Məhkəmə qərarları › İş №e-2(006)-2214/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2214/2022

25.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2214/2022 25.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov İlham Məmməd oğlunun sədrliyi, Nağıyev Vüqar Güloğlan oğlunun katibliyi, İddiaçının nümayəndəsi X-ın iştirakı ilə İddiaçı «****» MMC-nin cavabdeh XX qızına qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «****» MMC cavabdeh XX qızına qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, «****» MMC ilə cavabdeh XX qızı arasında bağlanmış 27.09.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “İphone Xs” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 130 manat olmaqla, cəmi 1550 manat, 27.09.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “Samsung” markalı paltaryuyana görə 18 ay ödəniş cədvəli üzrə hər ay 60 manat olmaqla cəmi 1079 manat, 06.01.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “İphone Xs Max” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 103 manat olmaqla cəmi 1230 manat, 15.05.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “Samsung A525” markalı mobil telefona görə 6 ay ödəniş cədvəli üzrə hər ay 120 manat olmaqla cəmi 719 manat, 11.06.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “İphone 12 Pro Max” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 269 manat olmaqla cəmi 3223,1 manat, ümumilikdə beş müqavilə üzrə 7801,1 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, 27.09.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə 10.07.2021-ci il tarixində 133,1 manat, 27.09.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə 10.07.2021-ci il tarixində 43,5 manat, 06.01.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə 13.07.2021-ci il tarixdə 98,7 manat, 15.05.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə 21.06.2021-ci il tarixində 120 manat ödəniş etmiş və 11.06.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə isə heç bir ödəniş etməmiş və beş müqavilə üzrə cəmi qalıq qalmış 5339,8 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Göstərilənlərə əsasən 27.09.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 18.02.2022-ci il tarixinə yaranmış borcu 376,9 manat əsas, 56,5 manat cərimə, cəmi 433,4 manat, 27.09.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 535,5 manat əsas, 80,3 manat cərimə, cəmi 615,8 manat, 06.01.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 605,3 manat əsas, 90,7 manat cərimə, cəmi 696 manat, 15.05.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 599 manat əsas, 89,8 manat cərimə, cəmi 688,8 manat, 11.06.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 3223,1 manat əsas, 483,4 manat cərimə, cəmi 3706,5 manat, ümumilikdə 6140,5 manat borcun və 81,45 manat ödənilmiş dövlət rüsumunun cavabdeh XX qızından tutularaq «****» MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh XX qızı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan «****» MMC ilə XX qızı arasında bağlanmış 27.09.2020-ci il tarixli ********* saylı, 27.09.2020-ci il tarixli ********* saylı, 06.01.2021-ci il tarixli ********* saylı, 15.05.2021-ci il tarixli ********* saylı, 11.06.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilələrinə əsasən, “İphone Xs” markalı mobil telefonu, “Samsung” markalı paltaryuyanı, “İphone Xs Max” markalı mobil telefonu, “Samsung A525” markalı mobil telefonu, “İphone 12 Pro Max” markalı mobil telefonu «****» MMC cavabdeh XX qızına satmış, cavabdeh XX qızı alınmış əşyaların əvəzində bu müqavilələr ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. «****» MMC tərəfindən təqdim edilmiş 18.02.2022-ci il tarixli maliyyə arayışlarından görünür ki, cavabdeh XX qızınun «****» MMC-yə 27.09.2020-ci il tarixli ********* saylı müqavilə üzrə, 376,9 manat əsas borc, 565 manat cərimə, 27.09.2020-ci il tarixli ********* saylı müqavilə üzrə 535,5 manat əsas, 803 manat cərimə, 06.01.2021-ci il tarixli ********* saylı müqavilə üzrə 605,3 manat əsas, 907 manat cərimə, 15.05.2021-ci il tarixli ********* saylı müqavilə üzrə 599 manat əsas, 898 manat cərimə, 11.06.2021-ci il tarixli ********* saylı müqavilə üzrə 3223,1 manat əsas, 4834 manat cərimə borcu vardır. «****» MMC tərəfindən XX qızına 24.02.2022-ci il tarixdə ünvanlanmış bildirişdən görünür ki, cavabdehə müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, «****» MMC ilə XX qızı arasında bağlanmış 27.09.2020-ci il tarixli ********* saylı, 27.09.2020-ci il tarixli ********* saylı, 06.01.2021-ci il tarixli ********* saylı, 15.05.2021-ci il tarixli ********* saylı, 11.06.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilələrinə əsasən, “İphone Xs” markalı mobil telefonu, “Samsung” markalı paltaryuyanı, “İphone Xs Max” markalı mobil telefonu, “Samsung A525” markalı mobil telefonu, “İphone 12 Pro Max” markalı mobil telefonu satmış, cavabdeh XX qızı alınmış əşyaların əvəzində bu müqavilələr ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə ödəməyi öhdəsinə götürmüş, lakin cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəlik tam icra edilməmiş və nəticədə onun «****» MMC-yə müqavilələr üzrə 5870,8 manat məbləğində əsas borc və 8007 manat məbləğində cərimə borcu yaranmış, iddiaçı tərəfindən cavabdehə güzəşt olunaraq 800,7 manat cərimə borcu tələb edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 601.1ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı nisyə alqı-satqı müqavilələri üzrə cərimə pulunun ödənilməsini tələb etmək hüququna malikdir. Əsas borc və cərimə borcunun nisbəti nəzərə alınmaqla iddia ərizəsində tələb olunan yüksək cərimə pulu azaldılaraq 27.09.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 37 manat cərimə, 27.09.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsin üzrə 53 manat cərimə, 06.01.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsin üzrə 60 manat cərimə, 15.05.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 59 manat cərimə, 11.06.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə üzrə 322 manat cərimə məbləğində dəbbə pulu müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 27.09.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 376,9 manat əsas, 37 manat cərimə, 27.09.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 535,5 manat əsas, 53 manat cərimə, 06.01.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 605,3 manat əsas, 60 manat cərimə, 15.05.2021ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 599 manat əsas, 59 manat cərimə, 11.06.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 3223,1 manat əsas, 322 manat cərimə olmaqla, cəmi 5870,8 manat borcun və 81,45 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 5952,25 manat məbləğində pul alınaraq «****» MMC-yə verilməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 27.09.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 376,9 manat əsas, 37 manat cərimə, 27.09.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 535,5 manat əsas, 53 manat cərimə, 06.01.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 605,3 manat əsas, 60 manat cərimə, 15.05.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 599 manat əsas, 59 manat cərimə, 11.06.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 3223,1 manat əsas, 322 manat cərimə olmaqla, cəmi 5870,8 manat borc və 81,45 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 5952,25 manat məbləğində pul alınaraq «****» MMC-yə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlham Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar