Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2048/2024 04.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdeh "Azərbaycan Yerüstü Nəqlı̇ yyat Agentlı̇ yı̇ ” PHŞ-nin nümayəndəsi X11, cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı Nəcəfqulı̇ yeva Xanım Təvəkgül qızının cavabdehlər "Azərbaycan Yerüstü Nəqlı̇ yyat Agentlı̇ yı̇ ” X23 və "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyətı̇ nə qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Nəcəfqulı̇ yeva Xanım Təvəkgül qızı cavabdehlər "Azərbaycan Yerüstü Nəqlı̇ yyat Agentlı̇ yı̇ ” X23 və "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyətı̇ nə qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum əri Tahir Nəcəfquliyev Azərbaycan Dövlət Neft Şirkətinin nəzdində olan “Neftqaztikinti” trestinin 3 saylı tikinti quraşdırma idarəsində quraşdırıcı işləmişdir. 31 avqust 2012-ci il tarixdə səhər saat 07 radələrində Tahir işə getmək üçün evdən çıxmış, saat 09 radələrində eşidəndə ki, Lökbatan qəsəbəsində 124 saylı marşurut avtobusu qatarla toqquşub, çoxlu xəsarət alan var, dərhal ərinin mobil telefonuna zəng vurub əlaqə saxlamaq istəmişdir. Lakin tanımadığı bir nəfər cavab verib telefonu hadisə yerində tapdığını, telefonun sahibinin isə “Semaşko’' xəstəxanasına aparıldığını demişdi. Bundan sonra ərinin toqquşma zamanı qatarın altına düşərək öldüyü məlum olmuşdu. Həmin hadisə ilə əlaqədar cinayət işi qaldırılmışdı. X3, 2012-ci il avqust ayının 31-də "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Qaradağ rayonu ərazisində Heybət-Puta mənzilinin 513-cü km-nin piket 3-də yerləşən qorunan keçiddə keçid növbətçisi vəzifəsində növbədə olarkən dəmir yolu nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını təmin etmək üçün keçiddə Ağstafa-Bakı sərnişin qatarının yaxınlaşması barədə səs və rabitə siqnalının verildiyinə baxmayaraq “Dəmir yolu keçidlərinin istismarına dair təlimat”ın 4.5, 4.6 və 4.7-ci bəndlərinin tələblərini pozub, hadisənin qarşısını almağa texniki imkanı olduğu təqdirdə, şlaqbaumları vaxtında bağlamamış və avtomobil yolu ilə nəqliyyat vasitələrinin keçiddən keçməsinə qadağa qoymamış, eləcə də "xxxx" MMC-də sürücü işləyən “Lökbatan qəsəbəsi - 28 May küçəsi” 124-cü marşurut xətti ilə hərəkət edən X18 idarə etdiyi «Daewoo» markalı, Az-**-TF-*** dövlət nömrə nişanlı avtobusla hərəkət edərkən Heybət-Puta mənzilinin 513-cü km-nin piket 3-də yerləşən qorunan keçiddə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 44-cü maddəsinin 3-cü hissəsinin, 2-ci və 5-ci bəndlərinin tələblərini pozaraq şlaqbaumun vəziyyətindən və mövcudluğundan asılı olmayaraq keçidə qatar (lokomotiv, drezina) yaxınlaşmasına əmin olmadan keçməməli olduğu halda, qanunun həmin tələblərini pozaraq sağ tərəfdən Bakı istiqamətində hərəkətdə olan qatarın yaxınlaşmasına, salondakı sərnişinlərin qatarın artıq çatmasını deyərək qışqırmalarına, keçidin yaxınlığında olan şəxslərin təhlükə barədə qışqırıb ona xəbər vermələrinə, habelə qatarın həyəcan siqnalına əhəmiyyət verməyib avtobusu dayandırmayaraq qatarın qarşısına sürmüş, nəticədə saat 07:28 dəqiqədə sərnişin avtobusu açıq şlaqbaumdan keçərək 97 saylı Ağstafa-Bakı sərnişin qatarı ilə toqquşmuş, hadisədə avtobusda olan sərnişinlərdən X8 həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq ölmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 dekabr 2013-cü il tarixli, 1(101)-248/2013 saylı hökmünə əsasən X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 262.3-cü maddəsi ilə təqsirli bilinib 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, X18 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinib 03 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum olunmaqla 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 27 fevral 2014-cü il tarixli qərarı ilə hər iki şəxsə təyin edilmiş cəza 9 ilə qaldırılmışdır. Ali Məhkəmənin 28 oktyabr 2015-ci il tarixli qərarı ilə Eyyub İsmayılovun vəkili və məhkum Fərid Ağayev özü tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilmədən qərar dəyişdirilmədən saxlanılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 dekabr 2013-cü il tarixli, 1(101)-248/2013 saylı qanuni qüvvəyə minmiş hökmü ilə baş vermiş hadisədə cavabdehlərin məsuliyyəti təsdiq olunur və hazırki mülki işdə preyudisial əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neftqaztikinti” Trestindən verilmiş 14-2-14/2-2043/2023 nömrəli 22 noyabr 2023-cü il tarixli arayışdan görünür ki, mərhum həyat yoldaşı X4 əmək haqqı 2012-ci ildə 1099,5 manat olmuşdur. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neftqaztikinti” Trestindən verilmiş **********30420308X00071 nömrəli 16 aprel 2020-ci il tarixli arayışdan görünür ki, “Neftqaztikinti” trestinin dəniz şəraitində işləyən 5-ci dərəcəli polad və dəmir beton konstruksiyaların quraşdırıcısı peşəsi üzrə 2012-ci il üçün orta aylıq əmək haqqı 1021,73 manat təşkil etmişdir. 1.021,73x4 (ay)=4.086,92 manat 1.021,73x12 (ay)=12.260,76 manat 12.260,76x11 (il)=134.868,36 manat 1.021,73x2 (ay)=2.043,46 manat 4.086,92+2.043,46+134.868,36=140.998,74 manat. Hazırda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neftqaztikinti” Trestinin dəniz şəraitində işləyən 5-ci dərəcəli polad və dəmir beton konstruksiyaların quraşdırıcı peşəsi üzrə əmək haqqı 1496 manatdan çoxdur. Onunla hesablansa, iddiaçıya daha çox zərər vurulmuş sayılır. Lakin qanunun tələbinə əsasən həyat yoldaşı vəfat edənədək sağlığında dolanacaq üçün aldıqları son məbləğ 2012-ci ildə olmuşdur. O hesabla həyat yoldaşı vəfat etməsəydi, 200 min manat ətrafında vəsait almalı idi. Lakin cavabdehin məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətlərinə görə baş verən hadisə nəticəsində yuxarıda hesabladığı məbləğdə, yəni 140.998,74 manat zərər vurulmuşdur. Göstərilənlərə əsasən, ailəni dolandıranın ölümü (ailə başçısının itirilməsi) nəticəsində vurulmuş ziyanın 141.000 (yüz qırx bir min) manat məbləğində pulun cavabdehlər "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən və Cavabdeh1ndən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 3.Cavabdeh1 nümayəndəsi məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 (bundan sonra-Agentlik) X23nə və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həyat yoldaşının olduğu 124 saylı marşrut avtobusunun 31 avqust 2012-ci il tarixində, saat 07.00 radələrində Lökbatan qəsəbəsində qatarla toqquşması nəticəsində ölməsi səbəbi ilə ailəni dolandıranın ölümü (ailə başçısının itirilməsi) nəticəsində ona vurulmuş 141.000 (yüz qırx bir min) manat pulun ödənilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddiaçının iddia ərizəsində göstərdiyi tələb qanunsuz və əsassızdır. İddiaçı ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxs olduğunu iddia etmişdir. İddiaçının zərərçəkən (ailə başçısının) öldüyü halda zərərin əvəzinin ödənilməsi hüququ o halda yarana bilər ki, o, ölənin himayəsində olmuş əmək qabiliyyəti olmayan şəxs və ya zərərçəkənin öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik əmək qabiliyyəti olmayan şəxs olsun. Bu iki haldan biri olduqda iddiaçı zərərin əvəzinin ödənilməsini tələb edə bilər. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsində 31 avqust 2012-ci il tarixində baş vermiş hadisənin təsviri və işin faktiki halları göstərilmişdir. Lakin, tələbin hüquqi əsasları əks olunmamışdır. Eyni zamanda iddiaçı həyat yoldaşının öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxs statusunda olmasını təsdiq edəcək hər hansı bir sənəd təqdim etməmişdir. Ailə qanunvericiliyinə əsasən ər-arvadın bir-birilərinə maddi cəhətdən kömək etməli olmaları qeyd edilmişdir, tərəf qanunvericilikdə göstərilən şərtlər mövcud olduqda əri (arvadı)ndan alimentin verilməsini tələb etmək hüququna malikdir. Bu hal ər-arvadın bir-birinin himayəsində olması kimi qiymətləndirməmişdir. Yəni ər-arvadın bir-birinə kömək etmək vəzifəsi heç bir halda onların bir-birlərinin himayələrində olmaları anlamına gəlmir. Hazırki iş üzrə iddiaçı tərəfindən təqdim edilən iddia ərizəsində isə yuxarıda göstərilən əsasların heç biri mövcud olmadığından iddiaçının cavabdehdən maddi ziyan tələb etmək hüququ yaranmamışdır. Odur ki, İddiaçı iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.Daha sonra Cavabdeh1 nümayəndəsi etiraza əlavə ünvanlayaraq bildirmişdir ki, Cavabdeh1 "xxxx" MMC-nin hüquqi varisi deyil. Azərbaycan Respublikası Prezidenti Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan qurumlarla əlaqədar 1463 nömrəli Fərmanın imzalandığı eyni gündə, yəni 11 oktyabr 2021-ci il tarixində həmçinin “Dəniz nəqliyyatı sahəsində idarə etmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 1462 nömrəli Fərman imzalamışdır. Həmin fərmana əsasən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X13, habelə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X13 tabeliyində X1 Mərkəzi, eləcə də Nəqliyyat və Texniki-Təminat İdarəsi publik hüquqi şəxslərin əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində “Dövlət Dəniz və Liman Agentliyi” publik hüquqi şəxs yaradılmışdır. Qeyd edilən Fərmanın 3.2-ci bəndinə əsasən, “Dövlət Dəniz və Liman Agentliyi” publik hüquqi şəxs bu Fərmanın 1-ci hissəsində göstərilən qurumların hüquqi varisidir, onların hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir. Göründüyü kimi, eyni nazirliyin tabeliyində olan müəssisələr barədə ölkə Prezidenti tərəfindən eyni gündə iki fərman 1462 və 1463 imzalanılaraq hüquqi forması publik hüququ şəxs olan iki Agentlik yaradılmış, bunlardan biri, yəni “Dövlət Dəniz və Liman Agentliyi” əsasında yaradılmış müəssisələrin hüquq varisi elan edilsə də, digəri yəni Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi isə əsasında yaradılmış müəssisələrin hüquqi varisi kimi tanınmamış, fərmanda qeyd edilən müəssisələrin hüquq və öhdəliklərinin yeri yaradılmış publik hüquqi şəxsə keçməsi göstərilməmişdir. Həmin Fərmanla qeyd edilən müəssisələrin ancaq balanslarında olan dövlət əmlakı yeni yaradılmış Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə verilmişdir. Digər tərəfdən də Agentliyin Nizamnaməsində də Agentliyin hər hansı bir qurumun hüquqi varisi olması göstərilməmişdir. Oxşar işdə də Ali Məhkəmə məhz yuxarıda göstərilən xüsusatlara istinad etmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası özünün xx.xx.2024-cü il tarixli, 2-2(102)-131/2024 nömrəli qərarında ləğv edilmiş qurumlarının passivlərinin yeni yaradılmış quruma verilmədiyinə diggəti çəkməklə qeyd etmişdir: “34. Əvvəla, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin o mövqeyi ilə razılaşır ki, PHŞ DMEA-nın hüquqi varisi olmadığından, DMEA-nın hüquq, vəzifə və öhdəlikləri PHŞ-ə keçmədiyindən, ona münasibətdə iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. 35. Belə ki, PHŞ DMEAnın bazasında yaradılsa da və sonuncunun balansında olan əmlaklar yeni yaradılmış PHŞ-nin balansına verilsə də, DMEA-nın passivləri PHŞ-yə verilməmiş, eləcə də PHŞ-nin nizamnaməsində, yaxud digər hüquqi aktda onun DMEA-nın hüquqi varisi olması müəyyən edilməmişdir. Odur ki, PHŞ-nin, DMEA-nın hüquqi varisi hesab edilməsi üçün əsas yoxdur”. Digər tərəfdən də tərəflərindən təqdim edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin 11 dekabr 2023-cü il tarixli, **********523500 nömrəli Kommersiya qurumunun dövlət qeydiyyatının ləğv edilməsi haqqında **********20 nömrəli bildirişindən göründüyü kimi, "xxxx" MMC xx.xx.2024-cü il tarixdə ləğv edilmiş və həmin qurum Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır. 5.Daha sonra cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyətı̇ nin nümayəndəsi X12 İddiaçı iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddianı qəbul etmir və hesab edir ki, iddia tələbi əsassızdır və rədd olunmalıdır. Belə ki, iddiaçının ərinin baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində vəfat etməsi işin mübahisəsiz halıdır və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-5230/2021 saylı qətnaməsi ilə iddiaçıya cavabdeh tərəfindən 10.000 (on min) manat məbləğində mənəvi zərərin əvəzi olaraq ödənilməsi qət olunmuş və 2021-ci ilin oktyabr ayında qeyd olunan məbləğ cavabdeh tərəfindən ödənilmişdir. Hazırda isə iddiaçı tərəfindən ailənin dolandıranın ölümü (ailə başçısının itirilməsi) nəticəsində 141.000 manat məbləğində maddi ziyanının ona ödənilməsi barədə iddiası tamamilə əssassız və qanunaziddir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1121.1-ci maddəsinə əsasən zərərçəkənin (ailə başçısının) öldüyü halda aşağıdakıların zərərin əvəzinin ödənilməsi hüququ vardır. İddiaçı iddia ərizəsində 1121.1.1-ci maddəsinə istinad etsə də, lakin həmin vaxt ərinin himayəsində olmasını və ya əmək qabiliyyətinin olmaması barədə təsdiq edən sübutları əlavə etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 33.6-ci maddəsinə əsasən on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar üzərində, habelə spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi və ya qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki şəxslər üzərində himayəçilik təyin edilir. Lakin iddiaçı tərəfindən bu normaya uyğun sübutlar təqdim olunmamışdır. İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tibbi-sosial ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə sənəd təqdim edilmişdir. Həmin sənədə əsasən iddiaçıya xx.xx.2017-ci ildə ikinci dərəcəli əlilik təyin edilmişdir və əmək zəmanəti kimi yüngül işlərdə işləyə bilməsi qeyd olunmuşdur. Beləliklə, iddiaçıya 1121.1.1-ci hissə də şamil oluna bilməz, çünki iddiaçının əri ölən günü iddiaçı əmək qabiliyyətli olub, hətta indi də ikinci dərəcəli əlillik aldığına baxmayaraq iddiaçı əmək qabiliyyətini itirməyib. Yuxarıda qeyd olunanları əsas tutaraq, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “ailə başçısının itirilməsi tələbi”nə dair iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. 6.Sonradan cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyətı̇ nin nümayəndəsi X12 iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək bildirmişdir ki, iddiaçı X2 cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə (ADY) qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək ADY-dən ailənin dolandıranın ölümü (ailə başçısının itirilməsi) nəticəsində 141.000 manat məbləğində maddi ziyanın ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edilir ki, iddia qanunvericiliyin tələbləri pozularaq verildiyindən qanunsuz və əsassızdır, buna görə də rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən başaa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir, həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. İddiaçı əri xx.xx.2012-ci il tarixdə vəfat etmiş və iddiaçının da bundan xəbəri olmuşdur. Beləliklə, iddiaçı ümumi iddia müddətini buraxmışdır. Göstərilənləri nəzərə alaraq, İddiaçı cavabdeh “Azərbaycan Dəmir Yolları" QSC-yə qarşı "maddi ziyanın ödənilməsi tələbi"nə dair iddia ərizəsini iddia müddəti buraxıldığı üçün rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 7.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçının mərhum həyat yoldaşı vəfat edənə qədər “SOCAR”-da işləyib. Bununla bağlı sənədləri məhkəməyə təqdim etmişdir. İddiaçı isə işləməyib. Onun bütün ehtiyaclarını həyat yoldaşı qarşılayıb. Yəni, iddiaçı həyat yoldaşının himayəsində olub. Himayəçilik institutu sadəcə şəxsin azyaşlı övladlarını və ya spirtli içkilər və narkotik vasitələrdən istifadə və ya qumara qurşanma ilə qısıtlanmır. Bu anlayışı geniş mənada başa düşmək lazımdır. Ona görə də AR MM-nin 1121-ci maddəsi iddiaçını da əhatə edir. Bundan başqa, iddiaçının həyat yoldaşı vəfat etdikdən sonra 5 il ərzində iddiaçı 2-ci dərəcəli sağlamlıq imkanları məhdud şəxs hesab edilmişdir. Yəni iddiaçı yuxarıda qeyd edilən maddənin təsir dairəsinə düşən şəxsdir. İddia müddətinin tətbiqi barədə bildirmişdir ki, həyat və sağlamlığa vurulmuş ziyanla bağlı tələblərə iddia müddəti tətbiq olunmur. Həmçinin, hüquqi varisliklə bağlı bildirmişdir ki, iddiaçının həyat yoldaşının vəfat etməsi ilə bağlı iddiaçıya vurulmuş mənəvi ziyanın ödənilməsi ilə əlaqədar tərəflərindən başqa bir iddia qaldırılmış və həmin iddia tələbi ilə bağlı məhkəmə tərəfindən tutulan pul "Azərbaycan Yerüstü Nəqlı̇ yyat Agentlı̇ yı̇ ” PHŞ tərəfindən iddiaçıya ödənilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 8.Məhkəmə iclasında cavabdeh "Azərbaycan Yerüstü Nəqlı̇ yyat Agentlı̇ yı̇ ” X20 nümayəndəsi X15 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçı AR MM-nin 1121-ci maddəsinin təsir dairəsinə düşmür. Heç bir halda iddiaçının mərhum həyat yoldaşının himayəsində olmasını qəbul etmək olmaz, çünki AR MM-də himayədə olan şəxslərin kimlər olması tam olaraq müəyyən olunmuşdur. İddiaçının mərhumun həyat yoldaşı olması onun mərhumun himayəsində olması demək deyildir. AR Ailə Məcəlləsində də həyat yoldaşın digər həyat yoldaşına maddi köməyi himayə deyil, aliment kimi qeyd edilmişdir. Bundan başqa, burada subyektiv cavabdeh də onlar deyil. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 aprel tarixli qərarında hüquqi varislik məsələsinə toxunulub. Orada bildirilir ki, PHŞ-nin ləğv olunması zamanı dövlət orqanı onun hüquqi varisi sayılmır. Odur ki, bütün bu qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 9.Məhkəmə iclasında cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyətı̇ nin nümayəndəsi X12 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçı tərəf iddiaçını onun mərhum həyat yoldaşının himayəsində olması əsasına istinad etsələr də, hesab edirlər ki, bu, belə deyil. Belə ki, iddiaçı yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxsdir. O, heç bir əsasla mərhumun himayəsində olmamışdır. AR MM himayəçilik institunun dairəsini müəyyən edir ki, iddiaçı həmin şəxslər kateqoriyasına aid deyildir. Odur ki, bu halların nəzərə alınmasını xahiş etmişdir. 10.Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 11.Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, xx.xx.2012-ci il tarixdə iddiaçının əri X10 qəsəbəsində "xxxx"xxxx"xxxx" Məhdud Məsuliyətli Cəmiyyətinin 124 saylı marşrut üzrə sürücüsünün qanun pozuntusu nəticəsində avtobusun qatarla toqquşmasından baş vermiş qəza nəticəsində aldığı xəsarətdən vəfat etmişdir. Hadisədən sonra Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşı və "xxxx" Məhdud Məsuliyətli Cəmiyyətinin 124 saylı marşrut üzrə sürücüsü müvafiq məhkəmə qərarları əsasında 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişlər. Vəfat etməmişdən əvvəl iddiaçının mərhum həyat yoldaşı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neftqaztikinti” Trestinin dəniz şəraitində 5-ci dərəcəli polad və dəmir beton konstruksiyaların quraşdırıcı peşəsində çalışmışdır. Hazırda iddiaçı həyat yoldaşı vəfat edənə kimi onun himayəsində olduğunu, onun aldığı əmək haqqı ilə dolandığını iddia edərək, ailəni dolandıranın ölümü (ailə başçısının itirilməsi) nəticəsində ona vurulmuş 141.000 (yüz qırx bir min) manat pulun ödənilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulmasını tələb edir. b) Mülki işin materialları: 12.Mülki işin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli Kommersiya qurumunun dövlət qeydiyyatının ləğv edilməsi haqqında **********20 nömrəli bildirişdən görünür ki, xx.xx.2007-ci il tarixdə 0107-P343-49580 nömrə ilə (VÖEN № **********) dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyətli Cəmiyyəti xx.xx.2023-cü il tarixdə ləğv edilmiş və həmin qurum Azərbaycan Respublikası Kommersiya Hüquqi Şəxslərinin dövlət reyestrindən çıxarılmışdır. 13.Mülki işin materiallarında olan Azərbaycan Dövlət Neft Şirkətinin “Neftqaztikinti” trestinin xx.xx.2023-cü il tarixli, 14-2-14/2-2043/2023 saylı əmək haqqı və digər gəlirlər haqqında arayışından görünür ki, “Neftqaztikinti” trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsinin sabiq işçisi X5 avqust 2012-ci il tarixinə 1099,50 məbləğində əmək haqqı hesablanmışdır. 14.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neftqaztikinti” Trestindən verilmiş **********30420308X00071 nömrəli 16 aprel 2020-ci il tarixli orta aylıq əmək haqqı haqqında arayışdan görünür ki, “Neftqaztikinti” trestinin dəniz şəraitində işləyən 5-ci dərəcəli polad və dəmir beton konstruksiyaların quraşdırıcısı peşəsi üzrə 2012-ci il üçün orta aylıq əmək haqqı 1021,73 manat təşkil etmişdir. 15.Mülki işin materiallarında olan əmək kitabçasının kserosurətindən görünür ki, X8 xx.xx.2006-cı il tarixdən xx.xx.2012-ci il tarixədək 5-ci dərəcəli polad və dəmir beton konstruksiyaların quraşdırıcısı peşəsi üzrə çalışmış, AR Əmək Məcəlləsinin 74-cü maddəsinin “e” bəndinə əsasən (işçinin vəfat etməsi) əmək müqaviləsinə xitam verilmişdir. 16.Mülki işin materiallarında olan Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, "Azərbaycan Yerüstü Nəqlı̇ yyat Agentlı̇ yı̇ ” X23 "xxxx" MMC-nin hüquqi varisidir. 17.Mülki işin materiallarında olan Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” AR Prezidentinin xx.xx.2021-ci il tarixli, 1463 nömrəli Fərmanının 1-ci bəndinə əsasən "xxxx" MMC və digər qeyd edilən qurumların əsasında AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində "Azərbaycan Yerüstü Nəqlı̇ yyat Agentlı̇ yı̇ ” X23 yaradılmışdır. 18.Mülki işin materiallarında olan Qurumun dövlət qeydiyyatından (vergi uçotundan) çıxarılması haqqında ərizədən görünür ki, "xxxx" MMC xx.xx.2021-ci il tarixində ləğv edilmişdir. Hüquqi varisi "Azərbaycan Yerüstü Nəqlı̇ yyat Agentlı̇ yı̇ ” X21. 19.Mülki işin materiallarında olan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli vətəndaşın əlillik vəziyyəti haqqında məktubundan görünür ki, İddiaçı əlillik vəziyyəti X17 2768003AABNA nömrəli göndərişi əsasında xx.xx.2017-ci il tarixində elektron qiymətləndirilmiş və nəticədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2017-ci il tarixli, xxxxxxx0001 saylı qərarı ilə ümumi xəstəlik səbəbindən (beyin infarktının nəticələri, sağ orta beyin arteriyası sistemində keçirilmiş geniş sahəli və təkrar işemik insultlardan sonra vəziyyət heiplogiya, sol tərəfli dərin hemiplegiya, durğunluq ürək çatışmazlığı, ürək çatışmazlığı İİİ F/s diaqnozu) (yüngül işlərdə işləyə bilər) 5 il müddətinə (xx.xx.2022-ci ilədək) ikinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Əlillik müddətinin bitdiyi xx.xx.2022-ci il tarixindən sonra Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə vətəndaşa dair yeni göndəriş daxil olmamışdır. 20.Mülki işin materiallarında olan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 22 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının qərarına əsasən xx.xx.2017-ci il tarixli, xxxxxxx0001 nömrəli əlilliyi qiymətləndirilən şəxs barədə məlumatdan görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixində ilkin müayinə əsasında ümumi xəstəlik səbəbi ilə ikinci dərəcəli əlillik verilmiş, növbəti müayinə tarixi xx.xx.2022-ci il tarix qeyd edilmişdir. 21.Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-5230/2021 saylı qətnaməsinə əsasən iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, cavabdehin apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2359/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin mənəvi zərərin məbləği hissəsində dəyişdirilməsi, vurulmuş mənəvi zərərin əvəzi olaraq cavabdeh "xxxx" QSC-dən alınaraq İddiaçı ödənilməli olan pul məbləğinin 10.000 (on min) manat məbləğində müəyyən edilməsi qət edilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 22.Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa, rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 23.Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra “Həmin Məcəllənin”) 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 24.Həmin Məcəllənin 1096-cı maddəsinə müvafiq olaraq, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 25.Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. 26.Həmin Məcəllənin 1121-ci maddəsinə əsasən, zərərçəkənin (ailə başçısının) öldüyü halda aşağıdakıların zərərin əvəzinin ödənilməsi hüququ vardır: - ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər; - şəxsin ölümündən sonra doğulmuş uşağı; - ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü - əmək qabiliyyətindən asılı olmayaraq; - ölənin himayəsində olmuş və onun ölümündən sonra beş il ərzində əmək qabiliyyətini itirmiş şəxslər. 27.Hazırki iş üzrə iddiaçı ərinin ölümünü ailəni dolandıranın ölümü (ailə başçısını itirmək) kimi qiymətləndirərək, ona vurulan zərərin ödənilməsini tələb etsə də, işin faktiki halları Mülki Məcəllənin “ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi” adlanan 1121-ci maddəsində nəzərdə tutulan şərtlərə uyğun gəlmir. 28.Belə ki, yuxarıda qeyd edildiyi kimi Mülki Məcəllənin “ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi” adlanan 1121-ci maddəsində ailə başçısının itirilməsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ olan şəxslərin dairəsi konkret olaraq müəyyən edilmişdir. 29.Bundan başqa, qeyd edilən maddənin 3-cü bəndində zərərin əvəzinin kimlərə ödənilməsinin də dairəsi konkret olaraq müəyyən edilmişdir. 30.Belə ki, Mülki Məcəllənin 1121.3-cü maddəsinə əsasən zərərin əvəzi aşağıdakılara ödənilir: - yetkinlik yaşına çatmayanlara - on səkkiz yaşına çatanadək; - on səkkiz yaşından yuxarı tələbələrə - əyani təhsil forması üzrə təhsil müəssisələrində təhsili bitirənədək, lakin ən çoxu iyirmi üç yaşınadək; - əlli beş yaşından yuxarı qadınlara və altmış beş yaşından yuxarı kişilərə - ömürlük; - əlilliyi olan şəxslərə - əlillik müddəti üçün; - ölənin himayəsində olmuş uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan valideynlərdən birinə, arvada (ərə) və ya digər ailə üzvünə - qulluq etdikləri on dörd yaşına çatanadək. 31.Göründüyü kimi, iddia tələbi Mülki Məcəllənin 1121-ci maddəsinin əhatə dairəsinə düşmür. İddiaçı əri vəfat edənə kimi onun himayəsində olmasını və həmçinin, onun öldüyü günədək ondan dolanacaq təminatı almasını bildirsə də, qanunvericiliyin tələbinə əsasən məhz bu amillə bağlı zərərin əvəzini tələb hüququna malik olan şəxslər əmək qabiliyyəti olmayan şəxslərdir. Hazırki iş üzrə isə iddiaçı ərinin vəfat etdiyi tarixədək onun himayəsində olmasını və əmək qabiliyyətinin olmamasını təsdiq edə biləcək sübutlarını məhkəməyə təqdim etməmişdir. Sübut olaraq məhkəməyə təqdim edilən əlilliyi qiymətləndirilən şəxs barədə xx.xx.2017-ci il tarixli məlumatdan isə göründüyü kimi iddiaçı ilkin müayinə zamanı xx.xx.2017-ci il tarixdə ümumi xəstəlik səbəbilə 5 il müddətinə ikinci dərəcəli əlil hesab edilmiş, yüngül işlərdə işləyə bilməsi qeyd edilmişdir. Göründüyü kimi iddiaçının əri vəfat etdikdən 5 il sonra o, əlil hesab edilmiş və həmçinin buna baxmayaraq iddiaçı yenə də əmək qabiliyyəti olmayan şəxs hesab edilməmişdir. 32.Bundan başqa, Mülki Məcəllənin 33.6-cı maddəsinə əsasən on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar üzərində, habelə spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi və ya qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki şəxslər üzərində himayəçilik təyin edilir. 33.Həmçinin, Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad. 34.Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən göründüyü kimi himayəçi yetkinlik yaşına çatmayanlar üzərində, habelə spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi və ya qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki şəxslər üzərində təyin edilir. Hazırki iş üzrə bu hallar müəyyən edilmir. Həmçinin, ərin və arvadın bir-birini saxlamaq vəzifəsinin olması bir-birinin himayəsində olması kimi qiymətləndirilməməlidir (hazırki mübahisədə ər-arvad bir birinə münasibətdə birinin digəri üzərində himayəçisi anlamını daşımır). 35.Eyni zamanda, məhkəmə qeyd edir ki, iddiaçı daha əvvəl ərinin vəfat etməsi ilə əlaqədar cavabdeh "xxxx" QSC-yə qarşı ona dəymiş mənəvi ziyanın ödənilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və iddiası qismən təmin edilərək, ona ərinin vəfat etməsi ilə bağlı 10.000 manat məbləğində mənəvi ziyanın əvəzi ödənilmişdir. 36.Odur ki, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə iş üzrə irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmadığına və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşmadığına görə iddiaçı Nəcəfqulı̇ yeva Xanım Təvəkgül qızının cavabdehlər "Azərbaycan Yerüstü Nəqlı̇ yyat Agentlı̇ yı̇ ” X23 və "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyətı̇ nə qarşı "maddi ziyanın ödənilməsi"nə dair iddia tələbi əsassız hesab edilməklə rədd edilməlidir. 37.Bundan başqa, məhkəmə cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyətinin nümayəndəsi tərəfindən iddia müddətinin tətbiqi barədə verilmiş ərizəyə münasibətdə qeyd edir ki, iddianın özü əsassız hesab edildiyindən iddia müddətinin tətbiqinə də zərurət qalmamışdır. Belə ki, iddia müddəti yalnız iddia tələbi əsaslı olduğu təqdirdə ona tətbiq edilməli olan hüquq olduğundan bu halda tətbiq edilməsi mümkün deyildir. 38.Həmçinin, məhkəmə hazırki iddia tələbinə cavab verməli olan şəxslərin dairəsinə münasibətdə qeyd edir ki, iddia tələbi əsassız olduğundan cavabdehlərin dairəsinə münasibət bildirilməsinə prosessual qənaət prinsipini nəzərə alaraq əlavə araşdırılmasına zərurət qalmamışdır. 39.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 40.Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 41.Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 42.Eyni Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 43.Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 44.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Nəcəfqulı̇ yeva Xanım Təvəkgül qızının cavabdehlər "Azərbaycan Yerüstü Nəqlı̇ yyat Agentlı̇ yı̇ ” X23 və "xxxx" Qapalı Səhmdar Cəmı̇ yyətı̇ nə qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-2048/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2048/2024
04.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver