Məhkəmə qərarları › İş №e-2(006)-229/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-229/2023

10.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-229/2023 10.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X5 oğlunun katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 11179.43 manat əsas, 1469.61 manat faiz, 61.2 manat cərimə borcunun, cəmi 12710.24 manat borcun və ödənilmiş 128 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kreditor İddiaçı ASC borclu X2 qarşı ərizə ilə məhkəməyə müraciət edərək, borclu X1 kreditor İddiaçı ASC-nin xeyrinə 11179.43 manat əsas, 1470.01 manat faiz, cəmi 16246.15 manat borcun və 20 manat dövlət rüsumunun tutulmasına dair məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixdə borclu X1 kreditor İddiaçı ASC-nin xeyrinə 16246.15 manat borcun və 20 manat dövlət rüsumunun tutulmasına dair məhkəmə əmri verilmişdir. Borclu Əliyeva (Əhmədova) X3 Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, e-2(006)- 9833/2017 saylı məhkəmə əmrindən etiraz vermiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e- 2(006)-1482/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə etirazın təmin edilməsi, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-9833/2017 saylı, xx.xx.2017-ci il tarixli məhkəmə əmrinin ləğv edilməsi, mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakları olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, hazırki iş üzrə Cavabdeh e-2(006)- 1482/2023 nömrəli iş üzrə cavabdeh Əliyeva (Əhmədova) Əfşanə Tahir qızının zamini olduğundan, hər iki mülki iş üzrə cavabdehlərə qarşı eyni iddiaçı tərəfindən eyni öhdəlik münasibətlərindən (yəni Əliyeva (Əhmədova) Əfşanə Tahir qızı ilə bağlanmış kredit müqaviləsi və onun təminatı kimi Cavabdeh ilə bağlanmış zaminlik müqaviləsi) irəli gələn mübahisəyə dair iddia qaldırıldığından, hazırki mülki işlərin bir icraatda birləşdirilməsi məqsədəmüvafiqdir. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən mülki işlər birləşdirilərək, bir icraatda baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Göstərilənlərə əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin icraatında olan İddiaçı ASC-nin Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə e-2(006)-229/2023 nömrəli mülki iş, həmin məhkəmənin icraatında olan İddiaçı ASC-nin cavabdeh Əliyeva (Əhmədova) Əfşanə Tahir qızına qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə e-2(006)- 1482/2023 nömrəli mülki işlə birləşdirilməli, həmin işlərə bir icraatda baxılmalı və mülki işə e- 2(006)-1482/2023 nömrəsi verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 169.3, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin icraatında olan İddiaçı ASC-nin Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə e-2(006)-229/2023 nömrəli mülki iş, həmin məhkəmənin icraatında olan İddiaçı ASC-nin cavabdeh Əliyeva (Əhmədova) Əfşanə Tahir qızına qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə e-2(006)-1482/2023 nömrəli mülki işlə birləşdirilsin, həmin işlərə bir icraatda baxılsın və mülki işə e-2(006)-1482/2023 nömrəsi verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar