Məhkəmə qərarları › İş №e-2(006)-2077/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-2077/2023

07.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-2077/2023 07.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızı İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “pul” tələbi üzrə kiçik iddialara dair mülki işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İM : İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 1370,7 AZN əsas, 407,53 AZN faiz, 20,32 AZNcərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 1798,55 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 38,39 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıdakı əsaslara görə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində iddia ərizəsinin forma və məzmununa dair tələblər göstərilmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı "xxxx" KB ASC daha əvvəl iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndan iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 451,56 AZN əsas, 127,07 AZN faiz, 6,71 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 585,34 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 30,40 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Hazırki iddia ərizəsindən isə görünür ki, iddiaçı Cavabdehndan iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 1370,7 AZN əsas, 407,53 AZN faiz, 20,32 AZNcərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 1798,55 AZN borcun vədövlət rüsumu olaraq ödənilmiş 38,39 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində göstərilən tələblərə riayət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Odur ki, iddia ərizəsi MPM-nin tələblərini pozmaqla tərtib edilərək məhkəməyə təqdim edildiyi üçün geri qaytarılmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 152.1.1, 152.2 -152.4cü maddələrini rəhbər tutaraq QƏRARAALDİM: İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizədə olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan şikayət qərardad təqdim edildikdən və ya alındıqdan sonra 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar