Məhkəmə qərarları › İş №e-2(006)-2104/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2104/2024

02.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2104/2024 02.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" X2 Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı "xxxx" X5 Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh “Toyota Prius minik” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolunda idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" X3 məxsus 1 ədəd işıq dirəyini sıradan çıxararaq müəssisəyə 997 (doqquz yüz doxsan yeddi) manat məbləğində maddi ziyan yetirmişdir. Hadisə ilə bağlı Bakı şəhər, Binəqədi rayon DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilən İXP ******* saylı X8 protokola və xx.xx.2023-cü il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs **-KY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh tanınmışdır. Cavabdeh tərəfindən idarə edilən “Toyota Prius minik” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası "xxxx" ASC-də sığortalanmışdır. Bu səbəbdən "xxxx" ASC tərəfindən "xxxx" X2 bank hesabına mütənasib qaydada 653.86 (altı yüzəlli üç manat səksən altı qəpik) manat məbləğində sığorta ödənişi ödənilmişdir. Aşağıda göstərilənlərə əsasən, iddianı qanuni və əsaslı sayaraq hesab edilir ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində müəssisəmizə dəymiş 997 (doqquz yüz doxsan yeddi) manat məbləğində maddi ziyandan qalıq olaraq qalan 343.14 (üç yüz qırx üç manat on dörd qəpik) manat pul vəsaiti Cavabdeh tutularaq "xxxx" X6 ödənilməlidir. Cavabdeh maddi ziyanın ödənilməsi üçün müəssisəyə dəfələrlə dəvət edilsə də, gəlməməklə ödənişdən imtina etmişdir. Göstərilənlərə əsasən, Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X3 vurulmuş maddi ziyandan ödənilməmiş 343.14 (üç yüz qırx üç manat, on dörd qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi haqqında qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafə edərək və iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

6. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh **-KY-*** dövlət qeydiyyat nişanlı, «Toyota Prius minik» minik markalı nəqliyyat vasitəsini xx.xx.2023-cü il tarixdə saat 18:20 radələrində idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməklə yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə iddiaçıya məxsus olan 1 ədəd Türkiyə istehsalı 8 m-lik işıq dirəyini və 1 ədəd “Philips” markalı 90wt işıqlandırıcı lampanı yarasız hala salaraq "xxxx" X3 ümumilikdə 997 manat maddi ziyan vurmuşdur. **-KY-*** dövlət qeydiyyat nişanlı, «Toyota Prius minik» minik markalı nəqliyyat vasitəsinin mülki məsuliyyyətinin icbari sığortası üzrə "xxxx" ASC tərəfindən "xxxx" X2 hesabına 653.86 (altı yüz əlli üç manat səksən altı qəpik) manat məbləğində sığorta ödənişi ödənilmişdir.Hazırda iddiaçı cavabdeh maddi ziyanın ödənilməmiş qalan 343.14 manat əvəzini tələb edir.

b) Mülki işin materialları:

7. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş AD 874857 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Toyota Prius minik» minik markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh etibar edilmişdir.

8. İş materiallarında olan Bakı şəhər Binəqədi RPİ-nin DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilən İXP ******* saylı X8 Protokoldan və TP5583454 nömrəli İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh **-KY-*** dövlət qeydiyyat nişanlı, «Toyota Prius minik» minik markalı nəqliyyat vasitəsini xx.xx.2023-cü il tarixdə saat 18:20 radələrində idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməklə Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir.

9. İş materiallarında olan "xxxx" X5 tərəfindən verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolunda naməlum sürücünün idarə etdiyi «Toyota Prius minik» minik markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə vurulmuş işıq dirəyinin bərpasına sərf olunan xərclərin smetasının təsdiq edilmiş surətindən görünür ki, Türkiyə istehsalı 8 m-lik işıq dirəyinin ilkin dəyəri 440 manat, “Philips” markalı 90wt işıqlandırıcı lampanın ilkin dəyəri 431 manat təşkil edir, amortizasiya dərəcəsi 3% tətbiq edilməklə, Türkiyə istehsalı 8 m-lik işıq dirəyinin qalıq dəyəri 426.80 manat, “Philips” markalı 90wt işıqlandırıcı lampanın qalıq dəyəri isə 418.09 manat olmaqla ümumilikdə 844.89 manat müəyyən edilmiş və 18% ƏDV hesablanmaqla (152.11 manat) yekun məbləğ 997 manat təşkil etmişdir.

10. İş materiallarında olan Azərbaycan Beynəlxalq Bankından verilmiş qəbzin surətindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" X2 hesabına 653.86 (altı yüz əlli üç manat səksən altı qəpik) manat məbləğində sığorta ödənişi ödənimişdir.

13. İş materiallarında olan "xxxx" EŞM tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 15 saylı qüsur aktının təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolunda naməlum sürücünün idarə etdiyi «Toyota Prius minik» minik markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə vurulmuş və yararsız vəziyyətə düşmüş işıq dirəyinin qiyməti 440 manat və yararsız vəziyyətə düşmüş işıqlanma lampasının qiyməti 431 manat qeyd olunmuş, köhnəlmə əmsalı 3% tətbiq edilməklə həmin işıq dirəyinin qiyməti 426,80 manat və işıqlanma lampasının qiyməti isə 418.10 manat olmaqla, ümumilikdə 844.90 manat müəyyən edilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

14. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

15. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

16. Eyni Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

17. Həmçinin, Mülki Məcəllənin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

18. Həmin Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər.

19. Hazırki iş üzrə məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdeh tərəfindən törədilən yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya ümumilikdə 997 manat məbləğində maddi ziyan dəymiş, onun 653.86 manatı "xxxx" ASC tərəfindən ödənilsə də, qalan məbləğ hələ də ödənilməmişdir. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

20. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh vurulmuş ziyana görə 343.14 (üç yüz qırx üç manat, on dörd qəpik) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" X3 ödənilməlidir.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci madəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

22. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublilkası Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar.

23. Məhkəmə qeyd edir ki, iddiaçı qaldırılan tələblə bağlı məhkəməyə müraciət etmək üçün dövlət rüsumunun ödəməkdən azad olduğu üçün və iddia tələbi təmin olunduğu üçün, cavabdehdən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul tutulmalıdır.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

26. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

27. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

29. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh vurulmuş ziyana görə 343.14 (üç yüz qırx üç manat, on dörd qəpik) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" X3 ödənilsin. Cavabdeh dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat alınaraq dövlət nəfinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar