cavabdeh X2 iştirakı ilə, iddiaçı "Bank VTB (Azərbaycan)" ASC-nin cavabdeh X3 qarşı "kredit borcunun qaytarılması" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı "Bank VTB (Azərbaycan)" ASC cavabdeh X3 qarşı "kredit borcunun qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X5 arasında “Bank Xidmətlərinin göstərilməsi X4 şərtlərinə” əsasən xx.xx.2022-ci il tarixli 219028-CNS-41097 saylı “Nağd pul kreditinin şərtlərinə dair Ərizəsi” əsasında oferta aksept qaydalarına uyğun olaraq bağlanılmış müqaviləyə əsasən xx.xx.2024-cü il tarixinə Banka borclu olduğu 4656,08 manat məbləğində əsas borc, 258,47 manat məbləğində faiz borcu, 202,05 manat əbləğində cərimə borcu, xx.xx.2022ci il tarixli 219028-CNS-41475 saylı müqavilə üzrə 5812,86 manat məbləğində əsas borc, 297,34 manat məbləğində faiz borcu, 199,4 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 11426,2 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 124,28 manat dövlət rüsumunun X1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Mamedova (Əliyeva) Elnarə Ramis qızı arasında “Bank Xidmətlərinin göstərilməsi X4 şərtlərinə” əsasən xx.xx.2022-ci il tarixli 219028-CNS-41097 saylı “Nağd pul kreditinin şərtlərinə dair Ərizəsi” əsasında oferta aksept qaydalarına uyğun olaraq bağlanılmış müqavilələrə əsasən illik 14,5 faiz hesablanması şərti ilə 59 ay müddətinə müvafiq olaraq 6424 və 7730 manat məbləğində kredit (Bank xidmətlərinin göstərilməsi X4 şərtlərinin 7.22.2-ci bəndinə əsasən kredit alanın cari hesabından kart hesabına köçürülməklə) X3 verilmişdir. Lakin borclu şəxs X5 üzərinə götürdüyü kredit öhdəliyini xx.xx.2023-cü il tarixdən lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka ümumilikdə 11426,20 manat məbləğində borcu yaranmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir və Bank borcludan vəzifəsinin icrasını (“Bank Xidmətlərinin göstərilməsi X4 şərtləri”nin 7.20.3-cü bəndinə əsasən “Ödəniş cədvəli” ilə müəyyən edilən müddətlər “Kredit alan” tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda, Həmin şərtlərin 7.2-ci bəndə əsasən öhdəliyin icra edilməsini tələb etmək hüququna malikdir”) tələb etmək hüququ vardır. X5 tərəfindən imzalanmış xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli nağd pul kreditinin əsas şərtlərinə dair Müştəri ərizələrindən müəyyən edilir ki, “Bank Xidmətlərinin Göstərilməsi X4 Şərtləri” ilə tanış olmuş və həmin şərtləri qəbul etmişdir. “Bank Xidmətlərinin Göstərilməsi X4 Şərtləri”nə əsasən isə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək Müştərinin, yəni “Kredit alan”ın vəzifəsidir (7.3-cü bənd). “Bank Xidmətlərinin Göstərilməsi X4 Şərtləri”nin 7.11-ci bəndinə əsasən ...Bu Müqavilə üzrə gecikdirilmiş kreditə görə, Nağd pul kreditləri üzrə, hər gecikdirilən gün üçün Ərizə-Razılaşmada göstərilən cərimə tətbiq edilir. xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli nağd pul kreditinin əsas şərtlərinə dair Müştəri Ərizələrindən isə müəyyən edilir ki, gecikdirilmiş borc üzrə hər gecikdirilən gün üçün hər tam və ya natamam 10 manat üçün 0.05 manat məbləğində cərimə hesablanır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə X3 dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilələrin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Cavabdehə pretenziya qaydasında müraciət olunmuşdur. Tərəflərin iştirakı və izahatlar: İddiaçı tərəf məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bankla müqavilə bağladığını, həmin pulları bankdan götürdüyünü bildirmiş, lakin hazırda həmin məbləği tam şəkildə ödəyə bilmədiyini qeyd etmişdir. Onun ailə vəziyyətinin, maddi durumunun nəzərə alınmasını xahiş etmişdir. İş materialları: xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh tərəfindən İddiaçı ASC-yə 6424 manat nağd pul kreditinin götürülməsi üçün müraciət edilmişdir. xx.xx.2022-ci il tarixli 219028-CNS-41097 №-li Kredit müqaviləsinə 1 №-li əlavə olan ödəniş cədvəlindən görünür ki, cavabdehin qeyd edilən məbləğin qaytarılması ilə bağlı aylar üzrə 152,92 manat məbləği 59 ay müddətində ödəməsi nəzərdə tutulmuşdur. İddiaçı ASC-də 219028-CNS-41097 №-li Nağd pul Kreditinin əsas şərtlərinə dair müştəri ərizəsindən görünür ki, cavabdeh iddiaçı ilə 6424 manat məbləği 59 ay müddətinə illik 14,5% faiz dərəcəsi ilə kreditə götürmək barədə iradəsini ifadə etmişdir. xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh tərəfindən İddiaçı ASC-yə 7730 manat nağd pul kreditinin götürülməsi üçün müraciət edilmişdir. xx.xx.2022-ci il tarixli 219028-CNS-41475 №-li Kredit müqaviləsinə 1 №-li əlavə olan ödəniş cədvəlindən görünür ki, cavabdehin qeyd edilən məbləğin qaytarılması ilə bağlı aylar üzrə 184,2 manat məbləği 59 ay müddətində ödəməsi nəzərdə tutulmuşdur. İddiaçı ASC-də -219028-CNS-41475_№-li Nağd pul Kreditinin əsas şərtlərinə dair müştəri ərizəsindən görünür ki, cavabdeh iddiaçı ilə 7730 manat məbləği 59 ay müddətinə illik 14.5% faiz dərəcəsi ilə kreditə götürmək barədə iradəsini ifadə etmişdir. xx.xx.2024-cü il tarixli arayışlardan görünür ki, cavabdehin iddiaçı banka xx.xx.2022-ci il tarixli “Nağd pul krediti müqaviləsi” üzrə xx.xx.2024-cü il tarixinə 4656,08 manat əsas, 258,47 manat faiz, 202,05 manat cərimə borcu olmaqla, cəmi 5116,60 manat borcu vardır və cavabdeh müqavilə üzrə öhdəliyini xx.xx.2023-cü il tarixdən icra etmir, həmçinin, cavabdehin iddiaçı banka xx.xx.2022-ci il tarixli “Nağd pul krediti müqaviləsi” üzrə xx.xx.2024-cü il tarixinə 5812,86 manat əsas, 297,34 manat faiz, 199,40 manat cərimə borcu olmaqla, cəmi 6309,60 manat borcu vardır və cavabdeh müqavilə üzrə öhdəliyini xx.xx.2023-cü il tarixdən icra etmir. xx.xx.2022-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh 5610 manat məbləğində, xx.xx.2022-ci il tarixli kassa məxaric orderinə əsasən isə X5 7614 manat məbləğində pulu bankdan götürmüşdür. xx.xx.2024-cü il tarixli pretenziya məktublarından görünür ki, iddiaçı tərəfindən cavabdeh X3 borcu ödəməsi ilə bağlı məhkəməyə qədər müraciət edilmişdir. Tətbiq edilməli qanunvericilik: Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı ilə formalaşdırdığı hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmənin qiymətləndirməsi: İş materiallarında olan sənədlərdən göründüyü kimi, Mamedova (Əliyeva) Elnarə Ramis qızı xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli müqavilələr üzrə kredit məbləğini almış, ayrılmış kredit məbləğinin ödəniş cədvəlinə əsasən qaytarılmasını təmin etməsinə dair öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iş üzrə cavabdeh X1 xx.xx.2022-ci il tarixli 219028-CNS-41097 saylı “Nağd pul krediti müqaviləsi” üzrə 4656,08 (dörd min altı yüz əlli altı manat səkkiz qəpik) manat məbləğində əsas borc, 258,47 (iki yüz əlli səkkiz manat qırx yeddi qəpik) manat məbləğində faiz borcu, 50 (əlli) manat cərimə borcu olmaqla cəmi 4964,55 (dörd min doqquz yüz altmış dörd manat əlli beş qəpik) manat; xx.xx.2022-ci il tarixli 219028-CNS-41475 saylı “Nağd pul krediti müqaviləsi” üzrə 5812,86 (beş min səkkiz yüz on iki manat səksən altı qəpik) manat əsas borc, 297,34 (iki yüz doxsan yeddi manat otuz dörd qəpik) manat faiz borcu, 50 (əlli) manat cərimə borcu olmaqla cəmi 6160,2 (altı min yüz altmış manat iyirmi qəpik) manat, ümumilikdə cəmi 11124,75 (on bir min yüz iyirmi dörd manat yetmiş beş qəpik) manat tutularaq İddiaçı ASCyə ödənilməlidir. Həmçinin, tələbin təmin edilmiş hissəsinə münasibətdə 124,28 (yüz iyirmi dörd manat iyirmi səkkiz qəpik) məbləğində dövlət rüsumu cavabdeh X1 tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Belə ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, hər iki müqavilə üzrə 50 manat olmaqla, cəmi 100 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun tutulması ilə yanaşı, qeyd olunan məbləğdə dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X1 xx.xx.2022-ci il tarixli 219028-CNS-41097 saylı “Nağd pul krediti müqaviləsi” üzrə 4656,08 (dörd min altı yüz əlli altı manat səkkiz qəpik) manat məbləğində əsas borc, 258,47 (iki yüz əlli səkkiz manat qırx yeddi qəpik) manat məbləğində faiz borcu, 50 (əlli) manat cərimə borcu olmaqla cəmi 4964,55 (dörd min doqquz yüz altmış dörd manat əlli beş qəpik) manat; xx.xx.2022-ci il tarixli 219028-CNS-41475 saylı “Nağd pul krediti müqaviləsi” üzrə 5812,86 (beş min səkkiz yüz on iki manat səksən altı qəpik) manat əsas borc, 297,34 (iki yüz doxsan yeddi manat otuz dörd qəpik) manat faiz borcu, 50 (əlli) manat cərimə borcu olmaqla cəmi 6160,2 (altı min yüz altmış manat iyirmi qəpik) manat, ümumilikdə cəmi 11124,75 (on bir min yüz iyirmi dörd manat yetmiş beş qəpik) manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumuna görə 124,28 (yüz iyirmi dörd manat iyirmi səkkiz qəpik) məbləğində pul cavabdeh X1 tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar