Məhkəmə qərarları › İş №e-2(006)-232/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-232/2023

13.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-232/2023 13.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X1 oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı “cinayət nəticəsində vurulmuş zərərin ödənilməsi (preyudisiya)” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı “cinayət nəticəsində vurulmuş zərərin ödənilməsi (preyudisiya)” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, vəkili-nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, hal-hazırda işin mahiyyəti üzrə baxılmasının əlavə sübutların təqdim edilməli olması ilə əlaqədar davam etdirilməsinin məqsədəmüvafiq olmamasını, iddiaçı tərəfindən işin mahiyyəti üzrə baxılmasına kifayət edəcək əlavə sübutlar təqdim ediləcəyindən, hazırda həmin sübutların əldə edilməsi iddiaçıdan asılı olmayan səbəblərdən mümkün olmadığından, ərizənin müvəqqəti olaraq baxılmamış saxlanılmasına ehtiyac olmasını, sübutlar təqdim edildikdən sonra iş üzrə icraatın təzələnməsi barədə ərizənin veriləcəyini bildirmişdir. Bu barədə iddiaçının razılığının alındığını qeyd edərək, iddia ərizəsinin qeyd olunan səbəblər nəzərə alınaraq müvəqqəti baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında Cavabdeh3 ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh4 məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə gəlməyən şəxslərin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkili-nümayəndəsinin ərizəsini mülki işin materialları ilə birlikdə araşdırıb hesab edir ki, ərizə təmin edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməli, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı “cinayət nəticəsində vurulmuş zərərin ödənilməsi (preyudisiya)” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh4 qizina, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı “cinayət nəticəsində vurulmuş zərərin ödənilməsi (preyudisiya)” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar