Məhkəmə qərarları › İş №e-2(006)-2199/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2199/2024

27.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2199/2024 27.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "pul" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh Taleh oğluna qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdan 4 mart 2022-ci il tarixli, SHNPU-09537 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 11254,28 (on bir min iki yüz əlli dörd manat 28 qəpik) manat, faiz borcuna görə 713,91 (yeddi yüz on üç manat 91 qəpik) manat, dəbbə borcuna görə 516,24 (beş yüz on altı manat 24 qəpik) manat, cəmi 12484,43 (on iki min dörd yüz səksən dörd manat 43 qəpik) manat məbləğində pulun və 128 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Sahil filialı ilə Cavabdeh arasında bağlanmış 4 mart 2022-ci il tarixli, SHNPU-09537 saylı kredit müqaviləsinə əsasən illik 14 % (on dörd) faiz dərəcəsi olmaqla 36 (otuz altı) ay müddətinə 17000 (on yeddi min) manat məbləğində cavabdehə kredit verilmişdir. 4 mart 2022-ci il tarixli, SHNPU-09537 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 4 mart 2022-ci il tarixli, SHNPU-09537 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 4-dən gec olmayaraq hər ay 581,02 (beş yüz səksən bir manat 02 qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 4 mart 2022-ci il tarixli, SHNPU-09537 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 11254,28 (on bir min iki yüz əlli dörd manat 28 qəpik) manat, faiz borcuna görə 713,91 (yeddi yüz on üç manat 91 qəpik) manat, dəbbə borcuna görə 516,24 (beş yüz on altı manat 24 qəpik) manat, borcun cəmi məbləği 12484,43 (on iki min dörd yüz səksən dörd manat 43 qəpik) manat təşkil edir. Daha sonra cavabdeh iddia tələbinin dəqiqləşməsi barədə məhkəməyə ərizə verərək Cavabdeh xx.xx.2022-ci il tarixli SHNPU- 09537 saylı kredit müqaviləsi üzrə kreditə görə əsas borcuna görə 11254,28 manat, faiz borcuna görə 936,78 manat, cərimə borcuna görə 1231,2 manat olmaqla, cəmi 13422,26 manat və həmçinin dövlət rüsumu kimi ödənilmiş 138,33 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixdə elektron ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə iddiaçı tərəfin məhkəmə iclasında iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları: İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2022-cü il tarixli SHNPU-09537 nömrəli Fiziki şəxslərə bank Xidmətlərinin göstərilməsinə diar Müştəri ilə Bank arasında bağlanan Müqavilənin Ümumi şərtləri üzrə Lokal kartla kredit verilməsinə dair Əsas şərtlər- Razılaşmanın və həmin razılaşma üzrə ödəniş cədvəlinin surətindən görünür ki, iddiaçı cavabdehə xx.xx.2025-ci il tarixədək illik 14%-lə 17.000 manat məbləğində nağd kredit (komissiya haqqı 255 manat, aylıq ödəniş 581,05 manat) verməyi, cavabdeh isə 36 ay ərzində hər ay 581,05 manat pul ödəməyi öz öhdəliyinə götürmüşdür. İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli sərəncam orderinin surətindən görünür ki, eyni tarixli SHNPU-09537 nömrəli müqaviləyə əsasən İddiaçı ASC **********944-33349 nömrəli hesaba 17.000 manat məbləğində pul vəsaiti köçürmüşdür. xx.xx.2024-cü il tarixli RB02/PK-477 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh SHNPU-09537 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə olan borcu 11254,28 manat əsas borc, 713,91 manat faiz borcu, cərimə borcu 516,24 manat olmaqla, cəmi 12484,43 manat müəyyənləşdirilmişdir. Cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli RB02/PK-473 nömrəli xəbərdarlıq bildirişinin surətindən görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixinə 11254,28 manat əsas borc, 713,91 manat faiz borcu, cərimə borcu 516,24 manat olmaqla, cəmi 12484,43 manat məbləğində borcu yaranmışdır. Poçt xidmətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ünvanladığı xx.xx.2024cü il tarixli aktın surətindən görünür ki, İddiaçı ASC tərəfindən xx.xx.2024-cü il tarixində Cavabdeh məktub göndərilmişdir. Kuryer ünvana getmiş lakin şəxs ünvanda yaşamadığı üçün məktub geri qaytarılmışdır. xx.xx.2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzinin surətindən görünür ki, cavabdeh İddiaçı ASC 128 manat dövlət rüsumunu ödəmişdir. xx.xx.2024-cü il tarixli RB02/PK-1214 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh SHNPU-09537 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə olan borcu 11254,28 manat əsas borc, 936,78 manat faiz borcu, cərimə borcu 1231,20 manat olmaqla, cəmi 13422,26 manat müəyyənləşdirilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün Bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı ilə formalaşdırdığı hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə kredit məbləğini almış, ayrılmış kredit məbləğinin ödəniş cədvəlinə əsasən qaytarılmasını təmin etməsinə dair öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməmişdir. Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə müqavilə üzrə faiz borcu kreditor tərəfindən borcluya göndərilmiş xəbərdarlıq bildirişinin tarixinə qədər hesablanır. Belə ki, cavabdehə göndərilmiş xx.xx.2024-cü il tarixli RB02/PK-473 nömrəli xəbərdarlıq bildirişində cavabdehin xx.xx.2024-cü il tarixinə 11254,28 manat əsas borc, 713,91 manat faiz borcu, cərimə borcu 516,24 manat olmaqla, cəmi 12484,43 manat məbləğində borcunun yaranması qeyd edilmişdir. Həmçinin məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış cərimə borcu da əsas borca mütənasib olaraq azaldılmalıdır və cərimə borcunun ilkin iddia tələbində müəyyən edilmiş məbləğdə tutulması məqsədəmüvafiqdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu qənaətə gəlir ki, iddia qismən təmin edilməli, iş üzrə Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə xəbərdarlıq bildirişi göndərilən xx.xx.2024-cü il tarixə olan 11254,28 manat əsas borc, 713,91 manat faiz borcu, 516,24 cərimə borcu manat olmaqla, cəmi 12484,43 manat məbləğində pul vəsaiti və 128 (yüz iyirmi səkkiz) manat dövlət rüsumuna görə pul Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 11254,28 (on bir min iki yüz əlli dörd manat iyirmi səkkiz qəpik) manat əsas borc, 713,91 (yeddi yüz on üç manat doxsan bir qəpik) manat faiz borcu, 516,24 (beş yüz on altı manat iyirmi dörd qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 12484,43 (on iki min dörd yüz səksən dörd manat qırx üç qəpik) manat məbləğində borc və 128 (yüz iyirmi səkkiz) manat dövlət rüsumuna görə pul İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar