Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2200/2022 14.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cədərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 Şahsuvar qızının, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 Şahsuvar qızına, Cavabdeh2 və Cavabdeh3 qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh X8 qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr., R.Məmmədov küçəsi, ev 17, mənzil 34-ün mülkiyyətçisidir. Onun mənzilindən bir mərtəbə yuxarıda yerləşən mənzildən suyun axması nəticəsində mənzilini su basmışdır. Belə ki, su sızması nəticəsində mənzilin qonaq otağı, hamam otağına və mətbəxə su axmış, otaqların tavan hissəsi yararsız hala düşmüş və nəticədə 4000 manat məbləğində ziyan dəymişdir. Bu barədə iddiaçı xx.xx.2022-ci il tarixdə 33 saylı MKİS-ə ərizə ilə müraciət etmişdir. 33 saylı MKİS-in rəisi M.Əliyev, mühəndis Ə.Rüstəmov və sahə nəzarətçisi R.Hümbətov mənzilə baxış keçirmiş, həqiqətən mənzilə 37 saylı mənzildən su sızması nəticəsində zərər dəyməsi faktını təsdiq edən xx.xx.2022-ci il tarixli akt tərtib etmişlər. Cavabdeh sahibliyində olan mənzili nasaz vəziyyətdə üçüncü şəxslərə kirayəyə verib. Göstərilənlərə əsasən Bakı şəhəri, Nəsimi rayonu, 3-cü m/r., R.Məmmədov küçəsi, ev 17, mənzil 34 saylı mənzilin bərpası üçün təmir işlərinin dəyəri olan 4000 manat və dövlət rüsumu kimi ödədiyi 60 manatın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə əlavə ilə müraciət edərək göstərmişdir ki, iddiaçının mənzilinin zərər görməsinə səbəb olan Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr., R.Məmmədov küçəsi, ev 17-də yerləşən 34 saylı mənzilin mülkiyyətçisi X11 xx.xx.2021-ci ildə vəfat etmişdir. Bu səbəblə onun vərəsələrinin müəyyən edilməsi üçün Bakı şəhəri 43 saylı Notariat Oifisinə sorğu verilmişdir. Bakı şəhəri 43 saylı Notariat Ofisinin 2244 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubunda X4 ölümü ilə əlaqədar olaraq vərəsəlik işinin açıldığı və Cavabdeh2, Cavabdeh1 Şahsuvar qızının, Cavabdeh3 X4 vərəsələri olduğu, eləcə də onlara vərəsəlik şəhadətnaməsinin verildiyi qeyd edilmişdir. Göstərilənlərə əsasən iş üzrə cavabdehlər kimi X4 vərəsələri olan Cavabdeh2, Cavabdeh1 Şahsuvar qızının, Cavabdeh3 tanınması və iddiaçının mənzilinə dəymiş 3000 manat məbləğində zərərinin Cavabdeh2, Cavabdeh1 Şahsuvar qızı, Cavabdeh3 müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
4. İddiaçı məhkəməyə həmçinin ərizə verərək bildirmiş ki, əvvəlki dəqiqləşdirilmə ərizəsində texniki səhv olaraq 3000 manatın 4000 manat kimi oxunmasını bildirmişdir.
5. Məhkəmə baxışı zamanı iş üzrə cavabdeh X13 əsl cavabdehlər X4 vərəsələri olan Cavabdeh2, Cavabdeh1 Şahsuvar qızı və Cavabdeh3 ilə əvəz edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
6. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçı həmçinin göstərmişdir ki, 2002-ci ildən o, hazırki iş üzrə subasmadan ziyan çəkən mənzildə ailəsi ilə birlikdə yaşayır. Həmin mənzildə 37 saylı mənzildən bu günə qədər 10 dəfədən artıq su axıdılması baş vermişdir. 2002-ci ildə ilk dəfə 37 saylı mənzildən evinə su axıdılmışdır. Bununla bağlı olaraq o, həmin mənzildə yaşayan və onun mülkiyyətçisi olan X6 müraciət etmiş və suyun axıdılması nəticəsində ona dəymiş ziyan barədə məlumat vermiş, ancaq bunun bir nəticəsi olmadı. O, bununla bağlı MKİS-ə müraciət etmək istədikdə isə ona bunun heç bir nəticəsinin olmayacağı bildirilmişdir. Bundan sonra 2006-cı ildə təkrar suyu axıdılması baş vermişdir. Bu zaman da şikayətçi olmamış və görməzdən gəlmişdir. Ən son olaraq 2022-ci ildə sonuncu su basma hadisəsi baş vermişdir. Bu zaman ona məlum olmuşdur ki, X11 artıq həmin mənzildən köçmüş və evi oğlu tərəfindən başqa şəxslərə kirayəyə vermişdir. Bununla bağlı olaraq ilk olaraq onun oğluna və həmin evin kirayəyə verildiyi şəxslərə müraciət etmiş ona dəymiş ziyanın əvəzini ödəməyə tələb etsə də, onlar buna əhəmiyyət verməmiş və ona istədiyi yerə müraciət etməsini bildirmişlər. Daha sonra o, əlacsız qalıb həmin binanın yerləşdiyi ərazi üzrə 33 saylı MKİS-ə müraciət etmişdir. MKİS-in rəisi M.Əliyevə, mühəndis Ə.Rüstəmov və sahə nəzarətçisi R.Hümbətov mənzilə baxış keçirmiş və həqiqətən mənzilinə 37 saylı mənzildən suyun axıdılması nəticəsində zərər dəyməsi faktını təsdiq edən xx.xx.2022-ci il tarixli akt tərtib olunmuşdur, ancaq bu da məsələnin həll olunması ilə nəticələnməmişdir. Ona görə də iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə qəbuk edilməsini məhkəmədən xahiş etmişdir.
7. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh1 Şahsuvar qızı iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, anası X11 10 ildən artıq bir müddətdir ki, su axıtdığı iddia edilən 37 saylı mənzildə yaşamamış və əvvəlcə onun, sonra isə qardaşının evində yaşamış və qardaşının evində və 2021-ci il 18 noyabr tarixdə vəfat etmişdir. Anası həmin evdən köçdükdən sonra hazırki iş üzrə digər cavabdeh olan bacıların və o, həmin evə getməmişlər. Həmin mənzilin açarları belə onlarda yox, qardaşında olmuşdur. Əlavə olaraq qeyd edir ki, anası həmin evdə yaşadığı vaxt, təxminən 10 il bundan öncə yaşlılıq səbəbindən suyu açıq unutmuş və nəticədə hazırki iş üzrə iddiaçıya ziyan dəymişdir. Bu fakt onlara məlum olmuşdur, ancaq sonradan su axıdılması halı barədə hər hansı məlumatları olmamışdır. Həmçinin 37 saylı mənzil bacıları və ona anası öldükdən sonra 2022-ci ilin may ayının 19-da vərəsəlik yolu ilə keçmişdir. Daha sonra isə iyul ayında başqa şəxslərə satılmışdır. Nəticə olaraq may ayının 19-dan əvvəl və mənzil satıldıqdan sonra baş verən hallar barədə onlar məsuliyyət daşımırlar. Odur ki, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlir.
8. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, bacısı Cavabdeh1 verdiyi izahata tam qoşulur və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, bacısı Cavabdeh1 verdiyi izahata tam qoşulur və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
11. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli xx.xx.2011-ci il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsində yerləşən 17 nömrəli evin 34 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir.
12. İş materiallarında olan 33 saylı MKİS-nin rəisi M.Əliyev, mühəndis Ə.Rüstəmov, sahə nəzarətçisi R.Hümbətov tərəfindən xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, 3-cü mkr, R.Məmmədov küçəsi, 17 saylı evin 34 saylı mənzilində yaşayan İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən həmin mənzildə olmuşlar, 34 saylı baxış keçirən zaman məlum olmuşdur ki, 37 saylı mənzildən 34 saylı mənzilinə qonaq otağına, hamam otağına və mətbəxə su axıntısı baş vermişdir.
13. İş materiallarında olan Nəsimi rayon MKTB-nin 23 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X13 1-ci mkr., A.Məhərrəmov küçəsində yerləşən 45 saylı evin 15 saylı mənzilində xx.xx.1993-cü ildən hal-hazıra qədər daimi qeydiyyatdadır.
14. İş materiallarında olan ünvan 2 Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X13 Bakı şəhəri, 3-cü mkr., R.Məmmədov küçəsində yerləşən 17 saylı evin 37 saylı mənzilində qeydiyyatda yoxdur, yaşamır.
15. İş materiallarında olan X17, X9 və X12 tərəfindən notariat qaydada yazılmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, qonşuları X13 qeydiyyatda olduğu ünvan 1 ünvanda yerləşən mənzildə yaşayır.
16. İş materiallarında olan ünvan 2 Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışın əsasən məhrum X11 Bakı şəhəri, 3-cü mkr., R.Məmmədov küçəsində yerləşən 17 saylı evin 37 saylı mənzilində ev sahibi olub, ölümü ilə əlaqədar olaraq xx.xx.2021-ci ildə qeydiyyatdan çıxıb. Mənzildə hal-hazırda qeydiyyatda heç kim yoxdur və heç kim yaşamır.
17. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş və Bakı şəhəri 22 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş xx.xx.1999-cu il tarixli alqı-satqı müqaviləsinin surətinə əsasən X14 Bakı şəhəri, M.Hacıyev (indiki R.Məmmədov) küçəsində yerləşən 17 saylı evin 37 saylı mənzilini X2.
18. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş və Bakı şəhəri 43 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2022-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci ildə vəfat etmiş X4 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi – qızı Cavabdeh2, qızı Cavabdeh1 Şahsuvar qızı və qızı Cavabdeh3 hər biri miras əmlakdan 1/3 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras – ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 41,37 kv.m., yaşayış sahəsi 28,07 kv.m. 2 otaqlı olan mənzildən ibarətdir.
19. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Nizami rayonu, Rəşid Məmmədov küçəsində yerləşən ümumi sahəsi 41,37 kv.m. olan 37 nömrəli mənzili paylı mülkiyyət hüququ üzrə Cavabdeh1 Şahsuvar qızının 1/3 hissəsi (xx.xx.2022-ci il tarixdən), Cavabdeh2 1/3 hissəsi və Cavabdeh3 1/3 hissəsi mülkiyyətindədir.
20. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş və Bakı şəhəri 43 saylı Notariat Ofisində təsdiq edilmiş xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin surətinə əsasən Cavabdeh1 Şahsuvar qızı (1/3 hissəsi, 13.79 kv.m.), Cavabdeh2 (1/3 hissəsi, 13.79 kv.m.) və Cavabdeh3 (1/3 hissəsi, 13.79 kv.m.) Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsində yerləşən 17 saylı evin 37 saylı mənzilini X1.
21. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi, ev 17, 37 saylı mənzil X3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.
22. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 10/4442 nömrəli, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, - 1-ci və 2-ci suallar üzrə: Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, R.Məmmədov küçəsi, ev 17, mənzil 37 saylı mənzilin yuxarıda göstərilən tikililərinin konstruktiv elementlərinin (divar, tavan, döşəmə və s.) üzərində müxtəlif həcmdə qüsurların mövcudluğunu və həmin qüsurların su sızmaya aid olduğu müəyyən edilmişdir. Mənzillərin planlı yerləşməsini və mülki iş materiallarında olan 05 yanvar 2022-ci il tarixli aktın göstəricilərini nəzərə alaraq 34 saylı mənzilə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü m/r., R.Məmmədov küçəsi, ev 17, 37 saylı mənzildən suyun axıdılması müəyyən edilmişdir. Qeyd olunur ki, su sızmasının texniki səbəbi 37 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsindən, mənzilin su kanalizasiya və boru xətlərində baş vermiş texniki nasazlıqlardan, yararsız sanitar-texniki avadanlıqların istifadə edilməsində baş verə bilər. - 3-cü sual üzrə: Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, R.Məmmədov küçəsində yerləşən ev 17 mənzil 34-də susızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqibi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 3122,00 manat məbləğində olduğu müəyyən edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
23. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayon, 3-cü mkr, R.Məmmədov Ak.M.Topçubaşov küçəsində yerləşən 17 saylı evin 34 saylı mənzilinə cavabdehlərin mənzilindən (vərəslik üzrə keçmiş) su axıtması baş vermişdir. İddiaçının yaşadığı mənzilinə su axıdılması nəticəsində mənzilin konstruktiv elementlər üzərində müxtəlif həcmdə qüsurlar yaranmışdır. Hazırda iddiaçı maddi ziyanın ödənilməsini tələb edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
24. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
25. Həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır.
26. Göstərilən Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
27. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
28. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, R.Məmmədov küçəsində yerləşən 17 saylı evin 37 saylı mənzili cavabdehlərin anaları X4 mülkiyyətində olmuş, sonuncu xx.xx.2021-ci ildə vəfat etmiş və xx.xx.2022-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mənzil paylı mülkiyyət hüququ üzrə (hər birinə 1/3 hissəsi) cavabdehlərin adlarına qeydiyyatdan keçmişdir.
29. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli alqısatqı müqaviləsinə əsasən cavabdehlər Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsində yerləşən 17 saylı evin 37 saylı mənzili X1.
30. Məhkəmə qeyd edir ki, hazırki su axıntısının baş verməsi tarixi 2021 dekabr- 2022-ci il yanvar ayı aralığına təsadüf etdiyindən həmin zaman mənzlinin mülkiyyətçisi hazırki vərəsələrin anaları olmuşdur. Su axıntısı isə sırf həmin zaman (X4 mülkiyyətində olduğu an) baş vermişdir. Hazırki mülkiyyətçinin tamamilə başqa şəxs olması (X10) onun mənzilə vurulmuş zərərin ödənilməsində mülki məsuliyyətinin olması demək deyildir. Bu halda isə hər üç vərəsə miras qoyanın mülki qanunvericilikdə nəzərdə tutulmuş əmlaka dair mirasın həm aktiv hissəsinin, həmdə passiv hissəsini qəbul etdiyindən dəymiş ziyanın ödənilməsini də hazırki vərəsələr yəni cavabdehlər daşımalıdır.
31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
32. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
33. Eyni Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
34. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
35. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
36. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə təsdiq olunmuşdur ki, iddiaçının yaşadığı 34 saylı mənzilinə 37 saylı mənzildən suyun sızması müəyyən edilmişdir. Su sızma nəticəsində iddiaçıya məxsus mənzilinə dəymiş zərərin aradan qaldırılması üçün cəmi 3122 (üç min yüz iyirmi iki) manat pul vəsaiti tələb olunur.
37. Eyni zamanda iddiaçının mənzilinə su sızmasının cavabdehlərin mülkiyyətində oan mənzilindən baş verməsi ərazi üzrə 33 saylı MKİS tərəfindən tərtib edilmiş aktla da öz təsdiqini tapmışdır.
38. Məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyətində olan mənzilinə su axıdılması cavabdehlərin hərəkətləri nəticəsində baş verdiyindən və həmin su axıdılması nəticəsində iddiaçının mənzilinə ziyanın vurulması təsdiq olunduğundan, iddiaçı həmin su axıdılmanın nəticəsində vurulmuş maddi ziyanın əvəzinin cavabdehdən tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Lakin bununla belə məhkəmə qeyd edir ki, cavabdehlərdən vurulmuş ziyanın əvəzi kimi iddiaçının xeyrinə tutulacaq pul məbləği iddiaçının tələb etdiyi 4000 manat məbləğində deyil, ekspertiza tədqiqatı ilə müəyyən edilmiş məbləğdə, yəni cəmi 3122 manat məbləğində tutulmalıdır.
39. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
40. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəylər hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir.
41. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
43. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
44. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus əmlaka ziyan cavabdehlərin təqsiri, hüquqa zidd əməlləri nəticəsində vurulması iş üzrə toplanmış sübutlarla təsdiq olunduğundan və ziyan məbləğinin cəmi 3122 manat olması müəyyən edildiyindən, cavabdeh həmin ziyanla bağlı mülki-hüquq məsuliyyəti daşıyır.
45. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
46. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan, ödənilmiş dövlət rüsumunun tutulması hissəsində də tələb qismən təmin edilməli, ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq (51,22 manat) cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.
47. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu surətdə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 Şahsuvar qızı, Cavabdeh2, Cavabdeh3 vurulmuş maddi zərərə görə 3122 (üç min bir yüz iyirmi iki) manat məbləğində pul və 51,22 (əlli bir manat, iyirmi iki qəpik) ödənilmiş dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
48. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat cavabdehlər Cavabdeh1 Şahsuvar qızı, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutulub Az.MEM, VÖEN **********, X7, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülməlidir.
49. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
50. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
51. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
52. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
53. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
54. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
55. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 Şahsuvar qızı, Cavabdeh2, Cavabdeh3 vurulmuş maddi zərərə görə 3122 (üç min bir yüz iyirmi iki) manat məbləğində pul və 51,22 (əlli bir manat, iyirmi iki qəpik) ödənilmiş dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat cavabdehlər Cavabdeh1 Şahsuvar qızı, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutulub Az.MEM, VÖEN **********, X7, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov