Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2481/2022 01.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı İB-nin Cavabdeh qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı İB-nin xeyrinə tərtib olunmuş akt üzrə 13.525,03 manat, 133,44 manat dövlət rüsumunun əvəzi və 400 manat vəkil xərci olmaqla, cəmi 14.058,47 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İB iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı İB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 01/3158 saylı “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus fərdi yaşayış evinin təbii qazla təchiz edilməsi davam etdirilmişdir. Həmin fərdi yaşayış evinə İddiaçı İB tərəfindən **********00120 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində G-4 markalı 28026373 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin və 6.5-ci yarımbəndinin tələblərini pozmuş, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən fotoçəkiliş aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Belə ki, 1) xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 4918.4 manat, 2) xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 1110.4 manat, 3) xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 1340.4 manat, 4) xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 57.6 manat, 5) xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 313.2 manat, 6) xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 21.6 manat, 7) xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 602.1 manat, 8) xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 635.4 manat, 9) xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 615.6 manat, 10) xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 183.6 manat, 11) xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 183.6 manat, 12) xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 183.6 manat, 13) xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 50.4 manat, 14) xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 143.4 manat, 15) xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 143.4 manat, 16) xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 143.4 manat, 17) xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 143.4 manat, 18) xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 183.6 manat, 19) xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 302.4 manat, 20) xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 302.4 manat, 21) xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 302.4 manat, 22) xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 302.4 manat, 23) xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 20.20 manat, 24) xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 640.8 manat, 25) xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273.6 manat İddiaçı İB-nə zərər dəymişdir. İtirilmiş qazın bərpası məqsədilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 13260.7 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Bundan başqa cavabdeh tərəfindən təbii qazdan istifadə edilmiş, lakin istifadə edilmiş təbii qazın dəyəri tam ödənilməmişdir. Cavabdeh borcundan müəyyən ödənişlər etmişdir. Cavabdehin hazırda İddiaçı İB-nə 13525.03 manat borcu vardır. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri 133.44 manat ödənilmiş dövlət rüsumundan və 400 manat vəkil xərcindən ibarətdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh İslamova Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 13 iyul 2021-ci il tarixli 01/3158 saylı müqavilədən görünür ki, İddiaçı İB-nin Bakı RQSD ilə istehlakçı İddiaçı İB arasında «qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alğı-satqısı barədə» müqavilə bağlanmışdır. Müqavilənin predmetini – paylayıcının bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçının isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi təşkil edir. Müqavilədə tərəflərin vəzifələri və hüquqları, qazın qiyməti və dəyərinin ödənilməsi şərtləri, qaz qurğularına dair tələblər, xüsusi müddəalar və mübahisələrin həlli qaydası, fors-major hallar, müqavilənin qüvvədə olma müddəti və tərəflərin hüquqi ünvanları və rekvizitləri təsbit olunmuşdur. İş materiallarına əlavə olunmuş abonentin saldosundan, həmçinin tərtib edilmiş aktlardan görünür ki, iddiaçı tərəfindən cavabdehə - xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 4918,4 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 1110,4 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 1340,4 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 57,6 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 313,2 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 21,6 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 602,1 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 635,4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 615,6 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 183,6 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 183,6 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 183,6 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 50,.4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 143,4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 143,4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 143,4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 143,4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 183,6 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 302,4 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 302,4 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 302,4 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 302,4 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 20,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 640,8 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 273,6 manat olmaqla, cəmi 13.525,03 manat məbləğində itirilmiş qaz sərfiyyatına görə borc yazılmışdır (hesablanmışdır). Aktlarla yanaşı dəymiş ziyanın bərpasına dair tələbnamələr tərtib edilmiş, hər bir hal üzrə cavabdehə rəsmi xəbərdarlıq ünvanlanmış, lakin cavabdeh tərəfindən bu xəbərdarlıqlara məhəl qoyulmamış və hər dəfə təbii qazdan sayğacdan kənar istifadə etmə halı təkrarlanmışdır. İddiaçı hazırda qeyd olunan 13.525,03 manat pulun cavabdehdən tutulmasını tələb edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096, 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçının əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda sayğacdan kənar təbii qazdan istifadə hallarının mövcudluğu aşkar edilmiş və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmişdir. Məhkəmə zərər vurulması halının sübuta yetirilmiş olması ilə razılaşsa da, həmin aktlar əsasında borc məbləğinin hesablanmasında İddiaçı tərəfindən səhvə yol verildiyini qeyd edir. Görünür ki, aktlarda və digər sənədlərdə qeyd edilən itirilmiş təbii qaz həcmləri hesablanarkən cavabdehin sayğacdan istifadə etməklə təbii qazdan istifadə etdiyi dövrlərdəki real həcmlər, həmçinin mövsümi özəlliklər (yay aylarında təbii qazdan minimum istifadə edilməsi, qış aylarında təbii qazdan daha çox istifadə edilməsi kimi ümumi məlum olan tendensiyalar) nəzərə alınmamış, sərf edilməsi qeyd olunan qaz həcmlərində tarixi xronologiya üzrə məntiqi ardıcıllıq, mövsümlə əlaqədar azalma və çoxalma dinamikası pozulmuşdur. Bu hal, tərtib olunmuş hesablamalarda özünü qabarıq biruzə verir. Aktlar aşkar edilmiş faktlar üzrə tərtib olunsa da, aktlarda qeyd edilən məbləğlər real deyildir. Belə olduğu təqdirdə, təsbit olunur ki, aktlar baş vermiş təbii qazdan sayğacdan kənar istifadə edilməsi hallarının mövcud olması baxımından düzgün tərtib olunsa da, aktlarda qeyd edilən rəqəmlər reallığa uyğun deyil. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı il təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 3.2.1-ci bəndinə əsasən, istehlakçı qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. Həm paylayıcının (iddiaçının), həm də istehlakçının (cavabdehin) qanunla qorunan mənafelərini nəzərə alan məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb edilən məbləğ tam olaraq deyil, ağlabatan məbləğdə tutulmalıdır. Məhkəmə hesablamalarda iddiaçının təqdim etdiyi abonent saldosunda göstərilən məbləğləri əsas götürərək, hesab edir ki: 1) xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında tutulmalı məbləğ 50 manat (qış fəsli üçün adi qaz sərfiyyatı), 2) xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında tutulmalı məbləğ 30 manat (yaz fəsli üçün adi qaz sərfiyyatı), 3) xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında tutulmalı məbləğ 30 manat (yaz fəsli üçün adi qaz sərfiyyatı), 4) xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında tutulmalı məbləğ 30 manat (yaz fəsli üçün adi qaz sərfiyyatı), 5) xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında tutulmalı məbləğ 50 manat (payız fəsli üçün adi qaz sərfiyyatı), 6) xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında tutulmalı məbləğ 21,6 manat (akta uyğun olaraq), 7) xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında tutulmalı məbləğ 50 manat (payız fəsli üçün adi qaz sərfiyyatı), 8) xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında tutulmalı məbləğ 50 manat (qış fəsli üçün adi qaz sərfiyyatı), 9) xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında tutulmalı məbləğ 50 manat (qış fəsli üçün adi qaz sərfiyyatı), 10) xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında tutulmalı məbləğ 50 manat (qış fəsli üçün adi qaz sərfiyyatı), 11) xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında tutulmalı məbləğ 30 manat (yaz fəsli üçün adi qaz sərfiyyatı), 12) xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında tutulmalı məbləğ 30 manat (yaz fəsli üçün adi qaz sərfiyyatı), 13) xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında tutulmalı məbləğ 30 manat (yaz fəsli üçün adi qaz sərfiyyatı), 14) xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında tutulmalı məbləğ 30 manat (yay fəsli üçün adi qaz sərfiyyatı), 15) xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında tutulmalı məbləğ 30 manat (yay fəsli üçün adi qaz sərfiyyatı), 16) xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında tutulmalı məbləğ 30 manat (yay fəsli üçün adi qaz sərfiyyatı), 17) xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında tutulmalı məbləğ 50 manat (payız fəsli üçün adi qaz sərfiyyatı), 18) xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında tutulmalı məbləğ 50 manat (payız fəsli üçün adi qaz sərfiyyatı), 19) xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında tutulmalı məbləğ 50 manat (qış fəsli üçün adi qaz sərfiyyatı), 20) xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında tutulmalı məbləğ 50 manat (qış fəsli üçün adi qaz sərfiyyatı), 21) xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında tutulmalı məbləğ 50 manat (qış fəsli üçün adi qaz sərfiyyatı), 22) xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında tutulmalı məbləğ 30 manat (yaz fəsli üçün adi qaz sərfiyyatı), 23) xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında tutulmalı məbləğ 20,20 manat (akta uyğun olaraq), 24) xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında tutulmalı məbləğ 30 manat (yaz fəsli üçün adi qaz sərfiyyatı), 25) xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında tutulmalı məbləğ 30 manat (yay fəsli üçün adi qaz sərfiyyatı) olmaqla, cavabdehdən tutulmalı olan ümumi məbləğ müəyyən edilməlidir. Beləliklə, cavabdehdən tutulmalı məbləğ cəmi 951,80 manat təşkil edir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 133,04 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, təbii qazdan sayğacdan kənar istifadə edilməsinə görə yaranmış cəmi 951,80 manat borc və ödənilmiş 133,04 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı göstərilmiş hüquqi yardıma görə vəkilə 400 manat məbləğində pul vəsaitinin ödənilməsinə dair sübutları (ödəniş qəbzi, tapşırığı və s.) məhkəməyə təqdim etməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Təbii qazdan sayğacdan kənar istifadə edilməsinə görə yaranmış cəmi 951,80 manat borc və ödənilmiş 133,04 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-2481/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2481/2022
01.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver