Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2467/2023 11.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, nümayəndəsi və vəkili Nümayəndə2, cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı Cavabdeh Bank Olmayan Kredit X9 Cəmiyyətinə qarşı “əldən çıxmış fayda şəklində vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Bank Olmayan Kredit X9 Cəmiyyətinə qarşı “əldən çıxmış fayda şəklində vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hüquqi şəxsin çevrilməsi yolu ilə yenidən təşkil olunmuş "xxxx" BOKT ASC-nin varisi olduğu "xxxx" ASC-nin İdarə heyətinin sədrinin birinci müavini X8 ilə ünvan 1 ünvanda yaşamış, iddiaçının mərhum əri X4 arasında bağlanmış 30 yanvar 2014-cü il tarixli, "Qeyri-yaşayış sahəsinin icarəsi haqqında" müqaviləyə əsasən varisi olduğu mərhum əri X2 mülkiyyətində olan Bərdə şəhəri, Nizami küçəsi 105 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsindəki 223.3 kv. metr qeyri-yaşayış sahəsi aylıq icarə haqqı 2.675 (iki min altı yüz yetmiş beş) manat, vergilər çıxıldıqdan sonra 2300 (iki min üç yüz) manat məbləğində olmaqla "xxxx" ASC-yə uzun müddətli icarəsinə verilmişdir. İstinad edilən müqavilənin 3.10-cu bəndinə əsasən yuxarıda göstərilən müqavilə 2014-cü ilin fevral ayının 1-dən qüvvəyə minməklə, bu müqavilənin qüvvəyə minməsi ilə əvvəlki, yəni 25 sentyabr 2009-cu il tarixli müqavilə və ona edilmiş əlavə və dəyişikliklər qüvvədən düşmüş hesab edilmişdir. Qeyd etmək zəruri hesab edilmişdir ki, yuxarıda göstərilən 25 sentyabr 2009-cu il tarixli icarə müqaviləsinə əsasən icarədar bank "Vergi ödəvicilərinin uçotu“nu ehtiva edən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 33-cü maddəsinin tələblərinə uyğun olaraq "xxxx" ASC-nin "Bərdə şəhəri, Nizami küçəsi 105 ünvanında yerləşən **********-40001 obyekt kodlu filialı xx.xx.2010-cu il tarixdə təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınmışdır. Yuxarıda göstərilən məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə verilmiş müvafiq sorğu əsasında əldə olunmuşdur. Belə ki, sözügedən sorğuya qeyd olunan Baş İdarə tərəfindən verilən 02 noyabr 2022-ci il tarixli, **********9133 nömrəli cavabda həmçinin göstərilmişdir ki, uçot-baza məlumatlarına əsasən "xxxx" ASC-nin filialı yuxarıda göstərilən ünvanda xx.xx.2010-cu ildən vergi uçotuna alınmışdır. Lakin, hazırki dövrədək sözügedən filialın ləğv edilməsi və uçotdan çıxarılmasına dair vergi orqanına "xxxx" ASC (və ya onun varisi "xxxx" BOKT ASC) tərəfindən hər hansı bir müraciət daxil olmamışdır. Qeyd edilir ki, iddiaçı tərəfindən 25 oktyabr 2022-ci il tarixli məktubla yuxarıda göstərilən xüsusatlara istinad olunmaqla cavabdeh ASC-yə müraciət olunaraq hüquqi varisi olduğu "xxxx" ASC-nin filialının ünvan 2 ünvandan uçotdan çıxarılması üçün aidiyyəti vergi orqanına müraciət edilməsinin təmin edilməsi ilə yanaşı, həmin filialın uçotdan çıxarıldığı gündən hazırki vaxtadək iddiaçıya hər ay üzrə ödənilməyən aylıq icarə haqqı məbləğində (aylıq 2.675 manat olmaqla), vergilər çıxıldıqdan sonra 2300 (iki min üç yüz) manat məbləğində zərərin əvəzinin ödənilməsinin təmin olunması xahiş olunmuşdur. Lakin, keçən müddət ərzində cavabdeh yuxarıda göstərilən müraciətini cavablandırmamışdır. Qeyd edir ki, vergi ödəyicilərinin (o cümlədən filialların) təsərrüfat subyekti (obyekti) olaraq vergi orqanlarında uçotunun aparılması qaydaları Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34-cü, eləcə də Azərbaycan Respublikasının Vergilər Nazirinin xx.xx.2013-cü il tarixli, **********206300 nömrəli əmri ilə təsdiq edilmiş "Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalarla tənzimlənir. Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin tələblərinə görə vergi ödəyicisinin olduğu yer üzrə qeydiyyatdan çıxarılması yalnız uçota alınmış vergi ödəyicisinin müraciəti əsasında aidiyyəti vergi orqanı tərəfindən həyata keçirilir. Olduğu yer üzrə uçota alınmış vergi ödəyicisinin uçotdan çıxmaması həmin obyektin digər şəxslərə icarəyə verilməsini mümkünsüz edir. Yuxarıda göstərilən müvafiq müraciət əsasında Dövlət Vergi Xidmətinin İ İ saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli hesab məktubunda göstərilənlərdən mübahisəsiz qaydada müəyyən edilir ki, mərhum əri Y.İ.Səfərəliyevin mülkiyyətində olan qeyri-yaşayış sahəsində uçota alınmış "Para Bank” ASC-nin filialının uçotdan çıxarılması üçün vergi orqanına hər hansı müraciət olunmamış və bu səbəbdən də hazırki vaxtadək "Para Bank” ASC-nin filialı ünvan 2 ünvan üzrə uçotdadır. Bir vergi ödəyicisinin uçotda olduğu sahənin uçotu ləğv edilmədən digər şəxsə icarəyə verilməsi mümkünsüzdür. Cavabdeh Cəmiyyət filialını hazırda mülkiyyətində olan qeyri-yaşayış sahəsindən olduğu yer üzrə uçotdan hazırki vaxtadək çıxarılmamaqla və bununla da həmin sahənin digər şəxslərə icarəyə verilməsini mümkünsüz etməklə yanaşı 2017-ci ildən bugünədək hər ay üzrə ödəməli olduğu vergilər çıxıldıqdan sonra 2300 (iki min üç yüz) manat məbləğində icarə haqqının ödənilməsini də təmin etməmişdir. Qeyd edilməlidir ki, cavabdeh yuxarıda göstərilən hərəkətsizliyi hazırda mülkiyyətində olan qeyriyaşayış sahəsinin digər şəxsə (şəxslərə) icarəyə verilməsini mümkünsüz etməklə hər ay üzrə iddiaçıya vergilər çıxıldıqdan sonra 2300 (iki min üç yüz) manat məbləğində əldən çıxmış fayda şəklində ziyan vurulmuşdur. Odur ki, hazırki iddia ilə cavabdeh “Para Bank" ASC-nin varisi Cavabdeh BOKT ASC-yə qarşı iddia irəli sürməkdə haqlıdır və bu haqlı iddiası məhkəmə tərəfindən təmin edilməlidir. Hesab edir ki, cavabdeh "Para Bank”’ ASCdən iddiaçının xeyrinə əldən çıxmış fayda şəklində zərərin əvəzi olaraq son üç il ərzində 36 ay x 2300 manat = 82.800 (səksən iki min səkkiz yüz) manat məbləğində pul tutulmalıdır. Göstərilənlərə əsasən, Cavabdeh BOKT ASC-dən iddiaçının xeyrinə əldən çıxmış fayda şəklində zərərin əvəzi olaraq 82.800 (səksən iki min səkkiz yüz) manat məbləğində pulun tutulmasına dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə3 iddia tələbinə etiraz edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Mülki işin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: -Bərdə regional “ASAN” xidmət mərkəzində Qeydiyyat şöbəsi tərəfindən 30 aprel 2019-cu il tarixdə verilən AZ-İİ seriyalı 014240 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 22 aprel 2019-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 21№ ilə qeyd edilmişdir. -09 avqust 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə ölmüş X2 vərəsələri kimi arvadı İddiaçı və 2009-cu ildə doğulmuş X5 tanınmışdır. -25 sentyabr 2009-cu il tarixli qeyri-yaşayış sahəsinin icarəsi haqqında müqavilənin surətindən görünür ki, "xxxx" ASC ilə X4 arasında daşınmaz əmlakın icarəsi haqqında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən icarəyə verən X4 mülkiyyətindəki Bərdə şəhəri, Nizami küçəsi, 05№-li qeyri-yaşayış binasının 223,3 kv.m sahəsi olan birinci mərtəbəsini icarəçiyə uzun müddətli icarəyə vermişdir. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən tərəflər bu müqavilə üzrə icarə haqqını hər ay üçün 1.396 manat müəyyən etmişlər. -07 iyun 2010-cu il tarixli qeyri-yaşayış sahəsinin icarəsi haqqında müqaviləyə 1№-li Əlavədən görünür ki, "xxxx" ASC ilə X4 arasında bağlanmış daşınmaz əmlakın icarəsi haqqında 28 sentyabr 2009-cu il tarixli müaviləyə aşağıdakı dəyişikliklər edilmişdir: 1.Müqavilənin 3.1-ci bəndi “Tərəflər bu müqavilə üzrə icarə haqqını hər ay üçün 2.052 manat müəyyən edirlər” kimi oxunsun. Müəyyən edilmiş bu qiymət müqaviləyə əlavə bağlandığı gündən üç il ərzində dəyişməz qalacaqdır. İcarə haqqı yalnız Dövlət Statistika Komitəsinin rəsmi müflisləşmə (inflasiya) əmsalı nəzərə alınmaqla üç ildən sonra tərəflərin razılığı artırıla və ya azaldıla bilər. 2.Müqavilənin 3.3-cü bəndində müəyyən edilmiş bir aylıq müddət bu müqaviləyə əlavə bağlandığı gündən hesablansın. 3.Müqaviləyə aşağıdakı məzmunda 2.2.4-cü bəndi əlavə edilsin: “İcarəyə verilmiş qeyri-yaşayış binasının ikinci mərtəbəsində istirahət günləri istisna olmaqla, iş günləri saat 08-00-dan 18-30-dək şadlıq və s. mərasimlər keçirilməməli, icarəçinin işgüzar fəaliyyətinə maneə törədilməməlidir. Müqaviıənin bu şərti pozulduğu təqdirdə, icarəçi icarə müqaviləsinə birtərəfli qaydada xitam verərək ödənilmiş birillik icarə haqqını geri tələb etmək şərtilə müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdir.” -30 yanvar 2014-cü il tarixli qeyri-yaşayış sahəsinin icarəsi haqqında müqavilənin surətindən görünür ki, "xxxx" ASC ilə X4 arasında icarə müqaviləsi bağlanmış, bu müqaviləyə əsasən icarəyəverən X4 mülkiyyətindəki Bərdə şəhəri, Nizami küçəsi, 105№-li qeyri-yaşayış binasının 223,3 kv.m sahəsi olan birinci mərtəbəsini icarəçiyə uzun müddətli icarəyə vermişdir. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən tərəflər bu müqavilə üzrə icarə haqqını hər ay üçün 2.675 manat məbləğində müəyyən etmişlər. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilən 01 noyabr 2022-ci il tarixli cavab məktubundan görünür ki, "xxxx" ASC-nin Bərdə şəhəri, Nizami küçəsi 105 ünvanında yerləşən **********1-40001 obyekt kodlu filialı xx.xx.2010-cu il tarixdə vergi uçotuna alınmışdır. Həmçinin, hazırki dövrədək sözügedən filialın ləğv edilməsi və uçotdan çıxarılmasına dair dövlət vergi orqanlarına hər hansı müraciət daxil olmamışdır. -xx.xx.2017-ci il tarixli bildirişin surətindən görünür ki, Bərdə şəhəri, Gəncə küçəsi, 24№-li evdə yaşayan X4 ilə 30 yanvar 2014-cü il tarixində bağlanmış qeyri-yaşayış icarəsi haqqında müqaviləyə xitam verilmişdir. İcarə obyekti-Bərdə şəhəri, Nizami küçəsi, 105№-li qeyri-yaşayış binasının 223,3 kv.m sahəsi olan birinci mərtəbəsi. -Bərdə regional “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilən 18 avqust 2022-ci il tarixli, 1978№-li cavab məktubundan görünür ki, 30 yanvar 2014-cü il tarixdə Bərdə rayon 1 saylı notariat ofisində X3 məxsus olan qeyri-yaşayış binasının "xxxx" ASC-yə icarəyə verilməsinə dair icarə müqaviləsi rəsmiləşdirilməmişdir. -Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 iyul 2016cı il tarixli, 2-1(81)-3618/2016 saylı qərarına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti məcburi ləğv edilmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondu 24 iyul 2016-cı il tarixindən etibarən təyin edilmişdir. - Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 avqust 2016-cı il tarixli, 2-1(81)-3618/2016 saylı qərarına əsasən məcburi ləğv prosesində olan "xxxx" ASC hüquq varisliyi qaydasında yenidən təşkil olunmaqla Bank Olmayan Kredit Təşkilatına çevrilmişdir. - Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09 fevral 2017-ci il tarixli, 2-1(81)-3618/2016 saylı qərardadına əsasən "xxxx" ASC-nin məcburi ləğv prosesinin dayandırılması, ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondunun fəaliyyətinə xitam verilmiş, məcburi ləğv prosesinin dayandırılması ilə əlaqədar Əmanətlərin Sığortalanması Fondu ilə yenidən təşkil olunmaqla yaradılan və "xxxx" ASCnin hüquqi varisi olan bank olmayan kredit təşkilatının səhmdarları arasında təhvil-təslim prosesinə başlanılmışdır. -X1 tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İdarə heyətinin sədrinə ünvanlanmış 10 noyabr 2022-ci il tarixli məktubun surətindən görünür ki, M.Səfərəliyeva iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl hüquqi varisi olduğu "xxxx" ASCnin filialının ünvan 2 ünvandan uçotdan çıxarılması üçün aidiyyəti vergi orqanına müraciət edilməsini təmin etməklə yanaşı, həmin filialın uçotdan çıxarıldığı günədək hər ay üzrə ödənilməyən aylı icarə haqqının (aylıq 2.675 manat olmaqla) ödənilməsinin təmin edilməsini, əks təqdirdə məsələ ilə əlaqədar tərəfindən aidiyyəti məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanda yaşamış, iddiaçının mərhum əri X4 mülkiyyətində olmuş Bərdə şəhəri, Nizami küçəsi 105 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsindəki 223.3 kv. metr qeyri-yaşayış sahəsini 25 sentyabr 2009-cu il tarixdən "xxxx" ASC-yə aylıq icarə haqqı ödənilməklə icarəyə vermiş və icarə münasibətləri xx.xx.2017-ci il tarixə kimi davam etmişdir. Bu müddət ərzində tərəflər arasında 07 iyun 2010-cu il tarixli qeyri-yaşayış sahəsinin icarəsi haqqında müqaviləyə 1№-li Əlavə və 30 yanvar 2014-cü il tarixli qeyri-yaşayış sahəsinin icarəsi haqqında müqavilə imzalanmışdır. İcarə dövründə Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 iyul 2016-cı il tarixli, 2-1(81)-3618/2016 saylı qərarına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti məcburi ləğv edilmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondu 24 iyul 2016-cı il tarixindən etibarən təyin edilmiş, daha sonra Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 avqust 2016-cı il tarixli, 2-1(81)-3618/2016 saylı qərarına əsasən məcburi ləğv prosesində olan "xxxx" ASC hüquq varisliyi qaydasında yenidən təşkil olunmaqla Bank Olmayan Kredit Təşkilatına çevrilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09 fevral 2017-ci il tarixli, 2-1(81)-3618/2016 saylı qərardadına əsasən isə "xxxx" ASC-nin məcburi ləğv prosesinin dayandırılması, ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondunun fəaliyyətinə xitam verilmiş, məcburi ləğv prosesinin dayandırılması ilə əlaqədar Əmanətlərin Sığortalanması Fondu ilə yenidən təşkil olunmaqla yaradılan və "xxxx" ASC-nin hüquqi varisi olan bank olmayan kredit təşkilatının səhmdarları arasında təhvil-təslim prosesinə başlanılmışdır. İşin materiallarından görünür ki, X4 22 aprel 2019-cu il tarixdə ölmüş, onun vərəsələri kimi arvadı İddiaçı və 2009-cu ildə doğulmuş X5 tanınmışdır. Hazırda İddiaçı "Para Bank” ASC-nin filialının ünvan 2 ünvan üzrə uçotda qaldığı üçün və sahənin uçotu ləğv edilmədən digər şəxsə icarəyə verilməsi mümkünsüz olmasında cavabdehi günahlandıraraq 2017-ci ildən bugünədək hər ay üzrə ödəməli olduğu vergilər çıxıldıqdan sonra 2300 (iki min üç yüz) manat məbləğində icarə haqqını əldən çıxan fayda kimi qiymətləndirərək cavabdehdən son üç il ərzində 36 ay x 2300 manat = 82.800 (səksən iki min səkkiz yüz) manat məbləğində pul tutulmalı olmasını iddia edir. Cavabdeh tərəf isə icarə dövründə "xxxx" Açıq Səhmdar Cəmiyyəti məcburi ləğv edilməsini Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09 fevral 2017-ci il tarixli, 2-1(81)-3618/2016 saylı qərardadı qəbul ediləndən sonra isə icarə münasibətlərinə son qoyulması və iddiaçının əldən çıxmış fayda ilə bağlı sübutlarının olmaması əsası ilə iddiaya etiraz etmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki hissədən ibarətdir- real zərər və əldən çıxmış fayda. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmur və ya öhdəlik yaranmır. Bu hallar olmadıqda pozulmuş öhdəliklərə görə məlsuliyyətin həcmini müəyyənləşdirmək olmur. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, (real zərər), habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. Başqa sözlə, normaya əsasən göstərilən şəxsin hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) «zərər» anlayışı ilə əhatə olunur. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) «zərər» anlayışı isə tərəflərin məsuliyyəti ilə əlaqəlidir. Yəni, məsuliyyət tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər” İşin materiallarından görünür ki, həqiqətən də "xxxx" ASC-nin Bərdə şəhəri, Nizami küçəsi 105 ünvanında yerləşən **********1-40001 obyekt kodlu filialı xx.xx.2010-cu il tarixdə vergi uçotuna alınmışdır. Həmçinin, hazırki dövrədək sözügedən filialın ləğv edilməsi və uçotdan çıxarılmasına dair dövlət vergi orqanlarına hər hansı müraciət daxil olmamışdır. İddiaçı hazırki dövrədək sözügedən filialın ləğv edilməsi və uçotdan çıxarılmasına dair vergi orqanına "xxxx" ASC (və ya onun varisi "xxxx" BOKT ASC) tərəfindən hər hansı bir müraciət daxil olmamasına əsaslansa da, məhkəmə hesab edir ki, vergi ödəyicisinin olduğu yer üzrə qeydiyyatdan çıxarılması yalnız uçota alınmış vergi ödəyicisinin müraciəti əsasında aidiyyəti vergi orqanı tərəfindən həyata keçirilməsi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin tələbləri ilə tənzimlənməsinə baxmayaraq iddiaçının əri mərhum X4 xx.xx.2017-ci il tarixdən və onun vəfatından sonra qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olmuş iddiaçı həmin sahəni icarəyə vermək niyyətlərində olmalarına, lakin cavabdehin vergi ödəyicisi kimi qeydiyyatda qalması səbəbindən qeyri-yaşayış sahəsini icarəyə verə bilməmələrinə, beləliklə də, icarə əsasında əldə edə biləcəklərindən məhrum olunmalarına dair hər hansı konkret sübut növləri təqdim etməmişlər. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə hesab edir ki iddiaçının izahatı özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanunvericiliyə əsasən işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin hesab edir ki, "xxxx" ASC-nin filialının ünvan 2 ünvandan uçotdan çıxarılması üçün aidiyyəti vergi orqanına müraciət edilməməsi faktı olduğu halda iddiaçı tərəfindən onun qeydiyyatdan çıxarılması ilə bağlı mübahisə yaranmasını nəzərə alaraq bunu cavabdehdən rəsmi məktubla müraciət etmək qaydasında təmin edilməsini xahiş etsə də, onun hərəkət və ya hərəkətsizliyi ilə bağlı məhkəmə mübahisəsi başlamayaraq, hazırki iddiası üzrə "Para Bank”’ ASC-dən əldən çıxmış fayda şəklində zərərin əvəzi olaraq son üç il ərzində aylıq icarə haqqı 2300 manat olmaqla 82.800 (səksən iki min səkkiz yüz) manat məbləğində pul tələbi əsaslı sayıla bilməz. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından onun cavabdeh tərəfindən hüquqlarının pozulmasına dair dəlillərinin əsaslı olması öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək, iddiaçının tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyi və onun tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən iddiasının əsassız olması nəticəsinə gəlir. Müki Prosessual Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh Bank Olmayan Kredit X9 Cəmiyyətinə qarşı “əldən çıxmış fayda şəklində vurulmuş zərərin əvəzinin ödənilməsi”nə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-2467/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2467/2023
11.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver