Məhkəmə qərarları › İş №e-2(006)-2166/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2166/2022

21.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2166/2022 21.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 12 noyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə 2848.64 ABŞ dolları əsas borc, 843.98 ABŞ dolları faiz borcu və 16.65 ABŞ dollan cərimə borcu olmaqla, cəmi 3709.27 ABŞ dollan və 83.06 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh 12 noyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 24 faizlə 48 ay müddətinə 8000 ABŞ dolları kredit götürmüşdür. 30 yanvar 2017-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti 31 avqust 2024-cü il tarixədək uzadılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 04 mart 2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 12 noyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 2848,64 ABŞ dolları əsas borc, 843,98 ABŞ dolları faiz borcu və 33.29 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 3725,91 ABŞ dolları borcu vardır. Cavabdeh 12 noyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 33.29 ABŞ dolları təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 16.65 ABŞ dolları məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda qeyd edilən məzmunda izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. "xxxx" İKB ASC ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixli, 6-Y-4-0-1582-15 nömrəli mikro kredit müqaviləsindən görünür ki, bank Cavabdeh 48 ay müddətinə illik 24% dərəcəsi ilə 8.000 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə borcu qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2015-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, "xxxx" İKB ASC tərəfindən Cavabdeh 8.000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixli, 6-Y-4-0-1582-15 saylı kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli “İstehlak kredit (təminatsız)” əlavə sazişdən görünür ki, kredit verən borc alana 91 ay müddətinə illik 10,51% dərəcəsi ilə kredit verməyi öhdəsinə götürür, kreditin qalıq məbləği isə 8.508,58 ABŞ dolları təşkil edir. xx.xx.2015-ci il tarixli, 6-Y-4-0-1582-15 saylı kredit müqaviləsinə xx.xx.2019-cu il tarixli 1saylı əlavə sazişdən görünür ki, kredit verən borc alana 58 ay müddətinə illik 10,51% dərəcəsi ilə kredit verməyi öhdəsinə götürür, kreditin qalıq məbləği isə 6.084,13 ABŞ dolları təşkil edir. İddiaçı ASC tərəfindən borclulara ünvanlanan xx.xx.2022-ci il tarixdə göndərilən xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcu ödəməli olduğu barədə bank tərəfindən xəbərdar olunmuşlar. xx.xx.2022-ci il tarixli maliyyə arayışından borclu Cavabdeh xx.xx.2015-ci il tarixli 6- Y-4-0-1582-15 nömrəli kredit müqaviləsi üzrə 1259,38 ABŞ dolları əsas borc, 919,71 ABŞ dolları faiz borcu, 104 ABŞ dolları cərimə bocu, cəmi 2.284,01 ABŞ dolları borcunun olması müəyyən edilmişdir. Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2021-ci il tarixli təsdiq edilmiş çıxarışının surətindən görünür ki, "xxxx" İKB ASC-nın adı İddiaçı ASC olaraq dəyişdirilmişdir. Ödəniş qəbzindən (№ 8********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 83,06 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən borcalan Cavabdeh 48 ay müddətinə illik 24% dərəcəsi ilə 8.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Göründüyü kimi, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmiş və nəticədə onun xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən əsas borc üzrə 1259,38 ABŞ, faiz borcu üzrə 919,71 ABŞ dolları, cərimə borcu üzrə 104 ABŞ dolları, cəmi 2.284,01 ABŞ dolları məbləğində borcu yaranmışdır. Beləliklə, cavabdeh müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliklərini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışında göstərilənləri nəzərə alaraq hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə əsas borc üzrə 1.259,38 ABŞ dolları məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Baxmayaraq ki, xx.xx.2022-ci il tarixli maliyyə arayışı ilə müəyyən olunan faiz və cərimə borcu tələb olunan faiz və cərimə borcundan yüksəkdir, məhkəmə hesab edir ki, işə irəli sürülmüş tələb həddində baxıldığından, cavabdehdən faiz və cərimə borcu iddiaçının tələb etdiyi, yəni 843,98 ABŞ dolları və 16,65 ABŞ dolları məbləğində tutulmalıdır. Belə ki, MM-nin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir və əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla, xx.xx.2015-ci il tarixli müqavilə üzrə 16,65 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, əsas borc üzrə 1259,38 ABŞ dolları, faiz borcu üzə 843,98 ABŞ dolları, cərimə borcu üzrə 16,65 ABŞ dolları, cəmi 2.120,01 ABŞ dolları (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla) və dövlət rüsumu kimi ödənilmiş 83,06 manatın 47 manatı məbləğində pul Cavabdeh qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir. İddia digər hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllə 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Əsas borc üzrə 1259,38 ABŞ dolları, faiz borcu üzə 843,98 ABŞ dolları, cərimə borcu üzrə 16,65 ABŞ dolları, cəmi 2.120,01 ABŞ dolları (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla) və dövlət rüsumu kimi ödənilmiş 83,06 manatın 47 manatı məbləğində pul Cavabdeh qaydada tutularaq iddiaçı “Yelo Bank ASC-yə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar