Məhkəmə qərarları › İş №e-2(006)-2214/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2214/2024

17.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2214/2024 17.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ ni nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nə qarşı "reyestrdən məlumatın silinməsi tələbinə dair" iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nə qarşı "reyestrdən məlumatın silinməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı barəsində borcun olmaması barədə Azərbaycan Respublikası X1 Kredit Reyestrində olan məlumatların Mərkəzləşdirilmiş Kredit Reyestrindən çıxarılmasına dair təsdiqləyici hesabatın (məlumatın) Azərbaycan Respublikası X1 Kredit Reyestrinə təqdim edilməsi vəzifəsinin Cavabdeh ASC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən kredit götürülməsi üçün banklara müraciət edildiyi zaman MKR-ə əsasən onun Cavabdeh ASC-də krediti olduğu müəyyən edilmişdir. İddiaçı tərəfindən bu barədə Banka müraciət edilmiş, Cavabdeh ASC-nin xx.xx.2023-cü il tarixli məktubu ilə İddiaçılə Bakıxanov filialı arasında xx.xx.2009-cu il tarixdə 3000 AZN illik 28 faiz ilə 1 il müddətinə kredit müqaviləsinin rəsmiləşdirildiyi, eyni zamanda 9176.38 AZN məbləğində borcun olması qeyd edilmişdir. Lakin iddiaçıya məxsus MKR məlumatlarında isə tam fərqli Cavabdeh ASC-də xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin mövcud olması göstərilmişdir. Bundan sonra İddiaçı ilə Cavabdeh ASC ilə onun arasında bağlanmış xx.xx.2009-cu il tarixli və xx.xx.2015-ci il tarixli kredit müqavilələrinin (ödəniş cədvəlinin, maliyyə arayışının və qovluqda olan digər sənədlərin) surətlərinin əldə edilməsi üçün sorğu verilmiş, Cavabdeh ASC-nin xx.xx.2024-cü il tarixli, 2024/111/977 nömrəli cavab məktubunda AR Mülki Məcəlləsinin 967.1-ci maddəsi və “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 41-ci maddələrinə istinad edilərək bank sirri olduğundan həmin məlumatların verilməsindən imtina edilmişdir. Bununla bağlı Mərkəzi Banla sorğu verilsə də, sonuncunun xx.xx.2024-cü il tarixli məktubunda Banklar üzərində qanunla müəyyən edilmiş prudensial tənzimləmə və nəzarət funksiyaları həyata keçirildiyi qeyd edilmişdir. İddiaçının Cavabdeh ASC-də heç bir kredit öhdəliyi mövcud deyildir, mövcud olsaydı həmin kredit müqavilələri iddiaçının özünə təqdim olunardı. Məlumatlar Bank tərəfindən MKR-a səhv göndərilmiş və nəticədə cavabdeh tərəfindən təqdim edilmiş MKR-dan çıxarışda kredit üzrə borcu borcalanın bağlanmış öhdəlikləri statusunda olması texniki yanlışlıq olmuşdur. Bununla bağlı isə sonradan Bank tərəfindən bu barədə yanlışlığın aradan qaldırılması ilə bağlı MKR-ə sorğu ilə müraciət olunmamışdır. Qeyd olunan məlumatın hələ də kredit reyestrində qalması iddiaçının hüquq və mənafelərinin kobudcasına pozulmasına səbəb olur Belə ki, bu gün iddiaçı MKR-da adında kredit götürmək üçün heç bir banka müraciət edə bilmir. Bank tərəfindən səhv ötürülmüş məlumatların Mərkəzləşdirilmiş Kredit Reyestrindən silinməsinə zərurət yaranmışdır. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ məhkəməyə ərizə ünvanlayaraq, iddiaçının tələbinin əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı olduğunu bildirərək, kəsici müddətin tətbiq olunmasını və iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil yuxarıda qeyd olunan məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ ni nümayəndəsi X3 iddiaya etiraz edərək, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin İddiaçı ünvanladığı 26 iyul 2023-cü il tarixli məktubundan görünür ki, onunla Bankın "Bakıxanov" filialı arasında 17 avqust 2009-cu il tarixdə 3000 (üç min) manat illik 28% ilə 1 il müddətinə olan kredit müqaviləsi rəsmiləşdirilmiş. Müqavilədə tərəflərin hüquq və öhdəlikləri, öhdəliklərin icra qaydası və digər şərtlər razılaşdırılmışdır. Cari tarix üçün borcu 2062,60 (iki min altmış iki, 60) manat əsas borc, 7113,78 (yeddi min bir yüz on üç, 78) manat faiz olaraq, ümumilikdə 9176,38 ( doqquz min yüz yetmiş altı, 38) manat vəsait təşkil edir. Məsələ ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə olunur. İş materiallarına əlavə olunmuş Cavabdeh ASC-nin xx.xx.2024-cü il tarixli, 2024/111/977 nömrəli məktubundan görünür ki, bank hesabı, hesab üzrə əməliyyatlar və qalıqlar, habele müştəri barədə məlumatlar AR Mülki Məcəlləsinin 967.1-ci maddəsi və “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 41-ci maddələrinə istinad edilərək bank sirri hesab olunur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Mərkəzi Bankının 01 fevral 2024-cü il tarixli, 6-1-16/3-917/2024 saylı məktubundan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı Banklar üzərində yalnız qanunla müəyyən edilmiş prudensial tənzimləmə və nəzarət funksiyaları həyata keçirir. İş materiallarında olan İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən təqdim edilmiş mülahizədə qeyd edilmişdir ki, cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş ərizədə "bu halın əslində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı olması, buna görə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə biləcəyini" qeyd etmişdir. Cavabdelin müddətin tətbiqi barədə ərizə qanunsuz və əsassızdır. Belə ki, İddiaçı ilə "xxxx" ASC-də heç bir kredit öhdəliyi mövcud deyildir. Müqavilə mövcud olsaydı, həmin kredit müqaviləsi cavabdeh bank tərəfindən bu günədək məhkəməyə təqdim edilərdi. Hazırki halda, tərəflər arasında hər hansı bir müqavilə və ya hüquqi münasibətlər mövcud olmadığı üçün "əqdin etibarsızlığı nəticələrinin tətbiqi" absudurddur. Əqdin etibarsızlığı nəticələrinin tətbiqi ilk növbədə tərəflər arasında əqd mövcud olmalı, yəni real əqdə münasibətdə mümkündür. Buna görə də hesab edirik ki, məlumatlar Bank tərəfindən MKR-a səhv göndərilmiş və nəticədə cavabdeh tərəfindən təqdim edilmiş MKR-dan çıxarışda kredit üzrə borcu borcalanın bağlanmış öhdəlikləri statusunda olması texniki yanlışlıq olmuşdur. Bununla bağlı isə sonradan Bank tərəfindən bu barədə yanlışlığın aradan qaldırılması ilə bağlı MKR-ə sorğu ilə müraciət olunmamışdır. Məhkəmə ilk öncə qeyd edir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilməsinə baxmayaraq məhkəmə iddianın əsaslılığını yoxlamalıdır. İddia məhkəmə tərəfindən əsassız hesab edildiyi təqdirdə iddia müddətinin tətbiqi barədə ərizəyə də ehtiyac qalmayacaqdır. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər-hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “Azərbaycan kredit bürosu”na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinə əsasən Büroya borc haqqında məlumatları məlumat təchizatçıları təqdim edirlər. Məlumat təchizatçıları Büroya təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidir. Büroda olan məlumatlara hər hansı düzəliş yalnız məlumat təchizatçılarının təqdim etdikləri məlumat və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. “İnformasiya əldə etmək haqqında” Qanunun 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. Həmin Qanunun 10.4.8-ci maddəsinin tələblərinə görə informasiya sahibi həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı Cavabdeh ASC-də heç bir kredit öhdəliyi mövcud olmadığını bildirərək, onun hər hansı borcunun olmaması barədə məlumatların bank tərəfindən Azərbaycan Respublikası X1 Kredit Reyestrinə təqdim edilməsi ilə bağlı müraciət etmiş, cavabdeh isə iddiaçı ilə xx.xx.2009-cu il tarixdə kredit müqaviləsinin rəsmiləşdirildiyini, eyni zamanda iddiaçının 9176.38 AZN məbləğində borcunun olmasını qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən norma sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Qanunvericiliyə əsasən iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Hazırkı işin mübahisəsiz və sübuta yetirilmiş halı ondan ibarətdir ki, iddiaçı ilə Bank arasında hər hansı müqavilənin bağlanmamasına baxmayaraq, Azərbaycan Respublikası X1 Kredit Reyestrində İddiaçı Cavabdeh ASC-də krediti olduğu barədə məlumat əks olunmuşdur. İddia tələbinin əsaslılığı ilə bağlı sübutetmə yükü iddiaçıya aid olsa da, cavabdeh təşkilat tərəfindən bağlanmış müqavilənin mövcüdluğu barədə sübutlar həqiqətə nail olmaq üçün məhkəməyə təqdim edilməlidir. Məhkəmə ilk olaraq onu qeyd edir ki, tərəflər arasında bağlanılmış kredit müqaviləsi üzrə iddiaçının bu günə qədər cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nə borcu qalmış və bu haqda məlumat X1 Kredit Reyestrində qeyd edilmişdir. Lakin İddiaçı cavabdehlə hər hansı müqavilənin bağlamadığını bildirmiş, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi isə iddiaçı ilə bağlanmış kredit müqaviləsinə istinad etsə də, həmin müqaviləni məhkəməyə təqdim etməmişdir. Beləliklə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə borcunun olmadığını, borc barədə məlumatların X1 Kredit Reyestrində əsassız yazıldığını mübahisələndirir, cavabdeh tərəf isə borcların əsaslı yazılmasına dair sübutlarını məhkəməyə təqdim etmir. Həmçinin məhkəmə onu da qeyd edir ki, bu günədək cavabdeh tərəfindən iddiaçıya qarşı həmin müqavilə üzrə borc məbləğinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət edilməməsi də göstərir ki, həqiqətən də, iddiaçı ilə Bank arasında hər hansı müqavilə bağlanmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, hazırki iddia əsaslı olduğundan və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə verildiyindən, məhkəmə iddia müddətinin tətbiq edilməli olub-olmamasını araşdırmalı və buna dair mövqeyini bildirməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli qərarından görünür ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372-ci maddəsinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 377.1-ci maddəsinə görə, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Məhkəmə qeyd edir ki, əqdin etibarsızlığı nəticələrinin tətbiqi ilk növbədə tərəflər arasında əqd mövcud olmalı, yəni real əqdə münasibətdə mümkündür. Hazırki halda, tərəflər arasında hər hansı bir müqavilə və ya hüquqi münasibətlər mövcud olmadığından, "əqdin etibarsızlığı nəticələrinin tətbiqi" haqqında iddia üçün nəzərdə tutulmuş iddia müddəti hazırki tələbə şamil edilə bilməz. Bununla da məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı Cavabdeh ASC-yə borcunun olmaması barədə məlumatın Azərbaycan Respublikası X1 Kredit Reyestrinə təqdim edilməsi vəzifəsi Cavabdeh ASC-yə həvalə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Cavabdeh ASC-yə borcunun olmaması barədə məlumatın Azərbaycan Respublikası X1 Kredit Reyestrinə təqdim edilməsi vəzifəsi Cavabdeh ASC-yə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar