Məhkəmə qərarları › İş №e-2(006)-227/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-227/2024

04.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-227/2024 04.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı ASC «Xalq» Bankının cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC “Xalq” Bankı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli **********67219 №-li kredit müqaviləsi üzrə Cavabdeh2 iddiaçı ASC “Xalq” Bankı qarşısında 4 390.26 manat məbləğində vaxtı keçmiş əsas borcu, 1026.52 manat məbləğində adi faizlər üzrə borcu, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 473,78 manat məbləğində əldən çıxmış faydanın əvəzi, xx.xx.2023-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 613,93 manat məbləğində penya, cəmi 6 504.50 manat və xx.xx.2023-cü il tarixindən başlayaraq İddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi və illik 15 % dərəcəsi ilə hesablanan penyanın cavabdehlər Cavabdeh2, SCavabdeh3 və Cavabdeh1 birgə qaydada iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 85.05 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərcin əvəzinin cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ASC “Xalq” Bankı ilə cavabdeh (Borcalan) Cavabdeh2 arasında bağlanmışxx.xx.2019-cu il tarixli **********67219 №-li Kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən Borcalana 36 ay müddətinə, kreditdən istifadəyə görə illik 17 % ödənilməsi şərtilə, 8 200 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Borcalanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ilə digər cavabdehlər Cavabdeh3 arasında xx.xx.2019-cu il tarixli **********67219/ZM2 №-li, Cavabdeh1 arasında isə xx.xx.2019-cu il tarixli **********67219/ZM1 №-li zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən zaminlər Borcalanın Kredit müqaviləsi üzrə Bank qarşısında götürdüyü öhdəliklərini tamamilə icra etməsi və ya lazımınca icra etməsi üçün Borcalanla birgə qaydada məsuliyyət daşımaq öhdəliyini götürmüşlər. Kredit müqaviləsinin 2.4-cü bəndinə və onun 1 №-li Əlavəsi olan Annuitet ödəniş cədvəlinə əsasən Borcalan hər ay bərabər məbləğdə ödəniş həyata keçirməklə əsas borcun qaytarılmasını və əsas borc məbləğinə hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin Cavabdeh2 bu öhdəliklərini kobud şəkildə pozmuş və kreditləşmə müddətinin xx.xx.2022-ci il tarixdə bitməsinə baxmayaraq, Kredit müqaviləsi üzrə əsas borcun mühüm hissəsini Banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Beləliklə, iddia ərizəsinin məhkəməyə təqdim edildiyi xx.xx.2023-cü il tarixinə Borcalanın Bank qarşısında vaxtı keçmiş əsas borcunun məbləği 4 390.26 manat, adi faiz borcunun məbləği isə 1 026.52 manat təşkil edir. Bundan əlavə Cavabdeh2 kredit üzrə əsas borc məbləğinin qaytarılması gecikdirildiyi üçün Banka Kredit müqaviləsinin 5.2ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanan penya da ödəməlidir ki, xx.xx.2023-cü il tarixinə bu məbləğ 613,93 manat təşkil edir. Cavabdeh2 tərəfindən Kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliklər kobud şəkildə pozulduğuna görə sonuncu, eyni zamanda digər cavabdehlər Cavabdeh3 (zamin) və Cavabdeh1 ilə bir neçə dəfə əlaqə saxlanılmasına və onlara borcun ödənilməsinin tələb edilməsinə dair müvafiq olaraq xx.xx.2021-ci il tarixli 120 №-li, xx.xx.2022-ci il tarixli İSM- XO-14.1.2022-003 №-li, xx.xx.2022-ci il tarixli İSM-XO-3.8.2022-002 №-li xəbərdarlıq məktublarının və xx.xx.2022-ci il tarixli İSM-XO-29.8.2022-001 №-li və İSM-XO-29.8.2022- 002 №-li “Öhdəliklərin yerinə yetirilməsi haqqında Tələb”lərin göndərilməsinə baxmayaraq, həmin şəxslər tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış Kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən həmin müqavilə tərəflərin öz üzərilərinə götürdükləri öhdəlikləri tam icra edənədək qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya məhkəməsi qeyd edir ki: “Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir”. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Konstitusiya məhkəməsi yuxarıda qeyd edilmiş əsaslardan çıxış edərək daha sonra həmin qərarda növbəti hüquqi mövqeyini ifadə edərək, göstərir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər”. Bu zaman Konstitusiya məhkəməsi həmin qərarda göstərir ki, kreditora ödənilməsi gecikdirilən əsas borc üzrə faizlər şəklində zərərin (əldən çıxmış fayda formasında) ödənilməsini tələb etmək üçün həmin zərərin mücərrəd qaydada hesablanmasını həyata keçirmək kifayətdir. Yəni, kreditora həyata keçirdiyi kredit əməliyyatlarının tərkibi və müvafiq növ kredit əməliyyatları üzrə bazara uyğun orta hesabla əldə etdiyi faiz gəlirlərinin miqdarı (müəyyən etdiyi faiz dərəcəsi) barədə məlumatların məhkəməyə təqdim edilməsi kifayətdir. Konstitusiya məhkəməsi yuxarıda qeyd edilmiş qərarda göstərdiyi kimi, həmin mücərrəd qaydada hesablama metodu belə bir ehtimala əsaslanır ki, kreditor işlərin adi gedişatına əsasən borc məbləği vaxtında ona qaytarıldığı təqdirdə, bu məbləğdən tez bir zamanda müvafiq faizlər şəklində gəlir əldə etməklə kreditləşmə əməliyyatlarının aparılması üçün yenidən istifadə edə bilərdi. Bu zaman, sözügedən qayda kreditorun konkret olaraq yeni bir kredit əməliyyatı aparmış olacağını sübuta yetirməsini tələb etmir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, bu iddia ərizəsinə Azərbaycan Respublikası Mərkəzi Bankının24 aprel 2020-ci il tarixli 16/1-2 №-li Qərarı ilə təsdiq edilmiş «Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları»na uyğun olaraq Mərkəzi Bank tərəfindən hesablanmaqla açıqlanan (istinad edilən Qaydalara müvafiq olaraq Mərkəzi Bankın rəsmi internet səhifəsində açıqlanır) və özündə müvafiq təqvim rübləri ərzində bank sektorunda istehlak kreditləri üzrə mövcud olmuş orta faiz dərəcələrini əks etdirən Məlumat əlavə edilir. Təqdim edilmiş bu Məlumatdan göründüyü kimi, hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdən əvvəlki təxminən 9 ayı əhatə edən dövr üzrə eyni növlü və oxşar şərtlərlə verilmiş kreditlər üzrə orta faiz dərəcəsi 15 % təşkil etmişdir. Müvafiq hesablanma aparıldıqdan sonra müəyyən edilmişdir ki, kreditləşmə müddətinin bitdiyi tarixdən (xx.xx.2022-ci il) iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixədək (xx.xx.2023-cü il) olan dövr üçün bu məbləğ 473,78 manat təşkil edir. Cavabdehlər iddiaya etiraz təqdim etməklə, iddianın qismən təmin edilməsini xahiş etmişlərdir. Etiraz onunla əsaslandırılmışdır ki, təqribən 2021-ci ildən Cavabdeh2 krediti ödəmək iqtidarında olmamış bu barədə banka məlumat vermişdir. Beləki, həmin dövrdən işsiz olmuş və iki övladı xəstə olmuşdur. Bank isə bütün bunları bilərək, ödənişləri etmədiyinə rağmən məhkəməyə müraciət etməməklə faizlərin və cərimələrin artmasına səbəb olmuşdur. O, əsas borcu qəbul etməklə, qalan hissədə iddanın rədd edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli **********67219 №-li kredit müqaviləsi üzrə Cavabdeh2 iddiaçı ASC “Xalq” Bankı qarşısında 4 390.26 manat məbləğində vaxtı keçmiş əsas borcu, 1026.52 manat məbləğində adi faizlər üzrə borcu, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 894.52 manat məbləğində əldən çıxmış faydanın əvəzi, xx.xx.2024-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 1034.67 manat məbləğində penya, cəmi 7345.97 manat və xx.xx.2024-cü il tarixindən başlayaraq İddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi və illik 15 % dərəcəsi ilə hesablanan penyanın cavabdehlər Cavabdeh2, SCavabdeh3 və Cavabdeh1 birgə qaydada iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 93.46 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərcin əvəzinin cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının və vəkili Vəkil iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada məlumat verilsə də, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişlər. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, cavabdehlərin etirazını, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli **********67219 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə ASC “Xalq” Bankı ilə borcalan Cavabdeh2 arasında borcalana 36 ay müddətinə illik 17 faiz ödəmək şərtilə 8200 məbləğində kreditin verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan zamin Cavabdeh1 ilə ASC “Xalq” Bank arasında bağlanmış xx.xx.2019-cu il tarixli **********67219/ZM1 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, o, xx.xx.2019-cu il tarixli **********67219 saylı kredit müqaviləsi üzrə öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İş materiallarında olan zamin Cavabdeh3 oğlu ilə ASC “Xalq” Bank arasında bağlanmış xx.xx.2019-cu il tarixli **********67219/ZM2 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, o, xx.xx.2019-cu il tarixli **********67219 saylı kredit müqaviləsi üzrə öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İş materiallarında olan cavabdehlərə ünvanlanmış bildirişlərdən görünür ki, bank onlara olan borcun qaytarılması barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh2 xx.xx.2022-ci il tarixə əsas borc üzrə 4363.67 manat, faiz borcu üzrə 807.95 manat, xx.xx.2023-cü il tarixinə illik 5% hesablanmaqla əsas borc üzrə 4363.67 manat, faiz borcu üzrə 964.92 manat, faiz borcu 5% 156.97 manat müəyyən edilir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli əlavə ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh2 xx.xx.2022-ci il tarixə əsas borc üzrə 4363.67 manat, faiz borcu üzrə 807.95 manat, xx.xx.2023-cü il tarixinə illik 5% hesablanmaqla əsas borc üzrə 4363.67 manat, faiz borcu üzrə 964.92 manat, faiz borcu 5% 156.97 manat müəyyən edilir. Hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin 5.2 bəndində illik 15% cərimə nəzərdə tutulmuşdur. Bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun hesablanması ilə əlaqədar məlumatlarda Cavabdeh2 822.17 manat məbləğində cərimə hesablanmışdır. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kreditalan Cavabdeh2 kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun bankın qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Bankın təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələb üzrə əsas və faiz borcunun əsaslı olduğunu təsdiq edir. Eyni zamanda zaminlik müqavilələrinə əsasən zaminlər Cavabdeh1 və Cavabdeh3 qeyd edilən müqavilə üzrə borcalan tərəfindən öhdəliklərin icrasının pozulacağı təqdirdə kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşlər. Məhkəmə işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 425, 427, 439, 442, 448, 462, 739, 470 və 472-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlir ki, ekspert rəyi sübut kimi qəbul edilməli və borcalan kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün həmin müqavilədən yaranan 4363.67 manat əsas borc, 807.95 manat faiz borcu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Lakin yuxarıda qeyd edildiyi kimi hesablanmış dəbbə pulu (cərimə) dəyən zərərin-faiz borcunun həddini aşmışdır. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.1-ci maddəsinə görə əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, hazırki iş üzrə iddiaçı cavabdehlərdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Hazırki halda isə cərimə hesablanmış faiz məbləğində əhəmiyyətli dərəcə də artıq hesablanmışdır. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə 4363.67 manat məbləğində əsas borca münasibətdə cavabdehlərdən 1034.67 dəbbə (cərimə) pununun tutulması əsaslı hesab edilə bilməz və tənasübsüz yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərdən iddiaçının xeyrinə tutulması tələb edilən dəbbənin (cərimə) məbləği azaldılaraq 200 manat müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin “xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 894.52 manat məbləğində əldən çıxmış faydanın əvəzi”nin tutulması hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. İddiaçının tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 449-cu maddəsinə istinad etməsi ilə bağlı nəzərə alınmalıdır ki, həmin maddə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iddia ərizəsində istinad olunan 09 iyul 2009-cu il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə Mülki Məcəllənin 449-cu maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Mülki Məcəllənin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Məcəllənin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında müəyyən olunmuş hüquqi mövqeyə uyğun olaraq hazırki iş üzrə cavabdehin borc münasibətlərinə əsasən ödəməli olduğu borcun ödənilməməsinə görə Mülki Məcəllənin 449-cu maddəsinə əsasən əlavə mülki məsuliyyətinin yaranması üçün müqavilə üzrə üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırması halının sübuta yetirilməsi tələb olunur. İş materiallarında isə cavabdeh tərəfindən belə qərəzli hərəkətlər edildiyinə dəlalət edən və borclunun həmin pulu özündə saxlamaqla faydalanması hər hansı mötəbər sübutlar yoxdur. Nəzərə almaq lazımdır ki, bu halda, sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq buna dair sübutları təqdim etmək vəzifəsi iddiaçı tərəfin üzərinə düşür. İddiaçı tərəf isə belə bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarının mövqeyini əsas götürməklə məhkəmə hesab edir ki, tələb edilən pulun cavabdehin ödəyə bilməməsi hər bir halda onun iddiaçının pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya iddiaçının hesabına pul vəsaitini əsassız özündə saxlamaqla varlanmaq niyyətinin olması kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehlərdən müştərək qaydada 4363.67 əsas borc, 807.95 manat faiz borcu, 200 manat cərimə, cəmi 5371.62 manat tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən dövlət rüsumunun 73.71 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan 19.75 manat isə iddiaçının özünə aid edilməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 200 manatın 100 manatı Cavabdeh2, 100 manatı ASC “Xalq” Bankından alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 oğlundan birgə qaydada 4363.67 əsas borc, 807.95 manat faiz borcu, 200 manat cərimə, cəmi 5371.62 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 73.71 manat alınaraq iddiaçı ASC “Xalq” Bankına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan 19.75 manatı iddiaçınn özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 200 manatın 100 manatı Cavabdeh2, 100 manatı ASC “Xalq” Bankından alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Hesab AZ34CTRE**********00********) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar