Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2561/2025 14.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızı, iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 122.60 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdehilə “X1 Azərbaycan” QSC arasında xx/xx/2018-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilə üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş və Məhkəmənin xx.xx.2022-ci il tarixli e-2(006)-4295/2022 nömrəli qətnaməsi ilə Bankın iddiası təmin edilmişdir. Nəticədə iddiaçı "xxxx" QSC "xxxx" MMC ilə bağlanmış xx.xx.2017-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC -yə sifariş etmişdir. “Lider Legal MMC” öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aidiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. "xxxx" QSC ilə ”Lider Legal“ MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli Hüquqi Xidmət Haqqında müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh tərəfindən xx.xx.2024-cü ildə 269,5 manat, xx.xx.2024-cü ildə 269.5 manat, xx.xx.2024-cü ildə 278.38 manat məbləğində ödənilən borc məbləği ”Lider Legal“ MMC tərəfindən təmin edilmiş və bu ödənişlərə görə də "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə 122.60 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən xx.xx.2017-ci il tarixli "Hüquqi xidmət haqqında"müqaviləsinin 5.1.1ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC-yə cavabdeh(lər) tərəfindən "xxxx" QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində yəni ümumilikdə 122.60 manat məbləğində xidmət haqqı ödəmişdir. "xxxx" QSC ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinin 5 və 6-cı bəndində «Borcvеrən»-in hüquq və vəzifələri: Borcalanın hüquq və vəzifələri (öhdəlikləri)ndə qeyd edilmişdir ki :«Borcalan» tərəfindən bu müqavilə üzrə öhdəlikləri lazımınca yеrinə yеtirilmədikdə krеdit və ona hеsablanmış faiz borcunu, o cümlədən krеdit üzrə gеcikdirilmiş və\və ya ödənilməmiş əsas borcu və ondan istifadə üçün hеsablanmış bütün faizləri, bu müqaviləyə müvafiq olaraq hеsablanan cərimə məbləğlərini, krеditin gеri qaytarılması ilə bağlı çəkdiyi və\və ya çəkməli olduğu (o cümlədən sığorta və hüquqi xidmətl ilə bağlı çəkdiyi\çəkməli olduğu) bütün хərclərin (zərərin) əvəzinin, həbelə əldən çıxmış faydanın ödənilməsini tələb еtmək (tutmaq\almaq); Bu müqavilə üzrə öhdəliklərini lazımınca yеrinə yеtirmədikdə krеditin gеri qaytarılması ilə bağlı “Borcverənin” çəkdiyi və\və ya çəkməli olduğu bütün хərclərin (zərərin, məsrəflərin və s., o cümlədən sığorta və hüquq xidməti ilə bağlı çəkdiyi\çəkməli olduğu xərclərin) əvəzini, habelə “Borcverənin” əldən çıxmış faydasını ödəmək. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə göndərilsə də, o, iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. Belə ki, işin materiallarında olan: - “X1” QSC ilə "xxxx" MMC arasında xx.xx.2017-ci il tarixli hüquqi xidmət haqqında müqavilə imzalanmışdır. Müqaviləyə əsasən, bu müqavilə bank qarşısında yaranan borcların alınması (qaytarılması) üçün göstəriləcəyi hüquqi xidmətləri və bunların əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar məsələləri tənzimləyir. Müqavilənin 4-cü bəndinə əsasən, Büro bankın məhkəmə və digər instansiyalarda həyata keçiriləcək məhkəmə və icra işlərini son dərəcə diqqətlə və səylə aparır və sürətlə yekunlaşdırmaqla həyata keçirir. - “X1 Azərbaycan” QSC-nin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, o, borclu olduğu barədə xəbərdar edilmişdir. - “X1 Azərbaycan” QSC–nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin kredit müqaviləsi üzrə həmin tarixə “X1 Azərbaycan” QSC–yə əsas borc üzrə 639,35 manat, ödənilməmiş faiz borcu üzrə 76,41 manat, cərimə borcu üzrə 65,64 manat, müqavildə nəzərdə tutulmuş xərclər və və komissyalar üzrə 4,08 manat, bildirişlərin göndərilməsi üzrə poçt xərcləri 1,50 manat, cəmi 786,98 manat məbləğində borcu yaranmışdır. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4295/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, əsas borc üzrə 639,35 manat, faiz borcu üzrə 76,41 manat, cərimə borcu üzrə 65,64 manat, müqavildə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 4,08 manat, bildirişlərin göndərilməsi üzrə poçt xərcləri 1,50 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 manat, cəmi 817,38 manat (səkkiz yüz on yeddi manat, otuz səkkiz qəpik) məbləğində pul Cavabdeh tutularaq “X1 Azərbaycan” QSC–yə ödənilməsi qət edilmişdir. - “X1 Azərbaycan” QSC-nin Cavabdeh ünvanladığı xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, o, iddiaçı tərəfindən "xxxx" MMC-yə köçürülmüş 122.60 manat məbləğdə xidmət haqqının ödənilməsi barədə xəbərdar edilmişdir. - “X1 Azərbaycan” QSC–nin maliyyə maliyyə arayışından görünür ki, “X1 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-yə 122.6 manat məbləğdə xidmət haqqı ödənilmişdir. - Ödəniş qəbzindən (№**********31) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia tələbi ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Maddə 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir; Maddə 26. İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. İşin müəyyən olunmuş faktiki halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi bağlanmış, müqavilə əsasında öhdəliyin icra edilmədiyinə görə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən 2(006)-4295/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi verilmişdir. İddiaçı eyni zamanda "xxxx" MMC ilə hüquqi xidmət haqqında müqavilə imzalayaraq bank qarşısında yaranmış borcların alınmasını (qaytarılmasını) MMC-yə həvalə etmişdir. Hazırda iddiaçı cavabdehin borcunun bağlanmış hüquqi xidmət haqqında müqaviləyə uyğun olaraq MMC tərəfindən qaytarıldığını əsas gətirərək, ödənilmiş 122.60 manat xidmət haqqının cavabdehdən tutulmasını xahiş edir. İddiaçı bu barədə mövqeyini onunla əsaslandırır ki, cavabdeh kredit müqaviləsi ilə eyni zamanda bankın borcun qaytarılması ilə bağlı çəkdiyi və çəkməli olduğu xərclərin də ödənilməsini öhdəsinə götürmüşdür. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən istinad olunan öhdəliyə əsas olmuş razılaşma - müqavilə sübut qismində iş materiallarına əlavə edilməmişdir ki, bu da iddiaçı tərəfindən istinad olunan faktiki hallarının öz təsdiqini tapmaması anlamına gəlir. Digər tərəfdən, qeyd olunan müqavilə təqdim olunsaydı belə, mübahisənin maddi hüquqi əsası baxımından hazırkı iddia təmin oluna bilməzdi. Belə ki, “İcra haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Mövcud qanunvericiliyə əsasən bütün məhkəmə qərarları icra qurumları tərəfindən icra olunur, tərəfə könüllü icra üçün vaxt verildikdən sonra məcburi icra tədbirləri həyata keçirilir. Hazırkı iş üzrə də qəbul edilmiş məhkəmə aktı könüllü icra olunmamışdırsa bu barədə icra qanunvericiliyinə uyğun məcburi icra tədbirləri görülməli idi. Lakin, icra şöbəsi tərəfindən keçirilmiş icra hərəkətləri, icra tədbirlərinin nəticəsiz qalması, hansı səbəbdən məhz icra məmurları tərəfindən yox, müstəqil fəaliyyət göstərən hüquqi şəxs tərəfindən icra hərəkətlərinin aparılmasına zərurət yaranması barədə sübutlar da təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, məhkəmə qərarlarının icrası mütləqdir və dövlətin adından çıxarılmış məhkəmə aktlarının icrasına nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Qeyd olunanlara əsasən, yekun olaraq məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən tələb etdiyi 122.60 manat məbləğdə pul iddiaçının hesab etdiyi anlamda çəkməli olduğu xərc deyildi. Ona görə ki, iddiaçının çatmaq istədiyi yekun məqsəd borcun ödənilməsini təmin etmək birbaşa dövlətin təminatı altındadır. Bu təminatdan istifadə edilməməsi isə iddiaçının könüllü seçimi olmaqla, çəkilən xərcin məsuliyyətini də o özü daşıyır. Beləliklə, məhkəmə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia rədd olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğdə dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-2561/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2561/2025
14.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver