Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2493/2021 05.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X5 və X2 cəlb etməklə cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin «Həkim-Sanitariya Xidmətinin Bakı X18» Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin «Həkim-Sanitariya Xidmətinin Bakı X18» Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 30.08.2020-ci il tarixdə Bakı X18na gələrək ginekolojiya şöbəsinin həkimi X11nın yanına yaxınlaşmış və səhhətində olan narahatlıq barədə məlumat vermişdir. X1 iddiaçını müayinə etdikdən sonra cərrahiyə əməliyyatı olunmasının zəruri olduğunu iddiaçıya bildirmişdir. Həkimlə razılaşdıqdan sonra iddiaçı 04.09.2020-ci il tarixdə xəstəxanaya gəlmiş və 600 manat məbləğində pulu heç bir qəbz almadan S.Mirzəyevaya ödədikdən sonra həmin gün əməliyyat olunmuşdur. «Bertolinit kista» diaqnozu ilə 04.09.2020-ci il tarixdə Bakı şəhəri X15 cərrahi əməliyyat olunduqdan sonra, narkozdan ayılıb sol baldır nahiyyəsinin böyük hissəsinin yandığını görmüşdür. X21 yanığın əməliyyat zamanı istifadə olunan işıq lampasının şüasından baş verdiyini bildirmiş və «narahat olma bu proses belədir» demişdir. Ayağının yanmasına görə bu günə kimi heç kimdən şikayət etməmişdir. Belə ki, X21 müalicəsinə kömək etməyi boynuna götürmüş, lakin bud hissəsində olan bərpaolunmaz xəsarətdən hazırki dövrdə də ciddi əziyyət çəkir və iddiaçıya yalnızca X21 tərəfindən ona ödədiyi və əlavə olaraq 500 manat məbləğində ödəniş verilmişdir. Bu məbləğ isə iddiaçının ayağının əvvəlki vəziyyətinə qayıtmasına, sağlamlığına kömək etmir. İddiaçının əməliyyatının 04.09.2020-ci il tarixdə olmasına baxmayaraq nə üçün bütün sənədlərdə guya əməliyyatının 09.09.2020ci il tarixdə olması qeyd edilmişdir. Hətta iddiaçının qaynı olan Heybətov İlkinlə bir yerdə 26.11.2020-ci il tarixdə əməliyyat olunduğu Bakı X18na getmiş və tibb kartasından çıxarış (epikriz) tələb etdikdə onları guya ki, xəstəlik tarixinə müdaxilə etməkdə və xuliqanlıq etməkdə ittiham edərək oradan uzaqlaşdırmışlar. Həmin gün polisə məlumat verərək 5 saata yaxın müddətdə onları X25 İdarəsində əsassız yerə saxlamışdırlar. Bir gün sonra 27.11.2020-ci il tarixdə isə həmin xəstəxanaya telefonla video çəkiliş apararaq getdikdə, onlara epikrizin verilməsini tələb etdikdə isə X16 Baş Polis İdarəsi əməkdaşları tərəfindən polis idarəsnə aparılmışlar. Nəqliyyatda Baş Polis İdaprəsi X16 Polis İdarəsinin istintaq və Təhqiqat Bölməsinin təhqiqatçısı Anar Rüstəmovun 25.12.2020-ci il tarixli qərarı ilə barələrində AR CM-nin 221-ci maddəsi ilə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. Bakı X18 tərəfindən iddiaçıya qarşı bu qeyri-insani rəftarı iddiaçı hələ də başa düşə bilmir. Birincisi, iddiaçı 04.09.2020-ci il tarixdə əməliyyat olunmuşdur və hələ narkozdan ayılmamış onu həyətə çıxararaq orada xeyli gözlətmiş və əməliyyat sonrası yanmış sol bud hissəsinə isə nəsə spay vuraraq burada qorxulu heç nə yoxdur deyərək iddiaçını tez oradan uzaqlaşdırmışlar. İkincisi, nə üçün 04.09.2020-ci il tarixdə əməliyyat olunmasına baxmayaraq iddiaçının əməliyyat tarixinin vaxtını 09.09.2020-ci il kimi qeyd etmişlər və istər X16 Polis İdarəsində, istərsə də Nəsimi rayon prokurorluğunda verilmiş ifadələrin hamısında əməliyyatın guya 09.09.2020-ci il tarixdə aparılması qeyd edilmişdir. Üçüncüsü, əməliyyat tarixin 5 gün fərqlə yazılması guya bu məsələdə təqsiri olanları məsuliyyətdən azad edəcəkmi? Çünki Nəsimi rayon prokurorluğunda aparılmış araşdırma zamanı iddiaçının cərrahi əməliyyat zamanı yanıq xəsarəti almasının keçirdiyi cərrahi əməliyyat zamanı onun cərrahi əməliyyat zamanı yanıq xəsarəti almasının keçirdiyi cərrahi əməliyyatla səbəbli əlaqəsinin olmaması və sol bud nahiyyəsindəki termiki yanıq X21nın diqqətsizliyi üzündən əməliyyat zamanı istifadə olunan reflektorun (işıqlandırıcı lampanın) narkoz altında olan onun ayağı ilə yaxın məsafədən təmasda olması nəticəsində baş vermişdir. Bu isə X21nın ehtiyatsızlıqdan iddiaçının sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirməsi deməkdir. Əməliyyatın tarixini gizlətməklə nə əldə etmək istəyirlər? Bəlkə də xəstəxana rəhbərliyindən ümumiyyətlə bu kimi halları gizlətmək orada adət halının almışdır. Bütün iş materiallarında iddiaçının bədənində olan xəsarətin guya lampa işığı ilə baş verdiyi bildirilir, lakin iddiaçı buna etiraz edir və stolüstü reflektor lampa iddiaçının bədənində bu formada bərpaolunmaz zərər qoya bilməzdi. İddiaçı şübhələnir ki, bədəninin həmin nahiyyəsinə hansısa kimyəvi maddə və ya qaynar su ilə qərəzli şəkildə xəsarət yetirilmişdir. Çünki bu hadisə necə lampa işığı ilə baş vermişdir ki, işığın düşmə bucağı altında olan bir hissədə yanıq yox, müxtəlif nahiyyələrdə, sanki kimyəvi maddənin axması nəticəsində baş verən yanıq kimi təssürat yaranır. Əməliyyat sonrası iddiaçının ayağındakı ağrıların çox olduğunu və xəsarət yerinin düzəlmədiyini gördükdə 10.09.2020-ci il tarixdə əməliyyat sonrası yaranmış İİ dərəcəli yanıq xəsarəti ilə 5 saylı Şəhər Kliniki Xəstəxanasına getmişdir. Həmin xəstəxanada dərhal polisə məlumat verilməklə məsələ, Nəsimi rayon prokurorluğunda araşdırılmışdı. Nəsimi rayon prokurorluğunun müstəntiqi İlyaz Seyidovun 10.12.2020-ci il tarixli qərarı ilə isə həkim mama-ginekoloq X3 əməlində cinayət tərkibi olmadığından toplanmış materiallar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Nəsimi rayon prokurorluğunda aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.1991-ci il təvəllüdlü Salyan rayonu, Xələc kəndində qeydiyyatda olan Bakı şəhərində kirayədə yaşayan İddiaçı 09.09.2020-ci il tarixdə Bakı şəhəri X15 həkim mamaginekoloq X6 müraciət etmiş və sonuncu xəstəyə “bartolinit vəzisinin iltihabı” diaqnozu qoyaraq həmin gün saat 14 radələrində “Bartolinit vəzisinin kəsilməsi” cərrahi əməliyyatı icra etmişdir. Xəstə venadaxili narkoz altında əməliyyat stoluna yerləşdirilmiş və əməliyyat olunan sahənin işıqlandırılması üçün istifadə olunan reflektordan (işıqlandırıcı lampa) istifadə edilmişdir. Əməliyyat zamanı ehtiyatsızlıqdan reflektor narkoz altında yatmış Vüsalə Hümbətovanın sol budu ilə kontaktda olmuş və nəticədə ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol iç səhinin İİ dərəcəli yanıq xəsarəti yetirmişdir. İddiaçıya Bakı X18nda aparılan cərrahiyyə əməliyyatı zamanı ehtiyatsızlıqdan da olsa xəsarət yetirilməsi (2-ci dərəcəli yanıq xəsarəti) sübut olunmuşdur. Lakin hazırki dövrə qədər də nə üçün əməliyyat tarixinin 04.09.2020-ci il deyil, 09.09.2020-ci il tarix kimi hər yerdə qeyd edilməsi ona təəcüblü gəlir. Əməliyyat tarixinin hansı tarix olmasını ona görə bu şəkildə önə çəkmişdir ki, çünki onlar 27.11.2020ci il tarixə əməliyyatın keçirildiyi X9 epikriz götürmək istəyəndə onların başlarına xəstəxana işçi və rəhbərliyi oyun açaraq xəstəlik tarixini dəyişdirməyə çalışmaqda təqsirləndirərək onları xuliqanlıqda ittiham edərək barələrində cinayət işinin başlanılması üçün polisə müraciət etmişdir. Hər halda iddiaçının məqsədi kimisə cəzalandırmaq deyil, sağlamlığına zərər vurmuşdur və dəymiş zərəri tələb etmək hüququ vardır. Hazırki dövrə qədər bir sıra özəl klinikalara müalicə olunmaq üçün müraciət etsə də, hər bir klinika bu yaranın izlərinin heç vaxt getməyəcəyini ona bildirmişdir. Bu isə onun cavan yaşında sol bud hissəsində yanıq ləkəsi ilə qalması deməkdir. Hazırki dövrə qədər keçirdiyi istər fiziki, istərsə mənəvi iztirablar isə onu daha da pis vəziyyətə salmışdır. Çünki əməliyyat nəticəsində həkimin təqsiri üzündən onun sağlam ayağı bud hissəsi yanmışdır, hətta onun lampa işığı ilə yanığını bildirmişdilər, lakin hər hansı lampa işığı insan bədənində 2-ci dərəcəli bərpaolunmaz yanıq yarada bilər ki? Fiziki ağrı öz yerində, bunun mənəvi tərəfi isə göz görə-görə iddiaçını əməliyyatdan çıxardıb canı ağrıya-ağrıya (istər əməliyyat, istər yanığa görə) 1 saat ərzində evə göndərdilər və xəstəlik tarixini də təhrif etdilər. Hətta iddiaçı öz haqqını tələb etdikdə isə, qohumu ilə birlikdə onlara qarşı cinayət işinin başlanılması üçün aidiyyatı orqana müraciət etmişlər. Halbuki iddiaçı əməliyyat sonrası ayağında yaranmış yanıq xəsarəti ilə bağlı heç bir yerə şikayət etməmişdir, lakin haqlı olaraq 5 saylı Şəhər Kliniki Xəstəxanasına yanıqla bağlı müraciət etdikdə, həmin xəstəxana rəhbərliyi bununla bağlı polisə məlumat vermişdir. Göstərilənlərə əsasən cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Həkim-Sanitar Xidmətinin Bakı X18” Məhdud Məsuliyyətli Cəmiyyətindən 15.000 manat maddi zərərin, 10.000 manat dəyərində maddi zərərin, cəmi 25000 manat məbləğində pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Həkim-Sanitar Xidmətinin Bakı X18” Məhdud Məsuliyyətli Cəmiyyətindən 150.000 manat maddi zərərin, 50.000 manat dəyərində mənəvi zərərin, cəmi 200.000 manat məbləğində pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəmədə izahat verərək bildirdi ki, o cəmi 2400 manat məbləğində pul xərcləmişdir və bu pulun 1600 manatını əməliyyat etmək üçün həkimə vermiş qalan 800 manatını isə dərmanlara sərf etmişdir. Qeyd olunan məbləğdən cəmi Mirzəyeva Sevda tərəfindən 1100 manatı ona qaytarılmışdır. Odur ki, iddianı müdafiə edərək, iddiada göstərilənləri təsdiq edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək bildirdi ki, maddi ziyanın digər hissələrinə aid sübut təqdim edə bilmir amma qeyd olunan ziyan iddiaçının gələcəkdə əməliyyatları üçün lazım olacaqdır. Odur ki, nümayəndə və vəkil iddiada göstərilənləri təsdiq edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, yanıq xəsarəti əməliyyatla əlaqədar yaranmamışdır. İddiaçı tərəfin heç bir maddi sübutu yoxdur. İddiaçının xəsarətinin aradan qaldırılması üçün yeni dəri köçürülməsinin şərt olduğunu qeyd edirlər, lakin bu fikri təsdiqləyən heç bir sübut, mütəxəssis rəyi təqdim edə bilmirlər. Yanıq xəsarəti əməliyyatla əlaqədar yaranmamışdır və bunu qarşı tərəf ərizəsində bildirmişdir. Mülki Məcəllənin 1112-ci maddəsində də qeyd olunur ki, tibb müəssisəsində müalicə zamanı cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Cinayət işi ilə bağlı keçirilən ekspertizanın rəyində də göstərilir ki, yanıq ləkəsi əməliyyat nəticəsində yaranmamışdır. Bu səbəbdən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə işə cəlb edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X12 və X7 qanunla müəyyənləşdirilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı X18nda tərtib edilmiş 223511 nömrəli epikrizin surətindən və İddiaçı xəstəlik tarixindən görünür ki, İddiaçı 09.09.2020-ci il tarixdə «Bartolinit» diaqnozu ilə xəstəxanaya daxil olmuşdur. Kliniki diaqnoz: «Bartolinit. Bartolin vəzinin iltihabı». 09.09.2020-ci il tarixdə saat 14.00-da venadaxili anesteziya ilə yerli sanasiyadan sonra bartolinit vəzi kəsildi, çox miqdarda irinli-qanlı maye axtı. Yerli sanasiya aparıldı, yara nahiyyəsi yuyuldu, yaraya turunda qoyuldu.Əməliyyat zamanı işıqlandırma olunub və bu işıqlandırma zamanı sol budun ön tərəfində, ölçüləri 7x5 sm olan yanıq var. Lazımi tədbirlər aparıldı, məsləhət və tövsiyyələr verildi. 09.09.2020-ci il tarixdə xəstə kafi vəziyyətdə evə yazıldı. Son kliniki diaqnoz: «İrinli bartolinit. Sol budun İİ dərəcəli termiki yanığı». İş materiallarında olan Nəsimi rayon prokurorluğunun müstəntiqi İlyaz Seyidov tərəfindən tərtib edilmiş 10.12.2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Salyan rayonu, Xələc kəndində qeydiyyatda olan Bakı şəhərində kirayədə yaşayan İddiaçı 09.09.2020-ci il tarixdə Bakı şəhəri X15 həkim mama-ginekoloq X6 müraciət etmiş və sonuncu xəstəyə «bartolinit vəzisinin iltihabı» diaqnozu qoyaraq həmin gün saat 14 radələrində «Bartolinit vəzisinin kəsilməsi» cərrahi əməliyyatı icra etmişdir. Xəstə venadaxili narkoz altında əməliyyat stoluna yerləşdirilmiş və əməliyyat olunan sahənin işıqlandırılması üçün istifadə olunan reflektordan (işıqlandırıcı lampa) istifadə edilmişdir. Əməliyyat zamanı ehtiyatsızlıqdan reflektor narkoz altında yatmış İddiaçı sol budu ilə kontakda olmuş və nəticədə ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol budun iç səhinin İİ dərəcəli yanıq xəsarəti yetirmişdir. Keçirilmiş komisyon məhkəmə-tibbi ekspertizasının 08.12.2020-ci il tarixli KEŞ 550 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, xəstə İddiaçı 09.09.2020-ci il tarixdə Bakı X18na daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona «Bartolinit vəzisinin iltihabı» diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq həmin tarixdə «Bartolinit vəzisinin kəsilməsi» cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatın gedişatı zamanı sol budun ön səthində reflektorun işıqlandırılması ilə kontakt nəticəsində İİ dərəcəli yanıq xəsarəti əmələ gəlmişdir. İddiaçı adına «5» saylı Şəhər Kliniki Xəstəxanası PHŞ-də tərtib edilmiş tibbi sənəddə göstərilənlərə əsasən o, 10.09.2020-ci il tarixdə xəstəxanasının yanıq şöbəsinə müraciət etmiş və ona «Sol budun iç səthində İİ dərəcəli termiki yanıq» diaqnozla əlaqədar müvafiq tibbi yardım göstərilmişdir. İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı onda sol budun orta 1/3-nin ön səthində İİ dərəcəli termiki yanıq xəsarətinin olduğu müəyyən edildi. Qeyd olunan xəsarət qərarda və tibbi sənədlərdə göstərildiyi kimi 09.09.2020-ci il tarixdə aparılmış «Bartolinit vəzisinin kəsilməsi» cərrahiyyə əməliyyatı zamanı reflektorun işıqlandırılması ilə kontakt nəticəsində baş verə bilərdi. Dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığı yüngül zərər vurmaya aiddir. Araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı cərrahi əməliyyat zamanı yanıq xəsarəti almasının, keçirdiyi cərrahi əməliyyatla səbəbli əlaqəsi yoxdur və onun sol bud nahiyyəsindəki termiki yanıq X21nın diqqətsizliyi üzündən əməliyyat zamanı istifadə olunan reflektorun (işıqlandırıcı lampanın) narkoz altında olan xəstənin ayağı ilə yaxın məsafədən təmasda olması nəticəsində baş vermişdir. Bu isə X21nın ehtiyatsızlıqdan xəstə İddiaçı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirməsi deməkdir. Bu səbəbdən İddiaçı xəsarət alması ilə əlaqədar həkim mama-ginekoloq X3 əməlində cinayət tərkibi yaranmadığından toplanmış material üzrə cinayət işi başlanılması rədd edilmişdir. İş materiallarında olan NBPİ-nin DYNPİ-nin İstintaq və Təhqiqat Bölməsinin təhqiqatçısı X14 tərəfindən tərtib edilmiş 25.12.2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, 26.11.2020-ci il tarixdə İddiaçı ilə X13 Bakı X18na daxil olaraq İddiaçı adına olan xəstənin tibbi kartasından çıxarışda (epikriz) göstərilən tarixləri qeyri-qanuni dəyişməyi tələb etmişlər. Onlardan hər ikisinə bunun qeyri-qanuni olması izah edildikdə hər iki şəxs xuliqanlıq hərəkətlərinə yol verərək qara-qışqırıq salmış özlərinə xəsarət yetirməklə xəstəxananın əməkdaşlarını şantaj etmişlər. Buna görə də iş əhəngi pozulmuş tibbi personalı və xəstələr narahat olmuşlar. Bundan başqa, həmin şəxslər növbəti gün, yəni 27.11.2020-ci il tarixdə yenidən xəstəxananın Mamalıq-ginekologiya bölməsinin ginekologiya blokuna daxil olub qeydiyyat şöbəsində işləyən işçilərə yaxınlaşaraq, həmn tələblə onalar müraciət etmişlər və heç bir icazə olmadan telefon vasitəsilə orada olan şəxslərin səs yazılarını video çəkilişini aparmaqla yenidən ictimai arayışı pozmuşlar. İddiaçı və X4 əməlində Azərbaycan Respublikasının CM-nin 221-ci maddəsinin, yəni xuliqanlıq, ictimai qaydanı kobud surətdə pozan cəmiyyətə açıqca hörmətsizlik ifadə edən vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərin tərkibi əlamətləri yoxdur. Belə olan halda İddiaçı və X4 barəsində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X10” publik hüquqi şəxsinin 652/KEŞ saylı, 13.08.2021-ci il tarixli məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən 1991-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq ekspert komissiyası aşağıdakı nəticəyə gəlmişdir: 1.2.5. İddiaçı məhkəmə-tibbi və mütəxəssis müayinələri zamanı onda sol budun orta 1/3-nin ön səthində İ-İİ dərəcəli termiki yanıqdan sonrakı çapıq izinin olduğu müəyyən edildi. Bunun da Azərbaycan Respublikasında fəaliyyət göstərən tibb müəssisələrində kosmetoloji prosedurlarla aradan qaldırılması mümkündür. Qeyd olunan xəsarət 09.09.2020-ci il tarixdə baş verə bilərdi. 3.Müalicə ilə əlaqədar hansı miqdarda vəsaitin tələb olunmasının təyini məhkəmə-tibb ekspert komissiyasının səlahiyyətlərinə aid deyil.
4. İddiaçı üzərində icra edilmiş cərrahiyyə əməliyyatının gedişi zamanı sol budun ön səthində reflektorun işıqlandırılması ilə kontakt nəticəsində yanıq xəsarətin baş verməsi istisna edilmir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı 09.09.2020-ci il tarixdə cavabdehə məxsus xəstəxanaya müraciət etmiş və ona «Bartolinit. Bartolin vəzinin iltihabı» diaqnozu qoyulmuşdur. Həmin gün saat 14.00-da «Bartolinit vəzisinin kəsilməsi» cərrahi əməliyyatı icra edilmişdir. Əməliyyat zamanı ehtiyatsızlıqdan işıqlandırıcı lampa narkoz altında olmuş iddiaçının sol budu ilə kontakda olmuş və nəticədə ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol budun iç səhinin İİ dərəcəli termiki yanıq xəsarəti yetirmişdir. Məhkəmə ekspert rəyinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, həm iddiaçı tərəfindən, həmdə işdə olan materiallar əsasında iddiaçıya həqiqətəndə əməliyyat zamanı xəsarətin alınması birbaşa müəyyən olunmuşdur. Oda qeyd edilməlidir ki, iddiaçıya qoyulan diqanoz üzrə əməliyyat uğurla həyata keçirilmiş, lakin əməliyyat zamanı reflektorun işıqlandırılması nəticəsində İddiaçı ziyan dəymişdir. Bu halları nəzərə alaraq məhkəmə ekspert rəyi ilə razılaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Həmin Məcəllənin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarına dövlət təminatı və bu təminatla bağlı hüquqi və fiziki şəxslərin məsuliyyəti əhalinin sağlamlığının qorunmasının əsas prinsiplərindən biridir. Həmin Qanunun 51-ci maddəsinin 5-ci cümləsinə əsasən peşə vəzifələrinin lazımi səviyyədə yerinə yetirilməməsinə görə müalicə həkimi qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsini tələb edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə iddiaçının cavabdeh tərəfindən maddi zərərin vurulmasına dair iddia tələbinin dəlili ilə qismən razılaşır. Zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Belə ki, iddiaçı üzərində cərrahiyə əməliyyatının Bakı X18nda keçirilməsi və cərrahiyyə əməliyyatının gedişi zamanı sol budun ön səthində reflektorun işıqlandırılması ilə kontakt nəticəsində yanıq xəsarətin alınması işin mübahisəsiz hallarıdır. Bu halın özü müvafiq ekspert rəyindədə özünü göstərmişdir. Məhkəmə iddia tələbinin vurulmuş maddi ziyanın ödənilməsi hissəsinə hüquqi qiymət verərək hesab edir ki, mülki qanuvericiliyin yuxarıda sadalan normalarına əsasən iddiaçı, üzərində aparılmış cərrahiyə əməliyyatı nəticəsində yaranmış qüsurlara görə dəymiş maddi ziyanın ödənilməsi tələbi ilə cavabdehə qarşı məhkəməyə müraciət etmək hüququ olmuş və onun həmin tələbi qismən əsaslıdır. Məhkəmə hesab edir ki, vurulmuş maddi ziyanın məbləğini müəyyən edərkən 2400 manat məbləğində pulun verilməsi və ondan 1100 manatın geri ödənilməsi iddiaçının ifadəsiylə öz təsdiqini tapmışdır. Maddi ziyanın digər hissəsinə dair iddiaçı tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə həmçinin maddi ziyanın ödənilməsi hissəsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya gələcəkdə lazım olacaq əməliyyat xərcləri hal-hazırda təmin edillməsi mümkün deyildir. Çünki məhkəmə gələcəyə münasibətdə əməliyyata ehtiyacın olub-olmaması, olduğu təqdirdə bunun hansı məbləğlə aradan qaldırılmasının mümkünlüyünün bilinməsi qeyrimümkündür. Sonradan bu xərclər artarsa iddiaçının yenidən maddi ziyan tələbi ilə məhkəməyə müraciət etmək hüququ mövcuddur. Məhkəmə qeyd olunanlara qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, cavabdehdən dəymiş maddi ziyanın əvəzi kimi ona ödənilmiş 1300 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsinə hüquqi qiymət verərək, məhkəmə aşağıdakıların qeyd olunmasını zəruri bilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə iclasında mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, cərrahiyə əməliyyatının gedişi zamanı yanıq xəsarətin alınması nəticəsində keçirdiyi ağrılar iddiaçıda mənəvi sarsıntı və iztiraba səbəb olmuşdur. Belə ki, Ali Məhkəmənin Plenumu qeyd olunan Qərarda göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, cərrahi əməliyyat gedişi zamanı yanıq xəsarətin alınması nəticəsində iddiaçının çəkidiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, təsəlli ala bilər. Məhkəmə hesab edir ki, vurulmuş mənəvi zərərin 3700 manat məbləğində pul vəsaiti ilə kompensasiya edilməsi ədalətli və ağlabatandır. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia qismən təmin edilməli, cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin «Həkim-Sanitariya Xidmətinin Bakı X18» MMC-dən maddi zərər qismində 1300 (bir min üç yüz) manat, mənəvi zərər qismində 3700 (üç min yeddi yüz) manat pul tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin «Həkim-Sanitariya Xidmətinin Bakı X18» Məhdud Məsuliyyətli Cəmiyyətindən maddi zərər qismində 1300 (bir min üç yüz) manat, mənəvi zərər qismində 3700 (üç min yeddi yüz) manat pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ramin Xəlilov