Məhkəmə qərarları › İş №e-2(006)-2257/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2257/2023

09.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2257/2023 09.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatanadək cavabdehdən tutulan aliment məbləğinin artırılaraq 220 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi, 50 manat mediasiya prosesi üçün çəkilən xərc və 200 manat vəkilə ödənilən xidmət haqqının Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun Cavabdeh Zərdüş oğlu ilə nikahı 11 noyabr 2019-cu il tarixdə rəsmiləşdirilmişdir. Birgə nikahlarından 20 avqust 2019cu il təvəllüdlü X5 adlı uşağı anadan olmuşdur. Cavabdeh Zərdüş oğlu ona qarşı "nikahın pozulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3113/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh Zərdüş oğlu ilə onun arasında xx.xx.2019-cu il tarixdə 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 2719 akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2019-cu il təvəllüdlü X3 anası İddiaçı yanında qalması (saxlanılması) müəyyən edilməsi, xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh Zərdüş oğlunun qazancının və (və ya) başqa gəlirinin ¼ hissəsi miqdarında və 93 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Hazırda məhkəməyə alimentin artırılması ilə bağlı müraciət etmək zərurəti yaranmışdır. Belə ki, onlar bir neçə müddətdir ki, birlikdə təsərrüfat aparmır və ayrı-ayrı ünvanlarda yaşayırlar. Hazırda azyaşlı uşağı onun himayəsində yaşayır. Onun uşağının maddi təminatı və tərbiyəsi ilə o, məşğul olur. O, uşağı üçün normal həyat yaşaması üçün hər cür qidalar, vitaminlər, uşaq əyləncələri, geyim əşyaları tələb olunur və bunların təkbaşına iddiaçı tərəfindən qarşılanması maddi baxımdan olduqca çətindir. Cavabdeh Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2579/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsində qeyd olunmuş alimenti ödəməklə atalıq vəzifəsini və öhdəliyini icra etmiş hesab edir. Cavabdehin hazırda ödədiyi aliment məbləği ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumdan çox aşağı bir aliment məbləğidir. Onun uşağının normal yaşayışını təmin etmək üçün cavabdeh ona hər hansı bir köməklik göstərmir. Halhazırda uşağının yetkinlik yaşına çatmaması nəzərə alınsa hazırda ödənilən aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşağın elmi inkişafını yetişdirmək üçün gələcəkdə ümumi orta təhsildən əlavə olaraq uşaq həmçinin xüsusi kurslara getməlidir. Bu səbəbdən də zamanla məsrəfləri artmağa başlayır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında Dövlət Vergi Xidmətinin verilmiş sorğuya cavab məktubunu gözləmədən (almadan) mülki işə mahiyyəti üzrə baxılmasını xahiş edərək və iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-3113/2022 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixdə 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 2719 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2019cu il təvəllüdlü X3 anası İddiaçı yanında qalmasının (saxlanılmasının) müəyyən edilməsi, xx.xx.2019-cu il təvəllüdlü X3 anası İddiaçı yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı Cavabdeh qazancın və (və ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarında və 93 manat sabit pul məbləğində alimentin tutularaq cavabdeh İddiaçı verilməsi, alimentin tutulma müddətinin xx.xx.2022-ci il tarixdən müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nikahda olması, birgə nikahlarından 1 övladlarının olması, uşağın iddiaçının yanında qalması, onun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. İş materiallarına əlavə olunmuş “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh X2 kardioloq vəzifəsində çalışmaqla, aylıq əmək haqqısı 350 manat təşkil edir. İş materiallarına əlavə olunmuş “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, İddiaçı "xxxx" QBKT MMM-də maliyyə planlaşdırması üzrə məsləhətçi vəzifəsində çalışmaqla, aylıq əmək haqqısı 4.005 manat təşkil edir. İş materiallarında olan Bakı 16 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli, MŞB/16-00596 saylı “Mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, iddiaçının nümayəndəsi Nümayəndə mediasiya sessiyasında iştirak etsə də, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı tərəfindən 50 manat məbləğində mediasiya xərci ödənilmişdir (mediator R.Nəbizadə). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1 və 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda 1 uşağa görə məhkəmə tərəfindən onların valideynlərindən hər ay qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin faktiki vəziyyətini və uşağın mənafeyini, onun gündəlik tələbatlarının artmasını və uşağın saxlanılması üçün minimum yaşayış xərclərinin artmasını rəhbər tutaraq, eyni zamanda cavabdehin daimi iş yerinin olmasını nəzərə alaraq hesab edir ki, alimentin miqdarı dəyişdirilməli (artırılmalı), xx.xx.2019-cu il təvəllüdlü X1 üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(004)-3113/2022 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək (artırılaraq), Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay qazancın (başqa gəlirlərin) ¼ hissəsi miqdarında və eyni zamanda hər ay 133 manat sabit pul məbləğində aliment tutulmalıdır. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə qeyd edir ki, iş materiallarından da göründüyü kimi, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etməklə, mediasiya xərci qismində 50 manat ödəsə də, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, habelə iştirak etməməsinin hər hansı bir üzrlü səbəbdən baş verməsinə dair sübut təqdim etməmişdir. Belə olan halda isə yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə əsasən iddiaçı tərəfindən mediasiya xərci qismində ödənilmiş 50 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2019-cu il təvəllüdlü X1 üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-3113/2022 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək (artırılaraq), Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay qazancın (başqa gəlirlərin) ¼ hissəsi miqdarında və eyni zamanda hər ay 133 manat sabit pul məbləğində aliment tutulmalıdır. İddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı yuxarıda qeyd edilənlərlə yanaşı vəkilə ödənilmiş 200 manat məbləğində xidmət haqqının cavabdehdən tutularaq ona ödənilməsini xahiş etsə də, tərəfindən tələb etdiyi məbləğdə pul vəsaitinin ödənilməsini təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir. Belə olan halda isə iddia tələbi həmin hissədə təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2019-cu il təvəllüdlü X1 üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-3113/2022 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək (artırılaraq), Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay qazancın (başqa gəlirlərin) ¼ hissəsi miqdarında və eyni zamanda hər ay 133 manat sabit pul məbləğində aliment tutulsun İddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar