Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2228/2023 18.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Yasamal filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 15052017/118980 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 60 (altmış) ay müddətinə, illik 10 (on) faiz dərəcəsi ilə 13408 (on üç min dörd yüz səkkiz) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2022 tarixli, **********356 saylı bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh xx.xx.2023-cü il tarixə kredit üzrə cərri borcu 20654.91 ABŞ dolları təşkil edir. Bundan 12842.51 (on iki min səkkiz yüz qırx iki dollar 51 sent) ABŞ dolları əsas, 6035.65 (altı min otuz beş dollar 65 sent) ABŞ dolları faiz, 1287.25 (bir min iki yüz səksən yeddi dollar 25 sent) ABŞ dolları cərimə, «kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə e sablannış 489.50 (dörd yüz səksən doqquz dollar 50 sent) ABŞ dolları faiz borcu təşkil edir. Beləliklə, cavabdehə dəfələrlə xəbərdarlıq edilsə də, kredit ödənişlərini etməmişdir. Cavabdeh sonuncu dəfə xx.xx.2019-cu İİ tarixində 58.75 (əlli səkkiz dollar 75 sent) ABŞ dolları məbləğində ödəniş etmişdir. Göstərilənlərə əsasən Cavabdeh xx.xx.2023-cü il tarixə ''kredit üzrə cəmi borcu 20654.91 (iyirmi min altı yüz əlli dörd dollar, 91 sent) ABŞ dolları – bundan 12842.51 (on iki min səkkiz yüz qırx iki dollar 51 sent) ABŞ dolları əsas, 6035.65 (altı min otuz beş dollar 65 sent) ABŞ dolları faiz, 1287.25 (bir min iki yüz səksən yeddi dollar 25 sent) ABŞ dolları cərimə, kredit müqäviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 489.50 (dörd yüz səksən doqquz dollar 50 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 195.34 (yüz doxsan beş manat 34 qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənləri təsdiq etmiş, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Eyni zamanda, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2ı qızı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasını onun iştirakı olmadan keçirib qərar qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə iddiaçının nümayəndəsi X2 izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
7. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 15052017/118980 saylı kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə illik 10% dərəcəsi ilə 13408 ABŞ dolları məbləğində kredit ayırmış, borc alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onları faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə borcu yaranmışdır.
b) Mülki işin materialları:
8. Mülki işin materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 15052017/118980 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh illik 10% olmaqla 60 ay müddətinə 13408 USD məbləğində kredit verilmişdir.
9. Mülki işin materiallarında olan ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh banka xx.xx.2023cü il tarixə müqavilə üzrə əsas borcu 12842.51 ABŞ dolları, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu 6035,65 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 1287,25 ABŞ dolları, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış faiz borcu 489.50 ABŞ dolları məbləğində borcu vardır.
10. Mülki işin materiallarında olan ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, cavabdehə müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4047 saylı, xx.xx.2023-cü il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2017-ci il tarixli, 15052017/118980 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh xx.xx.2023-cü il tarixədək (sualda göstərilən tarix) banka olan əsas borc üzrə 13.239,24 USD, faiz borcu üzrə 5743,80 USD borcu müəyyən olunmuşdur. xx.xx.2023-cü il tarixədək (rəyin verildiyi tarix) olan dövrün faiz borcu (müqavilə müddətinin bitdiyi tarixdən) illik 5 faizlə hesablanmaqla banka olan əsas borc üzrə 13.239,24 USD, faiz borcu üzrə 5743,80 USD, faiz borcu üzrə (5%-lə) 229,85 USD müəyyən olunmuşdur. Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamamışdır. Buna görə də hazırki təqdiqatla Cavabdeh cərimə hesablanmamışdır.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/6969 saylı, xx.xx.2023-cü il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 15052017/118980 saylı kredit müqaviləsi üzrə ayrı-ayrılıqda borc alanın xx.xx.2022-ci il tarixə əsas borc üzrə 13.23,24 ABŞ dolları, faiz borcu üzrə 5076,32 ABŞ dolları, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 13.239,24 ABŞ dolları, faiz borcu üzrə 5743,80 ABŞ dolları, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 13.239,24 ABŞ dolları, faiz borcu üzrə 6166,72 ABŞ dolları borcu müəyyən olunmuşdur.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
13. Məhkəmə iddia tələbinin hüquqi əsasları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
14. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
15. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
16. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
17. Həmin Məcəllənin 739-cu maddəsinə (əvvəlki redaksiya ilə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
18. Məhkəmə qeyd edir ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank kredit müqaviləsi üzrə yaranmış borcun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur.
19. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, bank cavabdehdən xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 12842,51 ABŞ dolların tutulmasını xahiş etmişdir.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarındakı hüquqi mövqe (ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır). Bu baxımdan məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə xx.xx.2017-ci il tarixli, 15052017/118980 saylı kredit sazişinə əsasən borc məbləği cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubundan (əqdin ləğv edilməsi barədə iradə ifadəsinin bildirilməsi ilə bağlı) hesablanmalıdır.
21. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin xx.xx.2022-ci il tarixə xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə əsas borcu 13.239,24 ABŞ dolları təşkil edir.
22. AR MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
23. Məhkəmə qeyd edir ki, iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə cavabdehin kredit müqavilə üzrə əsas borcu irəli sürülmüş tələbdən artıq olsa da, həmin hal iddia tələbindən kənara çıxması üçün əsas ola bilməz.
24. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas borcun tutulması hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir.
25. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə cavabdehin xx.xx.2017-ci il tarixli, 15052017/118980 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə faiz borcunun 5076,32 ABŞ dolları olması müəyyən edildiyindən, ekspert rəyi sübut növü kimi qəbul edilməlidir.
26. «Dövlət ekspertiza fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən məhkəmə eksperti (ekspert) - məhkəmə ekspertizasının aparılması həvalə olunmuş, məhkəmə ekspertizasının predmetinə aid olan xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan şəxsdir.
27. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
28. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir.
29. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
31. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
32. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi faiz borcunun tutulması hissəsində qismən təmin ediməli və cavabdehdən bankın xeyrinə xx.xx.2017-ci il tarixli, 15052017/118980 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 5076,32 ABŞ dolları faiz borcu tutulmalıdır.
33. AR Mülki Məcəllənin 465.1-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər.
34. Məhkəmə iddia tələbinin xx.xx.2017-ci il tarixli, 15052017/118980 saylı kredit müqaviləsi üzrə yaranmış 1287,25 ABŞ dolları cərimənin tutulması hissəsi üzrə qeyd edir ki, kredit müqaviləsi üzrə götürülmüş kredit məbləğinin və ödənilməmiş qalmış əsas və faiz borcunun miqdarını, həmçinin tələb olunan dəbbə pulun həmin məbləğlərə münasibətdə tənasüb olmasını nəzərə alaraq, iddia tələbi həmin hissədə təmin edilməlidir.
35. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi xx.xx.2017-ci il tarixli, 15052017/118980 saylı kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5% faiz dərəcəsi olmaqla borcun tutulması hissəsində də əsaslıdır.
36. AR Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarının ikinci hissəsinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
38. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsinin müddəti keçdikdən sonra borcun ödənilməsi gecikdirildiyindən və tərəflər arasında bağlanılmış müqavilələrin müddəti bitdikdən sonra əlavə faizlərin hesablanması müqavilədə nəzərdə tutulmadığından, iddiaçı gecikdirilmiş vaxt üçün illik beş faiz hesabı ilə pul tələb etməyə haqlıdır.
39. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün 5% illik faiz dərəcəsi nəzərə alınmaqla xx.xx.2017-ci il tarixli, 15052017/118980 saylı kredit müqaviləsi üzrə 489,5 ABŞ dolları məbləğində pulun tutulması hissəsində də təmin edilməlidir.
40. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2017-ci il tarixli, 15052017/118980 saylı kredit müqaviləsi üzrə 12842.51 ABŞ dolları (on iki min səkkiz yüz qırx iki dollar, əlli bir sent) əsas borc, 5076,32 ABŞ dolları (beş min yetmiş altı dollar, otuz iki sent) faiz borcu, 1287,25 ABŞ dolları (bir min iki yüz səksən yeddi dollar, iyirmi beş sent) cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 489,5 ABŞ dolları (dörd yüz səksən doqquz dollar, əlli sent) faiz borcu olmaqla, ümumilikdə 20092,31 ABŞ dolları (iyirmi min doxsan iki dollar, otuz bir sent) məbləğində borc tutulmalı, (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə), iddia qalan hissədə rədd edilməlidir.
41. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
42. Məhkəmə məhkəmə xərci kimi iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunu və məhkəmə ekspertizasının tədqiqat dəyərini nəzərə alır. Belə ki, iddia tələbinin 97%-i təmin olunduğundan məhkəmə xərci də həmin nisbətdə tərəflərə aid edilməlidir.
43. Dövlət rüsumu kimi ödənilmiş 195,34 manatın 189,4 manatı Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqat dəyəri olan 200 manatın 6 manatı iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən, 194 manatı isə Cavabdeh tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir.
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
46. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
49. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
50. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2017-ci il tarixli, 15052017/118980 saylı kredit müqaviləsi üzrə 12842.51 ABŞ dolları (on iki min səkkiz yüz qırx iki dollar, əlli bir sent) əsas borc, 5076,32 ABŞ dolları (beş min yetmiş altı dollar, otuz iki sent) faiz borcu, 1287,25 ABŞ dolları (bir min iki yüz səksən yeddi dollar, iyirmi beş sent) cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 489,5 ABŞ dolları (dörd yüz səksən doqquz dollar, əlli sent) faiz borcu olmaqla, ümumilikdə 20092,31 ABŞ dolları (iyirmi min doxsan iki dollar, otuz bir sent) məbləğində borc tutulsun.(tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə). Dövlət rüsumu kimi ödənilmiş 195,34 manatın (bir yüz doxsan beş manat, otuz dörd qəpik) 189,4 manatı (bir yüz səksən doqquz manat, qırx qəpik) Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqat dəyəri olan 200 (iki yüz) manatın 6 (altı) manatı iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən, 194 (bir yüz doxsan dörd) manatı isə Cavabdeh tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.