Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2067/2025 29.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10000 manat məbləğində pul vəsaitinin, vəkili ödədiyi 300 manat məbləğində hüquqi xidmət haqqının və ödənilmiş 120 manat məbləğində dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 13 iyul 2024-cü il tarixdə borc müqaviləsi bağlanılmış və həmin müqavilə Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilərək 3M-2036 nömrə ilə reyestrdə qeydə alınmışdır. Borc müqaviləsinə əsasən borcverən İddiaçı borcalan Cavabdeh 10000 manat məbləğində pulu borc vermiş və borcalan isə həmin borcu 13 sentyabr 2024-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin pul borcunun qaytarılması üçün müqavilə üzrə müəyyən olunmuş müddətdən xeyli vaxt keçməsinə baxmayaraq, borc pul qaytarılmamışdır. Borc pulu qaytarması üçün cavabdehə xx.xx.2025-ci il tarixdə yazılı bildiriş-pretenziya göndərilərək borcun 10 gün müddətində qaytarılması xahiş edilmişdir. Lakin bu cəhdlər bir nəticə verməmiş və iddiaçı ona vurulmuş zərərin əvəzinin ödənilməsinin təmin edilməsi üçün məhkəməyə müraciət emək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirdi ki, o, evini satan vaxtı İddiaçı evi alacağını bildirərək onlara 1.000 manat məbləğində beh verib. Daha sonra notariusda 9000 manat, ümumilikdə 10.000 manat məbləğində pul vəsaiti verməklə borc müqaviləsi bağlayıblar. İddiaçı verdiyi vədə əməl etməyərək evin yerdə qalan hissədə pulunu ödəməmişdir. Bu səbəbdən, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, 3M-2036 nömrə ilə reyestrdə qeydə alınmış borc müqaviləsindən görünür ki, “borc verən” “borc alana” 10000 (on min) manat məbləğində pul verir, “borc alan” isə borcu xx.xx.2024-cü il tarixinədək “borc verənə” qaytarmağı öhdəsinə götürür. 27 yanvar 2025-ci il tarixli, “borc məbləğinin qaytarılması barədə” pretenziya məktubundan görünür ki, borc məbləğinin 10 gün müddətində tam olaraq qaytarılmasının təmin edilməsi tələb edilərək, göstərilən müddətdə borc məbləği tam olaraq qaytarılmadığı halda borcun məcburi qaydada qaytarılması və bununla bağlı çəkilən xərclərin (dövlət rüsumu, vəkil xərci və s.) cavabdehdən tutulması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinin tələbinə görə, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinin tələbinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Əvvəla qeyd edilməlidir ki, işin mübahisə olunmayan halı ondan ibarətdir ki, tərəflər aralarında notarial qaydada təsdiq edilmiş borc müqaviləsi bağlamış və həmin müqaviləyə görə İddiaçı borcverən, Cavabdeh isə borcalan qismində çıxış etmişdir. xx.xx.2024-cü il tarixli müqavilə əsasında 10000 manat borc Cavabdeh verilmişdir. Borc müqaviləsində cavabdehin dedikləri ilə bağlı hər hansı bənd qeyd edilməmişdir və həmin müqavilədə müqavilə şərtləri aydın şəkildə qeyd olunmaqla bütün zəruri hallar göstərilmişdir. Göründüyü kimi cavabdeh tərəfindən borc müqaviləsinin şərtlərinə əməl edilməmiş, alınmış borc müqavilə ilə müəyyən edilmiş tarixədək geri ödənilməmişdir. Nəticədə iddiaçı məhkəməyə müraciət etmək və borcu məhkəmə qaydasında tələb etmək məcburiyyətində qalmışdır. İddia tələbi ilə müəyyən edilir ki, təkcə borc pul deyil, eyni zamanda vəkilə ödənilmiş 300 manat məbləğində hüquqi xidmət haqqı və ödənilmiş 120 manat məbləğində dövlət rüsumu da tələb edilir. X1 haqqında EM-2448VK-8009/25 saylı müqavilədən görünür ki, müraciət edən şəxs İddiaçı Əlif oğlu hüquqi yardıma görə haqq ödəməyi (hüquqi yarıma görə haqq qarşılıqlı razılıqla 300 manat müəyyən olunur), vəkil Nümayəndə İsrafil oğlu isə ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi öhdəsinə götürür. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 120 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Ödəniş qəbzindən görünür ki, “Ruslan Vəliyev və Partnyorları” Vəkil Bürosuna iddiaçı tərəfindən 300 manat məbləğində hüquqi xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 10000 (on min) manat məbləğində borc pul vəsaiti, vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində hüquqi xidmət haqqı və ödənilmiş 120 (yüz iyirmi) manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 10000 (on min) manat məbləğində borc pul vəsaiti, vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində hüquqi xidmət haqqı və ödənilmiş 120 (yüz iyirmi) manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-2067/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2067/2025
29.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver