Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2511/2024 20.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh1 nümayəndəsi X1 iştirakları ilə İddiaçı X8 Bakı Filialının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X8 Bakı Filialı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 4.602,74 manat (bundan 4.260,00 manat vaxtı keçmiş borcu 342,74 manat faiz borcu təşkil edir) məbləğində xx.xx.2024-cü il tarixinə olan kredit borcunun və ödənilmiş 62.61 manat dövlət rüsumunun tutularaq «X8» Bakı filialına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «X8» Bakı filialı ilə Cavabdeh1 arasında imzalanmış «07» Aprel 2022-ci il tarixli 262 №li kredit müqaviləsinə əsasən sonuncuya illik kreditdən istifadə haqqı 17% ödəmək şərti ilə 36 ay müddətinə 7.500 manat məbləğində kredit verilmişdir. Həmin tarixdə verilmiş kreditin qaytarılmasının təminatı kimi «X8» Bakı filialı ilə Cavabdeh2 arasında 141№ saylı zaminlik müqavilələri imzalanmışdır. Kredit müqaviləsinin 4.1-ci maddəsinə əsasən «Borcalan» ssuda hesabında qalıq əmələ gəldiyi gündən 1 ay sonradan başlayaraq hər ayın həmin günü Banka ssuda borcu ssuda hesabının qalığına hesablanmış faizlərdə daxil olmaqla 267,40 manat ödəməli idi. Bu müqavilənin 2.2-ci bəndinə görə «Borcalan» tərəfindən «Kredit müqaviləsi»nin hər hansı bir şərti pozulduqda «Bank» verilmiş krediti hesablanmış faizlərlə birikdə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Müqavilə şərtlərinə uyğun olaraq «Borcalan» «08» Aprel 2024-cü il tarixə «Bank»a kredit borcu üzrə - 6417,60 manat ödəniş yerinə yetirməli idi. Lakin «08» Aprel 2024-ci il tarixə kimi «Borcalan» tərəfindən «Banka»a 4.750,00 manat ödəniş həyata keçirilmişdir. Tərəflərindən borcalana kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməsi üçün dəfələrlə yazılı və şifahi xəbardarlıqlar olunmuşdur. Lakin borcalan kredit borcunu yerinə yetirməmişdir. Kredit müqaviləsinin 5.1 bəndinə əsasən kredit vaxtında ödənilmədikdə gecikdirilmiş hər bir gün üçün, «Borcalan» «Banka»a illik 27% ödəməlidir. «08» Aprel 2024-ci il tarixə cavabdehin «Bank»a olan borcu müqavilə şərtlərinə əsasən hesablamış faizlərlə 4.602,74 manat təşkil edir. Bundan 4.260,00 manat vaxtı kecmiş kredit borcu 342,74 manat faiz borcu təşkil edir. Cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edilərək, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi tələb olunsa da, onun tərəfindən bu öhdəliklərin yerinə yetirilməsi üçün heç bir tədbir görülməmişdir. Cavabdeh1 ilə bağlanmış «07» Aprel 2022-ci il tarixli 262 №li kredit müqaviləsinin təminatı olaraq həmin tarixdə Cavabdeh2 arasında 141 № saylı zaminlik müqavilələri imzalanmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh1 nümayəndəsi X3 iddia tələbini etiraf edərək, iddiada göstərilən məbləğdə borcun olmasını qəbul etdiyini bildirdi. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 242 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, həmin müqavilə borcalan Cavabdeh1 ilə X8 Bakı Filialı arasında borcalana 36 ay müddətinə illik 17% hesablanmaqla 7500 manat kreditin verilməsi haqında bağlanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 X8 Bakı Filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 242 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1nun bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixinə cavabdehin banka 4260 manat əsas, 342.74 manat faiz, cəmi 4602.74 manat borcu vardır. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehlərə ünvanlanmış bildirşlə, borcun ödənilmədiyi təqdirdə məhkəmə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit və zaminlik müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun bankın qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Bankın təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələb üzrə əsas və faiz borcunun əsaslı olduğunu təsdiq edir. Eyni zamanda kreditalan məhkəmə iclasında iddia tələbini qəbul etməklə yalnız ödəməyə maddi imkanının olmamasını bildirmişdir. Həmçinin, digər cavabdeh də (zamin) iddiaya qarşı hər hansı etiraz irəli sürməməklə məhkəmə iclasında iştirak etməmişdir. Qeyd edilənlərə və Mülki Məcəllənin 425, 427, 439, 442, 448 və 472-ci maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə, məhkəmə xərclərinin tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə də iddia tələbi təmin edilməli, cavabdehlərdən ərizəninin məhkəməyə verilməsi üçün ödənilmiş 51 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, dövlət rüsumunun kəsri 3.41 manat cavabdehlərdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, iddianın qiyməti 4602.74 manat olmaqla iddiaçı tərəfindən 66.02 manat dövlət rüsumu ödənilməli olduğu halda, cəmi 62.61 manat dövlət rüsumu ödənilmişdir. Halbuki, “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 4260 manat məbləğində əsas borc, 342.74 manat faiz borcu, cəmi 4602.74 manat, dövlət rüsumuna görə ödənilmiş 62.61 manat alınaraq X8 Bakı Filialına ödənilməli, cavabdehlərdən 3.41 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 4260 manat məbləğində əsas borc, 342.74 manat faiz borcu, cəmi 4602.74 manat, dövlət rüsumuna görə ödənilmiş 62.61 manat alınaraq X8 Bakı Filialına ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3.41 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-2511/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2511/2024
20.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver