Məhkəmə qərarları › İş №e-2(006)-215/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-215/2025

03.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-215/2025 03.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təsviri hissə: 1.İddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ərizəsi və onun ayrılmaz tərkib hissəsi olan Ümumi Oferta müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 35 ay müddətinə illik 27,60% ödəmək şərtilə 4000 manat məbləğində kredit xətti açılmışdır. X2 5.7.15-ci bəndinə əsasən borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanmış Ümumi Oferta müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə, cavabdehin kredit müqaviləsi üzrə 6 aprel 2024, şənbə tarixinə "xxxx" KB ASCyə 4000 AZN əsas, 597,97 AZN faiz, 25 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 4622,97 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 4000 AZN əsas, 597,97 AZN faiz, 25 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 4622,97 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 66,63 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 3.Daha sonra Cavabdeh etirazla məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-2629/2024 saylı qərardadı ilə iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair ərizəsi ilə bağlı mülki işə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır. 4.Daha sonra iddiaçının nümayəndəsi iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin xeyrinə 4.000 manat əsas, 626.10 manat faiz, 203.20 manat cərimə olmaqla, cəmi 4829.30 manat və 84.10 manat tərəflərindən ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 5.İddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. 6.Əvvəlki məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, artıq cərimə və faizlər hesablandığını bildirmiş və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 7.Hazırki məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. 8.Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 9.Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 10.Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, "xxxx" X4 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ARGİD********** saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən cavabdehə 35 ay müddətinə illik 27.60% ödəmək şərtilə 4.000 manat məbləğində kredit xətti açılmış, cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun Banka borcu yaranmışdır. Hazırda iddiaçı müqavilə üzrə yaranmış borcun tutulmasını tələb edir. Cavabdeh iddia tələbini qəbul etmir. b) Mülki işin materialları: 11.Mülki işin materiallarında olan Cavabdeh tərəfindən "xxxx" Kommersiya Bankı ASC-yə ünvanlanan xx.xx.2022-ci il tarixli ərizə-anket və imza nümunəsi və ona müvafiq olaraq tərəflər arasında bağlanan xx.xx.2022-ci il tarixli, ARGİD********** saylı kredit müqaviləsinə əsasən "xxxx" Kommersiya Bankı ASC tərəfindən borc alan Cavabdeh istehlak məqsədləri üçün 35 ay müddətinə illik 27.60% ödəmək şərtilə 4.000 manat məbləğində kredit xətti açılmış, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. 12.Mülki işin materiallarında olan "xxxx" Kommersiya Bankı ASC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh 06 aprel 2024-cü il tarixinə "xxxx" Kommersiya Bankı ASC-yə 4.000 manat əsas, 597.97 manat faiz, 25 AZN cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 4622.97 manat borcu yaranmışdır. 13.Mülki işin materiallarında olan "xxxx" Kommersiya Bankı ASC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixinə 4000 manat əsas, 419.77 manat faiz, 203.2 manat cərimə, cəmi 4622.97 manat borcu yaranmışdır. 14.Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 66.63 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 15.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 07 noyabr 2024-cü il tarixli, 9/6418 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları və "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, X2 qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh banka olan borcu aşağıdakı kimi müəyyən olunur: o cümlədən, xx.xx.2024-cü il tarixə əsas borc üzrə 3763.40 manat, faiz borcu üzrə 626.10 manat, xx.xx.2024-cü il tarixinə (rəyin tərtib edildiyi müddətə) əsas borc üzrə 3763.40 manat, faiz borcu üzrə 1402.24 manat. Aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat təşkil etmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 16.Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 17.Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 18.Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 19.Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 20.Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 21.Mülki Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

22. Həmin Məcəllənin 739-cu maddəsinə (köhnə redaksiyada) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

23. Məhkəmə iş materiallarını araşdırıb, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarındakı hüquqi mövqeyi (ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.) nəzərə alaraq hesab edir ki, hazırki mülki iş üzrə xx.xx.2022-ci il tarixli, ARGİD********** saylı kredit müqaviləsinə əsasən hesablanmış borc məbləği cavabdehə ünvanlanmış pretenziya məktubundan (iradə ifadəsinin təsdiqindən) hesablanmalıdır. 24.Məhkəmə hesab edir ki, bank kredit müqaviləsi üzrə yaranmış borcun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Belə ki, təqdim edilmiş sübutlardan müəyyən olunur ki, xx.xx.2022-ci il tarixli, ARGİD********** saylı kredit müqaviləsinə əsasən Cavabdeh bank qarşısında icra edilməmiş borcu vardır. Yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinə uyğun olaraq Cavabdeh xx.xx.2022-ci il tarixli, ARGİD********** saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə sözügedən müqavilə üzrə yaranmış borc ondan iddiaçı Bankın xeyrinə tutulmalıdır. 25.Bundan əlavə, araşdırma zamanı tərəflər arasında borc məbləği barədə mübahisə yarandığından məhkəmə tərəfindən mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və təqdim edilən xx.xx.2024-cü il tarixli, 9/6418 nömrəli rəydən göründüyü kimi cavabdehin xx.xx.2024-cü il tarixə (tərəfə bildiriş göndərildiyi tarixə) yaranmış borcu əsas borc üzrə 3763.40 manat, faiz borcu üzrə isə 626.10 manat təşkil edir. 26.Məhkəmə sözügedən ekspert rəyinə münasibətdə qeyd edir ki, həmin rəy hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. 27.Belə ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. 28.Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. 29.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 30.Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 31.Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 32.Odur ki, qeyd edilən halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcun tutulması hissəsində qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli, ARGİD********** saylı kredit müqaviləsinə əsasən 3763.40 manat əsas borc və 626.10 manat faiz borcu tutularaq iddiaçı "xxxx" Kommersiya Bankı ASC-yə ödənilməlidir. 33.Daha sonra məhkəmə iddia tələbinin 203.20 manat məbləğində cərimə borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə də iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləğini pretenziya məktubunda müəyyən edilən məbləğdə (xx.xx.2024-cü il üzrə) tutulmasını 25 azn hissədə qanuni hesab edir. 34.Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 35.Məhkəmə hesab edir ki, 25 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun və faizin tutulması ilə yanaşı, qeyd olunan məbləğdə dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. 36.Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 37.Daha sonra məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun tutulması hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 65.93 manatı Cavabdeh iddiaçının xeyrinə tutulmalı, qalan hissədə dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. 38.Beləliklə, məhkəmə qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, ARGİD********** saylı kredit müqaviləsinə əsasən 3763.40 (üç min yeddi yüz altmış üç manat, qırx qəpik) manat əsas borc və 626.10 (altı yüz iyirmi altı manat, on qəpik) manat faiz borcu, 25 (iyirmi beş) manat cərimə borcu olmaqla, ümumilikdə 4592.7 (dörd min beş yüz doxsan iki manat, yetmiş qəpik) manat borc pul tutularaq iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinə ödənilməli, ödənilmiş dövlət rüsumunun 65.93 (altmış beş manat, doxsan üç qəpik) manatı Cavabdeh iddiaçının xeyrinə tutulmalı, qalan hissədə dövlət rüsumu iddiaçının özünə aid edilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. 39.Bundan başqa, hazırki iş üzrə iddia tələbi qismən təmin edildiyindən, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 AZN Cavabdeh alınaraq Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülməlidir. 40.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 41.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 42.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 43.Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

44. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 45.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, ARGİD********** saylı kredit müqaviləsinə əsasən 3763.40 (üç min yeddi yüz altmış üç manat, qırx qəpik) manat əsas borc və 626.10 (altı yüz iyirmi altı manat, on qəpik) manat faiz borcu, 25 (iyirmi beş) manat cərimə borcu olmaqla, ümumilikdə 4592.7 (dörd min beş yüz doxsan iki manat, yetmiş qəpik) manat borc pul iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 65.93 (altmış beş manat, doxsan üç qəpik) manat Cavabdeh tutularaq "X3" ASC-nin xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə rədd edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 AZN Cavabdeh alınaraq Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar