Məhkəmə qərarları › İş №e-2(006)-2208/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2208/2022

05.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2208/2022 05.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, İddiaçı ASC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 10.02.2020-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 24 ay müddətinə illik 12,5 faiz dərəcəsi ilə 3200 AZN məbləğində kredit verilmiş, 15.01.2020ci il tarixli kredit müqaviləsinə (hesab, kart, kredit üzrə) əsasən isə illik 25 faiz dərəcəsi ilə 1900 AZN məbləğində kredit xətti açılmışdır. Kredit müqavilələrinin şərtlərinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Nəticədə cavabdehin 14.03.2022-ci il tarixinə İddiaçı ASCyə 10.02.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 2062,09 manat əsas borc, 94,34 manat faiz borcu, 15.01.2020-ci il tarixli kredit müqaviləsinə (hesab, kart, kredit üzrə) əsasən 1101,50 manat əsas borc, 179,46 manat faiz borcu, ümumilikdə 3437,39 manat məbləğində manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildiriş göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Bank cavabdehdən 10.02.2022-ci il tarixli, FSDK2593265A112 nömrəli kredit müqaviləsi üzrə 2062,09 manat əsas borcun, 94,34 manat faiz borcun, 15.01.2020-ci il tarixli, BRED1751933A111 nömrəli (hesab, kart, kredit üzrə) müqavilə üzrə 1101,50 manat əsas borcun, 179,46 manat faiz borcun, ümumilikdə 3437,39 manat borc və 54,37 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllənin) 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 10.02.2022-ci il tarixli, FSDK2593265A112 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh illik 12,5% ödəmək şərtilə 3200 AZN məbləğində kredit vermiş və Cavabdeh bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 24 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İşin materiallarında olan 15.01.2020-ci il tarixli, BRED1751933A111 nömrəli kredit müqaviləsindən (hesab, kart, kredit üzrə) görünür ki, bank müştəriyə “Birkart” ödəniş kartı verir, həmin Kartla bağlı bu Müqavilədə qeyd edilən şərtlərlə bağlı şəxsi istehlak məqsədilə bərpa olunan kredit xətti ayırır və xəttin istifadəsilə bağlı müvafiq hesablar açır, müştəri isə həmin kredit xəttindən istifadə edir və yaranmış borclarını (əsas və faiz borcu, xidmət haqqı, dəbbə pulu və s.) müqavilə ilə müəyyən edilmiş qaydada geri ödəyir. Müştəri tərəfindən kredit xəttindən ilkin olaraq istifadə edilə biləcək məbləğ Bank tərəfindən 1900 manat müəyyən olunur. Kredit xəttinin illik faiz dərəcəsi qeyri-taksit əməliyyatları üzrə 25%, kreditin son istifadə tarixi 20.11.2022-dir. İddiaçı ASC tərəfindən məhkəməyə təqdim edilmiş 15 mart 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 14.03.2022-ci il tarixinə İddiaçı ASC-yə 10.02.2022-ci il tarixli, FSDK2593265A112 nömrəli kredit müqaviləsi üzrə 2062,09 manat əsas borcu, 94,34 manat faiz borcu, cəmi 2156,43 manat, 15.01.2020-ci il tarixli, BRED1751933A111 nömrəli kredit müqaviləsindən (hesab, kart, kredit üzrə) 1101,50 manat əsas borcu, 179,46 manat faiz borcu, cəmi 1280,96 manat borcu vardır. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış 25.11.2021-ci il tarixli bildirişdən görünür ki, cavabdehə müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. İddiaçı ASC tərəfindən təqdim edilmiş 15.03.2022-ci il tarixli qəbzdən görünür ki, ərizənin verilməsinə görə 54,37 (əlli dörd manat otuz yeddi) manat rüsum ödənilmişdir. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 10.02.2020-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 24 ay müddətinə illik 12,5 faiz dərəcəsi ilə 3200 AZN məbləğində kredit verilmiş, 15.01.2020-ci il tarixli kredit müqaviləsinə (hesab, kart, kredit üzrə) əsasən isə illik 25 faiz dərəcəsi ilə 1900 AZN məbləğində kredit xətti açılmış, kreditin son istifadə tarixi 20.11.2022 müəyyən edilmişdir. Hər iki müqavilənin şərtlərinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürmüş, cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, müqavilələr üzrə üzərinə düşən öhdəliyini tam icra etməmiş və nəticədə onun İddiaçı ASC-yə 10.02.2022-ci il tarixli, FSDK2593265A112 nömrəli kredit müqaviləsi üzrə 2062,09 manat əsas borc, 94,34 manat faiz borcu, 15.01.2020-ci il tarixli, BRED1751933A111 nömrəli (hesab, kart, kredit üzrə) müqavilə üzrə 1101,50 manat əsas borc, 179,46 manat faiz borcu, ümumilikdə 3437,39 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllənin) 442ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 10.02.2022-ci il tarixli, FSDK2593265A112 nömrəli kredit müqaviləsi üzrə 2062,09 manat əsas borc, 94,34 manat faiz borcu, 15.01.2020-ci il tarixli, BRED1751933A111 nömrəli (hesab, kart, kredit üzrə) müqavilə üzrə 1101,50 manat əsas borc, 179,46 manat faiz borcu, ümumilikdə 3437,39 manat məbləğində pul və ödənilmiş 54,37 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh: 10.02.2022-ci il tarixli, FSDK2593265A112 nömrəli kredit müqaviləsi üzrə 2062,09 manat əsas borc, 94,34 manat faiz borcu; 15.01.2020-ci il tarixli, BRED1751933A111 nömrəli (hesab, kart, kredit üzrə) müqavilə üzrə 1101,50 manat əsas borc, 179,46 manat faiz borcu, ümumilikdə 3437,39 manat məbləğində pul və ödənilmiş 54,37 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar