Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2482/2022 12.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi ilə İddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh cəmi 1833,91 (bir min səkkiz yüz otuz üç manat, doxsan bir qəpik) manat olmaqla, bundan 207,66 (iki yüz yeddi manat, altmış altı qəpik) manat əsas, 375,21 (üç yüz yetmiş beş manat, iyirmi bir qəpik) manat faiz, 1219,66 (bir min iki yüz on doqquz manat, altmış altı qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 31,38 (otuz bir manat, otuz səkkiz qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 38,34 (otuz səkkiz manat, otuz dörd qəpik) manat dövlət rüsumunun tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Xətai filialı ilə Cavabdeh arasında bağlanmış 01 avqust 2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən, bank müştəriyə mal alışı məqsədi ilə 12 ay müddətinə, illik 30 % dərəcəsi olmaqla, 2428 (iki min dörd yüz iyirmi səkkiz) ABŞ dolları məbləğində kredit vermişdir. Kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2017-ci il tarixli Əlavə Sazişə əsasən, kredit restrukturizasiya edilmiş, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı konvertasiya edilməklə 1450,36 (bir min dörd yüz əlli manat, otuz altı qəpik) manat hesablanmışdır. Ödəniş qrafiki üzrə borcalan tərəfindən manatla ödənişlər kreditor tərəfindən 1 ABŞ dolları = 1,4 AZN məzənnəsi əsas götürməklə qəbul edilmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2019-cu il tarixinə kimi uzadılmışdır. Kredit müqaviləsinə əsasən, Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2022-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 1833,91 (bir min səkkiz yüz otuz üç manat, doxsan bir qəpik) manat olmaqla, bundan 207,66 (iki yüz yeddi manat, altmış altı qəpik) manat əsas, 375,21 (üç yüz yetmiş beş manat, iyirmi bir qəpik) manat faiz, 1219,66 (bir min iki yüz on doqquz manat, altmış altı qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 31,38 (otuz bir manat, otuz səkkiz qəpik) manat faiz borcu təşkil edir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********223 saylı, xx.xx.2022-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən, üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi məhkəməyə gəlməmiş, ərizə təqdim edərək, iddia tələbini tam müdafiə etdiyini, iş həcminin çoxluğunu nəzərə alaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsi barədə yekun məhkəmə aktı qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Qeyd edilməlidir ki, məhkəmənin əvvəlki hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, iddiaçı tərəfindən tələb edilən məbləğ şişirdilmiş məbləğdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iddiaçının nümayəndəsinin ərizəsini ekspert rəyi və mülki işin materialları ilə birgə nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsindən görünür ki, kreditor "xxxx" ASC borcalan Cavabdeh mal alışı məqsədilə 2428 (iki min dörd yüz iyirmi səkkiz) ABŞ dolları məbləğində illik 30 faiz ödəmək şərtilə 12 ay müddətinə kredit vermiş, borcalan Cavabdeh isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etmək, habelə krediti və kreditə hesablanmış faizləri kreditora qaytarmağa dair öhdəlik götürmüşdür. Mülki işin materiallarında olan ********* saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 2 №-li əlavə sazişdən görünür ki, kredit restrukturizasiya edilmiş, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (restrukturizasiya edilmiş kredit) konvertasiya edilməklə (1 USD = 1,4 AZN) 1450,36 (min dörd yüz əlli manat otuz altı qəpik) manat, restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2019-cu il tarixədək təşkil etmişdir. Mülki işin materiallarında olan **********223 saylı xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə xəbərdar edilmişdir. Mülki işin materiallarında olan **********110 saylı xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2022-ci il tarixinə 207,66 (iki yüz yeddi manat, altmış altı qəpik) manat əsas, 375,21 (üç yüz yetmiş beş manat, iyirmi bir qəpik) manat faiz, 1219,66 (bir min iki yüz on doqquz manat, altmış altı qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 31,38 (otuz bir manat, otuz səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 1833,91 (bir min səkkiz yüz otuz üç manat, doxsan bir qəpik) manat borcu vardır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4366 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh Niyazı oğlunun banka olan borcu müqavilə bitən müddətə, yəni xx.xx.2019-cu il tarixinə əsas borc üzrə 207,86 manat, faiz borcu üzrə 245,67 manat müəyyən olunur. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 38,34 (otuz səkkiz manat otuz dörd qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilən mübahisəsiz hallar ondan ibarət olmuşdur ki, kreditor "xxxx" ASC borcalan Cavabdeh mal alışı məqsədilə illik 30 faiz ödəmək şərtilə 12 ay müddətinə 2428 (iki min dörd yüz iyirmi səkkiz) ABŞ dolları məbləğində kredit vermiş, Cavabdeh isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etmək, habelə krediti və kreditə hesablanmış faizləri kreditora qaytarmağa dair öhdəlik götürmüşdür. Tərəflər arasında bağlanan xx.xx.2017-ci il tarixli 2 №-li əlavə sazişə əsasən, kredit restrukturizasiya edilmiş, Cavabdeh "xxxx" ASC qarşısındakı kredit öhdəliyinin qalığı 1 USD = 1,4 AZN kimi konvertasiya edilməklə 1450,36 (min dörd yüz əlli manat otuz altı qəpik) manat təşkil etmiş, restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2019-cu il tarixədək uzadılmışdır. Lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Bu səbəbdən ona xx.xx.2022-ci il tarixində bildiriş göndərilərək, mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi təklif edilmiş, lakin cavabdeh yenə də öhdəliyini yerinə yetirməmişdir. Hazırda "xxxx" ASC xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsaslanaraq, xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh 207,66 (iki yüz yeddi manat, altmış altı qəpik) manat əsas, 375,21 (üç yüz yetmiş beş manat, iyirmi bir qəpik) manat faiz, 1219,66 (bir min iki yüz on doqquz manat, altmış altı qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 31,38 (otuz bir manat, otuz səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 1833,91 (bir min səkkiz yüz otuz üç manat, doxsan bir qəpik) manat borcun və iş üzrə ödənilmiş 38,34 (otuz səkkiz manat, otuz dörd qəpik) manat dövlət rüsumununun qaytarılmasını tələb edir. Qeyd edilməlidir ki, məhkəmə tərəfindən işin hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4366 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən isə müəyyən edilmişdir ki, Cavabdeh banka olan borcu müqavilə bitən müddətə, yəni xx.xx.2019-cu il tarixinə əsas borc üzrə 207,86 manat, faiz borcu üzrə 245,67 manat məbləğində borcu vardır. Məhkəmə hesab edir ki, iddia tələbi əsas borc və kredit müqaviləsinin müddəti bitəndən sonra hesablanmış faiz borcuna münasibətdə təmin, faiz və cərimə borcuna münasibətdə isə qismən təmin edilməlidir. Belə ki, məhkəmə Cavabdeh 207,66 manat əsas, 245,67 manat faiz, 11 manat cərimə, 31,38 manat gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla yaranmış faiz borcunun, cəmi 495,71 manat məbləğində pulun tutularaq LPO "xxxx" ASC-yə ödənilməsini ədalətli hesab edir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırır: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinin tələblərinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 445.7-ci maddəsinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarına əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Yuxarıda qeyd edilən normalara əsasən, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliklərini icra etmədiyindən, iddiaçının qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Cavabdeh kredit müqaviləsində nəzərdə tutulmuş müddət bitdikdən sonra kreditorun etdiyi xəbərdarlıqlara baxmayaraq, pul məbləğinin geri qaytarılmasını gecikdirdiyindən, iddiaçı isə digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyindən, məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə faiz borcunun qismən təmin edilməsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4366 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə əsaslandırır. Dəbbə puluna gəldikdə isə aşağıdakıların qeyd edilməsi zəruridir: Mülki Məcəllənin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar hesab edir ki, 1219,66 manat məbləğində dəbbə pulunun miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğ 11 manat məbləğinədək azaldılmalıdır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 207,66 manat əsas, 245,67 manat faiz, 11 manat cərimə, 31,38 manat gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla yaranmış faiz borcu olmaqla, cəmi 495,71 manat məbləğində pul tutularaq LPO "xxxx" ASC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, Mülki Prosessual Məcəllənin 119cu maddəsinə əsasən, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manatın 73 manatı iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan, 27 manatı isə Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bundan başqa, iş üzrə ödənilmiş dövlət rüsumunun 10 manat hissəsi Cavabdeh alınaraq LPO "xxxx" ASC-yə ödənilməli, qalan 28,34 manat hissəsi isə iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MülkiProsessualMəcəllənin217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh əsas borc üzrə 207,66 manat, faiz borcu üzrə 245,67 manat, cərimə borcu üzrə 11 manat, gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla yaranmış borc üzrə 31,38 manat, cəmi 495,71 manat (dörd yüz doxsan beş manat yetmiş bir qəpik) məbləğində pul tutularaq LPO "xxxx" ASC-yə ödənilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manatın 73 manatı iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan, 27 manatı isə Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, X1, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) ödənilsin. Ödənilmiş dövlət rüsumunun 10 manat hissəsi Cavabdeh alınaraq LPO "xxxx" ASC-yə ödənilsin, qalan 28,34 manat hissəsi isə iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-2482/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2482/2022
12.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver