Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2233/2022 29.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «pul» tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasnıda bağlanmış 20.01.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “Samsung A125” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 33 AZN olmaqla, cəmi 389,90 AZN, 25.02.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “Samsung A125” markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 25 AZN olmaqla, cəmi 436,10 AZN, 17.03.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “Samsung A125” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 28 AZN olmaqla, cəmi 328,50 AZN, 16.04.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Panasonic” markalı təraş alətinə görə 18 ay ödəniş cədvəli üzrə hər ay 6 AZN olmaqla, cəmi 119 AZN, ümumilikdə dörd müqavilə üzrə 1273,50 AZN ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, 20.01.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə sonuncu dəfə 17.06.2021-ci il tarixində 33 AZN, 25.02.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə 30.06.2021-ci il tarixində 25 AZN, 17.03.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonncu dəfə 17.06.2021-ci il tarixdə 28 AZN və 16.04.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə 17.06.2021-ci il tarixində 6 AZN ödəniş etmiş və dörd müqavilə üzrə cəmi qalıq qalmış 909,50 AZN borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 sayh əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin l(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu hər dörd müqavib üzrə 1362 AZN təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmş cərimə məbləğinin iriqdan hər dörd müqavilə üzrə 1362 AZN təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəfinizdən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 136,20 AZN "xxxx" MMC-yə ödənilməlidir. Beləliklə, cavabdeh 01.03.2022-ci il tarixədək "xxxx" MMC-nə olan borcu 20.01.2021 -ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 221,90 AZN əsas, 33,20 AZN cərimə, cəmi 255,10 AZN, 25.02.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 386,10 AZN əsas, 50,40 AZN cərimə, cəmi 386,50 AZN, 17.03.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı- satqı müqaviləsinə əsasən, 244,50 AZN əsas, 36,60 AZN cərimə, cəmi 281,10 AZN, 16.04.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 107 AZN əsas, 16 AZN cərimə, cəmi 123 AZN, dörd müqavilə üzrə 909,50 AZN əsas, 136,20 AZN cərimə, cəmi 1045,70 AZN təşkil etmişdir. Göstərilənlərə əsasən, 20.01.2021-ci il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 01.03.2022-ci il tarixinə yaranmış borcu 221,90 AZN əsas, 33,20 AZN cərimə, cəmi 255,10 AZN, 25.02.2021-ci il tarixli, ********** saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 386,10 AZN əsas, 50,40 AZN cərimə, cəmi 386,50 AZN, 17.03.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 244,50 AZN əsas, 36,60 AZN cərimə, cəmi 281,10 AZN, 16.04.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 107 AZN əsas, 16 AZN cərimə, cəmi 123 AZN, ümumilikdə 1045,70 AZN borcun və 30,50 AZN ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə əsasən cavabdehin ünvanına rəsmi qaydada bildiriş göndərilmiş, lakin sonradan məhkəməyə hər hansı bir etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 20.01.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən Cavabdeh “Samsung A125” markalı mobil telefona görə 12 ay ərzində ödəniş cədvəli üzrə 20.02.2021-ci il tarixindən 20.12.2021-ci il tarixinədək 33 AZN, 20.01.2022-ci il tarixində 26,90 AZN, ümumilikdə 389,90 AZN ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İrşad-electronics» MMC ilə Cavabdeh arasında bağlanmış 25.02.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən Cavabdeh “Samsung A125” markalı mobil telefona görə 18 ay ərzində ödəniş cədvəli üzrə 25.03.2021-ci il tarixindən 25.07.2022-ci il tarixinədək 25 AZN, 25.08.2022-ci il tarixində 11,10 AZN, ümumilikdə 436,10 AZN ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İrşad-electronics» MMC ilə Cavabdeh arasında bağlanmış 17.03.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən Cavabdeh “Samsung A125” markalı mobil telefona görə 12 ay ərzində 0,50 AZN ilkin ödəniş etməklə, ödəniş cədvəli üzrə 17.04.2021-ci il tarixindən 17.02.2022-ci il tarixinədək 28 AZN, 17.03.2022-ci il tarixində 20,50 AZN, ümumilikdə 328,50 AZN ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İrşad-electronics» MMC ilə Cavabdeh arasında bağlanmış 16.04.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən Cavabdeh “Samsung A125” markalı mobil telefona görə 18 ay ərzində ödəniş cədvəli üzrə 16.05.2021-ci il tarixindən 16.09.2022-ci il tarixinədək 6 AZN, 16.10.2022-ci il tarixində 17 AZN, ümumilikdə 119 AZN ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarındakı "xxxx" MMC tərəfindən verilmiş 01.03.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 20.01.2021-ci il tarixli müqavilə üzrə 221,90 AZN əsas, 332 AZN cərimə, ümumilikdə 553,90 AZN məbləğində borcu vardır. İş materiallarındakı "xxxx" MMC tərəfindən verilmiş 01.03.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 25.02.2021-ci il tarixli müqavilə üzrə 336,10 AZN əsas, 504 AZN cərimə, ümumilikdə 840,10 AZN məbləğində borcu vardır. İş materiallarındakı "xxxx" MMC tərəfindən verilmiş 01.03.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 17.03.2021-ci il tarixli müqavilə üzrə 244,50 AZN əsas, 366 AZN cərimə, ümumilikdə 610,50 AZN məbləğində borcu vardır. İş materiallarındakı "xxxx" MMC tərəfindən verilmiş 01.03.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 16.04.2021-ci il tarixli müqavilə üzrə 107 AZN əsas, 160 AZN cərimə, ümumilikdə 267 AZN məbləğində borcu vardır. Həmçinin, işin materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh 20.01.2021-ci, 25.02.2021-ci, 17.03.2021-ci, 16.04.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün xəbərdarlıq edilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (“satıcı”) ilə Cavabdeh (“alıcı”) arasında bağlanmış 20.01.2021-ci, 25.02.2021-ci, 17.03.2021-ci, 16.04.2021-ci il tarixli nisyə alğı-satqı müqavilələrinə əsasən satıcı tərəfindən alıcıya “Samsung A125” markalı 4 ədəd mobil telefonlar verilmiş, cavabdeh (alıcı) isə bunun qarşılığında ödəməli olduğu məbləği iddiaçıya (satıcı) ödəməmiş, gecikmələrə yol vermiş, nəticədə onun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 1045,70AZN məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 387-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Qeyd olunan Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Eyni Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə məbləği ilə bağlı hissədə qismən təmin edilərək cərimə məbləği azaldılmalı, 20.01.2021-ci, 25.02.2021-ci, 17.03.2021-ci, 16.04.2021-ci il tarixli müqavilələr üzrə cəmi 20 AZN (5 AZN + 5 AZN + 5 AZN, + 5AZN) məbləğində müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 30,50 AZN (otuz manat, əlli qəpik) məhkəmə xərci də cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 20.01.2021-ci il tarixli müqaviləyə əsasən 221,90 AZN (iki yüz iyirmi bir manat, doxsan qəpik) ödənilməmiş hissə, 5 AZN (beş manat) cərimə, 25.02.2021-ci il tarixli müqaviləyə əsasən 386,10 AZN (üç yüz səksən altı manat, on qəpik) ödənilməmiş hissə, 5 AZN (beş manat) cərimə, 17.03.2021-ci il tarixli müqaviləyə əsasən 244,50 AZN (iki yüz qırx dörd manat, əlli qəpik) ödənilməmiş hissə, 5 AZN (beş manat) cərimə, 16.04.2021-ci il tarixli müqaviləyə əsasən 107 AZN (bir yüz yeddi manat) ödənilməmiş hissə, 5 AZN (beş manat) cərimə olmaqla, ümumilikdə 4 müqavilə üzrə 979,50 AZN (doqquz yüz yetmiş doqquz manat, əlli qəpik) məbləğində borc və 30,50 AZN (otuz manat, əlli qəpik) məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 20.01.2021-ci il tarixli müqaviləyə əsasən 221,90 AZN (iki yüz iyirmi bir manat, doxsan qəpik) ödənilməmiş hissə, 5 AZN (beş manat) cərimə, 25.02.2021-ci il tarixli müqaviləyə əsasən 386,10 AZN (üç yüz səksən altı manat, on qəpik) ödənilməmiş hissə, 5 AZN (beş manat) cərimə, 17.03.2021-ci il tarixli müqaviləyə əsasən 244,50 AZN (iki yüz qırx dörd manat, əlli qəpik) ödənilməmiş hissə, 5 AZN (beş manat) cərimə, 16.04.2021-ci il tarixli müqaviləyə əsasən 107 AZN (bir yüz yeddi manat) ödənilməmiş hissə, 5 AZN (beş manat) cərimə olmaqla, ümumilikdə 4 müqavilə üzrə 979,50 AZN (doqquz yüz yetmiş doqquz manat, əlli qəpik) məbləğində borc və 30,50 AZN (otuz manat, əlli qəpik) məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №e-2(006)-2233/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2233/2022
29.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver