Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2387/2022 07.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 180/2022 saylı, 01.02.2022-ci il tarixli qətnaməsi ilə birgə nikahdan olan 05 iyul 2016-cı il təvəllüdlü X1 üçün qət edilmiş 175 (yüz yetmiş beş) manata artırılması və mediasiya sessiyasının keçirilməsi barədə ödənilmiş 50 manat pul məbləğinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o Cavabdeh ilə 04 sentyabr 2015ci il ildə Səadət Sarayı Bakı nikah evində 919 №-li nikah aktını rəsmiləşdirməklə ailə həyatı qurub. Birgə nikahdan 05 iyul 2016-cı il təvəllüdlü X3 anadan olmuşdur. İlk vaxtlar münasibətləri normal olsa da sonradan münasibətləri korlanmış və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-180/2022 saylı, 01.02.2022-ci il tarixli qətnaməsi ilə nikahları pozularaq Cavabdeh 05 iyul 2016-cı il təvəllüdlü X1 üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Yuxarda qeyd olunan qətnamə ilə oğullarının saxlanılması üçün qət edilən 175 (yüz yetmiş beş) manat aliment məbləği bügünkü günün iqtisadi göstəriciləri ilə uzlaşmır, qiymətlərin qalxması, oğullarının təhsili ilə bağlı ayrıca məşgələlərə getməsi və bu kimi hallar oğullarının maddi təminatının böyüməsinə səbəb olmuşdur. Belə ki, hər uşaq kimi oğullarının istirahət və təhsil almaq hüququ vardır. Oğullarının saxlanılmasında iddiaçının bir valideyn kimi iştirak etməsinə baxmayaraq onun maddi təminatının təminində o bəzi problemlərlə üzləşır. Oğullarının maddi təminatının təmini iddiaçı ilə yanaşı cavabdehin də vəzifə borcudur. Oğullarının saxlanılmasında iddiaçının iştirakından başqa cavabdehdən tutulan 175 (yüz yetmiş beş) manat azlıq təşkil edir. Belə ki, cavabdeh hal hazırda qeyri rəsmi olaraq işləyir və yüksək məbləğdə aylıq əmək haqqı alır. Qeyd olunanlara əsasən iddiaçı hesab edir ki, oğullarının və onun diqqətəlayiq mənafeyini nəzərə alaraq, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdeh oğullarının saxlanması xərclərini ödəməlidir. Həmçinin, qeyd edilməlidir ki, ilkin mediasiya sessiyasında iştirak edilməsi barədə, 02 aprel 2022-ci il tarixli, MŞB/3- 00637 nömrəli, arayış verilərək cavabdehin ilkin mediasiya sessiyasında iştirak etmədiyi bildirilmişdir. Əlavə olaraq, iddiaçı tərəfindən mediasiya sessiasının keçirilməsi barədə ödənilmiş 50 manat pul məbləği cavabdehdən tutulmalıdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-180/2022 saylı, 01.02.2022-ci il tarixli qətnaməsi ilə birgə nikahdan olan 05 iyul 2016-cı il təvəllüdlü X1 üçün qət edilmiş 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin miqdarını 193 (yüz doxsan üç) manata artırılması və mediasiya sessiasının keçirilməsi barədə ödənilmiş 50 manat pul məbləğinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək, məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini qeyd etmiş, məhkəmədən mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq, mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 01.02.2022-ci il tarixli 2(006)-180/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı «nikahın pozulması, uşağın ananın himayəsində saxlanması, aliment və əmlak» tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh ilə Malışova (Məmmədova) Nigar İlqar qızı arasında Səadət Sarayı (Bakı nikah evi) tərəfindən 04 sentyabr 2015-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 919 nömrə ilə qeydə alınmış nikah pozulsun. Tərəflərin birgə nikahlarından anadan olmuş 05 iyul 2016-cı il təvəllüdlü X3 anası Malışova (Məmmədova) Nigar İlqar qızının yanında qalsın. Cavabdeh 05 iyul 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment 31 mart 2021-ci il tarixdən (“müvəqqəti alimentin tutulması barədə” Nəsimi Rayon Məhkəməsinin 20.10.2021-ci il tarixli, 2(006)-3149/2021 saylı qərardadı nəzərə alınmaqla) hesablanmaqla tutularaq Malışova (Məmmədova) Nigar İlqar qızına verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nikahda olmaları, 1 övladlarının olması, uşağın iddiaçının yanında qalması və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. 3 saylı Mediasiya Təşkilatı 02 aprel 2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı və Cavabdeh arasında olan alimentin artırılması tələbinə dair mübahisə üzrə 02.04.2022-ci il tarixdə 12.00-13.00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və bununla bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. 1 saylı Bakı “Asan Xidmət” Mərkəzi tərəfindən 29.11.2016-cı il tarixdə verilmiş AZE Serialı, 11366644 nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, X3 05.07.2016-cı il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 193 manat olduğu halda, hazırda yetkinlik yaşına çatmamış 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 05 iyul 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 01.02.2022-ci il tarixli 2(006)-180/2022 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 193 manat sabit pul məbləğində aliment tutulmalıdır. Mediasiya sessiyasının keçirilməsi barədə ödənmiş 50 manat pul məbləği Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 05 iyul 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 01.02.2022-ci il tarixli 2(006)-180/2022 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 193 manat sabit pul məbləğində aliment tutulsun. Mediasiya sessiyasının keçirilməsi barədə ödənmiş 50 manat pul məbləği Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №e-2(006)-2387/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2387/2022
07.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver