Məhkəmə qərarları › İş №e-2(006)-2475/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2475/2025

22.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2475/2025 22.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh BOKT ASC-yə qarşı zaminliklə bağlı öhdəliyə xitam verilməsi və kredit reyestrindən borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh BOKT ASC-yə qarşı iddia ərizəsi ilə məhkməəyə müraciət edərək, Cavabdeh BOKT ASC-nin üzərinə iddiaçılar X3 və İddiaçı2 xx.xx.2014-cü il tarixli, MZ/PB-0489/12/14-1 saylı və xx.xx.2015-ci il tarixli MZ/PB- 0489/12/14-2 saylı kredit müqavilələri üzrə zaminliklə bağlı öhdəliklərinin olmaması barədə Azərbaycan Respublikası Mərkəzi Bankının Mərkəzləşdirilmiş Kredit Reyestrinə və Azərbaycan Kredit Bürosuna məlumat verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Mərkəzləşdirilmiş Kredit Reyestrinə və/və ya Azərbaycan Kredit Bürosu MMC-yə vət. X7 və İddiaçı2 xx.xx.2014-cü il tarixli, MZ/PB- 0489/12/14-1 saylı və xx.xx.2015-ci il tarixli MZ/PB-0489/12/14-2 saylı kredit müqavilələri üzrə zaminliklə bağlı öhdəliklərinin olmaması barədə məlumat verilməsi barədə Cavabdeh Bank Olmayan Kredit Təşkilatı (BOKT) ASC-yə 05 dekabr 2024-cü il tarixli ərizə ilə müraciət edilmiş, lakin iki ay vaxtın keçməsinə baxmayaraq cavabdeh heç bir cavab verilməmişdir. Azərbaycan Kredit Bürosu MMC-dən alınan məlumatlardan görünür ki, vət. İddiaçı1 Vktoroviçin və İddiaçı2 Cavabdeh Bank Olmayan Kredit Təşkilatı (BOKT) ASC qarşısında aşağıdakı öhdəlikləri var: xx.xx.20215-ci il tarixində götürülən 19122 ABŞ dolları kreditin əsas borc məbləği 0, qalıq faiz məbləği 1955.21 ABŞ dolları, xx.xx.2014-cü il tarixində götürülən 31867 ABŞ dolları kreditin əsas borc məbləği 0, qalıq faiz məbləği isə 1017.44 ABŞ dolları. Lakin, Cavabdeh BOKT ASC ancaq cavabdeh X2rşı 24 noyabr 2020-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh BOKT ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli, MZ/PB-0489/12/14-1 saylı kredit müqaviləsinə əsasən 18159.26 ABŞ dolları əsas borc, 34535.83 ABŞ dolları faiz, 48048.72 ABŞ dolları hesablanmış dəbbə, cəmi 100743.81 ABŞ dolları və xx.xx.2015-ci il tarixli MZ/PB- 0489/12/14-2 saylı kredit müqaviləsi üzrə isə 7411.58 ABŞ dolları əsas borc, 13291.31 ABŞ dolları faiz, 19 787.41 ABŞ dolları hesablanmış dəbbə, cəmi 40490.30 ABŞ dolları kredit borcunun, 30 manat ödənilmiş dövlət rüsumunun və ipoteka predmetinə tutma yönəldilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulması, tələbin X8 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində istifadədə olan 0.12424 ha torpaq sahəsində yerləşən 24 nömrəli, 4 mərtəbəli binada 45 kv.m ümumi, 32 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 39 saylı mənzilə yönəldilməsi (MH seriyalı, ******* nömrəli, **********98-05101-093002 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, xx.xx.2006 qeydiyyat tarixli Çıxarışa əsasən), girov predmeti olan qeyri-yaşayış sahəsinin 48000 manat qiymətlə hərraca çıxarılacaq açıq hərracda satılmaqla borcun ödənilməsinə yönəldilməsi, mənzildə yaşayanların- X6, İddiaçı2, X1 mənzilə istifadə hüquqlarına xitam verilməklə evdən çıxarılması, mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsindən göründüyü kimi, X6 və İddiaçı2 zamin olaraq cavabdeh kimi işə cəlb edilməmişlər. İddia ərizəsinin xahiş hissəsinin 4-cü bəndində onlar mənzildə yaşayanlar kimi göstərilmişlər, deməli Bankın zamin olaraq onlara qarşı heç bir tələbin olmadığını göstərir, belə olan halda isə BOKT həmin şəxslərin öhdəliklərinin olmaması barədə mərkəzləşdirilmiş kredit reyesrtinə (Azərbaycan Kredit Bürosuna) müvafiq məlumat verməlidir. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Məcəclləsinin 477.0.4.-ci maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göründüyü kimi, mülki qanunvericliyin tələblərinə də əsasən öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Təsadüfi deyil ki, məhz bu səbəbdən də BOKT Səbail rayon məhkəməsinə müraciət edərkən bu halı nəzərə alaraq X4 və İddiaçı2 qarşı iddia tələbləri irəli sürməyib. Zaminliklə bağlı öhədliyin olmaması barədə məlumatların müvafiq reyestrə verilməməsi X7 və İddiaçı2 banklardan kredit götürmək imkanını mümkünsüz edir, çünki hər bir halda bank reyestr məlumatlarına əsasən onların "xxxx" ASC qarşısında icra olunmamış öhdəlikləri görür və buna görə də imtina verir. Daha sonra iddiaçıların nümayəndəsi və vəkili Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bank Olmayan Kredit X12 Cəmiyyəti ilə X9 arasında bağlanmış xx.xx.2014-cü il tarixli MZ/PB-0489/12/14- 1 saylı və xx.xx.2015-ci il tarixli MZ/PB-0489/12/14-2 saylı kredit müqavilələri üzrə iddiaçılar X3 və İddiaçı2 zaminliklərinə xitam verilməsi, Cavabdeh Bank Olmayan Kredit X12 Cəmiyyətinin üzərinə iddiaçılar X3 və İddiaçı2 xx.xx.2014-cü il tarixli, MZ/PB- 0489/12/14-1 saylı və xx.xx.2015-ci il tarixli MZ/PB-0489/12/14-2 saylı kredit müqavilələri üzrə zaminliklə bağlı öhdəliklərinin olmaması barədə Azərbaycan Respublikası Mərkəzi Bankının Mərkəzləşdirilmiş Kredit Reyestrinə və Azərbaycan Kredit Bürosuna məlumat verilməsi öhdəlinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)-378/2021 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh BOKT ASCnin cavabdeh X2rşı “kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdeh X5 xx.xx.2014-cü il tarixli, MZ/PB 0489/12/14-1 saylı kredit müqaviləsi üzrə 17474.32 ABŞ dolları əsas, 5304.78 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə borcu, xx.xx.2015-ci il tarixli MZ/PB- 0489/12/14-2 saylı kredit müqaviləsi üzrə isə 7362.21 ABŞ dolları əsas, 2304.58 ABŞ dolları faiz, 100 ABŞ dolları borcu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və ödənilmiş dövlət rüsumunun 20 manatının tutularaq iddiaçı Cavabdeh BOKT ASC-yə ödənilməsi qət edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən təqdim edilmiş kredit reyestrindən çıxarışdan görünür ki, İddiaçı1 və İddiaçı2 zamin olduqları öhdəliklər üzrə Cavabdeh BOKT ASC-yə 19 122 ABŞ dolları borcları vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)-378/2021 saylı qətnaməsi ilə müəyyən edilir ki, Cavabdeh BOKT ASC ilə X10 arasında sonuncuya 48 ay müddətinə illik 25.42 faiz olmaqla 50 994 ABŞ dollarının verilməsi barədə kredit müqaviləsi bağlanmış, həmin müqavilələr üzrə öhdəliklərin təmini olaraq xx.xx.2014-cü il tarixli MZ/PB-0489/12/14-1 saylı və xx.xx.2015-ci il tarixli MZ/PB-0489/12/14-2 saylı zaminlik müqavilələri bağlanmışdır. Müqavilə müddəti bitdiyi tarixinədək zaminlərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsində nəzərdə tutulmuş müddətdə ona qarşı iddia irəli sürülməmişdir. Qeyd olunan hallar isə iddiaçıların zaminliyə xitam verilməsi üçün əsasdır. Belə olduğu təqdirdə, hazırkı iş üzrə iddiaçıların adının Mərkəzi Kredit Reyestrində borclu kimi qeyd olunması onların hüquqlarını pozur, həmin məlumatın MKR-də qalmasına hər hansı əsas və zərurət yoxdur. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh BOKT ASC qarşısında X10 ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə icra edilməmiş öhdəliklərinin (borcunun) olmamasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, PARA” Bank Olmayan Kredit X12 Cəmiyyəti ilə X9 arasında bağlanmış xx.xx.2014-cü il tarixli MZ/PB-0489/12/14-1 saylı və xx.xx.2015-ci il tarixli MZ/PB-0489/12/14-2 saylı kredit müqavilələri üzrə iddiaçılar X3 və İddiaçı2 zaminliklərinə xitam verilməli, xx.xx.2014-cü il tarixli MZ/PB-0489/12/14-1 saylı və xx.xx.2015-ci il tarixli MZ/PB-0489/12/14-2 saylı kredit müqavilələri üzrə X3 və İddiaçı2 Cavabdeh BOKT ASC-yə olan borcları Mərkəzləşdirilmiş Kredit Reyestrindən silinsin, X3 və İddiaçı2 borclarının olmaması barədə məlumatın Azərbaycan Kredit Bürosuna təqdim edilməsi öhdəliyi Cavabdeh BOKT ASC-nin üzərinə qoyulmalıdır. Ödənilmiş 100 manat dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. PARA” Bank Olmayan Kredit X12 Cəmiyyəti ilə X9 arasında bağlanmış xx.xx.2014-cü il tarixli MZ/PB-0489/12/14-1 saylı və xx.xx.2015-ci il tarixli MZ/PB-0489/12/14-2 saylı kredit müqavilələri üzrə iddiaçılar X3 və İddiaçı2 zaminliklərinə xitam verilsin. xx.xx.2014-cü il tarixli MZ/PB-0489/12/14-1 saylı və xx.xx.2015-ci il tarixli MZ/PB- 0489/12/14-2 saylı kredit müqavilələri üzrə X3 və İddiaçı2 Cavabdeh BOKT ASC-yə olan borcları Mərkəzləşdirilmiş Kredit Reyestrindən silinsin, X3 və İddiaçı2 borclarının olmaması barədə məlumatın Azərbaycan Kredit Bürosuna təqdim edilməsi öhdəliyi Cavabdeh BOKT ASC-nin üzərinə qoyulsun. Məhkəmə xərcləri iddiaçılara aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar