Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2273/2022 21.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə xx.xx.2012-ci il tarixdə bağlanmış, reyestr 3M- 02-426 nömrə ilə qeyd edilmiş borcun etirafı müqaviləsi üzrə 110.010 manat əsas (qalıq) borc və ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1%-i həcmində 6.990 manat cərimə olmaqla, cəmi 117.000 manat borcun və 407 manat dövlət rüsumu pulunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 110.010 manat əsas məbləğin və ödənilmiş 407 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2012-ci il tarixdə Notariat reyestrində qeyd edilmiş 3M-02-426 saylı borcun etirafı müqaviləsinə əsasən, o, cavabdehə 120.000 manat məbləğində borc vermişdir. Cavabdeh müqaviləyə əsasən həmin borcu xx.xx.2014-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh ilə onun arasında həmin müqavilə bağlandıqdan sonra cavabdeh xx.xx.2016-cı il tarixdə 2.490 manat, xx.xx.2016-cı il tarixdə 852 manat, xx.xx.2018-ci il tarixdə 855 manat, xx.xx.2018-ci il tarixdə 855 manat, xx.xx.2018-ci il tarixdə 853 manat, xx.xx.2019cu il tarixdə 682 manat, xx.xx.2019-cu il tarixdə 853 manat, xx.xx.2019-cu il tarixdə 850 manat, xx.xx.2019-cu il tarixdə 850 manat və xx.xx.2019-cu il tarixdə 850 manat ödəmişdir. Lakin cavabdeh üzərinə düşən öhdəliyi lazımınca və vaxtında icra etməmiş və bununla da, onun hal-hazırki vaxta ödənilməmiş 110.010 manat məbləğində borcu yaranmışdır. İddiaçının nümayəndəsi və vəkili X3 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkilinin mülki işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsi barədə yazılı xahişi nəzərə alınaraq, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-2273/2022 saylı qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.3-cü maddəsinə əsasən işdə cavabdehin lazımi qaydada xəbərdar edilməsi barədə məlumatlar olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.4-ci maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə məhkəmə qərardad çıxarır. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhərinin notariusu Ü.F.Kərimov tərəfindən təsdiq edilmiş və reyestrdə 3M-02-426 nömrə ilə qeyd edilmiş 11 may 2012-ci il tarixli “borcun etirafı müqaviləsi”ndən görünür ki, qeyd edilən müqavilə borc verən İddiaçı ilə borc alan Cavabdeh arasında bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən, İddiaçı xx.xx.2011-ci il tarixdə Cavabdeh 120.000 manat məbləğində borc pul verdiyini bildirmiş, Cavabdeh isə həmin tarixdə İddiaçı 120.000 manat məbləğində borc pul aldığını etiraf etmişdir. Müqavilənin 2-ci bəndinə əsasən, Cavabdeh müqavilədə qeyd edilən məbləği, yəni 120.000 manat borc pulu xx.xx.2014-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş Cavabdeh tərəfindən yazılmış və onun imzası ilə də təsdiq edilmiş 31 dekabr 2020-ci il tarixli ərizədən görünür ki, onun İddiaçı 120.000 manat borcunun olduğu, xx.xx.2019-cu il tarixində 850 manat ödəniş etdikdən sonra borcunun 110.010 təşkil etdiyi, yaxın müddətdə bu məbləği hissə-hissə ödəməyə başlayacağı qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə 850 manat məbləğlərində ödənişlər həyata keçirilmişdir. Sonuncu, xx.xx.2019-cu il tarixli ödənişdən sonra Cavabdeh borc qalığı 110.010 manat təşkil etmişdir. Məhkəmə qeyd edir ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı tərəfindən Cavabdeh 120.000 manat məbləğində borc pul verilmişdir. Bu hal iş materiallarına əlavə edilmiş bir sıra sənədlərlə, o cümlədən, borcun etirafı müqaviləsi, cavabdehin yazdığı və imzası ilə təsdiq etdiyi ərizəsi ilə öz təsdiqini tapmışdır. Lakin cavabdehin aldığı borcun tam şəkildə qaytarılması öhdəliyini öz üzərinə götürməsinə baxmayaraq, ödənişi vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliyini icra etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı hazırki tələbi ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuş və onun iddiası təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 407 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 110.010 manat pul vəsaiti və ödənilmiş 407 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 238, 241-244 və 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 110.010 manat pul vəsaiti və ödənilmiş 407 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. Cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində bu qətnamənin ləğvi üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-2273/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(006)-2273/2022
21.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver