Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-243/2024 03.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı2 və qeyrilərinin Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilmiş hesab edilməsi, pul tələbi və icarəçinin qeyri-yaşayış sahəsindən çıxarılması tələbinə dair ilk, Cavabdeh İddiaçı2 və qeyrilərinə qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 ilə Cavabdeh arasında imzalanmış 9 avqust 2022-ci il tarixli icarə müqaviləsinin 1 aprel 2023-cü il tarixindən ləğv edilmiş hesab edilməsi, həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdehin 1 aprel 2023ci il tarixə yaranmış 5.600 manat icarə haqqı borcu və ödənilməyən icarə haqqı günlərinə görə 1.736 manat cərimə borcu, icarə haqqı borcunu gecikdirdiyinə görə illik 5% hesablanmaqla 730 manat, 1 aprel 2023-cü il tarixdən icarə obyektindən çıxmadığına və qanunsuz olaraq icarə əmlakını istifadə etdiyinə görə aylıq bazar dəyəri 2.500 manat icarəyə veriləcək məbləğ-itirilmiş zərər olmaqla 4 aylıq 9.000 manat məbləğində əldən çıxmış fayda, cəmi 17.066 manat borc məbləğinin və iddiaçılar tərəfindən ödənilmiş 145 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçılara ödənilməsi və cavabdehin ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 438 kv/m olan qeyri-yaşayış binasından tamamilə çıxarılaraq boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlərdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 ilə Cavabdeh arasında Bakı şəhəri 32 saylı notariat ofisində 9 avqust 2022-ci il tarixli icarə müqaviləsi imzalanmışdır. Daha sonra İcarə müqaviləsi üzrə icarəyə verilən daşınmaz əmlaka dair mülkiyyət hüququ 2 dekabr 2022-ci il tarixdə hər biri ½ hissə olmaqla İddiaçı2 və 24 dekabr 2022-ci il tarixdə İddiaçı3 adına Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrində rəsmi qeydiyyata alınmaqla paylı mülkiyyət hüququna dair çıxarış verilmişdir. İcarəçi tərəfindən müqavilə üzrə öhdəliklər tam şəkildə yerinə yetirilməmiş və nəticədə, bu günə 20 iyul 2023-cü il tarixinə 17.066 manat məbləğində borcu yaranmışdır. Sözügedən icarə müqaviləsinin 17ci bəndinə əsasən icarə predmetinin mülkiyyətçisi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada başqa əsaslarla dəyişdirildiyi halda icarə münasibətləri davam etdirilir və icarə müqaviləsinin şərtləri yeni mülkiyyətçi ilə “İcarəçi” arasında icarə müddəti dövründə tam qüvvədə olur. İcarə müqaviləsinin 9-cu bəndinə əsasən müqavilənin ləğv edilməsi tərəflərin iki ay qabaqcadan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. Müqavilənin tələblərinə uyğun olaraq yeni mülkiyyətçilər tərəfindən 23 yanvar 2023-cü il tarixdə icarəçi öhdəliklərini yerinə yetirmədiyinə görə müqavilənin 1 aprel 2023-cü il tarixdən ləğv edilməsi barədə məktub göndərilmişdir. Buna baxmayaraq, icarəçi məktuba münasibət bildirməmiş və icarə obyektindən aylıq icarə haqqı ödəmədən qanunsuz qaydada bu günədək istifadə etməyə davam etmişdir. Eyni zamanda, bu müqavilənin 6-cı maddəsinə əsasən icarə müqaviləsinin 4-cü bəndində nəzərdə tutulmuş aylıq icarə haqqının ödənilməsini gecikdirdikdə, hər gecikdirilmiş təqvim günü üçün İcarəyə verənə icarə haqqının 1.0 % məbləğində dəbbə pulu (penya) ödəyir. Göstərilənləri nəzərə alaraq, cavabdehə 3 iyul 2023-cü il tarixli pretenziya məktubu ünvanlanaraq 9 avqust 2022-ci il tarixli icarə müqaviləsinə dair 2022-2023-cü illər üzrə avqust, sentyabr, oktyabr, noyabr, dekabr, yanvar, fevral, mart ayları üzrə cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün 1 aprel 2023-ci il tarixə yaranmış 5.600 manat icarə haqqı borcu və ödənilməyən icarə haqqı günlərinə görə 1.736 manat cərimə borcu, icarə haqqı borcunu gecikdirdiyinə görə illik 5% hesablanmaqla 655 manat, 1 aprel 2023cü il tarixdən icarə obyektindən çıxmadığına və qanunsuz olaraq icarə əmlakını istifadə etdiyinə görə 25 iyun 2023-cü il tarixə hesablanmış aylıq bazar dəyəri 2.500 manat icarəyə veriləcək məbləğ- itirilmiş zərər olmaqla 3 aylıq 7.500 manat əldən çıxmış fayda, cəmi 15.491 manat borc məbləğini 6 iyul 2023-ci il tarixinədək ödənilməsini təmin etməyi və icarəyə verilən əmlakdan çıxmaqla təhvil verməyi cavabdehdən tələb olunmuş, cavabdeh bu günə kimi pretenziyaya münasibət bildirməyərək, heç bir ödəniş etməmişdir. Hazırda cavabdeh icarə obyektindən qanunsuz olaraq çıxmadığına və istifadə etməyə davam etdiyinə görə borc məbləği artmış, pretenziyada tələb olunan 3 aylıq 7.500 manat icarə haqqı məbləği 2.500 manat artaraq əldən çıxmış fayda 9.000 manat məbləğində olmuşdur. Habelə, icarə haqqı borcu gecikdirdiyinə görə illik 5% məbləği artaraq 730 manat məbləğində müəyyən olunmuşdur. Belə ki, 1 aprel 2023-cü il tarixindən icarə müqaviləsi ləğv edilməsi tələb olunmasına baxmayaraq, icarəçi icarə obyektindən çıxmamışdır. İcarə obyektini həmin tarixdən aylıq icarə haqqı 2500 manata götürmək istəyən və gözləyən digər şəxs olduğu üçün, həmin məbləği itirməklə iddiaçılara xeyli miqdarda zərər yetirmişdir. Bununla bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müqavilə öhdəlikləri üzrə 1 aprel 2023-cü il tarixə ödənilməmiş 5.600 manat icarə haqqı borcu və ödənilməyən icarə haqqı günlərinə görə 1.736 manat cərimə borcu, icarə haqqı borcunu gecikdirdiyinə görə illik 5% hesablanmaqla 730 manat, 1 aprel 2023-cü il tarixdən icarə obyektindən çıxmadığına və qanunsuz olaraq icarə əmlakını istifadə etdiyinə görə aylıq bazar dəyəri 2.500 manat icarəyə veriləcək məbləğ-itirilmiş zərər 4 aylıq 9.000 manat olmaqla əldən çıxmış fayda, cəmi 17.066 manat borc məbləğinin ödənilməsi və qeyriyaşayış sahəsini boşaldılaraq təhvil verilməsi tələb olunur. Bununla bağlı, icarəçi əmlakı icarəyə götürdüyü vaxtdan icarə haqqı borcunu gecikdirmiş və buna görə də müqavilənin qüvvədə olduğu dövr və əldən çıxmış fayda hesablanan 4 aylıq dövr ərzində illik beş faiz borcu 730 manat müəyyən olunmuşdur. Yuxarıda qeyd olunduğu kimi, müqavilə tələblərinə uyğun olaraq, iddiaçılar iki ay öncədən cavabdehə müqavilənin ləğv edilməsi ilə bağlı məktub göndərmiş, lakin cavabdeh tərəfindən məktuba heç bir münasibət bildirilməmişdir. Bununla bağlı iddiaçılar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Cavabdeh İddiaçı2, İddiaçı3 və İddiaçı1 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən təmir-tikinti işlərinə və əşyaların alınmasına çəkilmiş xərclərin əvəzi olaraq 55400 manat və qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 257 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı1 xüsusi mülkiyyətlərində olan ünvan 2 ünvanında yerləşən 438 kv/m qeyri-yaşayış sahəsini 9 avqust 2022-ci il tarixli icra müqaviləsi ilə ona icarəyə vermişdir. Müqavilənin qüvvədə olma müddəti 5 il olmaqla 09 avqust 2027-ci ilədək qüvvədə olmaqla bağlanmışdır. O, icarə müqaviləsi bağlayan zaman həmin qeyri-yaşayış sahəsi tamamilə boş və tam təmirsiz olmuşdur. Qeyd edilən 428 kv/m sahəsi olan obyektdə avqustun 13-dən şəxsən öz vəsaiti hesabına, abadlaşdırıb, istifadəsini səmərəli vəziyyətə gətirmək məqsədilə təmir tikinti işləri aparmış və obyektin fəaliyyət göstərməsi üçün lazımı zəruri olan avadanlıqlar - 2 ədəd qaldırıcı kompressor aparatı, köpük balonu kimyəvi təmizləmə aparatı, kimyəvi təmizləmə aparatları ilə, yuma aparatları, masa-oturacaq kameralar ilə təhciz edilmiş, usta xərci, elektrik, rəngsaz xərcləri məqsədilə 65.000 manat xərc çəkmişdir. O, icarə müqaviləsinin 5 il müddətində bağlandığını nəzərə alaraq külli miqdarda sərmayə qoymuşdur. 5 ay təmir-tikinti işləri davam etdikdən sonra o, həmin icarəyə götürdüyü sahədə sahibkarlıq fəaliyyəti göstərməyə başlamışdır. Həmin obyektdə təmir-tikinti işinin aparılmasını orada usta kimi çalışan şəxslər şahid qismində çağırılaraq təsdiq edə bilərlər. Obyektdə təmir-tikinti işlərinin aparılmasını tərəfindən videolentə alınmış və ərizəyə əlavə edilmişdir. Sözügedən icarə müqaviləsinin 4-cü bəndinə əsasən icarəyə verən sahənin istifadəsinə görə “icarəyə götürən” “icarəyə verənə” aylıq 800 manat 00 qəpik icarə haqqı ödəyir. Həmin icarə müqaviləsinin 15-ci bəndinə əsasən təmir işləri “İcarəçi” tərəfindən həyata keçirilməsi və təmir xərcləri icarə haqqında çıxılması şərti müəyyən edilmişdir. O, həmin obyektə 65 min manat pul qoymuşdur. Həmin 65 min manatdan da icarə müqaviləsinin müvafiq bəndinə əsasən hər ay 800 manat icarə haqqına çıxılmışdır. Lakin, qarşılıqlı iddia üzrə cavabdehlər iddia ərizəsində bu günki bazar qiyməti kimi icarə haqqını 2500 manat olduğunu əsas gətirərək icarə müqaviləsinin 4-cü bəndində qeyd oluna müqavilə şərtini pozaraq müqavilə şərtərinə riayyət etməmişlərdir. Qüvvədə olan icarə müqaviləsinin bütün şərtləri icarəyə verən tərəfindən kobud pozulmuşdur ki, bu hal da onun külli miqdarda maddi ziyana uğramasına səbəb olmuşdur. İddiçıların nümayəndəsi və vəkili Vəkil qarşılıqlı iddiaya etiraz təqdim edərək, onun rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, müqavilədə avadanlıqların alınması və pulunun iddiaçı tərəfindən ödənilməsi üçün heç bir öhdəlik nəzərdə tutulmamışdır. Aldığı avadanlıqları geri götürməsinə etiraz yoxdur. Avadanlıqları çıxartmaqla obyekti boşaldıb təhvil verilməsini tələb edirlər. Habelə, cavabdehin icarə obyektinin təmiri ilə bağlı nə qədər xərc çəkdiyi, bura hansı işlərin aid olmasına dair heç bir sübut və sənəd əlavə etməmişdir. Cavabdeh obyekti iddiaçının razılığı olmamışdır. Təmir xərci və s. heç biri iddiaçı ilə razılaşdırılmamışdır. Müqavilənin 10-cu bəndinə əsasən qeyd olunmuşdur ki, icarəçi icarəyə verənin razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri aparıla bilməz. Bununla əlaqədar iddiaçının razılığı olmadan təmir işlərinin aparılması müqavilənin şərtlərinə ziddir. Qeyd olunanlardan əlavə, qarşılıqlı iddia ərizəsində cavabdeh şahid qismində üç şəxsin çağırılıb dindirilməsi tələbini də qoymuşdur. Bu şəxslərin kimliyi, hansı işlə məşğul olması, iddiaçı ilə aralarında hər hansı xidməti müqavilənin bağlanması, gördükləri işlər barədə sübutlar əlavə etməmişdir. Bununla əlaqədar, hesab etmişdir ki, cavabdehin bu hissədə vəsatəti əsassızdır, məhkəmə tərəfindən təmin edilməməlidir. Cavabdehin qarşılıqlı iddiada qeyd etdiyi məsələlərdən biri 5 il ərzində müqavilənin qüvvədə olma müddətidir. Bununla bağlı qeyd edilməlidir ki, İcarə müqaviləsinin 9-cu bəndinə əsasən müqavilənin ləğv edilməsi tərəflərin iki ay qabaqcadan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. Müqavilənin tələblərinə uyğun olaraq yeni mülkiyyətçilər tərəfindən 23 yanvar 2023-cü il tarixdə İcarəçi öhdəliklərini yerinə yetirmədiyinə görə müqavilənin 1 aprel 2023-cü il tarixdən ləğv edilməsi barədə məktub göndərilmişdir. Buna baxmayaraq, icarəçi məktuba münasibət bildirməmiş və icarə obyektindən aylıq icarə haqqı ödəmədən qanunsuz qaydada bugünədək istifadə etməyə davam etmişdir. Göründüyü kimi, cavabdeh öhdəliyi icra etməkdən yayınmaq məqsədilə qarşılıqlı iddia tələbini irəli sürmüşdür. Daha sonra iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı1 ilə Cavabdeh arasında imzalanmış 9 avqust 2022-ci il tarixli icarə müqaviləsinin 1 aprel 2023-cü il tarixindən ləğv edilmiş hesab edilməsi, həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdehin 1 aprel 2023-ci il tarixə yaranmış 5.600 manat icarə haqqı borcu və ödənilməyən icarə haqqı günlərinə görə 1.736 manat cərimə borcu, icarə haqqı borcunu gecikdirdiyinə görə illik 5% hesablanmaqla 730 manat, 1 aprel 2023-cü il tarixdən icarə obyektindən çıxmadığına və qanunsuz olaraq icarə əmlakını istifadə etdiyinə görə aylıq bazar dəyəri 2.500 manat icarəyə veriləcək məbləğ- itirilmiş zərər olmaqla aprel 2023-cü il tarixdən etibarən (4 ay və məhkəməyə müraciət ediyimiz iyul 2023-cü il tarixdən bugünədək 10 ay) 4 aylıq 10.000 + 10 ay məhkəmə icraatında olduğu dövr 25.000 manat, cəmi 35.000 manat məbləğində əldən çıxmış fayda, ümumilikdə 43.066 manat, habelə məhkəmə qətnaməsi qüvvəyə mindiyi günədək yenidən hesablanmaqla borc məbləğinin və iddiaçılar tərəfindən ödənilmiş 145 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçılara ödənilməsi və cavabdehin ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 438 kv/m olan qeyri-yaşayış binasından tamamilə çıxarılaraq boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Ərizə onunla əsaslandırılmışdır ki, Məhkəmə Ekspertiza Mərkəzinin 8 aprel 2024-cü il tarixli ekspert rəyinə əsasən ekspert qarşısında qoyulmuş suallara uyğun olaraq, mülkiyyət hüququ ilə İddiaçı2 və İddiaçı3 məxsus olan ünvan 3 ünvanda yerləşən olan qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazidə 438 kv.m olan qeyri-yaşayış sahəsinin orta aylıq icarə haqqı dəyəri 2500 manat müəyyən olunmuşdur. Həmçinin, onlar tərəfindən məhkəməyə təqdim edilən "xxxx" MMC qiymətləndirmə şirkəti tərəfindən aparılan hesablamalara əsasən sözügedən icarə obyektinin aylıq icarə haqqı 3000 manat müəyyən olunmuşdur. Habelə, cavabdehin icarə obyektinin təmiri ilə bağlı qeyd etmək istəmişdir ki, cavabdehin obyekti təmiri ilə bağlı iddiaçının razılığı olmamışdır. Təmir, smeta xərci və s. heç biri iddiaçı ilə razılaşdırılmamışdır. İcarəyə götürən icarəyə verənin razılığı olmadan ora 100.000 manat xərc qoysa idi əgər, bu halda da iddiaçı ödəməli idi təmir xərci? Bu nə dərəcədə qanunauyğundur? Ona görə hesab etmişdir ki, müqavilənin ziddinə olaraq aparılmış və ekspert rəyində göstərilən şişirdilmiş şəkildə hesablanmış 15684 manat təmir xərci tam əsassızdır. İddiaçının razılığı və xəbəri olmadan hər hansı işi görmüşdür. Müqavilənin 10-cu bəndinə əsasən qeyd olunmuşdur ki, icarəçi icarəyə verənin razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri aparıla bilməz. Bununla əlaqədar iddiaçının razılığı olmadan təmir işlərinin aparılması müqavilənin şərtlərinə ziddir. Daha sonra iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı1 ilə Cavabdeh arasında imzalanmış 9 avqust 2022-ci il tarixli icarə müqaviləsinin 1 aprel 2023-cü il tarixindən ləğv edilmiş hesab edilməsi, həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdehin 1 aprel 2023-ci il tarixə yaranmış 5.600 manat icarə haqqı borcu və ödənilməyən icarə haqqı günlərinə görə 1.736 manat cərimə borcu, icarə haqqı borcunu gecikdirdiyinə görə illik 5% hesablanmaqla 730 manat, 1 aprel 2023-cü il tarixdən icarə obyektindən çıxmadığına və qanunsuz olaraq icarə əmlakını istifadə etdiyinə görə aylıq bazar dəyəri 2.500 manat icarəyə veriləcək məbləğ-itirilmiş zərər olmaqla aprel 2023-cü il tarixdən etibarən (4 ay və məhkəməyə müraciət edilən iyul 2023-cü il tarixdən bugünədək 10 ay) 4 aylıq 10.000 + 10 ay məhkəmə icraatında olduğu dövr 25.000 manat, cəmi 35.000 manat məbləğində əldən çıxmış fayda, ümumilikdə 43.066 manat, habelə məhkəmə qətnaməsi qüvvəyə mindiyi günədək yenidən hesablanmaqla borc məbləğinin və iddiaçılar tərəfindən ödənilmiş 145 manat və 75 manat (tələbin həcmi artırıldığına görə), ümumilikdə 220 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçılara ödənilməsi və cavabdehin ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 438 kv/m olan qeyri-yaşayış binasından tamamilə çıxarılaraq boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Ərizə onunla əsaslandırılmışdır ki, Məhkəmə Ekspertiza Mərkəzinin 8 aprel 2024-cü il tarixli ekspert rəyinə əsasən ekspert qarşısında qoyulmuş suallara uyğun olaraq, mülkiyyət hüququ ilə İddiaçı2 və İddiaçı3 məxsus olan ünvan 3 ünvanda yerləşən olan qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazidə 438 kv.m olan qeyri-yaşayış sahəsinin orta aylıq icarə haqqı dəyəri 2500 manat müəyyən olunmuşdur. Həmçinin, onlar tərəfindən məhkəməyə təqdim edilən "xxxx" MMC qiymətləndirmə şirkəti tərəfindən aparılan hesablamalara əsasən sözügedən icarə obyektinin aylıq icarə haqqı 3000 manat müəyyən olunmuşdur. Habelə, cavabdehin icarə obyektinin təmiri ilə bağlı qeyd etmək istəmişdir ki, cavabdehin obyekti təmiri ilə bağlı iddiaçının razılığı olmamışdır. Təmir, smeta xərci və s. heçbiri iddiaçı ilə razılaşdırılmamışdır. İcarəyə götürən icarəyə verənin razılığı olmadan ora 100.000 manat xərc qoysa idi əgər, bu halda da iddiaçı ödəməli idi təmir xərci? Bu nə dərəcədə qanunauyğundur? Ona görə hesab etmişdir ki, müqavilənin ziddinə olaraq aparılmış və ekspert rəyində göstərilən şişirdilmiş şəkildə hesablanmış 15684 manat təmir xərci tam əsassızdır. İddiaçının razılığı və xəbəri olmadan hər hansı işi görmüşdür. Müqavilənin 10-cu bəndinə əsasən qeyd olunmuşdur ki, icarəçi icarəyə verənin razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri aparıla bilməz. Bununla əlaqədar iddiaçının razılığı olmadan təmir işlərinin aparılması müqavilənin şərtlərinə ziddir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. İddiaçı1 yazılı izahatla məhkəməyə müraciət edərək, “obyektin” mülkiyyətçilərə qaytarılması və dəymiş ziyanın ödənilməsini xahiş etməklə bildirmişdir ki, 2022-ci ilin avqust ayında şəxsi mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 438 m sahəsi olan obyektini icarəyə verməklə əlaqədar elan vermişdir. Elanla əlaqədar əvvəllər tanımadığı Həsən-zadə Ülviyyə Nizami qızı adlı şəxs ona müraciət etmiş və obyekti icarəyə götürmək istəyini bildirmişdir. Onlar şərtləri razılaşdırıb notariat kontoruna getmişlər. Notariusun təsdiq etdiyi müqaviləyə görə Həsənzadə obyekti icarəyə götürərək hər ay obyektin istifadəsi üçün 800 manat pul ödəməli idi. Obyektin sanitar qovşağına kosmetik təmir lazım olduğu üçün müqavilədə Cavabdeh üçün 18 günlük güzəşt müddəti təyin edilmişdir (müqavilə xx.xx.2022-ci ildə bağlansa da, ödəniş 18 gün sonra xx.xx.2022-ci il tarixdən başlanılmalı idi). Şərtlərə əsasən Cavabdeh təmirdən əvvəl ona təmirin smetasını (yəni dəyərini) təqdim etməli və o, razılıq verdikdən sonra təmirin dəyərini birinci ayın icarə haqqından çıxmalı idi. Müqavilənin şərtlərinə əsasən onun razılığı olmadan Cavabdeh hər hansı təmir işləri aparmaq qəti qadağan idi (bənd 10). Avqustun 27-si olanda X1 heç bir xəbər çıxmadı. Nə smeta təqdim olundu, nə də ki, ödəniş edildi. Həmçinin, avqust ayından etibarən icarə obyektində fəaliyyətinə başlamış və gəlir əldə etməsinə baxmayaraq heç bir icarə haqqı ödəniş etmirdi. Zəng etmiş, Həsənzadə üzr istəmiş, bir az yubandığını bildirərək, əlavə vaxt istəmiş və bütün öhdəliklərini yerinə yetirəcəyinə söz vermişdir. Lakin, vaxt keçmiş, heç bir xəbər olmamışdır. Artıq Həsənzadə ondan gizlənməyə başlamışdır, telefon zənglərinə cavab verməmişdir. Bir neçə ay keçmiş, o, obyekti satmışdır və yeni mülkiyyətçilərə vəziyyəti izah etmişdir. Vəziyyəti öyrəndikdə bilmişlər ki, Həsənzadə müqavilənin 8-ci bəndinə zidd olaraq mülkiyyətçinin razılığı olmadan obyekti ikinci əldən icarəyə verərək pulunu alıb icarə haqqını ödəmir (türk iş adamlarının avtoservis stansiyası). Yeni mülkiyyətçilər müqavilənin şərtlərinə tam uyğun olaraq (iki ay qalmış) 23 yanvar 2023-cü il tarixdə Həsənzadəyə yazılı müraciət göndərərək, müqavilənin şərtlərini pozduğu üçün 01 aprel 2023-cü il tarixdən müqaviləyə xitam verilməsi, obyektin geriyə təhvil verilməsi və icarə borcunun qaytarılmasını tələb etmişlər. Bu gün artıq bir ildən çoxdur ki, Həsənzadə obyektdən istifadə edərək müqavilənin şərtlərini kobud surətdə pozur. Həsənzadənin həmin obyektdə hansısa təmir işlərinin görülməsi haqda arqumenti tam əsassızdır. Müqavilənin şərtlərinə görə mülkiyyətçinin icazəsi olmadan, smeta təqdim olunmadan aparılan işlər qanunsuzdur və buna görə onların dəyəri ödənilə bilməz. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili ilk iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Qarşılıqlı iddianı etiraf etməyərək onun rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh ilk iddianı etiraf etməyərək onun təmin olunmamasını xahiş etdi. Qaşılıqlı iddianı müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Həmçinin izahatında bildirdi ki, icarə müqaviləsinə əsasən aylıq icarə haqqının 800 manat olması və təmir işlərinin aparılması nəzərdə tutulmuşdur. Onun tərəfindən texnikaya 15 000 manat ödənilmiş, xərcin icarə haqqından çıxılması da nəzərdə tutulmuşdur. Həmin “obyektə” çəkdiyi bütün xərclər çıxıldıqdan sonra icarə haqqı ödəniləcəkdi. Hazırda icarə haqqı ödəmir. Təmir işlərinin bitməsi barədə icarəyə verənə məlumat vermişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, ilk iddia qismən, qarşılıqlı iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan icarəyə verən İddiaçı1 ilə icarəçi Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanmış icarə müqaviləsinin surətindən görünür ki, həmin müqavilə, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 438 kv.m olan İdman Sağlamlıq qurğuları kombinatı tam mülkiyyət üzrə ona məxsus hissəsindən tam olaraq Cavabdeh icarəsinə verilməsinə dair bağlanmışdır. Həmin müqavilənin 3-cü bəndinə əsasən icarə müddəti xx.xx.2027-ci il tarixinədək müəyyən edilmişdir. Həmin müqavilənin 5-ci bəndinə əsasən icarə haqqının ödənilməsi xx.xx.2022-ci il tarixdən təmir işləri bitdikdən sonra ödənilməsi razılaşdırılmışdır. İş materiallarında olan DƏDK və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən təqdim edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 6 ünvanda yerləşən 384.8 kv.m olan mülkiyyət ½ hissədə İddiaçı2 (xx.xx.2022-ci il) və ½ hissədə İddiaçı3 (xx.xx.2022-ci il) mülkiyyətlərindədir. İş materiallarında olan iddiaçılar İddiaçı3 və İddiaçı2 tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, müqavilənin xx.xx.2023-cü il tarixinədək ləğv ediləcəyi, həmin tarixədək icarə obyektində aparılmış təmir-tikinti işləri barədə sənədlərin, təhvil-təslim aktının layihəsinin və fors-major sığortası haqqında sənədin təqdim edilməsi təklif edilmişdir. İş materiallarında olan iddiaçılar tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli (münasibətlərin yaranması və pretenzianın çatdırılması tarixinə əsasən tarixin xx.xx.2023 olması ehtimal olunur) pretenziyanın surətindən görünür ki, ona xx.xx.2023-cü il tarixə yaranmış 5.600 manat icarə haqqı borcu və ödənilməyən icarə haqqı günlərinə görə 1.736 manat cərimə borcu, icarə haqqı borcunu gecikdirdiyinə görə illik 5% hesablanmaqla 655 manat, 1 aprel 2023-cü il tarixdən icarə obyektindən çıxmadığına və qanunsuz olaraq icarə əmlakını istifadə etdiyinə görə aylıq bazar dəyəri 2.500 manat icarəyə veriləcək məbləğ-itirilmiş zərər olmaqla 3 aylıq 7.500 manat əldən çıxmış fayda, cəmi 15.491 manat borc məbləğini 6 iyul 2023-ci il tarixinədək ödənilməsini təmin etməsi və icarəyə verilən əmlakdan çıxmaqla təhvil verməsi tələbini icra etmədiyi təqdirdə, məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyində göstərilmişdir ki, mülkiyyət hüququ ilə İddiaçı2 və İddiaçı3 məxsus olan ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 438 kv.m olan qeyriyaşayış sahəsinin aylıq icarə haqqının orta bazar qiyməti təqribən 2500,00 manat müəyyən edilir. Tələb və təklifdən, həmçinin tərəflərin qarşılıqlı razılaşmasından asılı olaraq müəyyən edilmiş qiymətlərdə qismən dəyişiklik olması istisna edilmir. ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzrə yerinə yetirilmiş təmir işlərinin ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 15684 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiatının dəyəri 100 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə təqdim edilmiş hesabatdan görünür ki, ünvan 7 ünvanda yerləşən, ümumi sahəsi 438 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin hazırki arixə orta aylıq icarə haqqının məbləği 3000 manat (1 ay) təşkil edir. İddia tələbindən aydın olur ki, tərəflər arasında mübahisə, cavabdehin icarə haqqı borcunu ödəməməsi səbəbindən yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700-cü maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin “əmlak kirayəsi” başlıqlı 33-cü fəslində yer alan 685.2-ci maddəsinə görə, kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə ləğv edə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçılara olan icarə haqqı borcu ödənilmədiyindən, mülki qanunvericiliyin yuxarıda göstərilən müddəalarının tələbinə əsasən tərəflər arasında bağlanmış icarə müqaviləsinin hazırkı məhkəmə iddiası çərçivəsində ləğvini istisna etmir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 427, 439, 442, 448 və 700-cü maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, icarə haqqı borcunun ödənilməməsi səbəbindən icarə müqaviləsi ləğv edilməlidir. Lakin, icarə müqaviləsi ilk iddia tələbində göstərildiyi kimi xx.xx.2023-cü il tarixdən deyil, məhkəmə qətnaməsi çıxarıldığı tarixdən ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Beləliklə, qanunvericiliyin tələbinə görə müqavilənin ləğvi barədə razılaşma müqavilə ilə eyni formada bağlanmalı olduğu halda, İddiaçı1la Cavabdeh arasında bağlanmış icarə müqaviləsinin 9-cü bəndində müqavilənin ləğv edilməsinin tərəflərin 2 ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilməsi qeyd edilsə də, sonuncuya müqavilənin xx.xx.2023-cü il tarixdə ləğv ediləcəyi barədə xəbərdarlıq edildikdən sonra iddiaçı onun ləğvi üçün məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Eyni zamanda qeyd edilməlidir ki, xəbərdarlıq edildikdən sonra Ülviyyə Hüseynova müqavilənin ləğvinə dair razılığını yaxud imtinasını bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 409.3-cü maddəsinə əsasən əgər bu Məcəllədən, işgüzar adətdən və ya tərəflərin əvvəlki işgüzar münasibətlərindən ayrı qayda irəli gəlmirsə, susmaq aksept sayılmır. Beləliklə məhkəmə hesab edir ki, ilk iddianın “9 avqust 2022-ci il tarixli icarə müqaviləsinin 1 aprel 2023-cü il tarixindən ləğv edilmiş hesab edilməsi” hissəsi qismən təmin olunmaqla İddiaçı1 ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanmış icarə müqaviləsi ləğv edilməlidir. Məhkəmə ilk iddia tələbinin “həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdehin 1 aprel 2023-ci il tarixə yaranmış 5.600 manat icarə haqqı borcu və ödənilməyən icarə haqqı günlərinə görə 1.736 manat cərimə borcu, habelə məhkəmə qətnaməsi qüvvəyə mindiyi günədək yenidən hesablanmaqla borc məbləğinin tutulması” hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə ilk iddia qismən təmin edilməklə, ödənilməmiş icarə haqqı və cərimə borcunun iddiaçılar İddiaçı2 və İddiaçı3 ödənilməsi nəzərdə tutulmalıdır. Belə ki, iş materiallarından müəyyən edilir ki, İddiaçı1 özünə məxsus icarə vermiş olduğu əmlakını satmaqla, əmlak xx.xx.2022-ci il tarixdən onun mülkiyyətindən tam olaraq çıxmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 699.1-ci maddəsinə əsasən kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə əldə edən mülkiyyəti əldə etdiyi andan kirayəyə verəni əvəz edərək kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur. Məhkəmə eyni zamanda da qeyd edir ki, İddiaçı1 ilə Cavabdeh arasında xx.xx.2022ci il tarixdə bağlanmış icarə müqaviləsinin 17-ci bəndində mülkiyyətçinin dəyişməsinə dair müddəalar nəzərdə tutulmaqla, mülkiyyətçinin dəyişməsi halında icarə münasibətlərinin davam etdirilməsi və icarə müqaviləsinin şərtlərinin yeni mülkiyyətçi ilə icarəçi arasında icarə müddəti dövründə tam qüvvədə olması nəzərdə tutulmuşdur. Həmin müqavilənin 4-cü bəndinə əsasən icarəyə verilən sahənin istifadəsinə görə icarəyə götürən icarəyə verənə aylıq 800 manat icarə haqqı ödəyir; 6-cı bəndinə əsasən müqavilənin 4-cü bəndində nəzərdə tutulmuş icarə haqqı məbləğinin ödənilməsinin gecikdirilməsinə görə gecikdirilmiş hər bir təqvim günü üçün icarə haqqının 1 faizi miqdarında icarəçi icarəyə verənə dəbbə pulu ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 466.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Məhkəmə icarə haqqının və cərimənin tutulması müddətinə münasibətdə qeyd edir ki, ilk iddia üzrə iddiada həmin müddət xx.xx.2023-cü il tarixə qeyd edilsə də, sonradan tutulmalı məbləğlərin qətnamə qanuni qüvvəyə minənədək hesablanması tələb edilmişdir. Lakin məhkəmə hesab edir ki, həmin məbləğlər qətnamə çıxarılanadək hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixə (02 il 06 gün) 19200 (24 ayX800=19200) manat icarə haqqı borcu və ödənilməyən icarə haqqı günlərinə görə 5760 (1% dəbbə=8 manat; 1 ay (30 gün)=240 manat; 24 ayX240=5760 manat) manat cərimə borcunun, cəmi 24960 manatın Cavabdeh alınaraq iddiaçılar İddiaçı2 və İddiaçı3 ödənilməsi nəzərdə tutulmalıdır. Məhkəmə ilk iddia tələbinin “icarə haqqı borcunu gecikdirdiyinə görə illik 5% hesablanmaqla 730 manat, 1 aprel 2023-cü il tarixdən icarə obyektindən çıxmadığına və qanunsuz olaraq icarə əmlakını istifadə etdiyinə görə aylıq bazar dəyəri 2500 manat icarəyə veriləcək məbləğ-itirilmiş zərər olmaqla aprel 2023-cü il tarixdən etibarən (4 ay və məhkəməyə müraciət edilən iyul 2023-cü il tarixdən bugünədək 10 ay) 4 aylıq 10.000 + 10 ay məhkəmə icraatında olduğu dövr 25.000 manat, cəmi 35.000 manat məbləğində əldən çıxmış fayda” hissəsinə münasibətdə qeyd edir ki, müqavilə üzrə icarə müddətinin xx.xx.2027-ci il tarixinədək müyyən edilməsi nəzərdə tutulduğundan, icarə müqaviləsinin hazırki qətnamə çıxarıldığı tarixdən ləğv edilməsi nəzərdə tutulduğundan, ilk iddia qeyd edilən hissədə təmin edilə bilməz. Məhkəmə ilk iddianın “ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 438 kv/m olan qeyri-yaşayış binasından tamamilə çıxarılaraq boşaldılması” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 697.1-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Həmin Məcəllənin 705-ci maddəsinə əsasən əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 438 kv/m olan qeyri-yaşayış binasından çıxarılmaqla həmin qeyriyaşayış sahəsi boşaldılmalıdır. Məhkəmə “cavabdehlərdən təmir-tikinti işlərinə və əşyaların alınmasına çəkilmiş xərclərin əvəzi olaraq 55400 manat və qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 257 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi” barədə qarşılıqlı iddia tələbinə münasibətdə aşağıdakıları qeyd edir. İş materiallarında olan İddiaçı1 ilə icarəçi Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanmış icarə müqaviləsinin 15-ci bəndində göstərilmişdir ki, təmir işləri icarəçi tərəfindən həyata keçiriləcək və təmir xərcləri icarə haqqından çıxılacaqdır. Məhkəmə tərəfindən təyin edilmiş mühəndis-texniki ekspertizası üzrə aparılmış tədqiqat üzrə rəydə mübahisə predmetinə daxil olan ünvan 3 ünvanda yerləşən olan qeyriyaşayış sahəsinin təmirinə xərclənmiş vəsaitin (tikintidə istifadə edilmiş materialların qiyməti 2022-2023-cü ildə olan bazar qiyməti, usta haqqı və s. hallar nəzərə alınmaqla) 15684 manat olması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh icarə obyektinə çəkilmiş xərclərin 55400 manatın olmasına dair mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, məhkəmə iclasında təqdim edilən mübahisə predmetinə aid edilməsi iddia edilən qəbzlərə nəzər yetirildikdə onların təyinatı, bəzilərində isə müddəti qeyd edilməməklə, sırf rəqəmlərdən ibarət olması onların məhs mübahisəli icarə obyektinə sərf edilmiş məbləğlərə aid edilməsi məhkəmədə şübhə doğurmaqla, məhkəmə onların sübut kimi qeyri-mötəbər olması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə hesab edir ki, ekspert tərəfindən təqdim edilən rəy sübut kimi qəbul edilməklə, icarə obyektində aparılan təmir xərclərinin dəyəri 15684 manat olması müəyyən edilməli, Cavabdeh alınması nəzərdə tutulan 24960 manatdan 15684 manat çıxılmaqla qalan məbləğ (24960-15684=9276 manat) ilk iddia üzrə iddiaçılar İddiaçı2 və İddiaçı3 ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə ilk iddia üzrə ödənilmiş dövlət rüsumunun-220 manatın cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, ilk iddia qismən təmin olunduğundan dövlət rüsumu ilk iddianın təmin edilmiş hissəsinə mütənasib hesablanmaqla iddiaçılara ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu Haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, ilk iddianın qiymətinin 9276 manat olmasını nəzərə alaraq, Ülviyyə Hacıyevadan 112.76 manat alınaraq ilk iddia üzrə iddiaçılara ödənilməli, qalan məbləğ – 107.24 manat özlərinə aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə qarşılıqlı iddia tələbi təmin edilmədiyindən dənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, ilk iddia qismən təmin edilməli, İddiaçı1 ilə Cavabdeh arasında Bakı şəhəri 32 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə bağlanmış icarə müqaviləsi ləğv edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixinə qədər ödənilməmiş icarə haqqının və cərimənin əvəzi olaraq cəmi 9276 manat iddiaçılar İddiaçı2 və İddiaçı3 ödənilməli, Cavabdeh ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 438 kv/m olan qeyri-yaşayış sahəsindən çıxarılmaqla həmin qeyri-yaşayış sahəsi boşaldılmalı, Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 112.76 manat alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ödənilməli, ilk iddia qalan hissədə təmin edilməməli, ilk iddia üzrə ödənilmiş dövlət rüsumunun qalan məbləği-107.24 manat ilk iddia üzrə iddiaçıların özlərinə aid edilməli, Cavabdeh İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı pul tələbinə dair qarşılıqlı iddiası təmin edilməməli, qarşılıqlı iddia üzrə məhkəmə xərcləri onun özünə aid edilmlədir. Məhkəmə eyni zamanda qeyd edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiatının dəyəri olan 100 manat da X2 alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İlk iddia tələbi qismən təmin edilsin. İddiaçı1 ilə Cavabdeh arasında Bakı şəhəri 32 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə bağlanmış icarə müqaviləsi ləğv edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixinək ödənilməmiş icarə haqqının və cərimənin əvəzi olaraq cəmi 9276 manat iddiaçılar İddiaçı2 və İddiaçı3 ödənilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 438 kv/m olan qeyri-yaşayış sahəsindən çıxarılmaqla həmin qeyri-yaşayış sahəsi boşaldılsın. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 112.76 manat alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ödənilsin. İlk iddia qalan hissədə təmin edilməsin. İlk iddia üzrə ödənilmiş dövlət rüsumunun qalan məbləği-107.24 manat ilk iddia üzrə iddiaçıların özlərinə aid edilsin. Cavabdeh İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı pul tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə məhkəmə xərcləri onun özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiatının dəyəri olan 100 manat X2 alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, müxbir hesab AZ41NABZ********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-243/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-243/2024
03.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver