Məhkəmə qərarları › İş №e-2(006)-208/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-208/2024

15.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-208/2024 15.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı müqavilənin ləğv edilməsi və borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli YH-Q-003/14 saylı kredit müqaviləsinin ləğv edilərək, cəmi 79364.95 manat - bundan 32155.19 manat əsas, 26717.14 manat faiz, 20492.62 manat cərimə borcu və iş üzrə ödənilmiş 328.1 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2ndən müştərək qaydada Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh2 MTK arasında ünvan 1 ünvanında MTK tərəfindən tikintisi aparılan çoxmərtəbəli yaşayış və avtomobil dayanacağı kompleksində müştərilərə satılmış əmlakların dəyərinin Bank tərəfindən kreditləşdirilməsi barədə xx.xx.2013-cü il tarixində müqavilə imzalanmışdır. Bundan sonra, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Yeni Həyat filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli YH-Q-003/14 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 Cavabdeh2 kompleksində avtodayanacaq (qaraj) sahəsinin alınması məqsədi ilə 120 ay müddətinə illik 12 faiz dərəcəsi ilə 36,000 manat məbləğində kredit verilmişdir. Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)- 1541/2016 saylı qərarı ilə "xxxx" ASC müflis elan edilməklə, iflas prosesinə başlanılmış, həmin Məhkəmənin xx.xx.2016-cı il tarixli qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi təyin edilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 noyabr 2016-cı il tarixli 2-1(81)-1541/2016 nömrəli qərardadına əsasən ləğv prosesində olan "xxxx" ASC-nin Cavabdeh2 layihəsinə aid kredit portfeli banka qarşı kreditor tələbinin əvəzi kimi Əmanətlərin Sığortalanması Fonduna köçürülməsi qərara alınmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Fonda olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 10-cu maddəsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini, həmçinin Borcverənə dəymiş zərərin ödənilməsini öhdəliklərini götürmüşdür. Həmçinin, xx.xx.2013cü il tarixli müqavilənin 5.7-ci maddəsinə əsasən, müştəriyə verilmiş kredit üzrə ödənişlər 90 (doxsan) gündən artıq gecikdirildikdə, Kooperativ bütün əsas kredit borcu və hesablanmış faizləri 5 (beş) iş günündən gec olmayaraq tam ödənilməsini öhdəsinə götürür. Bu halda həmin məbləğin müştəridən tələb edilməsi hüququ Kooperativə keçir və bunun üçün lazım olan bütün zəruri sənədləri Bank təqdim etməlidir. Həmin müqavilənin 7.2-ci maddəsi ilə müəyyən edilmişdir ki, tərəflər öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməsinə görə qarşı tərəfə dəymiş zərər məbləğində tam məsuliyyət daşıyır. Bu halda bu Müqavilənin 4-cü bölməsində nəzərdə tutulan müddəalar tətbiq edilə bilər. Fond tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********357 saylı xx.xx.2023-cü il tarixli xəbərdarlıq göndərilməsinə baxmayaraq, cavabdehlər kredit borcunun qaytarılmasını təmin etməmişdirlər. xx.xx.2023-cü il tarixinə Cavabdeh1 kredit üzrə cəmi borcu 79364.95 manat təşkil edir. Bundan 32155.19 manat əsas, 26717.14 manat faiz və 20492.62 manat cərimə borcu təşkil edir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddiaya qarşı etiraz təqdim edərək, onun təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməməlidir. Belə ki, qeyd olunan mülki iş üzrə Cavabdeh1 ilə digər Cavabdeh2 Mənzil Tikinti Kooperativinin rəhbərliyinin arasında olan razılığa əsasən Cavabdeh1 Cavabdeh2 çoxmərtəbəli yaşayış və avtodayanacaq kompleksində 4-cü mərtəbəsində 1 avtomobil üçün qaraj kimi nəzərdə tutulmuş 85 saylı qeyri-yaşayış sahəsinə dair qanunla ona məxsus olan və gələcəkdə mövcud olacaq bütün hüquqlarından Cavabdeh2 Mənzil Tikinti Kooperativinin xeyrinə imtina edir və gələcəkdə hər hansı bir şəkildə heç bir tələb (iddia) irəli sürməyəcəyini bildirir, Cavabdeh2 Mənzil Tikinti Kooperativi Cavabdeh1 məxsus olmuş 85 saylı qeyri-yaşayış sahəsini (qarajı) başqa şəxsə satır və satışdan əldə olunan vəsait hesabına həmin qaraja dair bağlanmış xx.xx.2014-cü il tarixli № AD-04/006- Technique saylı müqavilə üzrə yaranmış əsas və faiz borcu ödənilir, eyni zamanda kredit təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış həmin kredit müqaviləsinin ləğv edilməsi barədə saziş bağlanır. Yuxarıda qeyd olunan razılığa əsasən xx.xx.2019-cu il tarixdə Cavabdeh1 notarial təsdiq olunmuş ərizə əsasında Cavabdeh2 çoxmərtəbəli yaşayış və avtodayanacaq kompleksində 4-cü mərtəbəsində 1 avtomobil üçün qaraj kimi nəzərdə tutulmuş 85 saylı qeyri-yaşayış sahəsinə dair qanunla ona məxsus olan və gələcəkdə mövcud olacaq bütün hüquqlarından Cavabdeh2 Mənzil Tikinti Kooperativinin xeyrinə imtina etmiş və gələcəkdə hər hansı bir şəkildə heç bir tələb (iddia) irəli sürməyəcəyini bildirmiş, eyni zamanda həmin qaraja dair bağlanmış xx.xx.2014-cü il tarixli № AD-04/006- Technique saylı müqavilənin ləğv edilməsinə dair saziş bağlanmasını Cavabdeh2 Mənzil Tikinti Kooperativinin sədri Ə.Quliyevdən xahiş etmişdir. xx.xx.2019-cu il tarixdən sonra Cavabdeh2 çoxmərtəbəli yaşayış və avtodayanacaq kompleksində 4-cü mərtəbəsində 1 avtomobil üçün qaraj başqa şəxsə satılsa da, Cavabdeh2 Mənzil Tikinti Kooperativi Cavabdeh1 ilə aralarında olmuş razılığın şərtlərini pozmuş, satışdan əldə olunan vəsait hesabına həmin qaraja dair bağlanmış xx.xx.2014-cü il tarixli № AD-04/006-Technique saylı müqavilə üzrə yaranmış borc məbləğini ödəməmiş və müqavilənin ləğv edilməsinə dair saziş bağlanmasını təmin etməmişdir. xx.xx.2019-cu il tarixli notarial təsdiq olunmuş razılıq ərizəsinin surəti Cavabdeh1 olmadığından və həmin ərizənin hansı notariat kontorunda təsdiq edildiyini xatırlamadığından, qeyd olunan sübutun əldə edilməsi və məhkəmənin hazırlıq iclası yekunlaşanadək məhkəməyə təqdim edilməsi, eyni zamanda, iddia ərizəsinə etirazın qanunla müəyyən edilmiş vaxtda məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Odur ki, qeyd olunan iddia ərizəsinə yazılı etirazı hazırda təqdim edərək, bildirmişdir ki, iddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi nümayəndəsi və vəkili X2 iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini etiraf etməyərək izahatında bildirdi ki, onun təmin olunmamasını xahiş etdi. Cavabdeh2 MTK-ya məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 MTK-nın nümayəndəsi Anar Məmmədov iddia tələbini etiraf etməyərək izahatında bildirmişdir ki, Cavabdeh2 MTK arasında bağlanmış müqavilənin 5.7-ci bəndinə əsasən müştəri borcunu ödəmədiyi təqdirdə Kooperativ əsas kredit borcu və hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüş və belə olan halda həmin məbləği müştəridən tələb edilməsi Kooperativə keçir. Həmçinin Cavabdeh1 14000 manat ödəniş etməsinə baxmayaraq 1000 manat faiz məbləğindən 4000 manat isə əsas borcdan silinmişdir. Eyni zamanda Cavabdeh1 kredit müqaviləsi üzrə ödənişləri vaxtında etmədiyinə görə iddiaçı uzun müddətdən keçdikdən sonra faiz və cərimə borcu şişirdilməklə iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda Cavabdeh2 MTK-nın nümayəndəsi xx.xx.2024-cü il tarixində “Elektron Məhkəmə” İnformasiya Sisteminə yerləşdirdiyi ərizəsində qeyd etmişdir ki, avtodayanacaq sahəsindən Cavabdeh1 Abusəd qızının notarial imtina etməsi həmin avtodayancaq sahəsinin "xxxx" MTK-ya qaytarılması demək deyildir. Əgər avtodayancaq sahəsi həqiqətəndə "xxxx" MTK-ya qaytarılıbsa bununla bağlı tərəflər arasında razılaşma Sazişi və sonra isə təhvil-təslim aktı mövcud olmalıdır. Lakin, nə həmin saziş, nədə ki, təhviltəslim aktı cababdeh Cavabdeh1 Abusəd qızı tərəfindən məhkəməyə təqdim olunmur. Mülki Prossesual Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin, bununla bağlı heç bir sübut təqdim olunmur. "xxxx" MTK-da sözügedən avtodayancaq sahəsi ilə əlaqədar hər hansı digər şəxsə satılmasna dair heç bir müqavilə yoxdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadının surətindən görünür ki, ləğv prosesində olan "xxxx" ASC-nin “Park Azur” layihəsinə aid olan 30.836.570 manat məbləğində kredit portfelini 5.194.019 manat güzəştli şərtlə Əmanətlərin sığortalanması Fondunun banka qarşı kreditor tələbinin əvəzi kimi Əmanətlərin Sığortalanması Fonduna köçürülməsi qərara alınmışdır. İş materiallarında olan "xxxx" ASC ilə Kooperativ Cavabdeh2 MTK arasında xx.xx.2013-cü il tarixdə bağlanmış müqavilənin surətindən görünür ki, (2.1) həmin müqavilə ünvan 1 ünvanında tikintisi aparılan “Azure Parkinq” çoxmərtəbəli yaşayış və avtomobil dayanacağı kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin 80 faizindən artıq olmayan hissəsinin illik 12 faizlə 10 il müddətinə kreditləşdirilməsi ilə əlaqədar tərəflərin qarşılıqlı öhdəliklərinin təşkil etməsi haqqında bağlanmışdır. Həmin Müqavilənin 5.7-ci maddəsinə əsasən 2.1-ci bəndinə əsasən müştəriyə verilmiş kredit üzrə ödənişlər 90 gündən artıq gecikdirildikdə Kooperativ bütün əsas kredit borcu və hesablanmış faizləri 5 iş günündən gec olmayaraq tam ödənilməsini öhdəsinə götürür. Bu halda həmin məbləğin müştəridən tələb edilməsi hüququ Kooperativə keçir və bunun üçün lazım olan bütün zəruri sənədləri Bank təqdim etməlidir. İş materiallarında olan borcverən "xxxx" ASC ilə borcalan Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış YH-Q-003/14 saylı kredit müqaviləsinin surətindən görünür ki, həmin müqavilə borcverənin avtodayanacaq (qaraj) sahəsinin alınması üçün borcalana 36 000 manat məbləğində kreditin verilməsi öhdəsinə götürməsi, borcalanın bu müqaviləyə əsasən krediti qəbul etməsi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizlərin borcverənə qaytamasının öhdəsinə götürməsi haqqında bağlanmışdır. İş materiallarında olan maliyyə arayışının surətindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli YH-Q-003/14 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə 32 155.19 manat əsas, 26 717.14 manat faiz, 20 492.62 manat cərimə borcu vardır. İş materiallarında olan Əmanətələrin Sığortalanması Fondu tərəfindən Cavabdeh1 ünvanlanmış xəbərdarlıqdan görünür ki, ona 5 gün müddətində müqavilə üzrə borcun ödənilmədiyi təqdirdə, məhkəməyə müraciət olunacağı barəd xəbərdarlıq edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyində göstərilmişdir ki, iş materiallarında olan xx.xx.2014-cü il tarixli YH-Q-003/14 saylı kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınmaqla, Cavabdeh1 iddiaçı "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixə olan əsas borcu 32.228.37 manat, faiz borcu isə 24.364.8 manat məbləğində müəyyən edilir. Bundan başqa qeyd edilmişdir ki, hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış xx.xx.2014-cü il tarixli YH-Q-003/14 saylı kredit müqaviləsi üzrə cərimə bəndi ilə əlaqədar məlumat (cərimə hesabı üzrə silinmələri özündə əks etdirən hesabdan çıxarış) olmadığı üçün sualda soruşulan tarixə Cavabdeh1 cərimə borcu hesablanmamışdır. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəməmühasibatlıq ekspertizasının dəyəri 150 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Cavabdeh2 MTK-ya Cavabdeh1 tərəfindən xx.xx.2019-cu il tarixdə ünvanlanmış ərizədən görünür ki, ünvan 2ında inşa edilən Cavabdeh2 çoxmərtəbəli yaşayış və avtodayanacaq kompleksində 4-cü mərtəbəsində 1 avtomobil üçün qaraj kimi nəzərdə tutulmuş 85 saylı qeyri-yaşayış sahəsinə dair qanunla hazırda ona məxsus olan və gələcəkdə mövcud olacaq bütün hüquqlarından imtina edir və gələcəkdə hər hansı bir şəkildə heç bir tələb (iddia) irəli sürməyəcəkdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, həmin qaraja dair bağlanmış xx.xx.2014-cü il tarixli № AD- 04/006-Technique saylı müqavilənin ləğv edilməsinə dair saziş bağlanılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh1 avtodayanacaq (qaraj) sahəsinin alınması üçün 36 000 manat məbləğində kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, o kredit müqaviləsi əsasında kredit vəsaitinin almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borcunu ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, "xxxx" ASC ilə Kooperativ Cavabdeh2 MTK arasında xx.xx.2013-cü il tarixdə bağlanmış müqaviləyə əsasən müştəriyə verilmiş kredit üzrə ödənişlər 90 gündən artıq gecikdirildikdə Kooperativ bütün əsas kredit borcu və hesablanmış faizləri 5 iş günündən gec olmayaraq tam ödənilməsini öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Məhkəmə Cavabdeh1 qarajdan imtina etməsi səbəbindən ona aid hissədə iddianın rədd edilməli olmasına dair dəlillərinə münasibətdə qeyd edir ki, bu hal onun bank qarşısında götürdüyü öhdəliklərinin icrasından yayınması üçün əsas deyildir. Belə ki, onun imtinasının Cavabdeh2 MTK tərəfindən qəbul-edilib edilməməsinə dair heç bir sübut təqdim etməmiş, bu hal iş araşdırılarkən öz təsdiqini tapmamış, Cavabdeh2 MTK tərəfindən etiraf edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə cavabdehlərdən tutulmalı olan əsas və faiz borcunun məbləğini müəyyən edərkən ekspert rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymət verərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməli, bu müqavilə üzrə hesablanmış əsas borc tələb edilən borcdan yüksək olduğundan iddiaçı tərəfindən tələb edilən miqdarda, faiz borcu ekspert rəyində göstərildiyi kimi tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qeyd edilən hissədə qismən təmin edilməklə, cavabdehlərdən əsas borca görə 32155.19 manat, faiz borcuna görə 24364.8 manat iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə əsaslı xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə 32155.19 manat məbləğində əsas borca münasibətdə cavabdehlərdən 20492.62 manat dəbbə (cərimə) pununun tutulması əsaslı hesab edilə bilməz yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 2000 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-dan 32155.19 manat əsas, 24364.8 manat faiz, 2000 manat cərimə, cəmi 58 519.99 manat və dövlət rüsumuna görə ödənilmiş 265.56 manat tutularaq Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehlərə qismən aid edilməli və buna görə də, iddiaçı tərəfindən ödənilmiş 328.1 manat dövlət rüsumunun 265.56 manatı cavabdehlərdən alınaraq iddiaçıya ödənilməli, qalan 62.54 manat isə iddiaçının özünə aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 manat cavabdehlərdən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-dan 32 155.19 manat əsas, 24 364.8 manat faiz, 2000 manat cərimə, cəmi 58 519.99 manat və dövlət rüsumuna görə ödənilmiş 265.56 manat tutularaq Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 328.1 manat məbləğində dövlət rüsumunun qalan 62.54 manatı iddiaçı Əmanətlərin Sığortalanması Fonduna aid edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-dan iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ******************** saylı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar