Məhkəmə qərarları › İş №e-2(006)-2253/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2253/2025

14.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2253/2025 14.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Musayeva Vüsalə Vahid qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min mantadan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilimiş qaydada baxılmasına yol verilir. İddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün icraata qəbul edilmiş və cavabdehə bildiriş göndərilərək, bildiriş rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmişdir. Cavadeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamış və məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağdakı əsaslara görə təmin edilməlidir. İş materiallarından olan elektron qaydada (mobil tətbiq vasitəsilə bağlanmış) xx.xx.2023-cü il tarixli, BRCB4738094B299 saylı kredit müqaviləsi və razılıq ərizəsinə əsasən, illik 30% ödəmək şərtilə, 700 manat məbləğində kredit xətti ayrılmış və halhazırda borclunun banka 695,21 manat əsas, 131,46 manat faiz borcu olmaqla, cəmi 826,67 manat borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli, BUMM8282734B299 saylı kredit müqaviləsi və razılıq ərizəsinə əsasən, illik 27% ödəmək şərtilə, 36 ay müddətinə, 500 manat məbləğində kredit xətti ayrılmış və hal-hazırda borclunun banka 321,05 manat əsas, 39,23 manat manat faiz borcu olmaqla, cəmi 360,28 manat borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli, GTZK9518503B299 saylı kredit müqaviləsi, razılıq ərizəsi, ödəniş qrafikinə əsasən, 35 ay müddətinə, illik 34% dərəcəsi ilə 1300 manat kredit xətti ayrılmışdır və hal-hazırda borclunun 1300 manat əsas, 221,83 manat faiz borcu olmaqla, cəmi 1521,83 manat borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, cavabdehin xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən bu tarixə, 695,21 manat əsas borc, 131,46 manat faiz borcu olmaqla, 826,67 manat ümumi borcu, 110 gün gecikmə olmaqla 209,84 manat məbləğində gecikmə yaranmışdır. xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən isə bu tarixə 321,05 manat əsas borc, 39,23 manat faiz borcu olmaqla, 360,28 manat məbləğində ümumi borc, 99 gün gecikmə olmaqla 80,26 manat məbləğində gecikmə yaranmışdır. 29,08.2024-cü il tarixli kredit müqaviləsinə əsasən bu tarixə, 1300 manat əsas borc, 221,83 manat faiz borcu olmaqla, 1521,83 manat ümumi borcu, 120 gün gecikmə olmaqla 289,32 manat məbləğində gecikmə yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələr üzrə kredit məbləğini almış, ayrılmış kredit məbləğinin ödəniş cədvəlinə əsasən qaytarılmasını təmin etməsinə dair öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, iş üzrə Cavabdeh xx.xx.2023-cü il tarixli BRCB4738094B299 saylı müqavilə üzrə 695,21 manat əsas borc, 131,46 manat faiz borcu məbləği, cəmi 826,67 manat borc, xx.xx.2024-cü il tarixli BUMM8282734B299 saylı müqavilə üzrə 321,05 manat əsas borc, 39,23 manat faiz borcu məbləği, cəmi 360,28 manat borc məbləği, xx.xx.2024-cü il tarixli, GTZK9518503B299 saylı müqavilə üzrə 1300 manat əsas borc, 221,83 manat faiz borcu olmaqla, cəmi 1521,83 manat borc məbləği, hər 3 müqavilə üzrə ümumilikdə 2708,78 manat və 47,09 manat dövlət rüsumuna görə pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli BRCB4738094B299 saylı müqavilə üzrə 695,21 (altı yüz doxsan beş manat, iyirmi bir qəpik) manat əsas borc, 131,46 (yüz otuz bir manat, qırx altı qəpik) manat faiz borcu olmaqla, cəmi 826,67 (səkkiz yüz iyirmi altı manat, altmış yeddi qəpik) manat borc, xx.xx.2024-cü il tarixli BUMM8282734B299 saylı müqavilə üzrə 321,05 (üç yüz iyirmi bir manat, beş qəpik) manat əsas borc, 39,23 (otuz doqquz manat, iyirmi üç qəpik) manat faiz borcu olmaqla, cəmi 360,28 (üç yüz altmış manat, iyirmi səkkiz qəpik) manat borc məbləği, xx.xx.2024-cü il tarixli, GTZK9518503B299 saylı müqavilə üzrə 1300 (bir min üç yüz manat) manat əsas borc, 221,83 (iki yüz iyirmi bir manat, səksən üç qəpik) manat faiz borcu olmaqla, cəmi 1521,83 (bir min beş yüz iyirmi bir manat, səksən üç qəpik) manat borc məbləği, hər 3 müqavilə üzrə ümumilikdə 2708,78 (iki min yeddi yüz səkkiz manat, yetmiş səkkiz qəpik) manat və 47,09 (qırx yeddi manat, doqquz qəpik) manat dövlət rüsumuna görə pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar