Məhkəmə qərarları › İş №e-2(006)-239/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-239/2024

11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-239/2024 11.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı ASC “Xalq” Bankının Cavabdeh qarşı kredit borcunun ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC “Xalq” Bankı Cavabdeh qarşı kredit borcunun qaytarılması və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli DKM/026N16S01664322-SİM №-li Sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 48 ünvanında yerləşən 198 kv.m. ümumi sahədən ibarət 4 otaqlı 5 saylı mənzilə tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və həmin əmlakın obyektinin satışından əldə olunan vəsait hesabına borcalan "BK SUPPLY” MMC-nin xx.xx.2022-ci il tarixli DKM/026Nİ6S01664322 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC «Xalq» Bankı qarşısındakı 170 000 manat məbləğində əsas borcu, kreditdən istifadəyə görə hesablanmış 4249.99 manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2023-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 7083,33 manat məbləğində penya, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 12 % dərəcəsi ilə hesablanmış 4722.23 manat məbləğində əldən çıxmış faydanın əvəzi, cəmi 186055.55 manat və xx.xx.2023-cü il tarixindən başlayaraq Kredit müqaviləsi üzrə iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 12 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış fayda və illik 15 % dərəcəsi ilə hesablanan penya, ipoteka predmelinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 45 manat məbləğində çəkilmiş xərcin ASC «Xalq» Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 476.06 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərcin Cavabdeh iddiaçının xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin (likvid qiymət) tərəflərin qarşılıqlı razılıqla seçərək ipoteka müqavilələrində təsbit etdikləri müstəqil qiymətləndiricilərdən ("xxxx" MMC, "xxxx" MMC. "xxxx" MMC) birinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı (kreditor) ASC “Xalq" Bankı ilə "xxxx" MMC (Borcalan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli DKM/026N16S01664322 №-li Kredit müqaviləsinə (bundan sonra «Kredit müqaviləsi» adlandırılacaq) əsasən İddiaçı tərəfindən Borcalana 6 ay müddətinə, kreditdən istifadəyə görə illik 10 % ödənilməsi şərtilə, 170 000 manat məbləğində kredit verilmişdir. Borcalanın Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin elmək məqsədilə iddiaçı ASC “Xalq” Bankı, Borcalan "xxxx" MMC və Cavabdeh arasında sonuncuya məxsus olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın ipoteka qoyulması barədə xx.xx.2022-ci il tarixli DKM/026Nİ6S01664322-SİM №-li sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Qeyd edilən İpoteka predmetinə dair ipoteka hüququnun qeydiyyata alınması barədə ASC "Xalq” Bankına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli ********** qeydiyyat №-li Çıxarış verilmişdir. Kredit müqaviləsinin 3.4.2-ci bəndinə əsasən, Borcalan həmin müqavilə üzrə bütün ödənişləri vaxtlı-vaxtında və həmin müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə həyata keçirməyi öhdəsinə götürmüşdür. Lakin Borcalan ötən müddət ərzində gecikmələrlə cəmi 4 dəfə ödəniş həyata keçirmişdir ki, bu ödənişlər də onun hesablanmış faizlər üzrə borcunun cüzi bir hissəsini təşkil edir. Kredit müqaviləsi üzrə borcalan “BK SUPPLY" MMC tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq iddiaçının öz tələblərini «İpoteka haqqında» Azərbaycan Respublikasının 15 aprel 2005-ci il tarixli Qanununun 34-cü maddəsinə əsasən ipoteka qoyulmuş əmlak hesabına təmin etmək hüququ yaranmışdır. İddiaçı tərəfindən «İpoteka haqqında» Qanunun 36-cı maddəsinə uyğun olaraq, Cavabdeh ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2023-cii il tarixli AŞH-XO-8.5.2023-003 nömrəli bildiriş göndərilmiş və iddiaçı qarşısında yaranmış borc məbləğinin ipoteka predmeti hesabına ödənilməsi üçün bu əmlak obyektinin 30 gün müddətindən gec olmayaraq satılması tələb edilmişdir. İddiaçı tərəfindən ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması barədə xx.xx.2023-cü il tarixli AŞH-XO-15.5.2023-002 nömrəli ərizə ilə AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsəslələri Dövlət Xidmətinə müraciət edilmişdir. İddiaçı tərəfindən cavabdehə ipoteka predmetinin satılması və iddiaçının tələblərinin ödənilməsi üçün kifayət qədər vaxt verilməsinə baxmayaraq, bu günə kimi borcun ödənilməsi üçün cavabdeh tərəfindən heç bir əməli addım atılmamışdır. Beləliklə, xx.xx.2023-cü il tarixinə borcalan "xxxx" MMC-nin Kreditor qarşısında ümumi borcu 174249,99 manat təşkil edir ki. bunun da 170000 manatı vaxtı keçmiş əsas borcdan 4249.99 manatı isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarətdir. Bundan əlavə borclu "xxxx" MMC kredit üzrə əsas borc məbləğinin qaytarılması gecikdirildiyi üçün Banka Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanan penya da ödəməlidir ki, xx.xx.2023-cii il tarixinə bu məbləğ 7083,33 manat təşkil edir. İddiaçı ilə Borcalan “BK SUPPLY" MMC arasında bağlanmış Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə Tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya məhkəməsi qeyd edir ki: «Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə «öhdəliklər vicdanla yerinə yetirilməlidir» (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir». Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Konstitusiya məhkəməsi yuxarıda qeyd edilmiş əsaslardan çıxış edərək daha sonra həmin qərarda növbəti hüquqi mövqeyini ifadə edərək, göstərir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər”. Bu zaman Konstitusiya məhkəməsi həmin qərarda göstərir ki, kreditora ödənilməsi gecikdirilən əsas borc üzrə faizlər şəklində zərərin (əldən çıxmış fayda formasında) ödənilməsini tələb etmək üçün həmin zərərin mücərrəd qaydada hesablanmasını həyata keçirmək kifayətdir. Yəni, kreditora həyata keçirdiyi kredit əməliyyatlarının tərkibi və müvafiq növ kredit əməliyyatları üzrə bazara uyğun orta hesabla əldə etdiyi faiz gəlirlərinin miqdarı (müəyyən eldiyi faiz dərəcəsi) barədə məlumatların məhkəməyə təqdim edilməsi kifayətdir. Konstitusiya məhkəməsi yuxarıda qeyd edilmiş qərarda göstərdiyi kimi, həmin mücərrəd qaydada hesablama metodu belə bir ehtimala əsaslanır ki kreditor işlərin adi gedişatına əsasən borc məbləği vaxtında ona qaytarıldığı təqdirdə, bu məbləğdən tez bir zamanda müvafiq faizlər şəklində gəlir əldə etməklə kreditləşmə əməliyyatlarının aparılması üçün yenidən istifadə edə bilərdi. Bu zaman, sözügedən qayda kreditorun konkret olaraq yeni bir kredit əməliyyatı aparmış olacağım sübuta yetirməsini tələb etmir. Yuxanda qeyd edilənləri nəzərə alaraq, hazırkı iddia ərizəsinə İddiaçı tərəfindən kreditləşmə müddətinin bitməsi larixindən (xx.xx.2023-cü il) etibarən iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixədək (xx.xx.2023-cü il) qədər olan dövr ərzində sahibkarlıq subyekti olan borcalanlara iddiaçı tərəfindən verilmiş kreditlər («ASC ‘‘Xalq" Bankında verilən biznes krediti bank məhsulunun Pasportu») barədə statistik məlumatları əks etdirən arayış əlavə olunur. Təqdim edilmiş bu arayışdan göründüyü kimi, biznes məqsədləri üçün Bank (iddiaçı) tərəfindən verilmiş kreditlər üzrə orta faiz dərəcəsinin miqdarı illik 12 % faiz təşkil edir. Qeyd olunana əsasən Bank kreditləşmə müddətinin bitdiyi xx.xx.2023- cü il tarixindən iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixədək, yəni xx.xx.2023-cü il tarixinə kimi əldən çıxmış faydanın hesablanmasında yuxarıda göstərilmiş faiz dərəcəsini əldə rəhbər tutmağı əsaslı hesab edir. Müvafiq hesablanma aparıldıqdan sonra həmin dövr üçün müvafiq məbləğ 4722.23 manat təşkil edir. Daha sonra iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli DKM/026N16S01664322 -SİM №-li sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 48 ünvanında yerləşən, 198 kv.m. ümumi sahədən ibarət, 4 otaqlı, 5 saylı mənzilə tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və həmin əmlak obyektinin satışından əldə olunan vəsait hesabına borcalan "xxxx" MMCnin xx.xx.2022-ci il tarixli DKM/026N16S01664322 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC «Xalq» Bankı qarşısındakı 170 000 manat məbləğində əsas borcun, xx.xx.2023-cü il tarixinədək kreditdən istifadəyə görə hesablanmış 4 249.99 manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2024-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 27 908,33 manat məbləğində penya, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 12 % dərəcəsi ilə hesablanmış 22 326.67 manat məbləğində əldən çıxmış faydanın əvəzi, cəmi 224 484.99 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 45 manat məbləğində çəkilmiş xərc ASC «Xalq» Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 514.48 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərcin Cavabdeh iddiaçının xeyrinə tutulması bardədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən onun təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini etiraf etməyərək, onun təmin olunmamasını xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan borcalan «BK SUPPLY” MMC ilə ASC “Xalq” Bankı arasında bağlanmış xx.xx.2022-ci il tarixli DKM026N16S01664322 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə bank tərəfindən borcalana 6 ay müddətinə illik 10 faiz ödənilməsi şərtilə 170000 manat məbləğində kreditin verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan arayışdan görünür ki, «BK SUPPLY” MMC-nin xx.xx.2024-cü il tarixə 170000 manat əsas borcu, 4.249,99 manat faiz borcu, 24.720.83 manat cərimə borcu, kreditin müddətinin bitməsi tarixindən (xx.xx.2023) arayışın məhkəməyə verilməsi tarixinədək (xx.xx.2024) illik 12% dərəcəsi ilə faizlər şəklində hesablanmış əldən çıxmış fayda 19.776,67 manat, cəmi 218.747,49 borcu vardır. İş materiallarında olan borcalan «BK SUPPLY” MMC və ipoteka qoyan Cavabdeh ilə ipoteka saxlayan ASC “Xalq” Bankı arasında bağlanmış xx.xx.2022-ci il tarixli DKM/026N16S01664322 saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, həmin müqavilə borcalanın ipoteka saxlayan qarışında 1.2-ci bənddə göstərilən kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliklərin icrasını təmin etmək məqsədilə ipoteka qoyana mülkiyyət hüququ əsasında məxsus Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 48 ünvanında yerləşən 198 kv.m. ümumi sahədən ibarət 4 otaqlı 5 saylı mənzilin ipoteka saxlayanın ipoteka hüququ ilə yüklü edilməsi haqqında bağlanmışdır. İş materiallarında olan çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 48 ünvanında yerləşən 198 kv.m. ümumi sahədən ibarət 5 saylı mənzilə tutmanın yönəldilməsi Cavabdeh xüsusi mülkiyyətindədir və ASC “Xalq” Bankının Ağ şəhər filialının xeyrinə yüklü edilmişdir. İş materiallarında olan ipoteka predmetinə tumanın yönəldilməsinə dair bildirişin surətlərindən görünür ki, ASC “Xalq” Bankının Ağ şəhər filialı tərəfindən cavabdehə və "xxxx" MMC-yə borcun ödənilməsinə dair xəbərdarlıq edilərək pretenziya göndərilmiş, borc alanın öhdəliklərinin Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 48 ünvanında yerləşən 198 kv.m. ümumi sahədən ibarət 5 saylı mənzilə yönəldilməsi proseduruna başlayacağını və məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, ASC “Xalq” Bankının Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 48 ünvanında yerləşən 198 kv.m. ümumi sahədən ibarət 5 saylı mənzilinə tutmanın yönəldilməsi haqqında bildirişlərinin qeydə alınması xahiş edilmiş və bildirişlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfində xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ümumilikdə 15 manat məbləğində rüsum və 30 manat xidmət haqqı ödənilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 476.06 manat məbləğində dövlət rüsumu və 0.71 manat xidmət haqqı ödənilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/7515/2023 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarışlardan və “Xalq Bank" ASC-si ilə "xxxx" MMC arasında bağlanmış 10 oktyabr 2022-ci il tarixli, DKM/026N16S01664322 nömrəli Kredit Müqaviləsinin qeyd olunan şərtləri və 6.2. bəndini nəzərə alınmaqla "BK Supply” MMC-nin banka olan Müqavilə müddəti üçün hesablanmış borc (xx.xx.2023-ci tarixinə) əsas borc üzrə 170.000,0 manat, faiz borcu üzrə 4250,76 manat, iddia ərizəsi ilə məhkəməyə müraciət edilənədək, yəni xx.xx.2023-cü il tarixinədək penya borcu üzrə 7083,33 manat, 181.334,09 manat müəyyən edilir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/7515 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən 48 saylı evi, 5 saylı mənzilinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 639000,0 manat, azalma əmsalı tətbiq edilməklə həmin mənzilin likvid dəyəri təqribən 543000 manat məbləğində müəyyən edilir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasının təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1 və 34.1.2-ci maddələrinə görə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı-əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulmasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, cavabdeh Vüqar Hüseynov yuxarıda adı çəkilən kredit müqavilələri üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə əsas və faiz borcunun məbləğini müəyyən edərkən hesab edir ki, ekspert rəyi sübut kimi qəbul edilməlidir. Lakin faiz borcu bank tərəfindən təqdim edilən arayışda ekspert rəyindən az olduğundan faiz borcu iddiada tələb olunan 4.249,99 manat kimi qəbul edilməlidir. Məhkəmə penya məbləğini müəyyən edərkən qeyd edir ki, iddiaçı sonradan iddia tələbinin həcmini artırarkən penyanın xx.xx.2024-cü il tarixinə kimi-24 720.83 manat hesablanmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, ekspert rəyində penyanın məbləği xx.xx.2023-cü il tarixinədək hesablanmaqla 7083.33 manat olması müəyyən edildiyindən, lakin, iddiaçı tələbin həcmini artırmaqla penyanın xx.xx.2024-cü il tarixinədək hesbalanmasını tələb etdiyindən, penyanın məbləği ekspert rəyində aparılan üsul ilə hesablanaraq 11 ay 19 gün (349 gün) üçün 24 719.67 (349*70.83=24 719.67) manat kimi müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin “ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 12 % dərəcəsi ilə hesablanmış 22 326.67 manat məbləğində əldən çıxmış faydanın əvəzi”nin tutulması hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. İddiaçının tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 449-cu maddəsinə istinad etməsi ilə bağlı nəzərə alınmalıdır ki, həmin maddə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iddia ərizəsində istinad olunan 09 iyul 2009-cu il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə Mülki Məcəllənin 449-cu maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Mülki Məcəllənin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Məcəllənin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında müəyyən olunmuş hüquqi mövqeyə uyğun olaraq hazırki iş üzrə cavabdehin borc münasibətlərinə əsasən ödəməli olduğu borcun ödənilməməsinə görə Mülki Məcəllənin 449-cu maddəsinə əsasən əlavə mülki məsuliyyətinin yaranması üçün müqavilə üzrə üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırması halının sübuta yetirilməsi tələb olunur. İş materiallarında isə cavabdeh tərəfindən belə qərəzli hərəkətlər edildiyinə dəlalət edən və borclunun həmin pulu özündə saxlamaqla faydalanması hər hansı mötəbər sübutlar yoxdur. Nəzərə almaq lazımdır ki, bu halda, sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq buna dair sübutları təqdim etmək vəzifəsi iddiaçı tərəfin üzərinə düşür. İddiaçı tərəf isə belə bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarının mövqeyini əsas götürməklə məhkəmə hesab edir ki, tələb edilən pulun cavabdehin ödəyə bilməməsi hər bir halda onun iddiaçının pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya iddiaçının hesabına pul vəsaitini əsassız özündə saxlamaqla varlanmaq niyyətinin olması kimi qiymətləndirilə bilməz. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ümumilikdə ödənilmiş 15 manat məbləğində dövlət rüsumu və 30 manat xidmət haqqı Cavabdeh alınaraq ASC “Xalq” Bankına ödənilməlidir. Məhkəmə həmçinin iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini araşdıraraq hesab edir ki, cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması üçün dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə iddiaçıdan cavabdehin xeyrinə 489.02 manat tutulmalı, qalan məbləğ iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 48 ünvanında yerləşən 198 kv.m. ümumi sahədən ibarət 5 saylı mənzil ilkin satış qiyməti 543000 manat (likvid) olmaqla açıq hərracda satılmalı, satışdan əldə olunmuş vəsait hesabına «BK SUPPLY” MMC ilə ASC “Xalq” Bankı arasında bağlanmış xx.xx.2022-ci il tarixli DKM026N16S01664322 saylı kredit müqaviləsi üzrə əsas borca görə 170 000 manat, faiz borcuna görə 4249.99 manat, penya üçün 24 719.67 manat, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 15 manat məbləğində dövlət rüsumu və 30 manat xidmət haqqı, cəmi 199 014.66 manat və iddianın qaldırılması üçün ödənilmiş 489.02 manat dövlət rüsumu ASC “Xalq” Bankının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri cəmi 200 manat Cavabdeh alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 48 ünvanında yerləşən 198 kv.m. ümumi sahədən ibarət 5 saylı mənzil ilkin satış qiyməti 543000 manat (likvid) olmaqla açıq hərracda satılsın. Satışdan əldə olunmuş vəsait hesabına «BK SUPPLY” MMC ilə ASC “Xalq” Bankı arasında bağlanmış xx.xx.2022-ci il tarixli DKM026N16S01664322 saylı kredit müqaviləsi üzrə əsas borca görə 170000 manat, faiz borcuna görə 4249.99 manat, penya üçün 24 719.67 manat, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 15 manat məbləğində dövlət rüsumu və 30 manat xidmət haqqı, cəmi 199 014.66 manat və iddianın qaldırılması üçün ödənilmiş 489.02 manat dövlət rüsumu ASC “Xalq” Bankının xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri cəmi 200 manat Cavabdeh alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar