Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2509/2022 28.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı Əlı̇ yev Sahı̇ bəli İ̇mran oğlunun iştirakı ilə İddiaçı Əlı̇ yev Sahı̇ bəli İ̇mran oğlunun cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “maddi ziyanın ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Əlı̇ yev Sahı̇ bəli İ̇mran oğlu cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “maddi ziyanın ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə 10 sentyabr 2008-ci il tarixli, 1770 saylı “VİP Depozit” müqavilə əsasında depozit hesaba qoyulmuş 60.000 manat və 08 sentyabr 2009-cu il tarixli, LD100604223 saylı “Standart Depozit” müqavilə əsasında depozit hesaba qoyulmuş 30.000 manat əmanətin 26 may 2010-cu il tarixdən hesaba qaytarılıb müqavilə şərtlərinin yerinə yetirilməsi ilə İddiaçı əmanətçi hüquqlarının "xxxx" KB tərəfindən tam bərpa edilməsinə dair 25 noyabr 2014-cü il tarixli icra vərəqəsi verilmişdir. Nəsimi Rayon İcra Şöbəsinin “icraata başlamaq haqqında” qərarı xx.xx.2015-ci ildə borclu banka təqdim edilmiş, ancaq Maliyyə Bazarlarına Nəzarət X1 30 sentyabr 2016-cı il tarixli qərarına əsasən "xxxx" KB-nın lisenziyası 01 oktyabr 2016-cı il tarixdə ləğv edilənədək ötən bir ildən çox müddətdə fəaliyyətdə olmasına baxmayaraq, bank qanuni qüvvəsini almış məhkəmə qərarını icra etməmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının qərarı ilə Bank müflis elan olunmuş və ləğvetmə proseduru çərçivəsində Banka ləğvedici təyin edilmişdir. Bankın müflis elan olunması əmanətçiyə münasibətdə sığorta hadisənin baş verməsi ilə nəticələnmiş, sığorta hadisəsi baş verəndən dərhal sonra iddiaçı tələbkar qismində banka müraciət etmişdir. Nəsimi Rayon İcra Şöbəsi tələbin hüquqi əsasını sübut edən sənədləri və zəruri məlumatları təqdim etməklə İddiaçı 166.000 manat məbləğdə kompensasiya ödənilməsi barədə Ləğv prosesində olan QSC ”Bank Standard” KB-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna bildiriş vermişdir. Cavabında Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru Azad Cavadovun imzası ilə 23 dekabr 2016-cı il tarixli imtina cavabı alınmışdır. Daha sonra tələbin 10 yanvar 2017-ci il tarixdə 1482 nömrə ilə Kreditorların reyestrinə daxil edildiyi haqda 19/17947 saylı, 27 yanvar 2017-ci tarixli bildiriş göndərilib. Əmanətlərin Sığortalanması Fondu 166.000 manat məbləğində kompensasiya ödənilməsində qanunun tələblərindən irəli gələn öhdəliyini icra etməyərək iddiaçının hüquqlarını pozmuşdur. Nəticədə Əmanətlərin Sığortalanması Fondu və ləğv prosesində olan QSC "xxxx" KBnin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “sığorta hadisəsinin baş verməsi ilə əlaqədar kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi əsasında, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli, 2(006)-3263/2018 saylı qətnaməsi ilə iddia təmin edilərək 166.000 (bir yüz altmış altı min) manat məbləğində kompensasiyanın ödənilməsi cavabdeh Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi qət edilmişdir. Əmanətlərin Sığortalanması Fondunun həmin qətnamədən verdiyi apellyasiya şikayəti əsasında məsələyə 3 dəfə olmaqla apellyasiya və kassasiya icraatı qaydasında baxılmış, sonuncu apellyasiya icraatında Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Nəsimi Rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmış, Ali Məhkəmənin 16 mart 2022-ci il 2(102)-1040/2022 saylı qərarı ilə iş üzrə yekun məhkəmə aktı çıxarılaraq, Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2021-ci il tarixli, 2(103)-5116 /2021 saylı qətnaməsi qanuni qüvvəsini almışdır. İcra Şöbəsinin və iddiaçının çoxsaylı cəhdləri, banka və digər səlahiyyətli orqanlara müraciətləri heç bir nəticə verməmiş, nəticədə bu günədək qeyd edilən pul məbləği ödənilməmişdir. Göstərilənlərə əsasən 71730 manat manat pulun və hazırki məhkəmə icraatının başlanması üçün çəkilmiş xərc 305 manat, ümumilikdə 72 035 (yetmiş iki min otuz beş) manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı Əlı̇ yev Sahı̇ bəli İ̇mran oğlu iddia tələbini müdafiə edərək, tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, iddia tələbi üzrə icraata xitam verilməli, bankın hərəkətsizliyi tərəfə izah edilməli və aidiyyəti məhkəməyə yönəldilməlidir. Belə ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasında fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin kollektiv icbari sığortalanması sisteminin yaradılması və fəaliyyəti, o cümlədən əmanətlər üzrə kompensasiya ödənilməsi qaydalarını müəyyən edir. Bu Qanunun 2.1.11-ci maddəsinə əsasən kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. Həmin Qanunun 2.1.2ci maddəsinə əsasən qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətdir. İddia tələbində birbaşa Fonddan pul vəsaitinin tutulması xahiş edilmişdir. Lakin unutmaq olmaz ki, Fond kompensasiya ödənişini Əmanətlərin Sığortalanması haqqında qanunda nəzərdə tutulmuş müddətdə və qaydada həyata keçirir. Qanunun 28.3-cü maddəsinə əsasən Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir və ərizə verilməsi qaydası isə Qanunun 28.2-ci maddəsi ilə tənzimlənir. Maddəyə əsasən kompensasiya almaq üçün əmanətçi yazılı ərizə ilə Fonda müraciət edir. Ərizəyə əmanət müqaviləsi, əmanət kitabçası, yaxud qanunvericiliyə uyğun olaraq əmanəti təsdiqləyən digər sənədlər və onların surəti əlavə olunur, habelə əmanətçinin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilir. Kompensasiya almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə o, əlavə olaraq notariat qaydasında təsdiq olunmuş etibarnaməni Fonda təqdim etməlidir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 77.1-ci maddəsinə əsasən depozitlərlə bağlı tələblər isə mühasibat uçotu sənədlərində əks etdirilmiş məbləğlərdə qəbul edilir. Qanunun 77.2-ci maddəsinə əsasən Bank tərəfindən əks etdirilmiş məbləğdən az məbləğdə irəli sürülmüş tələblər istisna olmaqla, bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş tələblər sənədlərdə əks olunmuş məbləğdə qəbul edilir. Az məbləğdə irəli sürülmüş tələblər isə təqdim olunmuş miqdarda qəbul edilir. Qanunun yuxarıda qeyd edilən müddəalarından görünür ki, Fond mühasibat uçotu sənədlərin əks edilən formada məbləği qəbul edir. Bankda sığorta hadisəsi baş verdikdən sonra KB "xxxx" QSC-yə ləğvedici təyin edilmiş Fond mühasibat uçotu sənədlərində, hesabatlarda iddiaçı tərəfindən banka yerləşdirilmiş əmanətin mövcudluğunu aşkar etmədiyindən kompensasiya ödənişinin edilməsindən imtina edilmiş, həmçinin İddiaçı aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən iştirakçı banklar Fondun reyestrinə daxil olduqdan sonra 10 təqvim günü müddətində X3 hesabına 10 (on) min manat məbləğində birdəfəlik üzvlük haqqı ödəyirlər. Qanunun 12.2-ci maddəsinə əsasən üzvlük haqqını ödəmiş iştirakçı banklar birləşmə və ya qoşulma şəklində yenidən təşkil olunduqda, yaxud fiziki şəxslərdən əmanətlərin cəlb edilməsi hüququ maliyyə bazarlarına nəzarət orqanı tərəfindən bərpa edildikdə, üzvlük haqqı ödəmədən iştirakçı bankların bu qanunla müəyyən olunmuş hüquq və vəzifələrini əldə edir. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən təqvim haqları bankın Fondun iştirakçı bankların reyestrinə daxil edildiyi gündən bank lisenziyasının ləğv edildiyi günədək ödənilir. Qanunun 13.2-ci maddəsinə əsasən iştirakçı bankın əmanətləri cəlb etmək hüququ maliyyə bazarlarına nəzarət orqanı tərəfindən dayandırıldıqda, bank qorunan əmanətlər üzrə öhdəliklərini tam icra edənədək Fonda təqvim haqları ödəyir. 13.4-cü maddəyə əsasən təqvim haqları iştirakçı bankların Fondun reyestrinə daxil olunduğu gündən başlayaraq, birinci ildə qorunan əmanətlərin rüb ərzində orta günlük qalıq məbləğinin 0,15 faizi, sonrakı illərdə isə 0,125 faizi həcmində ödənilir. Qanunun 14.1-ci maddəsinə əsasən bu Qanunda nəzərdə tutulmuş hallarda Fond tərəfindən borc vəsaitləri cəlb edildikdə, iştirakçı banklar Fondun öhdəlikləri tam yerinə yetirilənədək, təqvim haqları ilə yanaşı əlavə haqlar ödəyirlər. Əlavə haqlar Fondun götürdüyü borcun məbləğindən və qaytarılması şərtlərindən asılı olaraq, lakin qorunan əmanətlərin rüb ərzində orta günlük qalıq məbləğinin 0,1 faizi həcmindən çox olmamaq şərti ilə ödənilir. Sözügedən Qanunun 16.1-ci maddəsinə əsasən Fondun sığorta ehtiyatları kompensasiyaların ödənilməsi məqsədinə istifadə edilir. Qanunun bu müddəalarına əsasən Fond tərəfindən kompensasiya ödənişi hansı sığorta ehtiyatları hesabına icra edilir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2018-ci il tarixli və xx.xx.2020-ci il tarixli qərarlarına əsasən sığorta hadisəsi baş verdikdə Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə kompensasiyanın ödənilməsi heç də bank əmanətinin qaytarılması və ya Fondun bankın öhdəliyini öz üzərinə götürməsi anlamını verməməlidir. Fond tərəfindən kompensasiya əmanətçinin pul vəsaitini itirməsi riskinin qarşısını almaq məqsədi ilə yarana biləcək məhdudiyyətlərin əvəzi kimi ödənilir. Beləliklə, Fondun əsas məqsədi qoyulan əmanətlərin mülkiyyət kimi geri qaytarılması deyil, əmanətçilərin banklarda olan əmanətlərini sığortalamaqla onlara dəyə biləcək maddi və mənəvi ziyanı ən qısa müddətdə qanunvericiliklə müəyyən edilmiş qaydada kompensasiya etməklə ölkənin maliyyə və bank sisteminin inkişafına dəstək olmaqdır. Hesab edir ki, iş aidiyyəti üzrə Bakı Apellyasiya Məhkəməsində baxılmalı və tələb banka qarşı olmalıdır. Belə ki, hazırki iddia tələbi üzrə zərər Bankın hərəkətsizliyi səbəbindən baş verdiyindən və ləğv prosesində olan banka qarşı kreditor tələbinə Apellyasiya Məhkəməsində baxıldığından aidiyyəti üzrə sözügedən məhkəməyə yönəldilməsi tövsiyyə olunmalıdır. Qanunun yuxarıda qeyd olunan hallarını nəzərə alaraq İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “pul tələbi”nə dair iddia üzrə icraata xitam verilməsi məhkəmədən xahiş edilmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3263/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilmiş, sığorta hadisəsinin baş verməsi ilə əlaqədar 166.000 (bir yüz altmış altı min) manat məbləğində kompensasiyanın İddiaçı ödənilməsi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-5116/2021 saylı qətnaməsi ilə cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3263/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması, ekspertiza tədqiqatının dəyəri olan 145 manat məbləğində pulun cavabdeh Əmanətlərin Sığortalanması Fondundan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-1040/2022 saylı qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5116/2021 nömrəli iş üzrə 15 oktyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixli, ********* nömrəli qəbzə əsasən iddiaçı dövlət rüsumuna görə 305 manat məbləğində pul köçürmüşdür. Əsaslandırıcı hissə: Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə görə Bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Göründüyü kimi iddiaçı Əlı̇ yev Sahı̇ bəli İ̇mran oğlu cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən kompensasiyanın vaxtında verilməməsi ilə əlaqədar gecikmiş ödənişə görə faiz hesablanaraq ona ödənilməsini tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə 10 sentyabr 2008ci il tarixli, 1770 saylı “VİP Depozit” müqavilə əsasında depozit hesaba qoyulmuş 60.000 manat və 08 sentyabr 2009-cu il tarixli, LD100604223 saylı “Standart Depozit” müqavilə əsasında depozit hesaba qoyulmuş 30.000 manat əmanətin 26 may 2010-cu il tarixdən hesaba qaytarılıb müqavilə şərtlərinin yerinə yetirilməsi ilə İddiaçı əmanətçi hüquqlarının "xxxx" KB tərəfindən tam bərpa edilməsinə dair 25 noyabr 2014-cü il tarixli icra vərəqəsi verilmişdir. Nəsimi Rayon İcra Şöbəsinin “icraata başlamaq haqqında” qərarı xx.xx.2015-ci ildə borclu banka təqdim edilmiş, ancaq Maliyyə Bazarlarına Nəzarət X1 30 sentyabr 2016-cı il tarixli qərarına əsasən "xxxx" KB-nın lisenziyası 01 oktyabr 2016-cı il tarixdə ləğv edilənədək ötən bir ildən çox müddətdə fəaliyyətdə olmasına baxmayaraq, bank qanuni qüvvəsini almış məhkəmə qətnaməsini icra edə bilməmişdir. Məhkəmə iddiaçı Əlı̇ yev Sahı̇ bəli İ̇mran oğlunun iddia tələbinin “kompensasiya məbləğinin ödənilməsinin 5 il 6 ay gecikməsinə görə faiz tutulması” hissəsi ilə əlaqədar qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilərək, cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən kompensasiyanın ödənilməsinin gecikdirilməsinə görə faiz borcu Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1040/2022 saylı qərarının çıxarıldığı xx.xx.2022-ci il tarixdən hazırki qətnamənin çıxarıldığı xx.xx.2022-ci il tarixədək hesablanmaqla, həmin müddət 3 ay müəyyən edilməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdeh Əmanətlərin Sığortalanması Fondu qanunvericilikdə nəzərdə tutulmuş hüquqdan istifadə edərək müxtəlif məhkəmə instansiyalarına müraciət etmişdir. Həmin müddət də 01 yanvar 2017-ci il tarixdən hesablandığında 5 ildən çox müddət təşkil edir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Mərkəzi Bankın rəsmi internet səhifəsində xx.xx.2022-ci il tarixə uçot faiz dərəcəsi 7,75% müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehdən bank uçot dərəcəsi üzrə (3 ay üzrə ödəmənin gecikməsi nəzərə alınmaqla) 3216 manat (166.000 manat x 7,75% uçot faiz dərəcəsi /12 ay = 1072 manat); (1072 x 3 ay = 3216 manat) məbləğində pul tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Əmanətlərin Sığortalanması Fondundan maddi zərərin əvəzi kimi 3216 (üç min iki yüz on altı) manat məbləğində pul və ödənilmiş 305 (üç yüz beş) manat məbləğində dövlət rüsumunun 30 (otuz) manatı alınaraq iddiaçı Əlı̇ yev Sahı̇ bəli İ̇mran oğluna verilməli, ödənilmiş 305 (üç yüz beş) manat məbləğində dövlət rüsumunun qalan 275 (iki yüz yetmiş beş) manatı isə iddiaçıya aid edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358, 360 və 362-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Əmanətlərin Sığortalanması Fondundan maddi zərərin əvəzi kimi 3216 (üç min iki yüz on altı) manat məbləğində pul və ödənilmiş 305 (üç yüz beş) manat məbləğində dövlət rüsumunun 30 (otuz) manatı alınaraq iddiaçı Əlı̇ yev Sahı̇ bəli İ̇mran oğluna verilsin . Ödənilmiş 305 (üç yüz beş) manat məbləğində dövlət rüsumunun qalan 275 (iki yüz yetmiş beş) manatı isə iddiaçı Əlı̇ yev Sahı̇ bəli İ̇mran oğluna aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №e-2(006)-2509/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2509/2022
28.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver