Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2412/2023 02.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə və cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə, saat 16:40 radələrində Pirşağı ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 idarə etdiyi “Nissan Micra minik” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobil, İddiaçı məxsus “Mercedes Benz E350” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. İcbari Sığorta Bürosunun rəsmi saytından əldə olunan məlumata əsasən, yol nəqliyyat hadisəsi tarixində cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən “Nissan Micra minik” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin mülki məsuliyyətini sığortalanmasına dair icbari sığorta müqaviləsi mövcud olmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus “Mercedes Benz E350” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən, 5.080 (beş min səksən) manat məbləğində maddi zərər dəymişdir. YNH-nin təfərrüatları barədə Sabunçu rayon DYPŞ-nin arayışından və xx.xx.2022-ci il tarixli TP ******* saylı X10 haqqında qərardan göründüyü kimi, X1 Xətalar Məcəlləsinin 327.1-ci (Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulması) maddəsi ilə təqsirli bilinmiş, barəsində 40 manat cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Göründüyü kimi, iddiaçıya məxsus“Mercedes Benz E350” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilə X2 təqsiri ucbatından maddi ziyan dəymişdir. “Nissan Micra minik” markalı, **- EC-*** dövlət qeydiyyat nişanlı avtomobil Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən avtonəqliyyat sahiblərinin mülki məsuliyyəti üzrə icbari qaydada sığortalandığından iddiaçının cavabdehə qarşı sığorta ödənişinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. İddiaçı tərəfindən cavabdeh sığorta şirkətinə sığorta ödənişinin verilməsi ilə bağlı dəfələrlə müraciət edilməsinə baxmayaraq, indiyə qədər ödəniş həyata keçilməyib, bu da öz növbəsində iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Buna görə də, hazırki işlə bağlı iddiaçı məhkəməyə müraciət emək məcburiyyətində qalmışdır. Qeyd olunanlarla yanaşı, cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinə qədər gecikdirilmiş hər gün üçün sığorta ödənişinin 0.1% həcmində dəbbə pulu ödəməlidir. Göründüyü kimi, artıq 7 aydan çoxdur ki, iddiaçıya sığorta ödənişi ödənilmir. 5000 AZN x 0.1% x 225 gün:100%= 1125 AZN. Göstərilənlərə əsasən, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 5.000 (beş min) manat zərər məbləğinin, 1.125 (min yüz iyirmi beş manat) manat dəbbə pulunun və 81.3 (səksən bir manat otuz qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 iddia tələbinə etiraz edərək, onun təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işin materiallarında olan İcbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması barədə elektron məlumatdan görünür ki, **-EC-*** dövlət qeydiyyat nömrəli, "xxxx" minik markalı avtomobil Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığortalanmışdır. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli Qüsur aktından görünür ki, dəymiş ziyanın məbləği 5.080 manat məbləğində qiymətləndirilmişdir. Mülki işin materiallarında olan X10 haqqında Elektron Qərarın və İnzibati Xəta haqqında Protokolun surətlərindən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 16:40 radələrində X5 "xxxx" minik markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Şirkət xx.xx.2022-ci il tarixində Bakı şəhəri, Pirşağı yolunda “Nissan Micra minik” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz E350” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı AR DİN Sabunçu RPİ DYPŞ tərəfindən tərtib edilmiş “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüfatları barədə arayış”ın etibarsız hesab edilməsi, "xxxx" minik markalı, **- EC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X5 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun və X10 haqqında qərarın ləğv edilməsi, “Mercedes Benz E350” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin sürücüsü X6 inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini və şirkətə məlumat verilməsini xahiş etmişdir. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli, **********№-li mədaxil qəbzindən görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 81,30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 21.1-ci zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır; 888.1-ci maddəsinə əsasən əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir; 888.3-cü maddəsinə əsasən mülki məsuliyyətin sığortası zamanı üçüncü şəxslərin həyatına, sağlamlığına, yaxud əmlakına zərər vurulması nəticəsində yaranan öhdəliklərə görə (zərər vurmağa görə mülki məsuliyyətin sığortası), habelə mülki-hüquqi müqavilələrlə bağlı yaranan məsuliyyətə görə (müqavilə şərtlərini pozmağa görə mülki məsuliyyətin sığortası) risklər sığortalanır. 899.1.1-ci maddəsinə əsasən sığorta müqaviləsi yazılı olaraq tərəflərin müvafiq sığorta qaydaları əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə bağlanır; 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır; 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir; 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası qanununun: 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur; 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri - üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X5 özünə məxsus Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığortalanmış “Nissan Micra minik” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2018-ci il tarixdə yol nəqliyyat hadisəsi törədərək İddiaçı məxsus olan “Mercedes Benz E350” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurmuşdur. Hadisəni törədən X1 Xətalar Məcəlləsinin 327.1 maddəsi ilə təqsirli bilinmiş və barəsində 40 manat çərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdi. Göründüyü kimi, iddiaçıya məxsus “Mercedes Benz E350” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilə X2 təqsiri ucbatından maddi ziyan dəymişdir. “Nissan Micra minik” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobil Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən avtonəqliyyat sahiblərinin mülki məsuliyyəti üzrə icbari qaydada sığortalandığından, iddiaçının cavabdehə qarşı sığorta ödənişinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ilə X5 arasında sığorta müqaviləsi imzalanmış və X3 məxsus “Nissan Micra minik” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. İddiaçı tərəfindən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə vurulmuş ziyanın ödənilməsi tələbi ilə bağlı dəfələrlə müraciət edilməsinə baxmayaraq, indiyə qədər ödəniş həyata kecirilməyib. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən tərtib edilmiş qusur aktına əsasən, iddiaçıya məxsus olan “Mercedes Benz E350” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 5080 manat müəyyən olunmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, baş vermiş sığorta hadisəsi nəticəsində avtomobilə dəymiş ziyan cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası qanuna görə, dəymiş ziyan 5000 manat məbləğində müəyyən edilməlidir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən bu qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Məhkəmə İddiaçı iddia tələbinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 1.125 manat məbləğində dəbbə pulunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələblərinə görə Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, Məhkəmə iddiaçının tələb etdiyi cərimə faizi tənasübsüz surətdə yüksək olduğunu hesab edərək, onu azaldıb 112 manat məbləğində müəyyən edir. Eyni zamanda, məhkəmə iddia tələbinin dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə iddia tələbi əsas hissədə-dəymiş ziyanın ödənilməsi hissəsində təmin edildiyindən iddia qaldırılması üçün ödənilmiş 81.30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən dəymiş zərərin əvəzi olaraq 5.000 (beş min) manat, 112 (yüz on iki) manat dəbbə pulu və ödənilmiş 81,30 (səksən bir manat, otuz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən dəymiş zərərin əvəzi olaraq 5.000 (beş min) manat, 112 (yüz on iki) manat dəbbə pulu və ödənilmiş 81,30 (səksən bir manat, otuz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-2412/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2412/2023
02.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver