Məhkəmə qərarları › İş №e-2(006)-2350/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2350/2022

21.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2350/2022 21.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi ilə, iddiaçı "xxxx" BOKT ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı BOKT ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə 03 sentyabr 2018-ci il tariхli, 2018/00336-01 №-li kredit müqaviləsinə əsasən 28 fevral 2022-ci il tarixinə kreditin əsas borcu üzrə 175.32 manat məbləğində qalıq, müqavilə müddəti bitənədək ona hesablanmış 32.74 manat məbləğində faiz borcu, müqavilə müddəti bitdikdən sonra Mərkəzi Bankın uçot dərəcəsi əsasında hesablanmış 33.20 manat faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 546.55 manat məbləğində dəbbə pulu, cəmi 787.81 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin aşağıdakı qızıl-zinət əşyalarına- 2 ədəd 5 qramlıq 585 əyarlı likvid dəyəri 175 manat olan qolbaq, 3 ədəd 6 qramlıq 585 əyarlı likvid dəyəri 210 manat olan sırğa-kulon 1 ədəd 1.4 qramlıq 585 əyarlı likvid dəyəri 49 manat olan kulon, 1 ədəd 0.8 qramlıq 585 əyarlı likvid dəyəri 28 manat olan sancaq 1 ədəd 0.8 qramlı 585 əyarlı likvid dəyəri 28 manat olan üzük (obodok), 1 ədəd 0.85 qramlı 585 əyarlı likvid dəyəri 29.75 manat olan üzük, 1 ədəd 2 qramlı 585 əyarlı likvid dəyəri 70 manat olan mirvari qolbaq, 1 ədəd 0,5 qramlı 585 əyarlı likvid dəyəri 17.50 manat olan mirvari kolyeyə yönəldilməsi və həmin qızıl-zinət əşyalarının açıq hərracda satılaraq Cavabdeh 03 sentyabr 2018-ci il tariхli, 2018/00336-01 №-li Kredit Müqaviləsi üzrə cəmi 787.81 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 93 manat məbləğində pulun tutulması, Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə 12 dekabr 2018-ci il tariхli, 2018/00450-01 №-li kredit müqaviləsinə əsasən 28 fevral 2022-ci il tarixinə kreditin əsas borcu üzrə 5.072,50 manat məbləğində qalıq, müqavilə müddəti bitənədək ona hesablanmış 2.939,18 manat məbləğində faiz borc, müqavilə müddəti bitdikdən sonra Mərkəzi Bankın uçot dərəcəsi əsasında hesablanmış 468,15 manat faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 6.002,10 manat məbləğində dəbbə pulu, cəmi 14.481,93 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 134 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 03 sentyabr 2018-ci il tariхli, 2018/00336-01 №-li kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə illik 36% hesablanmaq şərti ilə 546 manat məbləğində kredit vеrilmişdir. 03 sentyabr 2018-ci il tariхli, 2018/00336-01 №-li kredit müqaviləsinin təminatı olaraq İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 12 dekabr 2018-ci il tariхli, 2018/00450-01G №-li Girov Müqaviləsinə əsasən, Cavabdeh ona məxsus olan aşağıdakı qızıl-zinət əşyalarını girov qoymuşdur: 2 ədəd 5 qramlıq 585 əyarlı likvid dəyəri 175 manat olan qolbaq, 3 ədəd 6 qramlıq 585 əyarlı likvid dəyəri 210 manat olan sırğa-kulon 1 ədəd 1.4 qramlıq 585 əyarlı likvid dəyəri 49 manat olan kulon, 1 ədəd 0.8 qramlıq 585 əyarlı likvid dəyəri 28 manat olan sancaq 1 ədəd 0.8 qramlı 585 əyarlı likvid dəyəri 28 manat olan üzük (obodok), 1 ədəd 0.85 qramlı 585 əyarlı likvid dəyəri 29.75 manat olan üzük 1 ədəd 2 qramlı 585 əyarlı likvid dəyəri 70 manat olan qolbaq mirvari 1 ədəd 0.5 qramlı 585 əyarlı likvid dəyəri 17.50 manat olan kolye mirvari, daha sonra İddiaçı BOKT ASC ilə Cavabdeh bağlanmış 12 dekabr 2018-ci il tariхli, 2018/00450- 01 №-li Kredit Müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 30% hesablanmaq şərti ilə 5700 manat məbləğində kredit vеrilmişdir. Kredit məbləğinin borcalanın hesabına köçürülməsinə dair köçürmə sifarişinin surətindən də göründüyü kimi, müqavilə ilə müəyyən edilən məbləğ cavabdehin bank hesabına köçürülmüşdür. Ödəniş cədvəli, hesabdan çıxarış və borc haqqında arayışdan da göründüyü kimi, cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən Kredit Müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. İddiaçı BOKTASC cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişlər. Bu səbəbdən İddiaçı BOKT ASC tərəfindən cavabdehlərə Poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Məktubun çatdırılmasına dair qaimələrdən də göründüyü kimi, cavabdehlər sözügedən məktubu qəbul etmişlər. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Kredit müqаviləsi üzrə öhdəliklərini yеrinə yеtirməsi üçün cаvаbdеhə dəfələrlə şifаhi və yаzılı хəbərdаrlıq оlunmаsınа bахmаyаrаq cаvаbdеh kredit bоrcu və оnа hеsаblаnmış fаizləri qаytаrmаmışdır. 12 dekabr 2018-ci il tariхli, 2018/00450-01 №-li Kredit Müqaviləsinə əsasən 28 fevral 2022-ci il tarixinə kreditin əsas borcu üzrə 5072.50 manat məbləğində qalıq, müqavilə müddəti bitənədək ona hesablanmış 2939.18 manat məbləğində faiz borc, müqavilə müddəti bitdikdən sonra Mərkəzi Bankın uçot dərəcəsi əsasında hesablanmış 468,15 manat faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 6002.10 manat məbləğində dəbbə pulu, cəmi 14481.93 manat məbləğində borc yaranmışdır. 03 sentyabr 2018-ci il tariхli, 2018/00336-01 №-li Kredit Müqaviləsinə əsasən 28 fevral 2022-ci il tarixinə kreditin əsas borcu üzrə 175,32 manat məbləğində qalıq, müqavilə müddəti bitənədək ona hesablanmış 32,74 manat məbləğində faiz borc, müqavilə müddəti bitdikdən sonra Mərkəzi Bankın uçot dərəcəsi əsasında hesablanmış 33,20 manat faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 546,55 manat məbləğində dəbbə pulu, cəmi 787.81 manat məbləğində borc yaranmışdır. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini, iddianın təmin edilərək yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosüssual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit və girov müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə, öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən kredit üzrə borcun tutulması müqaviləsinə görə iştirakçılardan biri (kredit üzrə borcun tutulması verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (kredit üzrə borcun tutulması alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (kredit üzrə borcun tutulması alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində kredit üzrə borcun tutulması verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 2018/00336-01 saylı istehlak kredit müqaviləsinə əsasən borc verən (iddiaçı) borc alana (cavabdehə) 12 ay müddətinə, illik 36 % hesablanmaqla 546 manat məbləğində kredit verməyi, borc alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı BOKT ASC tərəfindən Cavabdeh hesabına 546 manat məbləğində pul köçürülmüşdür. İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 2018/00336-01G saylı girov müqaviləsinin surətindən görünür ki, tərəflər arasınd abağlanılmış xx.xx.2018-ci il tarixli 2018/00336-01 saylı istehlak kredit müqaviləsinin təminatı kimi borclu aşağıdakı qızıl-zinət əşyalarını kreditin təminatı kimi girova qoymuşdur: 2 ədəd 5 qramlıq 585 əyarlı likvid dəyəri 175 manat olan qolbaq, 3 ədəd 6 qramlıq 585 əyarlı likvid dəyəri 210 manat olan sırğa-kulon 1 ədəd 1.4 qramlıq 585 əyarlı likvid dəyəri 49 manat olan kulon, 1 ədəd 0.8 qramlıq 585 əyarlı likvid dəyəri 28 manat olan sancaq 1 ədəd 0.8 qramlı 585 əyarlı likvid dəyəri 28 manat olan üzün(obodok), 1 ədəd 0.85 qramlı 585 əyarlı likvid dəyəri 29.75 manat olan üzük 1 ədəd 2 qramlı 585 əyarlı likvid dəyəri 70 manat olan qolbaq mirvari, 1 ədəd 0.5 qramlı 585 əyarlı likvid dəyəri 17.50 manat olan kolye mirvari. Girov qoyulan qızıl-zinyət əşyaları 780,75 manat məbləğində qiymətləndirilmişdir. İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 2018/00450-01 saylı istehlak kredit müqaviləsinə əsasən borc verən (iddiaçı) borc alana (cavabdehə) 24 ay müddətinə, illik 30 % hesablanmaqla 5.700 manat məbləğində kredit verməyi, borc alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı BOKT ASC tərəfindən Cavabdeh hesabına 5.700 manat məbləğində pul köçürülmüşdür. İddiaçı BOKT ASC-nin Cavabdeh ünvanladığı bildirişlərdən görünür ki, borcalan Cavabdeh kredit müqavilələri üzrə öhdəliklərinin icra edilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İddiaçı BOKT ASC-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli, 2018/00336-01 saylı kredit müqaviləsi üzrə İddiaçı BOKT ASC-yə 175,32 AZN əsas, 32,74 AZN faiz, 546,55 AZN əsas borc üzrə hesablanmış cərimə və kredit müqaviləsinin müddəti bitdikdən sonra Mərkəzi Bankın uçot dərəcəsi əsasında hesablanan faiz borcu isə 33,20 manat olmaqla, cəmi 787,81 AZN məbləğində borcu yaranmışdır. İddiaçı BOKT ASC-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli, 2018/00450-01 saylı kredit müqaviləsi üzrə İddiaçı BOKT ASC-yə 5.072,50 AZN əsas, 2.939,18 AZN faiz, 6.002,10 AZN əsas borc üzrə hesablanmış cərimə və kredit müqaviləsinin müddəti bitdikdən sonra Mərkəzi Bankın uçot dərəcəsi əsasında hesablanan faiz borcu isə 468,15 manat olmaqla, cəmi 14.481,93 AZN məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/3992 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan aparılmış ödənişləri özündə əks etdirən arayış məlumatları, 03 sentyabr 2018-ci il tarixli 2018/00336- 01 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2019-cu il tarixinə İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinə olan borcu 256,39 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borcu 225,32 manat; faiz borcu 31,07 manat, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə illik faiz dərəcəsi 5% ilə hesablanan faiz borcu 26,42 manat təşkil edir. xx.xx.2022-ci il tarixə Cavabdeh İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinə olan borcu 232,81 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borcu 175,32 manat; faiz borcu 31,07 manat faiz borcu 5% ilə 26,42 manat; İddiaçı BOKT ASC tərəfindən kredit müqaviləsi üzrə hesablanan dəbbənin hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı Borcalana qeyd olunan kredit müqaviləsi üzrə dəbbə borcu hesablanmadı. Rəyin tədqiqat hissəsində göstərlənlərə əsasən, iş materiallarında olan aparılmış ödənişləri özündə əks etdirən arayış məlumatları, 12 dekabr 2018-ci il tarixli 2018/00450-01 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2020-ci il tarixinə İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinə olan borcu 8204,23 manat məbləğində müəyyən edilir, o,cümlədən: əsas borcu 5322,5 manat; faiz borcu 2881,73 manat; xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə illik faiz dərəcəsi 5% ilə hesablanan faiz borcu 314,36 manat təşkil edir. xx.xx.2022-ci il tarixə Cavabdeh İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinə olan borcu 8268,59 manat məbləğində müəyyən edilir, o.cümlədən: əsas borcu 5072,5 manat; faiz borcu 2881,73 manat faiz borcu 5% ilə 314,36 manat; İddiaçı BOKT ASC tərəfindən kredit müqaviləsi üzrə hesablanan dəbbənin hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı Borcalana qeyd olunan kredit müqaviləsi üzrə dəbbə borcu hesablanmadı. Ödəniş qəbzlərindən (№ 8********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 134 manat məbləğində dövlət rüsumu ödənilmişdi Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 2018/00336-01 saylı kredit müqaviləsinə əsasən bank borc alan Cavabdeh 546 manat məbləğində kredit verməyi, xx.xx.2018-ci il tarixli 2018/00450-01 saylı istehlak kredit müqaviləsinə əsasən isə 5.700 manat məbləğində kredit verməyi borc alan isə krediti qəbul etməyi, müqavilələrdə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi, iddiaçı müqavilələr üzrə üzərinə düşən öhdəliyini icra etsə də, yəni tərəflər arasında bağanmış kredit müqavilələri üzrə müəyyən olunmuş məbləğdə cavabdeh üçün kredit versə də, cavabdeh isə ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmışdır. Beləliklə, cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Ekspert rəyi ilə xx.xx.2018-cu il tarixli kredit müqaviləsi üzrə cavabdehin İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinə olan əsas borc 175,32 manat, faiz borcu 31,07 manat məbləğində müəyyən edildiyindən, ekspert rəyi ilə müəyyən olunan məbləğ cavabdehdən tutulmalıdır. Ekspert rəyi ilə xx.xx.2018-cu il tarixli kredit müqaviləsi üzrə cavabdehin İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinə olan əsas borc 5.072,5 manat, faiz borcu 2.881,73 manat məbləğində müəyyən edildiyindən, ekspert rəyi ilə müəyyən olunan məbləğ cavabdehdən tutulmalıdır. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Borcalan-cavabdeh kredit müqaviləsində nəzərdə tutulmuş müddət bitdikdən sonra kreditorun etdiyi xəbərdarlıqlara baxmayaraq pul məbləğinin ödəməsini gecikdirdiyindən, kreditor-iddiaçı isə digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyindən, məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/3992 nömrəli ekspert rəyində əks olunmuş cədvələ əsasən, gecikdirilmiş vaxt üçün illik beş faiz ilə hesablanmış faiz borcu xx.xx.2018-ci il tarixli 2018/00336-01 saylı kredit müqaviləsi üzrə 26,42 manat, xx.xx.2018ci il tarixli 2018/00450-01 saylı istehlak kredit müqaviləsi üzrə 314,36 manat təşkil edir. Müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi hal üçün dəbbə pulunun hesablanması nəzərdə tutulduğundan, iddiaçının həm də dəbbə pulunun ödənilməsini tələb etmək hüququ vardır. Belə ki, MM-in 462.1 və 462.3-cü maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar hesab edir ki, dəbbə pulunun miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğ xx.xx.2018-ci il tarixli 2018/00336-01 saylı kredit müqaviləsi üzrə 15 manat, xx.xx.2018-ci il tarixli 2018/00450-01 saylı istehlak kredit müqaviləsi üzrə 500 manat məbləğinədək azaldılmalıdır. Bundan başqa məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 2018/00336-01 saylı istehlak kredit müqaviləsinin təminatı olaraq tərəflər arasında eyni tarixli girov müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh məxsus 2 ədəd 5 qramlıq 585 əyarlı likvid dəyəri 175 manat olan qolbaq, 3 ədəd 6 qramlıq 585 əyarlı likvid dəyəri 210 manat olan sırğa-kulon 1 ədəd 1.4 qramlıq 585 əyarlı likvid dəyəri 49 manat olan kulon, 1 ədəd 0.8 qramlıq 585 əyarlı likvid dəyəri 28 manat olan sancaq, 1 ədəd 0.8 qramlı 585 əyarlı likvid dəyəri 28 manat olan üzük (obodok), 1 ədəd 0.85 qramlı 585 əyarlı likvid dəyəri 29.75 manat olan üzük 1 ədəd 2 qramlı 585 əyarlı likvid dəyəri 70 manat olan mirvari qolbaq, 1 ədəd 0.5 qramlı 585 əyarlı likvid dəyəri 17.50 manat olan mirvari kolye girov qoyulmuşdur. Göründüyü kimi girov qoyulan qızıl-zinyət əşyaları 780,75 manat məbləğində qiymətləndirilmiş, tərəflər məhkəmənin təklif etməsinə baxmayaraq girov predmeti olan əmlakın ilkin satış qiymətinin ekspertiza vasitəsilə yenidən müəyyən edilməsini məhkəmədən xahiş etməmiş, məbləğ onlar tərəfindən mübahisləndirlməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269 və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Göstərilən Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Bu Məcəllənin 297-ci maddəsinə görə girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. Cavabdeh əsas öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçının Mülki Məcəllənin müvafiq maddələrinə və cavabdehin tərəf olduğu girov müqaviləsinə əsasən girov predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Məhkəmə həmçinin qeyd edir ki, ödənişlər həyata keçirildikdən sonra girov predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə girov predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddaratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə girov qoyana (Cavabdeh) qaytarılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 03 sentyabr 2018-ci il tariхli, 2018/00336-01 saylı kredit müqaviləsinə əsasən yaranmış əsas borcu üzrə 175,32 manat, müqavilə müddəti bitənədək ona hesablanmış faiz borcu üzrə 31,07 manat, müqavilə müddəti bitdikdən sonra Mərkəzi Bankın uçot dərəcəsi əsasında hesablanmış faiz borcu üzrə 26,42 manat, cərimə borcu üzrə 15 manat, cəmi 247,81 manat məbləğində pul tutularaq İddiaçı BOKT ASC-nin xeyrinə ödənilməli, tutma girov ilə yüklü edilmiş Cavabdeh məxsus 2 ədəd 5 qramlıq 585 əyarlı qolbaq, 3 ədəd 6 qramlıq 585 əyarlı sırğa-kulon, 1 ədəd 1.4 qramlıq 585 əyarlı kulon, 1 ədəd 0.8 qramlıq 585 əyarlı sancaq, 1 ədəd 0.8 qramlı 585 əyarlı üzük (obodok), 1 ədəd 0.85 qramlı 585 əyarlı üzük, 1 ədəd 2 qramlı 585 əyarlı mirvari qolbaq, 1 ədəd 0.5 qramlı 585 əyarlı mirvari kolyedən ibarət qızıl-zinət əşyalarına yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, 2 ədəd 5 qramlıq 585 əyarlı qolbağın ilkin satış qiyməti 175 manat, 3 ədəd 6 qramlıq 585 əyarlı sırğa-kulonun ilkin satış qiyməti 210 manat, 1 ədəd 1.4 qramlıq 585 əyarlı kulon ilkin satış qiyməti 49 manat, 1 ədəd 0.8 qramlıq 585 əyarlı sancağın ilkin satış qiyməti 28 manat, 1 ədəd 0.8 qramlı 585 əyarlı üzüyün (obodok) ilkin satış qiyməti 28 manat, 1 ədəd 0.85 qramlı 585 əyarlı üzüyün ilkin satış qiyməti 29.75 manat, 1 ədəd 2 qramlı 585 əyarlı mirvari qolbağın ilkin satış qiyməti 70 manat, 1 ədəd 0.5 qramlı 585 əyarlı mirvari kolyenin ilkin satış qiyməti 17.50 manat məbləğində müəyyən edilməli, satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan məbləğ Cavabdeh qaytarılmalıdır. Cavabdeh xx.xx.2018-ci il tarixli, 2018/00450-01 saylı kredit müqaviləsinə əsasən yaranmış əsas borcu üzrə 5.072,5 manat, müqavilə müddəti bitənədək ona hesablanmış faiz borcu üzrə 2.881,73 manat, müqavilə müddəti bitdikdən sonra Mərkəzi Bankın uçot dərəcəsi əsasında hesablanmış faiz borcu üzrə 314,36 manat, cərimə borcu üzrə 500 manat, cəmi 8.768,59 manat məbləğində pul tutularaq İddiaçı BOKT ASC-nin xeyrinə ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Nəticə hissəsi: Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə məhkəmə xərci kimi iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunu və məhkəmə ekspertizasının tədqiqat dəyərini nəzərə alır. Belə ki, iddia tələbinin 62%-i təmin olunduğundan məhkəmə xərci də həmin nisbətdə tərəflərə aid edilməlidir. Dövlət rüsumu kimi ödənilmiş 164 manatın 102 manatı Cavabdeh tutularaq İddiaçı BOKT ASC-nin xeyrinə, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 250 manatın 95 manatı İddiaçı BOKT ASC-dən, 155 manatı isə Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 03 sentyabr 2018-ci il tariхli, 2018/00336-01 saylı kredit müqaviləsinə əsasən yaranmış əsas borcu üzrə 175,32 manat, müqavilə müddəti bitənədək ona hesablanmış faiz borcu üzrə 31,07 manat, müqavilə müddəti bitdikdən sonra Mərkəzi Bankın uçot dərəcəsi əsasında hesablanmış faiz borcu üzrə 26,42 manat, cərimə borcu üzrə 15 manat, cəmi 247,81 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı BOKT ASC-nin xeyrinə ödənilsin. Tutma girov ilə yüklü edilmiş Cavabdeh məxsus 2 ədəd 5 qramlıq 585 əyarlı qolbaq, 3 ədəd 6 qramlıq 585 əyarlı sırğa-kulon, 1 ədəd 1,4 qramlıq 585 əyarlı kulon, 1 ədəd 0,8 qramlıq 585 əyarlı sancaq, 1 ədəd 0,8 qramlıq 585 əyarlı üzük (obodok), 1 ədəd 0,85 qramlı 585 əyarlı üzük, 1 ədəd 2 qramlıq 585 əyarlı mirvari qolbaq, 1 ədəd 0,5 qramlıq 585 əyarlı mirvari kolyedən ibarət qızıl-zinət əşyalarına yönəldilsin. 2 ədəd 5 qramlıq 585 əyarlı qolbaq ilkin satış qiyməti 175 manat, 3 ədəd 6 qramlıq 585 əyarlı sırğa-kulon ilkin satış qiyməti 210 manat, 1 ədəd 1,4 qramlıq 585 əyarlı kulon ilkin satış qiyməti 49 manat, 1 ədəd 0,8 qramlıq 585 əyarlı sancaq ilkin satış qiyməti 28 manat, 1 ədəd 0,8 qramlı 585 əyarlı üzük (obodok) ilkin satış qiyməti 28 manat, 1 ədəd 0,85 qramlıq 585 əyarlı üzük ilkin satış qiyməti 29,75 manat, 1 ədəd 2 qramlıq 585 əyarlı mirvari qolbaq ilkin satış qiyməti 70 manat, 1 ədəd 0,5 qramlıq 585 əyarlı mirvari kolye ilkin satış qiyməti 17,50 manat məbləğində müəyyən edilməklə açıq hərracda satılsın. Satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan məbləğ Cavabdeh qaytarılsın. xx.xx.2018-ci il tarixli, 2018/00450-01 saylı kredit müqaviləsinə əsasən yaranmış əsas borcu üzrə 5.072,5 manat, müqavilə müddəti bitənədək ona hesablanmış faiz borcu üzrə 2.881,73 manat, müqavilə müddəti bitdikdən sonra Mərkəzi Bankın uçot dərəcəsi əsasında hesablanmış faiz borcu üzrə 314,36 manat, cərimə borcu üzrə 500 manat, cəmi 8.768,59 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı BOKT ASC-nin xeyrinə ödənilsin. İddia digər hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş 164 manatın 102 manatı Cavabdeh tutularaq İddiaçı BOKT ASC-nin xeyrinə ödənilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 250 manatın 95 manatı İddiaçı BOKT ASC-dən, 155 manatı isə Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar