Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-2509/2024 20.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, Cavabdeh Əlı̇ yev Rolan Nı̇ zami oğlunun iştirakı ilə, İddiaçı Bank "BTB” Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdehlər Xudı̇ yev Hüseyn Həsən oğlu və Əlı̇ yev Rolan Nı̇ zami oğluna qarşı "kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair" iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank "BTB” Açıq Səhmdar Cəmı̇ yyəti cavabdehlər Xudı̇ yev Hüseyn Həsən oğlu və Əlı̇ yev Rolan Nı̇ zami oğluna qarşı "kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli MK-00025-01/22 saylı kredit müaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2024-cü il tarixə ödənilməmiş 13325.66 manat əsas borc, 447.1 manat faiz borcu və 60.58 manat dəbbə pulu olmaqla, ümumilikdə 13833.34 manat borcun, iddianın qaldırılması üçün ödənilmiş 132 manat dövlət rüsumunun və 0.40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Əlı̇ yev Rolan Nı̇ zami oğlu ərizə ünvanlayaraq, cavabdeh qismində cəlb olunduğu iş üzrə borcu etiraf etdiyini, həmin borcun sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə götürüldüyünü və diğər cavabdehin isə heç bir məsuliyyətinin olmadığını bildirmişdi. İddiaçı Bank "BTB” Açıq Səhmdar Cəmı̇ yyəti məhkəməyə ərizə ünvanlayaraq, iclasın onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, mübahisənin predmetini nəzərə alaraq hesab edir ki, hazırkı iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25-ci maddəsinin tələblərinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Bu Məcəllənin 26-cı maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Qeyd edilən maddələrin məzmunundan göründüyü kimi, işə baxan məhkəmə aidiyyətlə bağlı məsələni həll edərkən mübahisənin predmeti (iddia ərizəsində və ya ərizədə qoyulan tələbin xarakteri) və hüquq münasibətlərinin xarakterini (mübahisənin hansı hüquq münasibətindən yaranması, məsələn, mülki, ailə, iqtisad və.s) nəzərə almalıdır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm də mübahisənin subyekt tərkibinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Belə ki, ümumi məhkəmələr MPM-nin 25.2-ci maddəsində göstərilən işlərlə yanaşı, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə, kommersiya məhkəmələri MPM-nin 26.2-ci maddəsində göstərilən işlərlə yanaşı (bəzi hallarda mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq) sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı mübahisələrə baxır. Məhkəmə qeyd edir ki, prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İşin hallarından göründüyü kimi cavabdeh fərdi sahibkar olmaqla (VÖEN **********) sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə iddiaçı Bank “BTB” ilə xx.xx.2022-ci il tarixli MK-00025-01/22A saylı kredit müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən bank tərəfindən cavabdehə 24 ay müddətinə illik maksimal 24 faiz ödəmək şərti ilə 20000 manat məbləğində kredit verilmiş, lakin cavabdeh kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Bank tərəfindən cavabdehə rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma), borcun qaytarılması təmin edilməmiş və iddiaçı hal-hazırkı iddianı qaldırmaq məcburiyyətində qalmışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki mübahisəyə kommersiya məhkəməsində baxılmalıdır. Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-32.4-cü maddələrinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Mülki Prosessual Məcəllənin 403-1.1 maddəsinə əsasən işdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan kassasiya instansiyası məhkəməsinə şikayət vermək hüququna malikdirlər. Yuxarıda qeyd edilənlər əsasən məhkəmə hesab edir ki, iddiaçı Bank "BTB” Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdehlər Xudı̇ yev Hüseyn Həsən oğlu və Əlı̇ yev Rolan Nı̇ zami oğluna qarşı "kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair" işə ümumi yurisdiksiyalı məhkəmədə baxılmalı olmadığından mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Bank "BTB” Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdehlər Xudı̇ yev Hüseyn Həsən oğlu və Əlı̇ yev Rolan Nı̇ zami oğluna qarşı "kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair" iddia ərizəsi ilə bağlı mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində kassasiya şikayəti verə bilərlər.
Məhkəmə qərarları › İş №e-2(006)-2509/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-2509/2024
20.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver