Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2319/2024 30.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Musayeva Vüsalə Vahid qızı, İddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 233,47 (iki yüz otuz üç manat qırx yeddi qəpik) manat əsas borc, 147,14 (yüz qırx yeddi manat on dörd qəpik) manat məbləğində faiz borcu, 77,13 (yetmiş yeddi manat on üç qəpik) cərimə, 0 (sıfır manat) manat komissiyon haqqı borcu olmaqla, cəmi 457,74 (dörd yüz əlli yeddi manat yetmiş dörd qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış, xx.xx.2018-ci il tarixli 2956sSTB2/17 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 84 ay müddətinə illik 29% ödəmək şərtilə 233,47 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə borcverən qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin xx.xx.2018-ci il tarixli 2956sSTB2/17 saylı kredit müqaviləsi üzrə xx.xx.2024cü il tarixə "xxxx" KB ASC-yə 233,47 (iki yüz otuz üç manat qırx yeddi qəpik) manat əsas borc, 147,14 (yüz qırx yeddi manat on dörd qəpik) manat məbləğində faiz borcu, 77,13 (yetmiş yeddi manat on üç qəpik) cərimə, 0 (sıfır manat) manat komissiyon haqqı borcu olmaqla, cəmi 457,74 (dörd yüz əlli yeddi manat yetmiş dörd qəpik) manat məbləğində borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə tərəfindən cavabdehə iddiaçının tələbinə dair bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını məqsədəuyğun hesab edir. Belə ki, iş materiallarında olan: "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 2956sSTB2/17 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 84 ay müddətinə, illik 36% ödəmək şərtilə 10000 manatadək kredit xətti açılmışdır. "xxxx" KB ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, UB/BANK/PİKMD/1171267 saylı arayışdan görünür ki, Cavabdeh "xxxx" KB ASC-yə xx.xx.2024-cü il tarixə əsas borc üzrə - 233,47 (iki yüz otuz üç manat qırx yeddi qəpik) manat əsas borc, 147,14 (yüz qırx yeddi manat on dörd qəpik) manat məbləğində faiz borcu, 77,13 (yetmiş yeddi manat on üç qəpik) cərimə, 0 (sıfır manat) manat komissiyon haqqı borcu olmaqla, cəmi 457,74 (dörd yüz əlli yeddi manat yetmiş dörd qəpik) manat məbləğində borcu vardır. "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh banka olan borcunu tam olaraq 3 iş günü müddətinə ödəməklə aralarında bağlanmış kredit müqaviləsinin 3 iş günü müddətində ləğv edilməsi təklif edilmişdir. xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" ASC ilə cavabdeh X1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 2956sSTB2/17 saylı kredit müqaviləsinə əsasən cavabdehə üçün 84 ay müddətinə, illik 36% dərəcəsi ilə 10000 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh "xxxx" ASC-dən kredit müqaviləsi üzrə müəyyən edilmiş kredit məbləğini qəbul etmiş və həmin kredit müqaviləsi üzrə əsas borcun ödənilməsini həyata keçirməyi öhdəsinə götürmüşdür. İddiaçı cavabdehin Banka borcunun yarandığını iddia edir və həmin məbləği cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2018-ci il tarixli 2956sSTB2/17 saylı kredit müqaviləsi üzrə 233,47 (iki yüz otuz üç manat qırx yeddi qəpik) manat əsas borc, 147,14 (yüz qırx yeddi manat on dörd qəpik) manat məbləğində faiz borcu, 77,13 (yetmiş yeddi manat on üç qəpik) cərimə, 0 (sıfır manat) manat komissiyon haqqı borcu olmaqla, cəmi 457,74 (dörd yüz əlli yeddi manat yetmiş dörd qəpik) manat məbləğində borc və 30 (otuz manat) məbləğində dövlət rüsumunun əvəzi "xxxx" KB ASCnin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-1, 284-6 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 233,47 (iki yüz otuz üç manat qırx yeddi qəpik) manat əsas borc, 147,14 (yüz qırx yeddi manat on dörd qəpik) manat məbləğində faiz borcu, 77,13 (yetmiş yeddi manat on üç qəpik) cərimə, 0 (sıfır manat) manat komissiyon haqqı borcu olmaqla, cəmi 457,74 (dörd yüz əlli yeddi manat yetmiş dörd) manat məbləğində borc və ödənilmiş 30 (otuz manat) manat məbləğində dövlət rüsumunun əvəzi "xxxx" X6 Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-2319/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2319/2024
30.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver