Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2574/2022 07.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə 2.751 manat 21 qəpik əsas borc, 315 manat 46 qəpik faiz və 76 manat 50 qəpik cərimə olmaqla, cəmi 3.143 manat 17 qəpik borcun; 17 yanvar 2020-ci il tarixli kredit müqaviləsi üzrə 4.572 manat 43 qəpik əsas borc, 510 manat 54 qəpik faiz və 82 manat 54 qəpik cərimə olmaqla, cəmi 5.165 manat 51 qəpik və ödənilmiş 103 manat 09 qəpik dövlət rüsumunun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh3 02 avqust 2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 25 faizlə 24 ay müddətinə 6.000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 və Cavabdeh2 ilə 02 avqust 2019-cu il tarixli zaminlik müqavilələri bağlanmışdır. 01 may 2020-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti 02 noyabr 2021-ci il tarixədək, 26 fevral 2021-ci il tarixli əlavə sazişə əsasən isə kreditin müddəti 26 fevral 2023-cü il tarixədək uzadılmışdır. Cavabdeh3 17 yanvar 2020-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 25 faizlə 24 ay müddətinə 7.000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 və Cavabdeh2 ilə 17 yanvar 2020-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. 01 may 2020-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti 09 aprel 2022-ci il tarixədək, 26 fevral 2021-ci il tarixli əlavə sazişə əsasən isə kreditin müddəti 26 iyul 2023-cü il tarixədək uzadılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2022-ci il aprelin 08-dək Cavabdeh3 banka 02 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə 2.751 manat 21 qəpik əsas borc, 315 manat 46 qəpik faiz və 76 manat 50 qəpik cərimə olmaqla, cəmi 3.143 manat 17 qəpik; 17 yanvar 2020-ci il tarixli kredit müqaviləsi üzrə 4.572 manat 43 qəpik əsas borc, 510 manat 54 qəpik faiz və 82 manat 54 qəpik cərimə olmaqla, cəmi 5.165 manat 51 qəpik borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki, "xxxx" ASC ilə Cavabdeh3 arasında bağlanmış 02 avqust 2019-cu il tarixli 3-MZ2-1-0-498-19 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə şəxsi fəaliyyət məqsədi ilə 24 ay müddətinə illik 25 % dərəcəsi ilə 6.000 manat məbləğində kredit verilmişdir. 01 may 2020-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti 02 noyabr 2021-ci il tarixədək, 26 fevral 2021-ci il tarixli əlavə sazişə əsasən isə kreditin müddəti 26 fevral 2023-cü il tarixədək uzadılmışdır. "xxxx" ASC ilə Cavabdeh3 arasında bağlanmış 17 yanvar 2020-ci il tarixli 3-MZ2-2- 0-17-20 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə şəxsi fəaliyyət məqsədi ilə 24 ay müddətinə illik 25 % dərəcəsi ilə 7.000 manat məbləğində kredit verilmişdir. 01 may 2020-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti 09 aprel 2022-ci il tarixədək, 26 fevral 2021-ci il tarixli əlavə sazişə əsasən isə kreditin müddəti 26 iyul 2023cü il tarixədək uzadılmışdır. xx.xx.2022-ci il tarixli maliyyə arayışlarından görünür ki, həmin tarixə Cavabdeh3 iddiaçı "xxxx" ASC-yə 02 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə 2.751 manat 21 qəpik əsas borc, 315 manat 46 qəpik faiz və 76 manat 50 qəpik cərimə olmaqla, cəmi 3.143 manat 17 qəpik; 17 yanvar 2020-ci il tarixli kredit müqaviləsi üzrə 4.572 manat 43 qəpik əsas borc, 510 manat 54 qəpik faiz və 82 manat 54 qəpik cərimə olmaqla, cəmi 5.165 manat 51 qəpik borcu olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 kredit müqavilələri üzrə Cavabdeh3 "xxxx" ASC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdələrinə götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh3 yuxarıda qeyd olunan müqavilələr üzrə "xxxx" ASC-dən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Xəbərdarlıq məktubundan görünür ki, "xxxx" ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh3 borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu və zaminləri xəbərdar etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 103 manat 09 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 02 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə 2.751 manat 21 qəpik əsas borc, 315 manat 46 qəpik faiz və 7 manat cərimə olmaqla, cəmi 3073 manat 67 qəpik pul vəsaiti; 17 yanvar 2020-ci il tarixli kredit müqaviləsi üzrə 4.572 manat 43 qəpik əsas borc, 510 manat 54 qəpik faiz və 8 manat cərimə olmaqla, cəmi 5090 manat 97 qəpik pul vəsaiti və ödənilmiş 103 manat 09 qəpik dövlət rüsumu cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, bank dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, birinci müqavilə üzrə 7 manat, ikinci müqavilə üzrə 8 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun və faizin tutulması ilə yanaşı, birinci müqavilə üzrə 7 manat və ikinci müqavilə üzrə 8 manat məbləğində dəbbə pulunun tutulması banka dəymiş real zərəri kompensasiya edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 02 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə 2.751 manat 21 qəpik əsas borc, 315 manat 46 qəpik faiz və 7 manat cərimə olmaqla, cəmi 3073 manat 67 qəpik pul vəsaiti; 17 yanvar 2020-ci il tarixli kredit müqaviləsi üzrə 4.572 manat 43 qəpik əsas borc, 510 manat 54 qəpik faiz və 8 manat cərimə olmaqla, cəmi 5090 manat 97 qəpik pul vəsaiti və ödənilmiş 103 manat 09 qəpik dövlət rüsumu cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №e-2(006)-2574/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2574/2022
07.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver