Məhkəmə qərarları › İş №e-2(006)-2388/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2388/2024

01.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2388/2024 01.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı «vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı «vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi zərərin əvəzi olaraq 4.846.000 (dörd milyon səkkiz yüz qırx altı milyon) manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada onların xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılardan İddiaçı2 Bakı şəhəri və ətraf rayonlarda tikinti işləri ilə məşğul olan bir neçə şirkətin rəhbəridir, digər iddiaçı isə İddiaçı2 atasıdır. 2018-ci ilin əvvəllərində İddiaçı2 Xəqani adlı çox yaxın tanışı onu hazırki iş üzrə Cavabdeh2 ilə tanış edərək bildirmişdir ki, Cavabdeh2 armatur işi ilə məşğuldur, onun dostudur, Bakı şəhərinin müxtəlif rayonlarında aparılan tikinti sahələrinə armatur verilməsini təmin edə bilər. Həmin dövrdə İddiaçı2 rəhbəri olduğu "xxxx" MMC tərəfindən Bakı və Pirallahıda tikinti işləri görülürdü. Xəqaninin deməsinə görə Cavabdeh2 armaturu həm Rusiyadan gətirir, həm də yerli armaturların satışıyla məşğuldur. Armatur Bilaldan alındığı halda Xəqani özü də pul qazana bilər və bu səbəbdən İddiaçı2 belə bir xahiş etmişdir. Həmin vaxtlar sıx iş qrafiki səbəbindən İddiaçı2 Xəqaniyə əhəmiyyət verməmiş, təklifinə fikir bildirməmişdir. Bir müddət sonra isə Miri adında digər tanışı zəng edərək Bilaldan armatur götürməyini, o da tonundan qazanc əldə edəcəyini bildirmiş, İddiaçı2 seyid kimi tanıdığı Mirinin sözünü yerə salmayıb razlıq vermişdir. Beləcə Cavabdeh2lə görüşərək armatur alışını razılaşdırmışlar. Razılığa əsasən, armatur ümumi bazar qiymətindən tonunda 50 m baha alınacaq və alınmış armaturun dəyəri dərhal deyil, 1 ay müddətində ödəniləcək. Bundan başqa, razılığa əsasən armatur sifarişinə uyğun olaraq etibarlı olsun deyə İddiaçı2 yeni tikilən binalarda olan mənzilləri girov qoyur, armaturun pulu ödənildikdən sonra mənzillər İddiaçı2 geri qaytarılır. Bu gedişlə İddiaçı2lə iş üzrə Cavabdeh2 arasında iş birliyi yaranmış, sifariş verilmiş armaturların pulları vaxtı-vaxtında ödənilmiş və bunları təsdiq edəcək üzləşmə aktları vardır. Tərəflər arasında hər hansı borc öhdəliyi qalmamışdır. Bir müddət sonra Cavabdeh2 İddiaçı2 Masazır qəsəbəsində anasının adına, lakin özünə məxsus tikinti üçün uyğun torpaq sahəsi olduğunu bildirmiş, (daha sonra həmin torpaq sahəsi "xxxx" ASC-yə girov qoyulmuş, iş materilları ilə anasına məxsus olması təsdiq olunur) sənədləşmə layihə işləri aparılandan sonra birlikdə tikintiyə başlamağı təklif etmişdir. Həmin torpaq sahəsinin çıxarışını və harda yerləşmə sxemini whatsap vasitəsilə İddiaçı2 göndərmişdir. Elçin Əsədov adlı mühəndis tərəfindən Bilalın təklif etdiyi əraziyə baxış keçirilmiş, tikintiyə uyğun olduğu müəyyənləşdirilmişdir. Lakin maddi sıxıntılar səbəbindən tikintiyə başlamaq mümkün olmamışdır. Bu zaman Cavabdeh2 bildirmişdir ki, Xalq bankla münasibətləri çox yaxşıdır, idarə heyətinin sədri onun bacanağıdır və aşağı faizlə kredit götürə bilər. Lakin götürüləcək kreditə görə əmlak girov qoyulmalıdır. Bir müddət sonra Xəqani də eyni söhbəti açaraq bildirmişdir ki, Cavabdeh2 Xalq bankdan kredit götürə bilir. Həmçinin Bilal bildirmişdir ki, İddiaçı2 digər kreditləri üzrə gecikmələri olduğundan onun adına kredit verilməyəcək. Bu səbəbdən kredit başqa bir şirkət, yəni öz şirkətinin adına götürülməlidir. Danışığa əsasən banka girov qoylacaq əmlak Bilala məxsus şirkətin adına keçirilməlidir və kreditin İddiaçı2 tərəfindən götürüldüyünü heç kim bilməməlidir. Şərtə görə kredit alınandan sonra Cavabdeh2 anasına məxsus Masazır qəsəbəsində yeni bina inşa ediləcək, satışdan əldə edilən gəlirlə, həm kredit borcu ödəniləcək, həm də gəlir tərəflər arasında bölüşdürüləcəkdir. Maddi sıxıntılar və yarımçıq qalmış tikinti işlərinin yekunlaşdırılması məqsədilə İddiaçı2 məcburiyyət qarşısında qalaraq onunla razılaşmış, banka girov üçün Nobel prospektində tikintisi başa çatmamış binalardan əmlak təklif etmişdir, lakin müəyyən müddət keçdikdən sonra Cavabdeh2 bankın razılaşmadığını bildirmişdir. Həmin dövrdə Bakı şəhəri Nizami rayon Mehdi Abbasov küçəsində 2538-ci məhəllədə inşa edilən binada tamamlama işləri getdiyindən və Bilalın deməsinə görə bank həmin binadan girov qəbul edə biləcəyindən, oradan girov qoymağı təklif etmişdir. Beləcə İddiaçı2 atası İddiaçı1 məxsus əmlakı girov qoymaqla kredit götüməyi qərarlaşdırmışdır. Cavabdeh2 şərti yenə təkrar edərək, dəfələrlə bildirmişdir ki, kreditin İddiaçı2lə əlaqəli olduğunu heç kim bilməməlidir. Onun deməsinə görə Xalq bank tərəfindən məsələnin üstü açılsa, kredit verilməsindən imtina ediləcəkdir. Çünki İddiaçı2 gecikmədə olan kreditləri var, problemli müştəridir. Beləcə İddiaçı1 İddiaçı2 vermiş olduğu etibarnamə əsasında xx.xx.2020-ci il tarixdə ortaq tanışları X9 6 ay müddətinə 2 etibarnamə verilmişdir. Həmin etibarnamələr üzrə İddiaçı1 DƏDRX-nin Ərazi İdarəsinir xx.xx.2019-cu il tarixli (**********42-05301-083001 reyestr nömrəli, qeydiyyat **********) və xx.xx.2019-cu il tarixli (**********42-05301-083002 reyestr nömrəli, qeydiyyat **********) çıxarışlara əsasən özünə məxsus ünvan 1 ünvanda yerləşən qeydi-yaşayış sahəsinin özgəninkiləşdirilməsinə dair arayış, forma 1 almağı, mülkiyyət üzrə sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, ərizə verməyi Xəqani Əzimova etibar etmişdir. Danışığa əsasən sözügedən əmlak Bilala məxsus şirkətə satılmalı, yeni çıxarış alındıqdan sonra şirkət adından girov qoyulmalı, daha sonra bankdan götürülmüş kreditlə binaların inşasına başlanmalı idi. Bütün şərtlərin sənədləşdirilməsinin həyata keçirilməsi üçün Xəqaniyə etibarnamə verilmişdir. Baş tutacaq alqı-satqı prosesində Rəhim Əiyevin arvadı X5 razılıq ərizəsi tələb olunduğundan xx.xx.2020-ci il tarixdə İddiaçı2 anası Tamara Əliyeva tərəfindən ona xx.xx.2015-ci il tarixdə verilmiş etibarnamə əsasında ərizə yazaraq, İddiaçı1 mülkiyyətində olan Nizami rayon Mehdi Abbasov küçəsində 2538-ci ünvanda yerləşən 596.4 m2 və 131.2 m2 qeyriyaşayış sahələrinin girov qoyulmasına, satılmasına etiraz etmədiyini, razı olduğunu bildirmişdir. Əmlakın bazar dəyərinin simvolik olaraq m2 1000 manat göstərilməsi razılaşdırılmış və xx.xx.2020-ci il tarixdə sözügedən əmlaklara dair alqı-satqı müqaviləsi bağlanmış, «Alıcı» kimi Cavabdeh2 faktiki rəhbər olduğu, bacısı oğlu X6 təmsil etdiyi Cavabdeh1 MMC göstərilmişdir. «Satıcı» kimi müqavilə etibarnaməyə əsasən Xəqani Əzimov tərəfindən imzalanmışdır. İddiaçı2 əmlakın satılmasına razılıq ərizəsi verdikdən 3- 4 gün sonra Xəqanidən işin nə yerdə olduğunu soruşmuş, o isə alğı-satqı olduğunu, əmlakın şirkətin adına keçirilməsi ilə bağlı proses getdiyini bildirmişdir. Daşınmaz əmlaka dair şirkətin adına çıxarış alındıqdan sonra banka müraciət olunmalı, kredit götürülməli idi. Bir müddət keçdikdən sonra İddiaçı2, Xəqaniyə və Cavabdeh2 zəng edərək işlərin nə yerdə olduğunu soruşmuş, onlar hər ikisi bildirmiş ki, müəyyən işlər gedir, banka müraciət olunub, artıq sənədlər toplanılır, bank tərəfindən müəyyən monitorinq və qiymətləndirmə aparıldıqdan sonra kredit veriləcək. Onların danışıq şərtlərinə uyğun rəftarını görüb arxayın olduqdan sonra öz işləri ilə məşğul olmağa davam etmişdir. Hər dəfə məsələ ilə maraqlandıqda Cavabdeh2, kreditin məbləğinə görə müəyyən ləngimə olduğunu, bu cür kreditlərin çox rahatlıqla həll olunmadığını, bankın rəhbərliyi ilə məsələnin razılaşdırıldığını bildirmiş, heç bir narahatçılıq olmacağından əmin olmasını xahiş etmişdir. Xeyli müddət keçdikdən sonra İddiaçı2 Bilaldan kreditlə bağlı yenə maraqlandıqda Hacıyev ona bildirmişdir ki, kredit alınmır, kredit vermirlər. İddiaçı2 haqlı narazılığını, neçə müddətdir boş-boşuna gözlədiyini irad kimi bildirirək əmlakı geri qaytarmağı tələb etmiş, Cavabdeh2 isə əmlakı geri qaytarmaq müqabilində İddiaçı2 əsassız olaraq pul tələb etmişdir. Heç bir iş görülmədiyi, kredit həll olunmadığı halda nə əsasla pul istədiyini, nə əsasla əmlakı geri qaytamadığını soruşduqda aralarında mübahisə baş vermişdir. İddiaçı2 daha sonra Xəqaniyə zəng vuraraq nə baş verdiyini, nəyə görə kreditin alınmadığını soruğduqda və Bilalın ona dediklərini Xəqaniyə bildirdikdə, Xəqani bu məsələyə görə Bilalın əziyyət çəkdiyini 5-10 min manat verəcəyi halda əmlakı əvvəlki vəziyyətə qaytaracağını bildirdi. Bir müddət sonra Xəqani Əzimov ürək tutmasından qəflətən vəfat etmişdir. Rəhmətə gedəndən sonra yoldaşların vasitəsiylə Bilaldan əmlakın geri qaytarılmasını tələb etmişdir. Bilal da cavab olaraq gah İddiaçı2 onu telefonda təhqir etməsini, gah da əmlaka görə Xəqaniyə 700.000 manat verdiyini, İddiaçı2 tanımadığını, əmlakı Xəqanidən aldığını səbəb kimi gətirib məsələni yoluna qoymaqdan boyun qaçırmışdır. Heç bir nəticə olmadığını görüb Korrupsiyaya qarşı mübarizə idarəsinə şikayət edilmiş, eyni zamanda notariat ofisinə sorğu verilmişdir. Cavabdeh2 İddiaçı2 şikayət ərizəsi üzrə dindirilərkən Raufu tanımadığını, əmlakın Xəqaniyə məxsus olduğunu, Xəqaniyə 700.000 manat verib əmlakı aldığını bildirmişdir. İlkin ifadəsində İddiaçı2lə arasında olan armatur satışı və Masazırdakı torpaq sahəsində bina tikintisi ilə bağlı iş birliyini inkar etmiş, sonra izahatında İddiaçı2 ona armatura görə borcu olduğunu bildirmişdir. Cavabdeh2 yalan ifadə verdiyini görüb, armatur işi ilə bağlı üzləşmə aktları sübut kimi prokurorluğa təqdim edilmiş, aktlara əsasən heç bir borc olmadığı məlum olmuşdur. Beləcə mülki mübahisə olduğundan Cavabdeh2 barəsində cinayət işi başlanmamışdır. Daha sonra, yəni 2022-ci ilin noyabr ayında sözügedən qeyri-yaşayış sahəsinə dair alqı-satqı müqaviləsinin və digər sənədlərinin təqdim edilməsi ilə bağlı Bakı şəhəri 54 saylı Dövlət Notariat Ofisinə vəkil sorğusu verilmiş, təqdim edilmiş sənədlərdən məlum olmuşdur ki, Cavabdeh2 tərəfindən razılıq şərtləri pozulmuş, əmlak şirkətə deyil Cavabdeh2 özünə satılmışdır. Belə ki, notariat ofisindən əldə olunmuş sənədlərlə müəyyən olunur ki, İddiaçı1 xx.xx.2013-cü il tarixdə 30 il müddətinə, X14 isə xx.xx.2015-ci il tarixdə 50 il müddətinə İddiaçı2 etibarnamələr verərək harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizələrinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq onun adından ərizə verməyi, imza etməyi, işləri aparmağı və digər hərəkətləri etməyi etibar etmişlər. Həmin etibarnamələrdə verilmiş səlahiyyətlərin başqa şəxslərə verilə bilməsi qeyd edilmişdir. Hazırda etibarnamələr qüvvədədir. Bundan sonra İddiaçı1 adından etibarnamə üzrə çıxış edən İddiaçı2 xx.xx.2020-ci il tarixli, AN-İ № ******* nömrəli və xx.xx.2020-ci il tarixdə bağlanılmış AN-İ № ******* nömrəli alğı-satqı müqavilələri bağlayaraq İddiaçı1 məxsus olan ünvan 3 131.2 m2 olan və 596.4 m2 olan qeyri-yaşayış sahələrini Cavabdeh1 MMC-yə 131.200 manat və 596.400 manat qiymətinə satmışdır. Qeyri-yaşayış sahələri satılarkən İddiaçı2 X5 əvəzinə xx.xx.2020-ci il tarixdə notariat ofisinə ərizələr ünvanlayaraq ünvan 3 596.4 m2 və 131.2 m2 olan qeyri-yaşayış sahələrinin satılmasına etiraz etmədiyini və razı olduğunu bildirmişdir. Eyni zamanda İddiaçı2 İddiaçı1 ona verdiyi etibarnamə üzrə səlahiyyətlərindən istifadə edərək İddiaçı1 adından xx.xx.2020-ci il tarixdə 06 ay (xx.xx.2021-ci il tarixədək) müddətinə, X9 etibarnamə verərək DƏDRX-nin ərazi dairəsinin xx.xx.2019-cu il tarixli çıxarışına əsasən İddiaçı1 məxsus olan Bakı şəhəri Nizami rayonu Mehdi Abbasov küçəsi 2538 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinə dair arayış forma 1 almağı, mülkiyyət üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, ərizə verməyi və bu tapşırıqların həyata keçirilməsi ilə əlaqədar digər zəruri hərəkətləri etməyi etibar etmişdir. Bundan sonra İddiaçı1 adından etibarnamə üzrə çıxış edən X15 onun əvəzinə Cavabdeh1 MMC ilə xx.xx.2020-ci il tarixdə xx.xx.2020-ci il tarixli, 4Ə/532 reyestr nömrəli və 4Ə/533 reyestr nömrəli alğı-satqı müqavilələrinin ləğvinə dair sazişlər bağlamış və sazişlərə əsasən tərəflərin ümumi razılığına əsasən Bakı şəhəri 54 saylı notariat ofisində xx.xx.2020-ci il tarixli, 4Ə/532 reyestr nömrəli və 4Ə/533 reyestr nömrə ilə təsdiq olunmuş alğı-satqı müqavilələrinə xitam verilmiş, alğı-satqı müqavilələrinə əsasən satıcı İddiaçı1 alıcı Cavabdeh1 MMC-dən ümumi aldığı satış qiymətləri olan pulu notariusun bankda açdığı depozit hesabı vasitəsilə geri qaytarmış, MMC isə qəbul etmişdir. Müqavilələr ləğv edilmiş, Bakı şəhəri 54 saylı Notariat Ofisi Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinə xx.xx.2020-ci il tarixdə müraciətlər edərək ünvan 4 ünvanda yerləşən 131.20 m2 və 597.40 m2 olan qeyri-yaşayış sahələrinə dair İddiaçı1 verilmiş xx.xx.2019-cu il tarixli çıxarışların bərpa edilməsini xahiş etmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il qeydiyyat tarixli dövlət reyestrindən çıxarışlar ilə ünvan 4 ünvanda yerləşən 131.20 m2 və 597.40 m2 olan qeyri-yaşayış sahələrinin İddiaçı1 xüsusi mülkiyyətində olması müəyyən edilmişdir. Bundan sonra İddiaçı1 adından etibarnamə üzrə çıxış edən X2 Rəhim Nəsib oğlunun əvəzinə Cavabdeh2 ilə xx.xx.2020-ci il tarixdə AN-İ № ******* nömrəli və ******* nömrəli alğı-satqı müqavilələri bağlayaraq ünvan 3 131.2 m2 olan və 596.4 m2 olan qeyri-yaşayış sahələrini Cavabdeh2 na 131.200 manat və 596.400 manat qiymətinə satmışdır. Cavabdeh2 ərizələr verərək qeyri-yaşayış sahələrinin onun mülkiyyətinə qeydiyyata alınması ilə əlaqədar notariusa çıxarışa sorğu verilməsini xahiş etmiş və onun adına ünvan 4 ünvanda yerləşən 131.20 m2 və 597.40 m2 olan qeyriyaşayış sahələrinə dair çıxarışlar verilmişdir. İddiaçıların sözügedən qeyri-yaşayış sahələrinin Cavabdeh1 MMC ilə bağlanmış alğı-satqı müqaviləsinin ləğv edilməsindən, əmlakların Cavabdeh2 satılmasından məlumatları olmamış, xx.xx.2020-ci il tarixli alğısatqı müqavilələri onların iradə ifadələrini əks etdirməmişdir. Əqdin etibarlı olması üçün tələb olunan elementlər bunlardır - subyekt tərkibinə dair şərtlər (tərəflərin iştirak etmə qabiliyyətinin olması); -məzmununa dair şərtlər (məzmunun qanunvericiliyin tələblərinə cavab verməsi); - tərəflərin iradəsinə dair şərtlər (əqddə iradə sərbəstliyi, iradənin ifadə oluması və müvafiqliyi) və formaya dair şərtlər (əqdin hansı formada bağlanmalı olduğu) Müqaviləni fərqləndirən başlıca xüsusiyyət isə razılıqdır - onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Göründüyü kimi, İddiaçı1 ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli AN-İ № ******* nömrəli və xx.xx.2020-ci il tarixli AN- İ № ******* nömrəli alğı-satqı müqavilələri yalan əqd olmuş, aralarında olan yeni binanın tikilməsi ilə bağlı biznes əməkdaşlığı müqaviləsini pərdələmək üçün bağlanmış əqd olmuşdur. xx.xx.2020-ci il tarixli alğı-satqı müqavilələrinin yalan əqd olduğunu təsdiq edən digər xüsusat əmlakların satış dəyəri ilə bağlıdır. Belə ki, təqdim edilmiş sənədlərdən görünür ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit xətti müqaviləsi üzrə MMC-yə 36 ay müddətinə 500.000 ABŞ dolları məbləğində kredit xətti açılmış, mübahisəli əmlakların sahəsi 131.2 m2 qeyri-yaşayış sahəsinın bazar qiyməti 262.000 manat, 596.4 m2 olan sahənin bazar qiyməti 1.252.000 manat müəyyən edilmişdir. Halbuki, xx.xx.2020-ci il tarixdə bağlanmış alğı-satqı müqavilələrində əmlakın hər m2 dəyəri 1000 manat müəyyən edilmiş, əmlaklar 131.200 manata və 596.400 manata alğı-satqı edilmişdir. Məlum məsələdir ki, banklar təminatlı kredit verərkən riskləri sığortalamaq üçün girov qoyulan əmlakı aşağı qiymətləndirir. Əgər kreditor borcu geri qaytarmaqda çətinlik çəkərsə, girovu satmaq məsələsi gündəmə gəlir və buna görə də bankların əmlakın real dəyərindən qatqat aşağı qiymətə götürür ki, onu sonradan rahat sata bilsin. Bank tərəfindən girov götürülən zaman əmlakın qiyməti (real bazar dəyərini əks etdirməsə də) xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətdən iki dəfə baha qiymətləndirilmişdir. Həmçinin qeyd edilməlidir ki, Qiymətləndirmə və Consulting Mərkəzinin xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatına əsasən Bakı şəhəri Nizami rayonu Mehdi Abbasov küçəsi 2538 ünvanda ümumi sahəsi 596.4 m2 olan qeyri-yaşayış sahəsinin bazar dəyəri 3.907.000 manat, eyni ünvanda sahəsi 131.2 m2 olan qeyri-yaşayış sahəsinin bazar dəyəri 939.000 manat təşkil edir. Bu hal da, tərəflər arasında əmlakın alğı-satqısına dair bağlanmış müqavilənin yalan olduğunu, alğı-satqı müqaviləsində əmlakın dəyərinin simvolik olaraq müəyyən edildiyini, niyyətin əmlak almaq və satmaq olmadığını, başqa bir razılşamanı pərdələdiyini təsdiq edir. O da qeyd edilməlidir ki, Cavabdeh2 alğı-satqı müqaviləsi ilə pərdələnmiş anasının mülkiyyətində olan torpaq sahəsində yeni binanın tikilməsi ilə bağlı biznes əməkdaşlığına dair razılaşma üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Bundan başqa, İddiaçı2 Xəqani Əzimova verdiyi xx.xx.2020-ci il tarixli etibarnamədə İddiaçı2 Xəqani Əzimova reyestr xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli (**********42-05301-083001 reystr nömrəli, qeydiyyat **********) çıxarışa əsasən İddiaçı1 məxsus olan Bakı şəhəri Nizami rayonu Mehdi Abbasov küçəsi 2538 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinə dair arayış forma 1 almağı, mülkiyyət üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, ərizə verməyi və bu tapşırıqların həyata keçirilməsi ilə əlaqədar digər zəruri hərəkətləri etməyi etibar etmişdir. Lakin Cavabdeh1 MMC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsi ləğv edildikdən sonra tərəflər əvvəlki vəziyyətə qayıtmış, İddiaçı1 adına xx.xx.2020-ci ildə yeni çıxarış verilmişdir və xx.xx.2019-cu il tarixli çıxarış artıq qüvvədə olmamışdır. xx.xx.2020-ci ildə Cavabdeh2lə alğı-satqı müqaviləsi bağlanarkən bu çıxarış qüvvəsini itirmiş, X18 Əliyevə məxsus həmin əmlaka dair müqavilə bağlamaq səlahiyyəti olmamışdır. Notariat işində olan X5 xx.xx.2020-ci il tarixli ərizələrindən görünür ki, o, əri İddiaçı1 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən (xx.xx.2019-cu il tarixli **********4205301-083001 reyestr nömrəli, qeydiyyat **********) 131.2 m2 və (xx.xx.2019-cu il tarixli **********42-05301-083002 reyestr nömrəli, qeydiyyat **********) 596.4 m2 qeyriyaşayış sahələrinin satılmasına etiraz etməmiş, ərizələr etibarnamə əsasında İddiaçı2 tərəfindən imzalanmışdır. xx.xx.2020-ci il tarixli alğı-satqı müqavilələri xx.xx.2020-ci il tarixli sazişlə ləğv edilmiş, xx.xx.2020-ci il tarixdə İddiaçı1 ilə Cavabdeh2 arasında alğı-satqı müqavilələri bağlanmış, Tamara Əliyevanın xx.xx.2020-ci il tarixli razılıq ərizəsi digər notariat işindən çıxarılaraq həmin işə əlavə edilmiş, ondan yeni ərizə alınmamış və bununla da qanunsuzluğa yol verilmişdir. Belə ki, Cavabdeh1 MMC ilə bağlanmış alğısatqı müqaviləsinin ləğv edilməsindən sonra, İddiaçı1 mülkiyyət hüquqi yeni qeydiyyat üzrə xx.xx.2020-ci il tarixdə bərpa edilmiş, reyestr nömrəsi dəyişdirilmiş, Tamara Əliyevanın 2019-cu il tarixli reyestr üçün nəzərdə tutulmuş razılıq ərizəsi öz hüquqi qüvvəsini itimişdir. Notariat ofisi Tamara Əliyevadan yeni razılıq ərizəsi almalı olduğu halda, bunu etməmiş, saxtakarlığa yol verərək köhnə ərizəni yeni işə əlavə etmişdir. Bu bir daha təsdiq edir ki, iddiaçıların, o cümlədən Tamara Əliyevanın xx.xx.2020-ci il tarixli alğısatqı müqaviləsindən məlumatları olmamış, əmlakın Cavabdeh2 «satılması» onlardan gizlədilmişdir. Yuxarıda qeyd edilən sənədləşmə zamanı müəyyən pozuntulara yol verildiyi məhkəmə qərarı ilə təsbit olunmuşdur. Belə ki, iddiaçılar İddiaçı1 və X5 cavabdehlər Cavabdeh2, İddiaçı2, Cavabdeh1 MMC-yə qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər ASC "xxxx" Bank, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri 54 saylı Notariat Kontoru cəlb edilməklə «müqavilələrinin etibarsız hesab edilməsi, onlardan doğuran hüquqi nəticələrin ləğv edilməsi və əmlakın boşaldılaraq təhvil verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində nəzərdə tutulmuş kəsici müddət buraxıldığından, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-949/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-4933/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Buna baxmayaraq, apellyasiya instansiyası mübahisələndirilən əqdlərin rəsmiləşdirilməsi zamanı müəyyən pozuntulara yol verildiyini təsdiq etmiş, lakin kəsici müddət səbəbindən qətnaməni dəyişdirmədən saxlamışdır. Müqavilələrin etibarsızlığı ilə bağlı mülki işə baxılarkən X8 Orxan Xəqani oğlu şahid qismində ifadə verərək göstərmişdir ki, o tərəfləri atası vasitəsilə qiyabi tanıyır. Atasının tərəflərlə olan münasibətləri ilə bağlı çox da maraqlanmamış, atası dünyasını dəyişdikdən sonra bu qeyri-yaşayış sahəsi ilə bağlı məsələ ortaya çıxmışdır. Düzü, atası bu münasibətləri, əlaqələri ilə də bağlı çox da danışmırdı. Qeyri-yaşayış sahəsinin hansı olduğunu bilməsə də onların evinə bununla bağlı hər hansı pul gəlib çatmamışdır. Onu Korrupsiyaya qarşı Mübarizə üzrə Baş İdarəsindən də çağırmış, ona həmin bu qeyriyaşayış sahəsi ilə bağlı, belə bir obyektlərinin olub- olmaması, nə vaxt alınması tərzdə suallar vermişlər. O, orada da bu məsələ ilə bağlı ifadə vermişdir. Elə qeyri-yaşayış sahələri barədə də idarədən çağırıldığı zaman məlumatı olmuşdur. O, mübahisəli qeyriyaşayış sahəsinin Nizami rayonunda bir binanın aşağı hissəsində yerləşdiyini bilir. Onların imkanları olmadığı üçün atası qeyd olunan obyekti ala bilməzdi. Atası vəfat etdikdən sonra da sıxıntıları davam etmişdir. Atasının daimi bir işi, müəyyən bir biznesi olmamışdır. Göründüyü kimi, Cavabdeh2 mübahisəli əmlakları Xəqani Əzimovdan alması, əmlakın Xəqaniyə məxsus olması və müqavilələr bağlanan zaman heç bir pozuntuya yol verilməməsi ilə bağlı digər məhkəmə və prokurorluqda aparılan araşdıma zamanı bildirdikləri həqiqəti əks etdirmir və təqdim edilmiş sübutlarla yanaşı, Orxan Əzimovun ifadəsi ilə təkzib edilir. Görünən odur ki, Xəqani Əzimov Cavabdeh1 MMC ilə digər əqdi pərdələmək üçün bağlanmış xx.xx.2020-ci il tarixli alğı-satqı müqavilələrini 10 gün sonra ləğv edərək, Cavabdeh2lə sövdələşmiş və onunla yeni müqavilə bağlamışdır. Yuxarıda qeyd edildiyi kimi, sözügedən MMC Cavabdeh2 bacısı oğlu X10 məxsusdur. Cavabdeh2lə bağlanacaq yeni müqavilədən iddiaçıların məlumatlarının olmaması üçün ilkin müqavilə üçün notariat ofisi tərəfindən alınmış xx.xx.2020-ci il tarixli razılıq ərizələrindən istifadə edilmiş və bununla da aralarında olan sövdələşməni gizlətmişlər. Beləliklə, cavabdehlərin pis niyyətlə sövdələşməsi nəticəsində iddiaçı əmlakından məhrum olmuş, bu xüsusat qanuni güvvəyə minmiş məhkəmə aktları ilə təsbit edilmiş, eyni məhkəmə aktları ilə əmlakın özünün mübahisələndirilməsi mümkün olmasa da, əmlakın dəyərindən ibarət vurulmuş zərərin tələb edilməsi hüququ qanunvericilikdə təsbit olunmuşdur. Həmçinin qeyd edilməlidir ki, xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsi üzrə «mədaxil edilmiş» 727.600 manat pulun 10 gün müddətində depozit hesabda qalması və sonradan geri dövr edilərək müqavilənin Cavabdeh2lə eyni məbləğdə rəsmiləşdirilməsi də konkret olaraq pulun verilməsini istisna edir. Bundan başqa, prokurorluqda araşdırma zamanı dindirilmiş Kənan Cuvarov öz ifadəsində bildirmişdir ki, dayısı Cavabdeh2 göstərişi ilə xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsinə imza etmiş, bundan bir neçə gün sonra həmin müqavilə ləğv edilmişdir. Hesab edirik ki, cavabdehlər pis niyyətlə sövdələşərək iddiaçının hesabına əsassız olaraq varlandıqlarından əmlakın dəyərindən ibarət vurulmuş zərər cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçılara ödənilməlidir. Öncəki məhkəmə iclasında iştirak etmiş İddiaçı2 iddianı müdafiə etmiş və izahatında bildirmişdir ki, həmin obyekt hal-hazırda Araz Marketə icarəyə verilmişdir. Alğısatqı olan dövrdə həmin ərazidə oxşar obyektlərin 1 kv.m-nin qiyməti 3.500-4.000 manat civarında olmuşdur. 2020-ci ildə həmin obyektlər fəaliyyət göstərmirdi, həmin obyektlər 2020-ci ildə boş divar olmuşdur. Hal-hazırda isə həmin obyektin 1 kv.m.-nin qiyməti 8.000- 10.000 manat olar. Onlar alğı-satqı etmədikləri üçün simvolik olaraq, şirkətin balansına keçirmişlər. Sonra şirkətin təsisçisi dəyişməli idi. Yəni şirkətin direktoru özü deyən adam olmalıydı. Obyekt alğı-satqı edilərkən analarının razılığı alınmamışdır. Anasının adından o, etibarnamə əsasında imza etmişdir. Atasının adından Bilala əmlak satılmasına razılıq verilməsi ilə bağlı verilən suala cavab olaraq qeyd edir ki, həmin hadisədən heç xəbəri olmamışdır. Bilal demişdir ki, «sizdə artıq tikinti gecikmişdir və bilinsə ki, əmlak sizindir kredit verilməyəcəkdir». O, həmçinin demişdir ki, «tikintidə neqativ hallar baş vermişdir». Onlar şəhərin bir neçə yerində tikinti işləri ilə məşğul olduqları üçün müəyyən maliyyə çatışmazlıqları olmuşdur. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 iddianı qəbul etmədi və izahatında bildirdi ki, Rauf müəllim qeyd edir ki, həmin ərazidə obyekltərin 1 kv. m-nin qiyməti 3.500- 4.000 manatdır. Düzdür qiymətlər elə ola bilər. Amma onu qeyd edir ki, problemli MTKların tikdiyi binalara heç kim yaxınlaşmaq istəmir. Həmin dövrdə bina problemli bina hesab edilirdi. Düzdür, qeyri-yaşayış sahəsi Bilala məxsus olmamışdır. Həmin qeyri-yaşayış sahəsi Rauf müəllimin valideynlərinə məxsus olmuşdur. Həmin qeyri-yaşayış sahəsini Xəqani Raufun adından satmış və pulu aparıb Raufa verməli olmuşdur. Əlavə olaraq qeyd edir ki, bu alğı-satqı notariat ofisində baş tutmuşdur. Hal-hazırki dövrdə notariuslara maliyyə monitorinq xidməti nəzarət edir. Onlar hər hansı daşınmaz əmlakın dəyərindən aşağı satılmasına razılıq verməzdi. Hesab edir ki, tərəflər arasında aparılmış alğı-satqı tam qanuni və əsaslı olmuşdur. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh1 MMC-nin nümayəndəsi (vəkili) məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh1 MMC-nin nümayəndəsinin (vəkilinin) iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. X3 ifadəsində bildirdi ki, bu məsələlər atası rəhmətə gedəndən sonra ortaya çıxmışdır. Bilal müəllim və Rauf müəllim arasında problem yarandı, sonra onu dəvət etdilər. Bilal deyir ki, Xəqanidən yer alıb. Onların ümumiyətcə elə bir yerləri olmamışdır. Obyekt almağa pulları olmamışdır. Heç vaxt obyekt satmamışlar. Onların evinə pul gəlməmişdir. Ümumiyyətlə belə bir hal baş verməmişdir. Bilal və Raufun arasında iş münasibəti olması barədə onun heç bir məlumatı yoxdur. Atası sağ olanda belə sözsöhbətlərin heç biri olmamışdır. Atası min manat da qazansa həmin pulu evə gətirirdi. Sualda qeyd edilən məbləğdə pul vəsaiti onların evinə daxil olmamışdır. Atası rəhmətə gedəndən sonra Rauf müəllim onlardan pul istəməmişdir. Məhkəmə, iddiaçıların nümayəndəsinin və Cavabdeh2 nümayəndəsinin izahatlarını, şahid ifadəsini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli 2(007)- 949/2023 saylı qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı1 və X5 cavabdehlər Cavabdeh2, İddiaçı2, Cavabdeh1 MMC-yə qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər ASC "xxxx" Bank, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri 54 saylı Notariat Kontoru cəlb edilməklə «İddiaçı1 adından Cavabdeh1 MMC ilə bağlanılmış xx.xx.2020-ci il tarixli, AN-İ № ******* nömrəli və xx.xx.2020-ci il tarixli, AN-İ № ******* nömrəli alğı-satqı müqavilələrinin, xx.xx.2020-ci il tarixdə xx.xx.2020-ci il tarixli, 4Ə/532 nömrəli alğı-satqı müqavilələrinin ləğvinə dair və xx.xx.2020-ci il tarixdə 20 noyabr 2020-ci il tarixli, 4Ə/533 nömrəli alğı-satqı müqavilələrinin ləğvinə dair sazişlərin və İddiaçı1 adından Cavabdeh2 ilə xx.xx.2020-ci il tarixdə bağlanılmış AN-İ № ******* nömrəli və xx.xx.2020-ci il tarixdə bağlanılmış AN-İ № ******* nömrəli alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, bu hərəkətlərdən irəli gələn hüquqi nəticələrinin ləğv edilməsi, Bakı şəhəri Nizami rayonu Mehdi Abbasov küçəsi 2538 ünvanında yerləşən ümumi sahəsi 596.4 m2 və 131.2 m2 olan qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi» tələbinə dair iddiası təmin edilməmiş, ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı1 aid edilmişdir. - Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 sentyabr 2023-cü il tarixli 2(103)-4933/2023 saylı qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı1 və X14 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli 2(007)-949/2023 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 22 yanvar 2024-cü il tarixli 2(102)-186/2024 saylı qərarından görünür ki, iddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 sentyabr 2023-cü il tarixli 2(103)-4933/2023 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində "xxxx" MMC-nin vəzifəli şəxsləri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə ********* nömrəli cinayət işi üzrə istintaq aparılır. İstintaq zamanı Bakı şəhəri Nizami rayonu Mehdi Abbasov küçəsi 2538 ünvanında yerləşən ümumi sahəsi 131.2 kv.m olan və 596.4 kv.m olan qeyri-yaşayış sahələrinin Cavabdeh2 tərəfindən dələduzluq yolu ilə ələ keçirlməsi faktı müəyyən olunmamış və cinayət işi üzrə yaranmış zərurət aradan qalxdığı üçün Cavabdeh2 xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahələrinin özgəninkiləşdirilməsi və ya girov qoyulmasına görə müvəqqəti olaraq qoyulmuş məhdudiyyətin aradan qaldırılması üçün aidiyyatı qurumlara məktublar göndərilmişdir. - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində "xxxx" MMC-nin vəzifəli şəxsləri barəsində Azərbaycan Respublikası CM-nin 178.4, 308.2 və 313-cü maddələri ilə ********* nömrəli cinayət işi üzrə istintaq aparılmışdır. İstintaq zamanı Bakı şəhəri Nizami rayonu Mehdi Abbasov küçəsi 2538-ci məhəllədə yerləşən sahəsi 596.4 kv.m olan və 131.2 kv.metr olan qeyri-yaşayış sahələrinin Cavabdeh2 tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsi faktı müəyyən edilmədiyindən 21 sentyabr 2023-cü il tarixli qərarla cinayət təqibinin başlanması rədd edilmişdir. - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh2 xüsusi mülkiyyətində olan və xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışla adına rəsmiləşdirilmiş Bakı şəhəri Nizami rayonu Mehdi Abbasov küçəsi 2538-ci məhəllədə yerləşən sahəsi 596.4 m2 olan qeyri-yaşayış sahəsinin və xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışla rəsmiləşdirilmiş Bakı şəhəri Nizami rayonu Mehdi Abbasov küçəsi 2538-ci məhəllədə yerləşən sahəsi 131.2 m2 olan qeyri-yaşayış sahəsinin Cavabdeh2 tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsi barədə "xxxx" MMC-nin direktoru X4 xx.xx.2022-ci il tarixli şikayət ərizəsinə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində baxılmış və Cavabdeh2 əməlində dələduzluq cinayətinin tərkib əlamətləri müəyyən edilmədiyindən barəsində 21 sentyabr 2023-cü il tarixli qərarla Azərbaycan Respublikası CPM-nin 39.1.2ci maddəsinə əsasən cinayət təqibinə xitam verilmişdir. İş materiallarından görünür ki, iddiaçılar İddiaçı1 və X5 cavabdehlər Cavabdeh2, İddiaçı2, Cavabdeh1 MMC-yə qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" Bank ASC, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri 54 saylı Notariat Kontoru cəlb edilməklə «müqavilələrinin etibarsız hesab edilməsi, onlardan doğuran hüquqi nəticələrin ləğv edilməsi və əmlakın boşaldılaraq təhvil verilməsi» tələbinə dair iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət etmiş, iddia tələbi əsaslı olmadığından və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində nəzərdə tutulmuş kəsici müddət buraxıldığından Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-949/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Hazırda iddiaçılar apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən əqdlərin rəsmiləşdirilməsi zamanı müəyyən pozuntulara yol verildiyini təsdiq edilməsinə istinad edərək hazırki iddialarının əsası kimi xx.xx.2020-ci il tarixli AN-İ № ******* nömrəli və xx.xx.2020-ci il tarixli AN-İ № ******* nömrəli alğı-satqı müqavilələrinin yalan əqd olduğunu, tərəflər arasında yeni binanın tikilməsi ilə bağlı biznes əməkdaşlığı müqaviləsini pərdələmək üçün bağlanmış əqd olduğunu və s., həmin əqdlərin bağlanması nəticəsində onlara maddi zərər vurulmasını, maddi zərərin müqavilələrdə qeyd olunan alğı-satqı qiymətləri ilə müqavilələr bağlanan dövrdə faktiki olaraq mövcud olmuş bazar qiymətləri arasında olan kəskin fərqdən ibarət olduğunu qeyd edərək vurulmuş maddi zərərin əvəzi olaraq 4.846.000 (dörd milyon səkkiz yüz qırx altı min) manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada onların xeyrinə tutulmalı olmasını iddia edirlər. Məhkəmə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-4933/2023 saylı qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bu isə birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş faktların və halların hazırki iş üzrə nəzərə alınmalı olmasını mütləq və zəruri edir. Məhkəmə qeyd edir ki, iddiaçılar hazırki tələblərini iddia ərizəsində qeyd olunan müqavilələrə, eləcə də, digər müqavilələrə hüquqi qiymət verilərək onların etibarsızlığına dair iddiaların əsassız olmasını təsdiq edən iş materiallarında olan qanuni qüvvəsini almış məhkəmə aktlarının fonunda təqdim edirlər. Yəni, başqa sözlə, qanuniliyi mübahisələndirilmiş alqı-satqı müqavilələrin hazırda da qüvvədə olmasına, satılmış obyektin konkret şəxsin mülkiyyətində olmasına baxmayaraq onlara cavabdehlər tərəfindən maddi ziyan vurulması iddia edilir. Əvvəla məhkəmə hesab edir ki, hazırki iş üzrə İddiaçı2 iddia qaldırmağa subyektiv hüquqa malik olmamışdır. Belə ki, iş materiallarından görünür ki, iddiada göstərilən sözügedən əmlak İddiaçı1 adına olmuş və onun, eləcə də həyat yoldaşı X5 verdiyi etibarnamələr əsasında oğulları İddiaçı2 özlərinə məxsus olan daşınmaz əmlakla bağlı etibarnamə vermişlər. İddianın məzmunundan İddiaçı1 adına olmuş ünvan 5 ünvanda qeyri-yaşayış sahəsinə münasibətdə etibarnamə əsasında çıxış edən İddiaçı2 Cavabdeh2 və digər şəxslərlə işgüzar və digər niyyətlərlə olan münasibətləri əsasında yaranan hüquqi nəticələr əsasında maddi ziyan vurulması iddia edilsə də, məhkəmə hesab edir ki, İddiaçı1 adına olmuş əmlakın özgəninkiləşdirilməsindən başlayaraq sonradan baş verməsi iddia edilən digər hallarla bağlı ziyan vurulması faktı olmuş olsa da idi belə, bununla bağlı iddia qaldırmaq hüququ məhz mülkiyyətçi olaraq İddiaçı1 məxsus olmuşdur. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Eyrenin İrlandiyaya qarşı işi üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Həmçinin, qanunvericiliyə əsasən pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə o zaman yol verilə bilər ki, iddiaçının müvafiq subyektiv hüququnun mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edilmiş olsun. Məhkəmə iddia tələbləri ilə bağlı daha sonra qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Prosessual hüquq normasının tələbindən göründüyü kimi, yuxarıda adları çəkilən məhkəmə aktları ilə iddia ərizəsində qeyd olunan müqavilələrə, eləcə də, digər müqavilələrə hüquqi qiymət verilmişdir və qanuni qüvvəyə minmiş məhkəmə aktında müəyyən edilmiş həmin fakt hazırda mübahisələndirilə və yenidən sübut edilə bilməz. Əqdlər bütün şərtlərinə, eləcə də tərəflərin sərbəst iradə ifadəsinə əsasən təyin edilmiş alğı-satqı qiymətlərinə münasibətdə qanuni qüvvəsini almış məhkəmə aktına əsasən etibarlı hesab olunduğundan, həmin müqavilələrin bağlanması nəticəsində iddiaçılara hər hansı maddi ziyanın vurulması da istisna olunur. Buna baxmayaraq məhkəmə xüsusi olaraq qeyd edir ki, qanuni qüvvəsini almış məhkəmə aktları ilə iddiaçılar İddiaçı1 və X5 cavabdehlər Cavabdeh2, İddiaçı2, Cavabdeh1 MMC-yə qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" ASC, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri 54 saylı Notariat Kontoru cəlb edilməklə «müqavilələrin etibarsız hesab edilməsi, onlardan doğuran hüquqi nəticələrin ləğv edilməsi və əmlakın boşaldılaraq təhvil verilməsi» tələbinə dair iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində nəzərdə tutulmuş kəsici müddət buraxılmasından əlavə, həm də digər əsaslara görə əsassız sayılmışdır. Belə ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi mahiyyəti üzrə də əsassız olduğundan təmin edilməməlidir. İddiaçılar tərəfindən İddiaçı2 etibarnamələr verilmiş və İddiaçı2 həmin etibarnamələr əsasında ona verilmiş hüquqlardan istifadə edərək, xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın alqı-satqı müqavilələrini bağlamış və əmlaklar ilk öncə Cavabdeh1 MMC-yə satılmış, həmin müqavilələr ləğv edildikdən və əmlak əvvəlki mülkiyyətçinin mülkiyyətinə qaytarıldıqdan sonra isə İddiaçı2 tərəfindən İddiaçı1 adından X9 verilmiş etibarnamə əsasında bu əmlaklar Cavabdeh2 satılaraq sonuncunun mülkiyyətinə verilmişdir. Həmin qeyri-yaşayış sahələri Cavabdeh2 tərəfindən "xxxx" ASC-yə kredit müqaviləsinin təminatı olaraq ipotekaya qoyulmuş və Cavabdeh1 MMC tərəfindən bankdan kredit götürülmüşdür. İddiaçılar məhkəmədə iddia qaldıraraq ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahələri barədə bağlanmış alqı-satqı müqavilələrinin və sazişlərin etibarsız hesab edilməsini xahiş etsə də həmin müqavilələrin və sazişlərin etibarsızlığı üçün əsasların olmasını məhkəmədə sübut edə bilməmişlər. Belə ki, İddiaçı1 və X14 tərəfindən oğulları İddiaçı2 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizələrinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə vermək, imza etmək, işləri aparmağı və digər hərəkətləri etmək etibar edilmiş, həmin etibarnamələrdə verilmiş səlahiyyətlərin başqa şəxslərə verilə bilməsi qeyd edilməklə bu etibarnamələrin müddəti müvafiq olaraq xx.xx.2043-cü il və xx.xx.2065-ci il tarixlərədək müəyyən edilmişdir. Alqı-satqı müqavilələri bağlanan vaxt, yəni 2020-ci il tarixdə etibarnamə qüvvədə olmuş və etibarsız hesab edilməsi üçün əsaslar mövcud olmamışdır. İddiaçılar tərəfindən verilmiş etibarnamələrdə bütün əmlakları öz mülahizələrinə görə almaq, satmaq, onun adından ərizə vermək, imza etmək, işləri aparmaq və digər hərəkətləri etmək etibar edilmiş, İddiaçı2 da İddiaçı1 adından etibarnamə əsasında verilmiş hüquqlar əsasında alqı-satqı müqavilələri bağlamış, X5 adından mübahisəli əmlakların satılmasına etiraz etməməsi barədə ərizə verilmiş, İddiaçı1 ona vermiş olduğu etibarnaməsinə əsasən başqa şəxsə etibarnamə vermişdir. Göründüyü kimi müqavilə və sazişlər rəsmiləşdirilən zaman qanunvericiliyin tələblərinə riayət olunmuşdur. Hansı ki, etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Belə ki, etibarnamələr hələ də qüvvədədir və iddiaçılar tərəfindən ləğv edilməmişdir. Bundan əlavə məhkəmə iddiaçıların vəkili və nümayəndəsinin “İddiaçı2 anası Tamara xanım daşınmaz əmlakın Cavabdeh1 MMC-yə satılması ilə bağlı razılıq ərizəsinin həmin işdən çıxarıb gətirib digər işin içinə qoymaları” dəlili ilə bağlı qeyd edir ki, qeyd olunan hal işin mahiyyətinə təsir etmir. Belə ki, iddiaçı X14 etibarnamə üzrə bütün əmlaklar barədə səlahiyyətlərini İddiaçı2 ötürmüş və İddiaçı2 onun adından bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda ərizə vermək, imza etmək, işləri aparmağı və digər hərəkətləri etmək səlahiyyətləri olmuşdur. Həmçinin məhkəmə bu nəticəyə gəlmişdir ki, hazırki iş üzrə mübahisəli qeyriyaşayış sahələri satılan Cavabdeh2 müqavilələr üzrə vicdanlı alıcıdır və onun tərəfindən müqavilələr üzrə alqı-satqı məbləğləri ödənilmiş, bu isə iş materiallarına əlavə edilmiş xəzinə mədaxil orderi ilə öz təsdiqini tapmışdır. Qeyd olunan halların əksi isə iddiaçılar tərəfindən sübuta yetirilməmişdir. Ona görə də Cavabdeh2 ilə bağlanılmış alqı-satqı müqavilələri və xx.xx.2020-ci il tarixdə bağlanılmış alqı-satqı müqavilələrinin ləğv edilməsi barədə sazişlər etibarsız hesab edilə bilməz. Hazırda Cavabdeh2 adına olan çıxarışlar da qüvvədədir. Cavabdeh İddiaçı2 və Cavabdeh2 barəsində də cinayət işi yekunlaşmamış və onların əməllərinin qanunsuz olması barədə rəsmi qərar mövcud deyildir. Beləliklə, şifahi olaraq məhkəmə iclaslarında bildirilənlər qeyd olunan müqavilələrin etibarsız hesab olunmasına dəlalət etmir. Hansı ki, məhkəmə iclasında mübahisəli əqdlərin İddiaçı2 Cavabdeh2 olan borclarını pərdələmək məqsədilə və ya İddiaçı2 onun tərəfindən hüquqi şəxsdə təsisçi və ya onun idarə edilməsində iştirak etmək üçün bağlanması bildirilsə də, qeyd olunan hallar məhkəmə araşdırılması zamanı sübuta yetirilə bilinməmiş və bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir. Eyni zamanda, şahid kimi məhkəmədə dindirilmiş etibarnamə əsasında alqı-satqıda iştirak etmiş X7 oğlu X11 verdiyi ifadələr mübahisəli əmlaklarla bağlı tərəflər arasında yaranmış münasibətlər üzrə iştirakçı olmadığından onun ifadəsi iş üçün əhəmiyyət kəsb edən birbaşa sübut kimi qəbul edilərək iddia tələbinin təmin olunması qənaətinə gəlinməsinə əsas verməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfin vaxtilə mübahisələndirdiyi əqdlər və onların hüquqi nəticələri hazırda qüvvədə olduğu, başqa sözlə onların qanuni əsaslarla bağlanması və verilməsi qanuni qüvvəsini almış məhkəmə aktları ilə öz təsdiqini tapdığı halda, hazırda digər əsaslardan çıxış edərək cavabdehlərə qarşı maddi ziyan vurulmasına dair irəli sürülən tələblərin qanuni əsasları olmamışdır. İddiaçı tərəfin hazırki iddiada sadaladığı hallar, yəni, konkret olaraq iddiaçının cavabdehlər tərəfindən aldadılması ilə əqdlərin bağlanması heç bir mötəbər sübutlarla öz təsdiqini tapmır. Halbuki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Həmçinin məhkəmə hazırki iş üzrə məhkəmədə dindirilmiş şahid- etibarnamə əsasında alqı-satqıda iştirak etmiş X7 oğlu - X11 ifadəsi ilə bağlı qeyd edir ki, qanunvericiliyə əsasən şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxi olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. İşin nəticəsində hüquqi baxımdan maraqlı olma dedikdə iş üzrə tərəflərlə yaxın qohumluq və tanışlıq münasibətlərinin olmasıdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci, şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci, şahidin ifadəsi inandırıcıdımı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Habelə məhkəmə qeyd edir ki, hər bir şahidin ifadəsinin kökündə özünün gördüyü canlı hadisənin təsviri dayanır. Hazırki iş üzrə şahid mərhum atası ilə digər şəxslər arasında olmuş hadisələri aydın və müfəssəl təsvir etməmiş, hadisələri məntiqi ardıcıllıqla əks edə bilməmişdir. Eyni zamanda şahid mübahisəli əmlaklarla bağlı tərəflər arasında yaranmış münasibətlərin də iştirakçısı olmamış, həmçinin hazırda onun verdiyi ifadə Bakı şəhəri Nizami Rayon Məhkəməsində verdiyi ifadələrə oxşar məzmunlu ifadələr olmuşdur. İddiaçı tərəf hazırki iddialarının əsası kimi iddia etdikləri hallar üzrə X1 onun iş üzrə tərəflərlə aralarında olan münasibətlərindən heç bir məlumatı olmayan oğlunun mötəbər olmayan ifadələrinə bir daha istinad etməyə cəhd etmişlər. Məhkəmə şahidin Bakı şəhəri Nizami Rayon Məhkəməsində bu işlə bağlı verdiyi ifadəsi ilə hazırki iş üzrə verdiyi oxşar məzmunlu ifadəsinə qiymət verməyə davam edərək hesab edir ki, həm bu məzmunlu ifadəyə əvvəlki məhkəmə tərəfindən icraatda olan digər iddia ilə bağlı iş üzrə qiymət verildiyindən, həm hazırki iş üzrə həmin şahidin ifadəsində verdiyi məlumatların şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar olmadığından, həm də şahidin mübahisəli əmlaklarla bağlı tərəflər arasında yaranmış münasibətlər üzrə iştirakçı olmadığından hazırki ifadəsi iş üçün əhəmiyyət kəsb edən birbaşa sübut kimi qəbul edilmir və iddia tələbinin təmin olunması qənaətinə gəlinməsinə əsas vermir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçı tərəfin irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından və iddiaçı tərəf cavabdehlərə qarşı iddia tələbinin əsası kimi istinad etdikləri hallara (cavabdehlər tərəfindən onlara bu və ya digər şəkildə maddi zərər vurulmasına) dair mötəbər sübutlar təqdim etmədiklərindən iddia tələbləri əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 3.213 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı vurulmuş maddi zərərin əvəzi olaraq 4.846.000 (dörd milyon səkkiz yüz qırx altı min) manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada onların xeyrinə tutulması tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı vurulmuş maddi zərərin əvəzi olaraq 4.846.000 (dörd milyon səkkiz yüz qırx altı min) manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada onların xeyrinə tutulması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar