Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2190/2022 29.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «pul» tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 15.06.2019-cu il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Hotpoint-Ariston” markalı paltaryuyana və “Hotpoint-Ariston” markalı qaz plitəsinə görə 12 ay ödəniş cədvəli üzrə 134 AZN olmaqla, cəmi 1608 AZN, 13.01.2020-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Samsung A805” markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə 79 AZN olmaqla, cəmi 1414,8 AZN, ümumilikdə hər iki müqavilə üzrə 3022,8 AZN ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, sonuncu dəfə 15.06.2019-cu il tarixli müqavilə üzrə 16.06.2021-ci il tarixində 104 AZN, 13.01.2020-ci il tarixli müqavilə üzrə 23.10.2021-ci il tarixində 100 AZN və hər iki müqavilə üzrə qalıq qalmış 1196,9 AZN borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən aylıq borc məbləğinə cərimə kini gündəlik 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cərimə faizləri əşyanın dəyərini qaytarılmalı olduğu gündən onun fiıkıikı qaytarıldığı günə qədər olan müddət üçün ödənilir. Cavabdehin gecikdirdiyi günlərin iki müqavilə üzrə faktiki cərimə borcu 1795 AZN təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı hər iki müqavilə üzrə 1795 AZN təşkil ediyi halda, humanizm prinsipinə əsaslanaraq hənin cərimə məbləğinin 90%-i tərəfinizdən güzəşt edilnişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 179,50 AZN "xxxx" ММС-yə ödənilməlidir. Beləliklə, cavabdeh 23.02.2022-ci il tarixədək "xxxx" MMC-yə olan borcu 15.06.2019-cu il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 164 AZN əsas, 24.6 AZN cərimə, cəmi 188,60 AZN, 13.01.2020-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 1032,90 AZN əsas 154,90 AZN cərimə, cəmi 1187,80 AZN, ümumilikdə borcu hər iki müqavilə üzrə 1376,4 AZN təşkil etmişdir. Ona görə də, 1376,4 AZN məbbğində borc Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Göstərilənlərə əsasən, 15.06.2019-cu il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 23.02.2022-ci il tarixinə yaranmış 164 AZN əsas, 24.60 AZN cərimə, cəmi 188,60 AZN; 13.01.2020-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 1032,90 AZN əsas 154.90 AZN cərimə, cəmi 1187,8 AZN, ümumilikdə 1376,4 AZN borcun və 33,76 AZN ödənilmiş dövlət rüsumunun Cavabdeh Əbülfez qızından tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə əsasən cavabdehin ünvanına rəsmi qaydada bildiriş göndərilmiş, lakin sonradan məhkəməyə hər hansı bir etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 15.06.2019-cu il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən Cavabdeh “Hotpoint- Ariston” markalı paltaryuyan və qaz plitəsinə görə 12 ay ərzində ödəniş cədvəli üzrə 15.07.2019-cu il tarixindən 15.06.2020-ci il tarixinədək 134 AZN, ümumilikdə 1608 AZN ödəməyi öhdəsinə götürmüşdür. İşin materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 13.01.2020-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən Cavabdeh “Samsung A805” markalı mobil telefona görə 18 ay ərzində ödəniş cədvəli üzrə 13.02.2020-ci il tarixindən 13.06.2021-ci il tarixinədək 79 AZN, 13.07.2021-ci il tarixində 71,80 AZN, ümumilikdə 1414,80 AZN ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarındakı "xxxx" MMC tərəfindən verilmiş 23.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 15.06.2019-cu il tarixli müqavilə üzrə 164 AZN əsas, 246 AZN cərimə, ümumilikdə 410 AZN məbləğində borcu vardır. İş materiallarındakı "xxxx" MMC tərəfindən verilmiş 23.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 13.01.2020-ci il tarixli müqavilə üzrə 1032,90 AZN əsas, 1549 AZN cərimə, ümumilikdə 2581,90 AZN məbləğində borcu vardır. Həmçinin, işin materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh 15.06.2019-cu il tarixli və 16.06.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün xəbərdarlıq edilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (“satıcı”) ilə Cavabdeh (“alıcı”) arasında bağlanmış 15.06.2019-cu il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən satıcı tərəfindən alıcıya “Hotpoint- Ariston” markalı paltaryuyan və qaz plitəsi verilmiş, cavabdeh (alıcı) isə bunun qarşılığında ödəməli olduğu məbləği iddiaçıya (satıcı) ödəməmiş, gecikmələrə yol vermiş, nəticədə onun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 164 AZN əsas, 24,60 AZN cərimə, ümumilikdə 188,60 AZN məbləğində borcu yaranmışdır. Eyni zamanda məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (“satıcı”) ilə Cavabdeh (“alıcı”) arasında bağlanmış 13.01.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı (satıcı) tərəfindən cavabdehə (alıcı) “Samsung A805” markalı mobil telefon verilmiş, cavabdeh (alıcı) isə bunun qarşılığında ödəməli olduğu məbləği satıcıya ödəməmiş, gecikmələrə yol vermiş, nəticədə onun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 1032,90 AZN əsas, 154,90 AZN cərimə, ümumilikdə 1187,80 AZN məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 387-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Qeyd olunan Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Eyni Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə məbləği ilə bağlı hissədə qismən təmin edilərək cərimə məbləği azaldılmalı, 15.06.2019-cu il tarixli və 13.01.2020-ci il tarixli müqavilələr üzrə cəmi 15 AZN (5 AZN + 10 AZN) məbləğində müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 33,76 AZN (otuz üç manat, yetmiş altı qəpik) məhkəmə xərci də cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 15.06.2019-cu il tarixli müqaviləyə əsasən 164 AZN (bir yüz altmış dörd manat) ödənilməmiş hissə, 5 AZN (beş manat) cərimə, 13.01.2020-ci il tarixli müqaviləyə əsasən 1032,90 AZN (bir min otuz iki manat, doxsan qəpik) ödənilməmiş hissə, 10 AZN (on manat) cərimə olmaqla, ümumilikdə iki müqavilə üzrə 1211,90 AZN (bir min iki yüz on bir manat, doxsan qəpik) məbləğində borc və 33,76 AZN (otuz üç manat, yetmiş altı qəpik) məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 15.06.2019-cu il tarixli müqaviləyə əsasən 164 AZN (bir yüz altmış dörd manat) ödənilməmiş hissə, 5 AZN (beş manat) cərimə, 13.01.2020-ci il tarixli müqaviləyə əsasən 1032,90 AZN (bir min otuz iki manat, doxsan qəpik) ödənilməmiş hissə, 10 AZN (on manat) cərimə olmaqla, ümumilikdə iki müqavilə üzrə 1211,90 AZN (bir min iki yüz on bir manat, doxsan qəpik) məbləğində borc və 33,76 AZN (otuz üç manat, yetmiş altı qəpik) məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №e-2(006)-2190/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2190/2022
29.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver