Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2113/2024 19.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X76 oğlunun katibliyi, İddiaçı, Cavabdeh MMMC-nin vəkili-nümayəndəsi Vəkil, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X13, X21 iştirakları ilə, İddiaçı Cavabdeh MMMC-yə qarşı “binanın ərazisinə bina sakinlərinin avtomobillə girişçıxışına maneçilik törədilməsinin və s.-nin qadağan edilməsi”; Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X13, X21, X10, X11 və X22 Cavabdeh MMMC-yə qarşı “binanın ərazisinə bina sakinlərinin avtomobillə giriş-çıxışına maneçilik törədilməsinin və s.-nin qadağan edilməsi” tələblərinə dair iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təsviri hissə:
1. İddiaçı Cavabdeh MMMC-yə qarşı “liftlərin saz vəziyyətə gətirilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xətai prospekti, 38 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının hər bir blokuna quraşdırılmış liftlərə kart sisteminin və mənzil mülkiyyətçilərinin birgə mülkiyyəti hesab edilən parklanma yerlərinə quraşdırılmış şlaqbaumların Cavabdeh MMMC-nin vəsaiti hesabına sökülərək əvvəlki vəziyyətə qaytarılması, eyni zamanda, binanın D2 və C1 bloklarında liftlərin saz vəziyyətə gətirilməsi öhdəliyinin Cavabdeh MMMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai prospekti, 38 ünvanında inşa edilmiş çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakın saxlanılması, təmiri, kommunal xidmətlərin göstərilməsi məqsədilə xx.xx.2022-ci il tarixdə "xxxx" MMMC təsis edilmişdir. Daha sonra həmin cəmiyyətin adı Cavabdeh MMMC-yə dəyişdirilmişdir. Cavabdeh MMMC-nin idarə heyətinə 7 nəfər mülkiyyətçi (X14, X39, X52, X23, X40, X15, X70, X12, X41, X30, X16, X53 və X54) ümumi yığıncaq keçirmədən özlərini seçərək, X8 isə idarə heyətinin sədri təyin etmişlər. İddiaçı və binanın digər sakinləri idarə heyətinin sədri, üzvləri və komissiya üzvlərinin seçilməsində iştirak etməmiş və ümumi yığıncağa çağırılmamışlar. Hətta bəzi sakinlərin idarə heyətinə üzv seçilmələrinə dair özlərinin məlumatı yoxdur. Məsələn, X17 idarə heyətinin üzvü olması haqqında məlumatı olmamışdır. xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2023-cü il tarixlərdə guya keçirilən ümumi yığıncaqlardan iddiaçı və binanın digər sakinlərinin xəbəri olmamış, bildirişlər onlara göndərilməmiş və onlar iştirak etməmişlər. Həmin idarə heyətinin fəaliyyətsizliyi nəticəsində 300-dən çox ailəni su ilə təmin edən hovuz antisanitar vəziyyətdə, lil-palçıqlı olduğundan mənzillərə çirkab, qumlu su verilir, binanın 2 lifti işləmir, biri banka icarəyə verilib, digəri isə ofis üçün dəmir qapı ilə bağlanmış, ümumiyyətlə liftlərə texniki xidmət göstərilmir, həyətdə heç bir abadlaşdırma, yaşıllıq işləri aparılmır, ərazinin mühafizəsi formal xidmətə çevrilmiş, avtodayanacaq yarımçıq tikili şəklində insanların həyatına real təhlükə mənbəyi olmuş, avtomobil yolunun asfalt örtüyü üzərində çuxurlar olmaqla yanaşı, səliqəsiz vəziyyətdədir, habelə digər texniki-təsərrüfat işləri görülmədiyi üçün başqa problemlər də yaranmışdır. Qanunsuz olaraq liftlərə kommunal xidmətlərini ödəməyən sakinlərə təzyiq etmək üçün kart sistemi tətbiq edilmiş, həyətdə yerləşən avtomobil dayanacağı, bank işçilərinə xidmət edir, sakinlər üçün isə şlaqbaum qoyulmaqla kommunal xidmətlərdən əlavə hər ay qanunsuz olaraq 80-100 manat məbləğində pul tələb edilir. Sakinlərin mənzillərinə dair çıxarışlarının alınması üçün zəruri sənədlərin verilməsinə görə 510 manat məbləğində pul tələb edilir. Bir sözlə, MMMC hazırda sakinlərin maraqlarını təmin etmək əvəzinə qanunsuz sahibkarlıq fəaliyyəti göstərir. Eyni zamanda, sədr Gülnarə Cəbrayılova ümumiyyətlə həmin binada yaşamır. Buna baxmayaraq, dəfələrlə idarə heyətinin sədrinə müxtəlif problemlərlə bağlı müraciət etsələr də, o, heç bir iş görməmiş, əksinə sakinlərin əsaslı narahatçılığına səbəb olmuşdur. Bu dövr ərzində sakinlərdən külli miqdarda pul vəsaiti toplanılsa da, binanın saxlanılması üçün heç bir tədbir görülməmiş, heç bir problem aradan qaldırılmamışdır. Bundan başqa, bu müddət ərzində cəmiyyətdə heç bir dəfə də keçirilməsi qanunla nəzərdə tutulan təftiş keçirilməmiş, pul vəsaitlərinin hesabatı mülkiyyətçilərə təqdim edilməmişdir. İdarə Heyətinin sədri X14 öz vəzifəsindən sui-istifadə edir, öhdəliklərinin icrasından isə yayınır. İdarə heyətinin sədri olaraq MMMC-nin mənafeyindən deyil, öz şəxsi ambisiyalarından və kommersiya maraqlarından çıxış edərək, sakinləri kütləvi şəkildə təhqir və təhdid etməkdən, təhqiredici məktub yazmaqla sakinlərə aid məhkəmə aktlarını həmin məktuba qoşub digər bütün sakinlərə göndərməkdən, hətta sakinləri milli ayrıseçkiliyə təhrik etməkdən belə çəkinmir. Haqlarını tələb edən sakinlər isə Cəmiyyətin rəhbərliyi tərəfindən şər-böhtan atılmaqla polisə verilirlər. Bununla yanaşı, kommunal ödənişlər mühsibatlıq tərəfindən deyil, santexnik, fəhlə tərəfindən yığılır. Bütün bunlar nəzərə alınaraq, qanunvericiliyə uyğun qaydada 16 oktyabr 2023-cü il tarixdə 171 mənzil mülkiyyətçilərindən (ümumi sahə mülkiyyətçilərinin 51 faizindən artıq sayda) ibarət ümumi yığıncaq keçirilmiş və yeni idarə heyyətinin seçilməsi qərarı qəbul edilmişdir. Nəticədə İddiaçı İdarə Heyətinin sədri, X5 müavini, X42, X31, X7, X32, X25, X55 və X2 Heyətinin üzvləri, X3 Komissiyasının sədri, X33 və X9 Komissiyasının üzvləri, X4 Komissiyasının sədri, X63 və X1 Komissyiasının üzvləri seçilmişlər. Ümumi Yığıncaqda hər bir mənzil mülkiyyətçisi şəxsən canlı səsvermədə iştirak etmiş və yekdilliklə göstərilən qərarı vermişlər. Bununla bağlı İddiaçı tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət olunmuş və uzun çəkən prosesdən sonra sənədlər geri qaytarılmaqla izah edilmişdir ki, müraciət ərizəsinə möhür vurulmalıdır. X44 MMMCnin ali orqanı olan Ümumi Yığıncağın, İdarə Heyətinin dəyişdirilməsi haqqında qanuni qərarını özbaşına rədd edərək, qeydiyyat üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi zəruri olan sənədləri imzalamaqdan və möhürlə təsdiq etməkdən qəti imtina etmişdir. Gülnarə Cəbrayılovanın qanunsuz hərəkətləri və özbaşınalığı nəticəsində sənədlər möhürlə təsdiq olunmadığı üçün mülkiyyətçilərin səs çoxluğu ilə yeni seçilmiş idarə heyəti Ədliyyə Nazirliyi tərəfindən qeydə alına bilmir. Cavabdeh MMMC-yə məxsus möhür, maddi-texniki vasitələr, maliyyə, mühasibatlıq və digər hüquqi sənədlərin Cavabdeh MMMC-nin sabiq İdarə Heyətinin sədri X6 alınaraq MMMC-nin ali orqanı olan Ümumi Yığıncağın xx.xx.2023-cü il tarixli qərarı ilə seçilmiş İdarə Heyətinin sədrinə, yəni İddiaçı verilməsi ilə bağlı artıq məhkəməyə müraciət edilmişdir. Hazırki tələb onunla bağlıdır ki, Cavabdeh MMMC tərəfindən qanunsuz olaraq liftlərə kart sistemi quraşdırılır və sakinlərin lift kartları bloklaşdırılır. Bunun səbəbi isə kommunal borcları ödəməyən sakinlərə lift kartını bloklaşdırmaqla təzyiqin göstərilməsidir. Halbuki, təhlükəsizliyin qorunması məqsədilə sakinlər öz təşəbbüsləri ilə hər bir blokun girişinə domofon quraşdırmış və buna görə də sakinlər tərəfindən həmin şirkətə aylıq xidmət haqqı ödənilir. Bundan başqa, qanunsuz olaraq mənzil mülkiyyətçilərinin avtomobili üçün nəzərdə tutulmuş və ümumi əmlak hesab edilən sahəyə qanunsuz olaraq şlaqbaumlar yerləşdirilmiş, sakinlərdən avtomobil parklanmasına görə əsassız və qanunsuz olaraq, kommunal xidmətlərdən əlavə parkinqə görə vəsait tələb edilir. Cavabdeh MMMC tərəfindən iddiaçının və binanın digər sakinlərinin hüquqlarının məhdudlaşmasına səbəb olan hərəkətlərin qarşısının alınması üçün tədbirlər görülməlidir. İddiaçının və binanın digər sakinlərinin mənzillərinin üst mərtəbələrdə yerləşməsi, eyni zamanda onların yanına qonaqların gəlib-getməsi və s. səbəbindən liftdən istifadənin zəruriliyi, eyni zamanda avtomobillərinin saxlanılması üçün nəzərdə tutulmuş parklanma yerinin birgə mülkiyyət olması nəzərə alınmaqla, konstitusion və fundamental mülkiyyət hüquqlarının qorunmasının təmin edilməsi məqsədilə ərizə təmin edilməli, mənzillərə maneəsiz giriş-çıxış bərpa olunmalı, lift kartlarının bloklaşdırılması və kart sisteminin tətbiq edilməsi, eyni zamanda parklanma yerinə quraşdırılmış şlaqbaum və ödənişin tələb edilməsi dayandırılmalıdır. Eyni zamanda, artıq uzun müddətdir ki, binanın C1 və D2 bloklarında illərlə nasaz vəziyyətdə olan liftlər mövcuddur. Bununla bağlı bina sakinləri olaraq dəfələrlə, cavabdehə müraciət etsələr də, cavabdeh pul vəsaitinin olmamasını bəhanə gətirir. Halbuki, iddiaçı və binanın digər sakinləri pul vəsaitləri ilə bağlı da dəfərlərlə hesabtların təqdim olunmasını tələb etsələr də, müraciətləri cavabsız qalır. Belə olan halda, Bakı şəhəri, Xətai prospekti 38 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının hər bir blokuna quraşdırılmış liftlərə kart sistemi və mənzil mülkiyyətçilərinin birgə mülkiyyəti hesab edilən parklanma yerlərinə quraşdırılmış şlaqbaumlar Cavabdeh MMMC-nin vəsaiti hesabına sökülərək, əvvəlki vəziyyətə qaytarılmalı, eyni zamanda, binanın D2 və C1 bloklarına liftlərin saz vəziyyətə gətirilməsi öhdəliyi cavabdeh Nəsimi-45 MMC-nin üzərinə qoyulmalıdır.
3. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X43, X45, X32, X31 və X46 Cavabdeh MMMC-yə qarşı “liftlərin saz vəziyyətə gətirilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai prospekti, 38 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının hər bir blokuna quraşdırılmış liftlərə kart sisteminin və mənzil mülkiyyətçilərinin birgə mülkiyyəti hesab edilən parklanma yerlərinə quraşdırılmış şlaqbaumların Cavabdeh MMMC-nin vəsaiti hesabına sökülərək əvvəlki vəziyyətə qaytarılması, eyni zamanda, binanın D2 və C1 bloklarında liftlərin saz vəziyyətə gətirilməsi öhdəliyinin Cavabdeh MMMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər.
4. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslərin tələbi iddiaçının tələbi ilə eyni qaydada əsaslandırılmışdır.
5. İddiaçının və üçüncü şəxslərin tələbi bir neçə dəfə dəqiqləşdirilmişdir.
6. Son olaraq, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1 “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Xətai prospekti 38 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının ərazisinə bina sakinlərinin avtomobillə giriş-çıxışına və bina ərazisində avtomobillərinin saxlanılmasına və həmin binanın yaşadığı blokunda yerləşən liftlərdən istifadəyə maneəçilik törədilməsinin Cavabdeh MMMC-yə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. Son olaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X43, X45, X32, X31 və X46 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai prospekti 38 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının ərazisinə bina sakinlərinin avtomobillə giriş-çıxışına və bina ərazisində avtomobillərinin saxlanılmasına və həmin binanın hər bir blokunda yerləşən liftlərdən istifadəyə maneəçilik törədilməsinin Cavabdeh MMMC-yə qadağan edilməsi və həmin binanın D2 və C1 bloklarına liftlərin saz vəziyyətə gətirilməsi öhdəliyinin cavabdeh Nəsimi-45 MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər.
a) Məhkəmə prosesi:
8. Məhkəmə iclasında İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X43 və X45 – hər biri öz iddiasını müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdilər.
9. Məhkəmə iclasında Cavabdeh MMMC-nin vəkili-nümayəndəsi Vəkil iddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər tərəfindən verilmiş iddianı qəbul etməyib, təmin edilməməsini məhkəmədən xahiş etdi.
10. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən digər üçüncü şəxslər X32, X31 və X46 məhkəmə iclasında iştirak etməmiş, ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilib, iddianın təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
11. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının və üçüncü şəxslərin iddiaları qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
12. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlardan görünür ki, ünvan 12, mənzil 262 Yeni qaydalarla: AZ 1008, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, giriş 168, M14, m2 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə xx.xx.2020-ci il tarixdə X13; ünvan 12, mənzil 17 Yeni qaydalarla: AZ 1008, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, giriş 160, M6, m2 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə xx.xx.2021-ci il tarixdə X10; ünvan 12, mənzil 93 Yeni qaydalarla: AZ 1008, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 162, M7, m1 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə xx.xx.2022-ci il tarixdə X11; ünvan 12, mənzil 159 Yeni qaydalarla: AZ 1008, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 164, M10, m3 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə xx.xx.2022-ci il tarixdə İddiaçı; ünvan 12, mənzil 316 Yeni qaydalarla: AZ 1008, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 170, M15, m2 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə xx.xx.2023-cü il tarixdə X22; ünvan 12, mənzil 203 Yeni qaydalarla: AZ 1008, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, giriş 166, M9, m2 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrəxx.xx.2024-cü il tarixdə X21 adlarına qeydiyyata alınmışdır.
13. Mənzil sahiblərinin Cavabdeh MMMC-yə və "xxxx" MMC-yə olan borcları barədə hesabatdan görünür ki, Rəcəbov Məhərrəm D1 blokunda, İsmayılov İlham D2 blokunda, İddiaçı A blokunda, Calalov Zaman B blokunda, Nəcəfov Behbud C1 blokunda, Babayev Əliağa C2 blokunda yerləşən mənzillərin sahibləridir.
14. "xxxx" MMC-nin direktoru, Cavabdeh MMMC-nin İdarə heyətinin sədri, MMMC-nin santexniki, elektrik montyoru və gözətçisi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən, lift xidməti sistemi üzrə Cavabdeh MMMC-yə təhvil verilmiş 13 dəst “Otis” markalı liftlərindən 2 ədəd lift işlək vəziyyətdə deyildir.
15. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən ünvan 9 ünvanında yaşayan vətəndaş Zöhrab Məmmədliyə və başqalarına ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə Bakı şəhəri, Xətai prospekti 38 nömrəli binanın qarşısında yüngül konstruksiyadan quraşdırılmış qurğu ləğv edilmiş, MMC rəhbərliyinə sakinlərə narahatlıq yaradan hallara yol verilməməsinin zəruriliyi barədə xəbərdarlıq edilmişdir.
16. Cavabdeh MMMC-nin sahə mülkiyyətçilərinin xx.xx.2023-cü il tarixli qiyabi səsverməsinin nəticələrinə dair protokolunda 256 sahə mülkiyyətçisinə bildiriş göndərilməsi, 217 sahə mülkiyyətçisinin iştirak etməsi qeyd edilmişdir. “Binanın saxlanması üçün müəyyən edilmiş ödənişlərin vaxtında və tam yığılması ilə əlaqədar bütün qanuni tədbirlər görülsün, o cümlədən binanın kommunikasiya və avadanlıqlarından fərdi istifadə etməyə yönəlmiş texnologiyaların tətbiqi İdarə Heyətinə tapşırılsın” məzmununda olan 9-cu bəndin qarşısında 214 səs lehinə, 0 səs əleyhinə, 3 səs bitərəf qeydləri aparılmış və bu barədə müsbət qərar qəbul edilmişdir.
17. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə xx.xx.2024-cü il tarixdə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
18. Bakı Apellyasiya Məhkəməsinin 16(103)-580/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri, Xətai prospekti, 38 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının hər bir blokunda yerləşən liftlərdən və binaya məxsus parklanma yerlərindən ərizəçi İddiaçı istifadəsinə maneələrin yaradılması Cavabdeh MMMC-yə qadağa edilmişdir.
19. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, üçüncü şəxslər tərəfindən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
20. Cavabdeh MMMC-nin sahə mülkiyyətçilərinin xx.xx.2024-cü il tarixli qiyabi səsverməsinin nəticələrinə dair protokolunda 20969 (ümumi səs sayı) sahə mülkiyyətçisinə bildiriş göndərilməsi, 16592 (səs sayı) sahə mülkiyyətçisinin iştirak etməsi qeyd edilmişdir. “... ahıllar və həyətdə oynayan uşaqların təhlükəsizliyini təmin etmək məqsədilə binanın həyətində avtomobillərin park edilməsi qadağan edilsin və bunun üçün həyətə nəzarət edən işçilərə şlaqbaumlardan istifadə edilsin...” məzmununda olan 8-ci bəndin qarşısında 16343,3 səs lehinə (98,99 %), 167,20 səs əleyhinə (1,01 %), 0 səs bitərəf qeydləri aparılmışdır.
21. Üçüncü şəxslər tərəfindən verilmiş ərizədə qeyd edilmişdir ki, hazırda yaşadıqları binanın 168 nömrəli blokunda (C1) yük lifti işləmir və digər liftə kart sistemi tətbiq edilib (Nəcəfov Behbdud). 166 nömrəli blokda (B) kart sistemi quraşdırılıb (Calalov Zaman). 160 nömrəli blokda (D1) kart sistemini quraşdırmağa cəhd ediblər, lakin sakinlər imkan vermədilər (Rəcəbov Məhərrəm). 162 nömrəli blokda (D2) yük lifti işləmir (İsmayılov İlham). 172 nömrəli blokda (C2) kart sistemi quraşdırılıb (Babayev Əliağa).
22. İş materiallarında, həmçinin, mülkiyyətçilərə ünvanlanmış bildirişlər və qiyabi səsvermə qərarları, bina sakinlərinin liftlərə kart quraşdırılmasına etiraz olaraq imzaladıqları sənədlər, bina sakinləri tərəfindən binanın idarə edilməsi və saxlanması ilə əlaqədar bir sıra məsələlərə dair MMMC-nin idarə heyətinin sədrinə ünvanladıqları məktub, Cavabdeh MMMC-nin bina sakinlərinə ünvanladığı xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli, 181 nömrəli məktublar, binanın həyətinin fotoşəkilləri, “Binanın saxlanması üçün müəyyən edilmiş ödənişlərin vaxtında və tam yığılması ilə əlaqədar bütün qanuni tədbirlər görülsün, o cümlədən binanın kommunikasiya və avadanlıqlarından fərdi istifadə etməyə yönəlmiş texnologiyaların tətbiqi İdarə Heyətinə tapşırılsın” məzmununda 9-cu bəndin olduğu Cavabdeh MMMC-nin sahə mülkiyyətçilərinin qiyabi səsvermə üzrə çoxsaylı qərarları, liftlərin videogörüntüləri olan 1 ədəd disk, Azərbaycan Respublikası FHN DYNX 2-ci Ərazi DYNİ tərəfindən Cavabdeh MMMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktub vardır. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
23. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X43, X32, X31, X46 və X45 faktiki olaraq Cavabdeh MMMC tərəfindən idarə edilən ünvan 12 ünvanında yerləşən binada mənzil mülkiyyətçiləridir. İddiaçı mənzili binanın A blokunda, Calalov Zamana məxsus mənzil B blokunda, Nəcəfov Behbudun mənzili C1 blokunda, Babayev Əliağaya məxsus mənzil C2 blokunda, Rəcəbov Məhərrəmin mənzili D1 blokunda, İsmayılov İlhamın mənzili isə D2 blokunda yerləşir.
24. Cavabdeh MMMC mənzil mülkiyyətçilərindən bəzilərinin kommunal xidmət haqlarını ödəməməsi səbəbindən həmin mülkiyyətçilərin ümumi əmlakın saxlanmasında iştirak etmədiklərinə istinad edərək, məcburiyyət tədbiri kimi bəzi liftlərə kart sistemi tətbiq edib (bəzilərinə isə tətbiq etməyə cəhd etsə də, narazılıq səbəbindən sistem quraşdırılmayıb), kommunal ödənişləri ödəməyən mülkiyyətçilərin kartlarını deaktiv etmiş, həmçinin, binanın həyətinə və binaya məxsus parklanma yerlərinə girişdə şlaqbaumlar quraşdırmışdır.
25. İddiaçı və üçüncü şəxslər iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmə araşdırmaları zamanı tələblərini bir neçə dəfə dəqiqləşdirmiş, yekun olaraq təqdim etdikləri və məhkəmə tərəfindən icraata qəbul edilmiş, hazırda mahiyyəti üzrə baxılan ərizələrdə iddiaçının son tələbi binanın ərazisinə bina sakinlərinin avtomobillə giriş-çıxışına, bina ərazisində avtomobillərinin saxlanılmasına və həmin binanın yaşadığı blokunda yerləşən liftlərdən istifadəyə maneəçilik törədilməsinin Cavabdeh MMMC-yə qadağan edilməsi; üçüncü şəxslərin son tələbi isə binanın ərazisinə bina sakinlərinin avtomobillə giriş-çıxışına, bina ərazisində avtomobillərinin saxlanılmasına, həmin binanın hər bir blokunda yerləşən liftlərdən istifadəyə maneəçilik törədilməsinin Cavabdeh MMMC-yə qadağan edilməsi və həmin binanın D2 və C1 bloklarına liftlərin saz vəziyyətə gətirilməsi öhdəliyinin cavabdeh Nəsimi-45 MMC-nin üzərinə qoyulması olmuşdur.
26. Məhkəmə araşdırmaları zamanı mübahisə predmeti olan binaya yerli baxış keçirilmişdir. Yerli baxış zamanı müəyyən edilmişdir ki, binanın həyətinə və altında yerləşən parklanma yerinə giriş-çıxışlarda şlaqbaumlar yerləşdirilib. Həm yerli baxış zamanı, həm də məhkəmə araşdırmaları dövründə tərəflərin izahatları və iş materialları əsasında məhkəmə tərəfindən, həmçinin, İddiaçı mənzilinin yerləşdiyi A blokunda liftlərdən istifadəyə maneçilik törədən kart sisteminin olmaması, Calalov Zamana məxsus mənzilin yerləşdiyi B blokunda kart sistemi olsa da, işlək olmaması, Nəcəfov Behbudun mənzilinin yerləşdiyi C1 blokunda yük liftinin işləməməsi və digər liftə kart sisteminin tətbiq edilməsi (qapağı qırılsa da, sistem işləkdir), Babayev Əliağaya məxsus mənzilin olduğu C2 blokunda liftə kart sisteminin tətbiq edilməsi, Rəcəbov Məhərrəmin mənzili olan D1 blokundakı liftlərdə kart sisteminin quraşdırılmasına cəhd edilməsinə baxmayaraq, quraşdırılmaması, İsmayılov İlhamın mənzilinin yerləşdiyi D2 blokunda olan yük liftinin işləməməsi və digər liftə isə kart sisteminin tətbiq edilməməsi müəyyən edilmişdir.
27. Binanın yanında olan yarıtikili parklanma yeri həm iddiaçının, həm də üçüncü şəxslərin iddia ərizələrində mübahisələndirilsə də, cavabdeh tərəf həmin tikilinin başqa şəxsin mülkiyyətində olduğuna dair sənədlər təqdim etdiyindən, sözügedən parklanma yerinin binanın ümumi mülkiyyətində olmadığı müəyyən edilmişdir.
28. Həmçinin, iş materiallarında olan sənədlər və tərəflərin izahatı əsasında müəyyən edilmişdir ki, bəzi mənzil mülkiyyətçiləri ilə cavabdeh MMMC arasında binanın idarə edilməsi, qəbul edilən qərarlar, MMMC-nin idarə heyətinin və digər komissiyaların tərkibi, ödənilməyən kommunal borclar və s. ilə bağlı mübahisə mövcuddur.
c) Məhkəmənin mövqeyi:
29. Məhkəmə İddiaçı “binanın ərazisinə bina sakinlərinin avtomobillə giriş-çıxışına, bina ərazisində avtomobillərinin saxlanılmasına maneəçilik törədilməsinin Cavabdeh MMMC-yə qadağan edilməsi” tələbi ilə bağlı hesab edir ki, mənzil mülkiyyətçisi kimi iddiaçı mənzilinin yerləşdiyi binanın ümumi ərazisinə aid olan həyətə və parklanma yerinə avtomobillə giriş-çıxış etmək, bina ərazisində avtomobil saxlamaq hüququna malikdir. Buna görə də iddiaçı özünə münasibətdə belə bir tələblə çıxış etməkdə haqlıdır.
30. Binanın idarə edilməsini həyata keçirən cavabdeh MMMC binanın parklanma yerlərinə və həyətinə giriş-çıxışlarda şlaqbaumların kommunal borclarını ödəməyən mənzil mülkiyyətçiləri üçün məcburiyyət tədbiri kimi quraşdırıldığını bildirsə də, məhkəmə hesab edir ki, borclarını ödəməyən şəxslərə münasibətdə belə tədbirlər əvəzinə qanuni tədbirlər həyata keçirməlidir. Məsələn, həmin şəxslərdən borcun tələb edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi və ya artıq qanuni qüvvəsini almış məhkəmə qətnamələrinin məcburi icra edilməsinin tələb edilməsi və s.
31. Məhkəmə araşdırmaları dövründə - hazırkı baxış iclasında cavabdeh MMMC, həmçinin, Fövqəladə Hallar Nazirliyi tərəfindən göndərilmiş məktuba istinadən binanın həyətində parklanmanın qadağan edilməsinə dair qiyabi səsvermə qərarını məhkəməyə təqdim etsə də, məhkəmə hesab edir ki, nə həmin məktub, nə də necə keçirilməsi, səslərin necə hesablanması və s. məlum olmayan qiyabi səsvermə nəticəsində qəbul edilmiş qərar binada mənzili olan mülkiyyətçinin həmin binanın ümumi mülkiyyəti sayılan həyətinə avtomobillə giriş-çıxışına və ümumi mülkiyyətdə olan ərazidə avtomobil saxlamasına qadağa qoymaq üçün tutarlı əsaslar deyildir. Çünki mənzil mülkiyyətçisi olan iddiaçı ümumi mülkiyyətdə olan bina ərazisindən avtomobillə və ya avtomobilsiz maneəsiz istifadə etmək hüququna malikdir. Bunu yanğın təhlükəsizliyi, həyətdə oynayan uşaqların, oturan ahılların təhlükəsizliyi və s. ilə əsaslandıran MMMC nəzərə almalıdır ki, qanunla mənzil mülkiyyətçilərinə məxsus olan bu hüququ məhdudlaşdırmaq əvəzinə, başqa şəxslərin binanın həyətinə maşınla girməsinə şərait yaratmaması kifayətdir. Çünki mənzil mülkiyyətçisinin binanın yanğın təhlükəsizliyinə, bina sakinlərinin təhlükəsizliyinə və s. kimi təhlükəsizlik tədbirlərinə xələl gətirəcək hərəkətlərə yol verməsi (yanğınsöndürən maşına şərait yaratmamaq, bina sakinlərinin toplaşdığı, uşaqların oynadığı yerlərdə maşın saxlamaq və s.) heç də ağlabatan deyildir. Bundan əlavə, istinad edilən qərarın məhz hazırkı məhkəmə baxışı iclasında məhkəməyə təqdim edilməsi (sonuncu hazırlıq iclasından sonra hazırlanması nəzərə alındıqda) həmin qərarın mötəbər hesab edilməməsi üçün əlavə zəmin yaradır.
32. Lakin qeyd edilməlidir ki, iddiaçı bu tələbini bina sakinlərinə münasibətdə, yəni onların adından irəli sürsə də, onun bina sakinləri adından belə bir tələblə çıxış etməyə səlahiyyətinin olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, tələbin bu hissəsi qismən – yalnız iddiaçının özünə münasibətdə təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının ərazisinə İddiaçı avtomobillə giriş-çıxışına və bina ərazisində avtomobilinin saxlanılmasına maneçiliyin törədilməsi Cavabdeh MMMC-yə qadağan edilməli, bu tələb qalan hissədə təmin edilməməlidir.
33. İddiaçı “binanın yaşadığı blokunda yerləşən liftlərdən istifadəyə maneəçilik törədilməsinin Cavabdeh MMMC-yə qadağan edilməsi” tələbi ilə bağlı isə qeyd edilməlidir ki, iddiaçının yaşadığı müəyyən edilən A blokunda liftlərdən istifadəyə hər hansı maneçilik törədilməsi, liftdə kart sisteminin olması və s. bu kimi hallar müəyyən edilmir. Tərəflər buna cəhd edildiyini, lakin sakinlərin, xüsusən iddiaçının narazılığı səbəbindən həmin bloka kart sistemi quraşdırılmadığını mübahisələndirmirlər. İddiaçı da gələcəkdə belə hərəkətlər olarsa, preventiv tədbir kimi bu tələbi irəli sürmüşdür. Lakin məhkəmə hesab edir ki, hazırda iddiaçının tələbində göstərdiyi hal mövcud olmadığından, yəni iddiaçının yaşadığı blokda liftlərdən istifadəyə maneçilik törədilməsi müəyyən edilmədiyindən, tələbin bu hissəsinin təmin edilməsinə zərurət yoxdur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbinin bu hissəsi təmin edilməməlidir.
34. Üçüncü şəxslər X13, X21, X10, X11 və X22 iddia tələbinin “binanın ərazisinə bina sakinlərinin avtomobillə giriş-çıxışına, bina ərazisində avtomobillərinin saxlanılmasına maneəçilik törədilməsinin Cavabdeh MMMC-yə qadağan edilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bu tələblər üzrə tərəflərin dəlilləri və işin faktiki halları eynilik təşkil etdiyindən, məhkəmə 29-32-ci bəndlərdə ifadə etdiyi mövqeyini təkrarlayaraq bu tələbin qismən təmin edilməsi qənaətinə gəlir. Həmin bəndlərə istinadən məhkəmə hesab edir ki, tələb bu hissədə qismən təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının ərazisinə X13, X21, X10, X11 və X22 avtomobillə giriş-çıxışına və bina ərazisində avtomobillərinin saxlanılmasına maneçiliyin törədilməsi Cavabdeh MMMC-yə qadağan edilməli, bu tələb qalan hissədə təmin edilməməlidir.
35. Üçüncü şəxslərin iddiasının “binanın hər bir blokunda yerləşən liftlərdən istifadəyə maneəçilik törədilməsinin Cavabdeh MMMC-yə qadağan edilməsi” tələbi ilə bağlı qeyd edilməlidir ki, məhkəmə araşdırmaları zamanı Calalov Zamana məxsus mənzilin yerləşdiyi B, Nəcəfov Behbudun mənzilinin yerləşdiyi C1 və Babayev Əliağaya məxsus mənzilin olduğu C2 bloklarında olan liftlərə kart sistemlərinin quraşdırılması müəyyən edildiyindən, lift də binanın həyəti və parklanma yeri kimi ümumi mülkiyyət hesab edildiyindən, məhkəmə hesab edir ki, tələbin bu hissəsinin qismən, yəni X21 mülkiyyətində olan ünvan 12 ünvanında yerləşən 203 nömrəli mənzilin (Yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 166, M9, m2) yerləşdiyi (B bloku), X13 mülkiyyətində olan ünvan 12 ünvanında yerləşən 262 nömrəli mənzilin (Yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, giriş 168, M14, m2) yerləşdiyi (C1 bloku), X22 mülkiyyətində olan ünvan 12 ünvanında yerləşən 316 nömrəli mənzilin (Yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, giriş 170, M15, m2) yerləşdiyi (C2 bloku) bloklardakı liftlərdən istifadəyə maneçilik törədilməsinin (tətbiq olunan kart sisteminin bloklaşdırılması və s.) Cavabdeh MMMC-yə qadağan edilməsi formasında təmin edilməsi, qalan hissədə isə təmin edilməməsi məqsədə müvafiqdir. Çünki digər liftlərə kart sisteminin tətbiq edilməsi müəyyən edilməmiş, bəzi liftlərə kart sisteminin quraşdırılmağa cəhd edilməsi, lakin çoxsaylı narazılığa görə bunun baş tutmaması qeyd edilmişdir. Məhkəmə 33-cü bənddə göstərdiyi kimi, bu faktı tələbin təmin edilməsi üçün tutarlı əsas saymır.
36. Üçüncü şəxslərin “binanın D2 və C1 bloklarında liftlərin saz vəziyyətə gətirilməsi öhdəliyinin cavabdeh Nəsimi-45 MMC-nin üzərinə qoyulması” tələbi ilə bağlı qeyd edilməlidir ki, həmin bloklarda olan yük liftlərinin işləməməsi hazırkı iş üzrə tərəflərin mübahisələndirmədiyi haldır. Cavabdeh MMMC sakinlərdən yığılan kommunal ödənişlərdən başqa heç bir vəsaitinin olmadığını bildirsə də, məhkəmə hesab edir ki, mənzil qanunvericiliyinə əsasən, işləməyən liftlərin təmirini təmin etmək öhdəliyi MMMC-nin üzərindədir. Cavabdehin təqdim etdiyi qiyabi səsvermənin nəticəsinə dair son qərarda da liftlərin saz vəziyyətə gətirilməsi üçün tədbir görülməsi (kredit götürülməsi barədə qərar qəbul edilməsi) MMMC-nin bu öhdəliyini qəbul etməsinə dəlalət edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, məhz həmin bloklarda yaşayan üçüncü şəxslərin iddiaları bu hissədə təmin edilməli, onların tələbi təmin edildiyindən, prosessual qənaət prinsipinə əsasən, digər üçüncü şəxslərin bu barədə tələbi isə təmin edilməməlidir. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, X13 mülkiyyətində olan ünvan 12 ünvanında yerləşən 262 nömrəli mənzilin (Yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, giriş 168, M14, m2) yerləşdiyi (C1 bloku) və X11 mülkiyyətində olan ünvan 12 ünvanında yerləşən 93 nömrəli mənzilin (Yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 162, M7, m1) yerləşdiyi (D2 bloku) bloklarda yük liftlərinin saz vəziyyətə gətirilməsi öhdəliyi Cavabdeh MMMC-nin üzərinə qoyulmalıdır.
37. Məhkəmə yuxarıdakılarla əlaqədar əlavə olaraq qeyd edir ki, yaşayış binasının tərkib hissələri olan mənzillərin mülkiyyətçilərinə mənsub olan, mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən, ümumi otaqlardan, dayaq konstruksiyalarından, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlıqdan ibarət olan ümumi mülkiyyətin hüquqi rejimi qanunla tənzimlənir. Belə ki, göstərilən əşyalar bina sakinlərinə ümumi paylı mülkiyyət hüququ əsasında mənsubdur. Belə mürəkkəb xarakterli mülkiyyət forması olan yaşayış binasının bütün mülkiyyətçiləri ümumi iradələrinə müvafiq olaraq idarə olunması üçün müəyyən qurum təşkil edirlər. Belə qurum yaşayış binasının tərkibində olan mənzillərin fərdi mülkiyyətçilərinin hüquqi şəxs olmayan toplusundan ibarət olan yığıncağıdır. Yığıncaq yaşayış binasının əmlakını idarə edir, onu yaxşı vəziyyətdə saxlanması üzrə işlərin aparılması üçün fond yaradır və s. Qərarlar yığıncaqda iştirak edən mülkiyyətçilərin səs vermələri yolu ilə qəbul edilir.
38. Hazırkı işdə cavabdeh MMMC-nin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır və yaşayış binasının idarə edilməsi, cari işlərin həlli onun ümumi səlahiyyətlərinə aid edilmişdir. Yuxarıda da qeyd edildiyi kimi, binaya yerli baxış zamanı müəyyən edilmişdir ki, bina sakinlərinin binanın ərazisinə maşınla giriş-çıxışına və maşınlarını saxlamasına maneçilik törədən şlaqbaum qoyulmuş, yaşayış binasında olan bəzi liftlərə kart sistemi quraşdırılmışdır. Bu hərəkətlərin həyata keçirilməsinə hüquqi əsas sayılan ümumi yığıncağın qərarları isə qiyabi səsvermə kimi keçirilmiş iclasların nəticələrini əks etdirən sənədlər formasında məhkəməyə təqdim edilsə də, həmin qərarlar qanuna müvafiq olmadığından, mötəbər sübut sayılmır. Beləliklə, məhkəmə araşdırmaları zamanı mübahisəli məsələlərə dair ümumi yığıncağın müvafiq qaydada keçirilmədiyi, hər hansı mötəbər qərarın qəbul edilmədiyi müəyyən olunmuşdur. Halbuki, mənzil qanunvericiliyində belə məsələlərin MMMC-nin üzvlərinin ümumi yığıncağı tərəfindən həll edilməsi barədə imperativ müddəa müəyyənləşdirilmişdir.
39. Məhkəmə əlavə olaraq qeyd etməyi zəruri sayır ki, Mülki Məcəllənin 157.4-cü maddəsində sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması haqqında iddia - neqator iddia vasitəsilə mülkiyyət hüququnun müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Neqator iddia dedikdə, əşyaya sahiblik edən mülkiyyətçinin, əmlaka sahiblik, ondan istifadə və ona sərəncam səlahiyyətlərinin həyata keçirilməsində manelərin aradan qaldırılması haqqında üçüncü şəxsə yönəlmiş tələbi başa düşülür. Neqator iddia mülkiyyətçi və üçüncü şəxsin mübahisəli əşya üzrə bir-biri ilə müqavilə münasibətlərində olmadığı və hüquq pozuntusunun subyektiv mülkiyyət hüququnun xitamına gətirmədiyi hallarda irəli sürülür. Neqator iddia irəli sürmək hüququna mülkiyyətçi, habelə titul sahibi malikdir. Cavabdeh qismində isə öz hüquqa zidd davranışı ilə mülkiyyət hüququnun (titul sahibliyinin) normal həyata keçirilməsinə maneçilik yaradan şəxs çıxış edir. Məhkəmə hazırkı iş üzrə iddia tələblərini neqator iddia kimi qiymətləndirir.
40. Beləliklə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:
41. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 35.1-35.2. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitartexniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Maddə 43. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aşağıdakılar aiddir: - çoxmənzilli binanın yenidən qurulması (o cümlədən onun genişləndirilməsi və ya üstünün tikilib artırılması), təsərrüfat tikililərinin və digər bina, tikili və qurğuların inşa edilməsi, çoxmənzilli binanın ümumi əmlakının təmiri haqqında qərar qəbul etmək; - çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsindən istifadə hədləri haqqında, o cümlədən ondan istifadəyə məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul etmək; - çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərar qəbul etmək; - çoxmənzilli binanın idarəetmə üsulunu seçmək; - bu Məcəllə ilə çoxmənzilli binanın mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlər. Maddə 141.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: - binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; - mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; - idarəedici təşkilat tərəfindən idarə edilmə.
42. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 227.1. Yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariyatexniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Maddə 229.1. Yaşayış binasının tərkib hissələrinin fərdi mülkiyyətçilərinin toplusu yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin hüquqi şəxs olmayan yığıncağını təşkil edir.
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
44. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının və üçüncü şəxslərin iddiaları qismən təmin edilməlidir.
45. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə də qiymət verməyi zəruri sayır. Bu məsələ prosessual qanunvericiliklə tənzimləndiyindən, bu məsələyə qiymət verərkən məhkəmə tərəflərin belə tələbinin olub-olmamasından asılı deyildir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddialar qismən təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 50 manat hissəsi Cavabdeh MMMC-dən alınaraq İddiaçı verilməli, qalan hissəsi İddiaçı aid edilməli, həmçinin, üçüncü şəxslər tərəfindən ödənilmiş dövlət rüsumunun 50 manat hissəsi Cavabdeh MMMC-dən alınaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X27, X35, X19, X20 və X36 verilməli, qalan hissəsi üçüncü şəxslərə aid edilməlidir.
Nəticə:
46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
1. İddiaçı Cavabdeh MMMC-yə qarşı “binanın ərazisinə bina sakinlərinin avtomobillə girişçıxışına maneçilik törədilməsinin və s.-nin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi qismən təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının ərazisinə İddiaçı avtomobillə giriş-çıxışına və bina ərazisində avtomobilinin saxlanılmasına maneçiliyin törədilməsi Cavabdeh MMMC-yə qadağan edilsin. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 50 manat hissəsi Cavabdeh MMMC-dən alınaraq İddiaçı verilsin, qalan hissəsi İddiaçı aid edilsin.
2. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X13, X21, X10, X11 və X22 “binanın ərazisinə bina sakinlərinin avtomobillə giriş-çıxışına maneçilik törədilməsinin və s.nin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi qismən təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının ərazisinə X13, X21, X10, X11 və X22 avtomobillə giriş-çıxışına və bina ərazisində avtomobillərinin saxlanılmasına maneçiliyin törədilməsi Cavabdeh MMMC-yə qadağan edilsin. X13 mülkiyyətində olan ünvan 12 ünvanında yerləşən 262 nömrəli mənzilin (Yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, giriş 168, M14, m2) yerləşdiyi (C1 bloku) və X11 mülkiyyətində olan ünvan 12 ünvanında yerləşən 93 nömrəli mənzilin (Yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 162, M7, m1) yerləşdiyi (D2 bloku) bloklarda yük liftlərinin saz vəziyyətə gətirilməsi öhdəliyi Cavabdeh MMMC-nin üzərinə qoyulsun. X21 mülkiyyətində olan ünvan 12 ünvanında yerləşən 203 nömrəli mənzilin (Yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 166, M9, m2) yerləşdiyi (B bloku), X13 mülkiyyətində olan ünvan 12 ünvanında yerləşən 262 nömrəli mənzilin (Yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, giriş 168, M14, m2) yerləşdiyi (C1 bloku), X22 mülkiyyətində olan ünvan 12 ünvanında yerləşən 316 nömrəli mənzilin (Yeni qaydalarla Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, giriş 170, M15, m2) yerləşdiyi (C2 bloku) bloklardakı liftlərdən istifadəyə maneçilik törədilməsi (tətbiq olunan kart sisteminin bloklaşdırılması və s.) Cavabdeh MMMC-yə qadağan edilsin. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiaları qalan hissələrdə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 50 manat hissəsi Cavabdeh MMMC-dən alınaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X27, X35, X19, X20 və X36 verilsin, qalan hissəsi üçüncü şəxslərə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova