Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-2110/2025 08.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X4 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X1 cavabdehlər Cavabdeh1 və LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı "xxxx" X3 cavabdehlər Cavabdeh1 və LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" X2 vurulmuş 2880.65 (iki min səkkiz yüz səksən manat 65 qəpik) manat məbləğində maddi ziyanın müştərək qaydada cavabdehlər ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən və Cavabdeh1 tutularaq iddiaçının xeyrinə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
a) Məhkəmə prosesi:
2. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər (nümayəndələri) məhkəmə iclasında iştirak etməmiş, iddiaçı "xxxx" X1 direktoru məhkəməyə ərizə göndərərək iddiadan imtina etdiyini bildirmiş, icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir.
3. Məhkəmə iddia ərizəsini, iddiadan imtina barədə ərizəni və mülki işin digər materiallarını nərərdən keçirərək hesab edir ki, iddiaçı "xxxx" X1 iddia tələbindən imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir.
Əsaslandırıcı hissə:
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 52.1, 52.5-ci maddə. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1-191.2-ci maddə. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0, 261.0.4-cü maddə. İddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir.
5. İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən və ona əlavə edilmiş elektron ödəniş qəbzindən görünür ki, iddiaçıya vurulmuş 2880,65 manat məbləğində pul vəsaiti xx.xx.2025-ci il tarixdə cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən iddiaçının bank hesabına ödənilmişdir. Buna görə də iddiaçı iddiadan imtina etdiyini bildirmiş, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
6. Məhkəmə iddiaçının iddia tələbindən imtina etməsini tədqiq edərək qeyd edir ki, iddiadan imtina iddiaçı tərəfindən şəxsi iradəsinə əsasən, heç bir təsir və hədə qorxu olmadan imzalanmış, həmçinin cavabdehlər iddiaçının iddiasından imtina etməsinə və iş üzrə icraata xitam verilməsinə etiraz etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının iddia tələbindən imtina etməsi qanunazidd deyildir və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur.
7. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçı "xxxx" X1 xx.xx.2025-ci il tarixli ərizəsi təmin edilməli, mülki iş üzrə iddiaçı "xxxx" X1 iddiadan imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. İddiaçıya izah edilməlidir ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir.
Nəticə:
8. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı "xxxx" X1 xx.xx.2025-ci il tarixli ərizəsi təmin edilsin. İddiaçı "xxxx" X1 cavabdehlər Cavabdeh1 və LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə iddiaçı "xxxx" X1 iddiadan imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim: Günay Abidova