Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2111/2025 25.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı "xxxx" X7 cavabdehlər LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti və X1 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı "xxxx" X12 cavabdehlər LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti və Cavabdeh1 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" X8 vurulmuş 3209,83 manat məbləğində maddi ziyanın müştərək qaydada cavabdehlər ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən və Cavabdeh1 tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: Cavabdeh1 idarə etdiyi **-DE-*** dövlət qeydiyyat nişanlı “X14” markalı avtomobil ilə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, X2 limanına gedan şossedə yol nəqliyyat hadisəsi törətmiş və nəticədə Bakı Şəhər İşığı X8 məxsus 1 ədəd işıq dirəyini sıradan çıxararaq müəssisəyə 3209.83 manat məbləğində maddi ziyan vurmuşdur. Yol nəqliyyat hadisəsi ilə bağlı Sabunçu rayon DYPŞ-nin əməkdaşları tərəfindən tərtib edilən İXP ******* saylı X20 Protokola və xx.xx.2023-cü il tarixli TP5739641 X21 haqqında qərara əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs **-DE-*** dövlət qeydiyyat nişanlı “X15” markalı avtomobilin sürücüsü Cavabdeh1 tanınmışdır. Hadisə zamanı **-DE- *** dövlət qeydiyyat nişanlı “X15” markalı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası, hal-hazırda ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində sığortalanmışdır. Qeyd edilir ki, hadisə nəticəsində zərər dəymiş işıq dirəyi dövlət mülkiyyətidir, istismarı və texniki xidmətinin təşkili məqsədi ilə əvəzsiz olaraq "xxxx" X7 balansına verilmişdir. Göstərilənlərə əsasən, iddianın qanuni və əsaslı sayaraq hesab edilir ki, müəssisəyə vurulmuş 3209.83 manat məbləğində maddi ziyan müştərək qaydada cavabdehlər LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən və Cavabdeh1 tutularaq "xxxx" X8 ödənilməlidir. Cavabdehlərə maddi ziyanın ödənilməsi üçün müraciət olunmuş, lakin onlar üzərlərinə düşən öhdəliyi yerinə yetirməmişlər. Qeyd edirlir ki, Dövlət Sığorta Kommersiya Şirkətinin ləğvedicisinə də rəsmi qaydada müraciət edilmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı "xxxx" X7 nümayəndəsi X9 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X17 məhkəməyə izahatında bildirmişdir ki, iddianın əsaslığına dair kifayət qədər sübutlar yoxdur. X20 protokol və qərarda əmlaka zərər vurulduğu haqqında heç nə göstərilmir. Yalnız inzibati xətanın törədilməsi göstərilib. Zərərin miqdarı uyğun gəlmir. Hesab edir ki, bu məsələ qanunvericiliklə tənzimləndiyi üçün, nəzarətedici orqanın nəzarətində olduğu üçün, xüsusilə Maliyyə Nazirliyinin 2014-cü il tarixli müvafiq kollegiyası tərəfindən qəbul edilmiş qərar var. Həmin qərara əsasən Forma-4 arayışı təqdim edilməlidir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh1 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: xx.xx.2010-cu il tarixli aktından görünür ki, Əzizbəyov metro dairəsindən X16 Hava Limanına qədər yeni yolun işıqlandırma sisteminin əvəzsiz olaraq "xxxx" E.M-nin balansına təhvil verilmişdir. X20 xx.xx.2023-cü il tarixli ******* saylı protokoldan görünür ki, Cavabdeh1 tərəfindən 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. X21 haqqında xx.xx.2023-cü il tarixli ******* saylı qərardan görünür ki, Cavabdeh1 tərəfindən 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. "xxxx" X12 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 20 saylı aktdan görünür ki, Əzizbəyov metrosu dairəsi, H.Əliyev, B.H Limanı, xx.xx.2023 tarixində, naməlum dövlət qeydiyyat nişanlı avtomobil müəssisəyə məxsus işıq dirəyini vurmuşdur. "xxxx" X12 tərəfindən tərtib edilmiş smetadan görünür ki, “Ford” markalı ** DE *** dövlət qeydiyyat nişanlı avtomobil ilə vurulmuş işıq dirəyinin bərpasına sərf olunan xərc 2309.83 manat təşkil edir. Yol-nəqliyyat hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisə yeri Sabunçu rayonu, Novxanı-Pirşağa qəsəbəsi, hadisə yerindəki nəqliyyat vasitəsi “Ford Transit” markalı ** DE *** nömrəli müəyyən edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, “Ford Transit” markalı ** DE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati tədbir görülməsi məqsədi ilə qərarın sürətinin Sabunçu RPİ-nin DYP-nə göndərilməsi qərara alınmışdır. 1/1438 saylı Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, X10 nəqliyyat vasitəsini ayıq vəziyyətdə idarə etmişdir, sərxoşluq halı yoxdur. ƏN seriyalı, 790278 saylı Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, “X14” markalı, WF0LXXBDVLYC11296 ban nömrəli, ** DE *** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2000 olan nəqliyyat vasitəsini idarə etmək hüququ Cavabdeh1 etibar edilmişdir. Bakı şəhər Sabunçu Rayon Polis idarəsində olan 25 aprel 2023-cü il tarixli Cavabdeh1 izahatından görünür ki, o, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. “Ford Transit” markalı, 90DE 136 dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında BCD dərəcəli sürücülük vəsiqəsi əsasında idarə edir. xx.xx.2023-cü il tarixdə saat təqribən 17:30 radələrində qeyd etdiyi avtomobil ilə Sabunçu rayonu, Novxanı-Pirşağa şosesi ilə saatda 50-60 km sürətlə hərəkət edirmiş. Bu zaman gözləmədiyi halda onun hərəkət istiqamətinin sağ tərəfindən ara küçədən “Opel” markalı dövlət qeydiyyat nişanını bilmədiyi avtomobil onun qarşısına çıxaraq sola doğru dönmə əməliyyatı etdikdə o həmin avtomobilə dəyməmək üçün avtomobilini sağa doğru hərəkət etdirmişdir. Avtomobili yolun sağ tərəfində olan beton hissənin üzərinə çıxıb işıq dirəyinə dəyərək dayanmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X13” PHŞ Sabunçu Rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli 866 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh1 bədənində xəsarət aşkar edilməmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, yol-nəqliyyat hadisəsi “X14” markalı, ** DE *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə, Cavabdeh1 tərəfindən, ayıq vəziyyətdə törədilməklə, “Bakı Şəhər İşıq” EŞM-nin işıq dirəyinə zərər vurulmuşdur. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən "xxxx" X7 direktoruna ünvanlanan 22 yanvar 2025-ci il tarixli məktubdan görünür ki, Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsi "xxxx" X7 2025-ci il yerli xərclərinin, rüblük və aylıq bölgüsü barədə məlumatları göndərərək, 2024-cü il 27 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasının 2025-ci il üzrə dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun imzalandığını rəhbər tutaraq əlavə olaraq bildirilir ki, məktubla göndərilən təsdiq edilmiş dövlət büdcəsinin göstəriciləri əsas götürülməklə, zərurət yaranarsa aparılmış satınalma planlarında bu göstəricilərə müvafiq dəqiqləşdirmələr edilməklə, 2025-ci ilin yanvar ayından başlayaraq satınalmaların maliyyələşdirilməsinin başlanılması ilə bağlı müvafiq sifarişlərin X3 idarələrinə təqdim olunmalıdır. Eyni zamanda bildirilir ki, idarənin xərc smetası, müəssisə və təşkilatların titul siyahısı qaydada tərtib edilməli və 2025-ci il 24 yanvar tarixinədək Baş Maliyyə idarəsinə təqdim edilməlidir. Bakı Şəhər İcra Hakimiyyəti "xxxx" X12 tərəfindən Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinin ləğvetmə komissiyasının sədrinə ünvanlanan xx.xx.2022 tarixli, 3-52-5/2-328-11/23 saylı məktubundan görünür ki, Sabunçu rayonu, X2 limanı istiqamətində olan işıq dirəkləri "xxxx" EŞM-nin balansındadır. 2xx.xx.2023-cü il tarixdə Sabunçu rayonu, X2 limanı istiqamətində olan yolda naməlum sürücünun idarə etdiyi “Ford” markalı ** DE *** dövlət qeydiyyat nişanlı avtomobil ilə işıq dirəyini vurmuş və nəticədə müəssisəyə 3209,83 manat maddi ziyan dəymişdir. Zərər vuran şəxsin avtomobili sığorta şirkətində icbari sığortalıdır. Tətbiq edilən hüquq: «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun: - 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. - 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. - 18.1-ci maddəsinə əsasən bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. - 50.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. - 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. - 904.2-ci maddəsinə əsasən, sığorta məbləği icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilir - 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. - 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. - 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. - 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Göründüyü kimi, hazırki iş üzrə Cavabdeh1 tərəfindən idarə edilən “X15” markalı, **- DE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə onun tərəfindən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" X8 3209,83 manat məbləğində zərər vurulmuşdur. İddiaçı tərəfindən vurulmuş olan zərərin əvəzi qismində 3209,83 manat tələb edilməklə, həmin zərərin hər iki cavabdehdən müştərək qaydada tutulmaqla ödənilməsi xahiş edilmişdir. Lakin qeyd edilməlidir ki, yol-nəqliyyat hadisəsi X6 tərəfindən törədilmiş olsa da, sonuncunun mülki məsuliyyəti LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən icbari qaydada sığortalanmışdır. Bununla da, ona münasibətdə iddia rədd edilməli, törədilmiş olan yolnəqliyyat hadisəsi nəticəsində əmələ gəlmiş zərərə görə məsuliyyət sığorta şirkətinin üzərinə qoyulmaqla 3209,83 manat iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" X8 vurulmuş maddi ziyana görə 3209,83 manat məbləğində pul vəsaiti cavabdeh “LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq iddiaçı "xxxx" X8 ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" X8 vurulmuş maddi ziyana görə 3209,83 (üç min iki yüz doqquz manat, 83 qəpik) manat məbləğində pul vəsaiti cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq iddiaçı "xxxx" X8 ödənilsin. İddia tələbi Cavabdeh1 münasibətdə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(006)-2111/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2111/2025
25.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver