Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2636/2022 06.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 09.01.2021-ci il tarixli ********* saylı “Müddətli (Nisyə) alqı-satqı müqaviləsi” üzrə 04.04.2022-ci il tarixinə yaranmış 139,4 manat əsas borc, 20,9 manat cərimə borcu, cəmi 160,3 manat, 16.03.2021-ci il tarixli ********* saylı “Müddətli (Nisyə) alqı-satqı müqaviləsi” üzrə 408,8 manat əsas borc, 62,1 manat cərimə borcu, cəmi 470,1 manat, 13.07.2021-ci il tarixli ********* saylı “Müddətli (Nisyə) alqı-satqı müqaviləsi” üzrə 414 manat əsas borc, 62,1 manat cərimə borcu, cəmi 476,1 manat, ümumilikdə 1.106,5 manat borcun və 31,1 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 09.01.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı "Samsung A217" markalı mobil telefona görə 12 aylıq ödəniş cədvəli üzrə hər ay 40 manat olmaqla cəmi 470.4 manat, 16.03.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “Honor 9X” markalı mobil telefona və “Hİ-Fİ X1 Earbuds” aksesuara görə 12 ay ödəniş cədvəli üzrə hər ay 60 manat olmaqla cəmi 719 manat, 13.07.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı "Samsung A217" markalı mobil telefona görə 12 aylıq ödəniş cədvəli üzrə hər ay 42 manat olmaqla cəmi 492.8 manat, ümumilikdə hər üç müqavilə üzrə 1682.2 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, 09.01.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə 10.09.2021-ci il tarixində 41 manat, 16.03.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə 16.08.2021-ci il tarixində 65 manat, 13.07.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə 21.09.2021-ci il tarixində 42 manat ödəniş etmiş və hər üç müqavilə üzrə qalıq qalmış 962.2 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin № 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Bildiririk ki, cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu hər üç müqavilə üzrə 1443 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı hər üç müqavilə üzrə 1443 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəfimizdən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 144.3 manat İddiaçı MMC-yə ödənilməlidir. Beləliklə, cavabdeh 04.04.2022-ci il tarixədək İddiaçı MMC-yə olan borcu 09.01.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 139.4 manat əsas, 20.9 manat cərimə, cəmi 160.3 manat, 16.03.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 414 manat əsas, 62.1 manat cərimə, cəmi 476.1 manat, 13.07.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 408.8 manat əsas. 61.3 manat cərimə, cəmi 470.1 manat təşkil etmişdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə göndərilsə də, o, iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə malın alqı-satqısı müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, iddiaçı ilə Cavabdeh arasında 09.01.2021-ci il tarixdə ümumi dəyəri 470.40 manat olan "Samsung A217" markalı mobil telefon, 16.03.2021-ci il tarixdə ümumi dəyəri 719 manat olan “Honor 9X” markalı mobil telefon və “Hİ-Fİ X1 Earbuds” aksesuar, 13.07.2021-ci il tarixdə ümumi dəyəri 492.8 manat olan "Samsung A217" markalı mobil telefonun hissə-hissə ödəmə şərti ilə alqısatqısına dair müqavilələr bağlanılmışdır. Tərəflər arasında bağlanmış 09.01.2021-ci il; 16.03.2021-ci il; 13.07.2021-ci il tarixli müqavilələrə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%dək həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İddiaçının cərimə borcu üzrə tələb etdiyi məbləğ 09.01.2021-ci il tarixli müqaviləyə əsasən 20,9 manat, 16.03.2021-ci il tarixli müqaviləyə əsasən 60,3 manat; 13.07.2021-ci il tarixli müqaviləyə əsasən isə 62,1 manat; manat təşkil edir. 09.01.2021-ci il tarixli təhvil-təslim aktına əsasən ********* saylı alqı-satqı müqaviləsi üzrə "Samsung A217" markalı mobil telefon tam qüsursuz halda təhvil verilmişdir. 16.03.2021-ci il tarixli təhvil-təslim aktına əsasən ********* saylı alqı-satqı müqaviləsi üzrə “Honor 9X” markalı mobil telefon və “Hİ-Fİ X1 Earbuds” aksesuar tam qüsursuz halda təhvil verilmişdir. 13.07.2021-ci il tarixli təhvil-təslim aktına əsasən ********* saylı alqı-satqı müqaviləsi üzrə "Samsung A217" markalı mobil telefonu tam qüsursuz halda təhvil verilmişdir. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, o, borcun ödənilməsi barədə xəbərdar olunmuşdur. Ödəniş qəbzindən (№ 8********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 31,1 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Yuxarıda qeyd edilən malın alqı-satqısına dair müqavilələrə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə malın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı malı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin malı ödəmək üzrə vəzifəsini icra etməmiş və 04.04.2022-ci il tarixli maliyyə arayışlarına əsasən onun tərəf olduğu 09.01.2021-ci il tarixli müqavilə üzrə cavabdehə 139,4 manat əsas borc, 209 manat cərimə borcu, cəmi 348,4 manat; 04.04.2022-ci il tarixli maliyyə arayışlarına əsasən onun tərəf olduğu 16.03.2021-ci il tarixli müqavilə üzrə cavabdehə 414 manat əsas borc, 621 manat cərimə borcu, cəmi 1.035 manat; tərəf olduğu 13.07.2021-ci il tarixli müqavilə üzrə cavabdehə 408,8 manat əsas borc, 613 manat cərimə borcu, cəmi 1.021,8 manat borcu yaranmışdır. Mülki Məcəllənin (bundan sonra - MM) 567, 568.1 və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1 və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MMnin 365.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 436). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. 04.04.2022-ci il tarixli maliyyə arayışı ilə cavabdehin 13.07.2021-ci il tarixli müqavilə üzrə əsas borcunun 414 manat deyil, 408,8 manat məbləğində müəyyən edildiyindən, 13.07.2021-ci il tarixli müqavilə üzrə əsas borc maliyyə arayışı ilə (408,8 manat) müəyyən olunan məbləğ cavabdehdən tutulmalıdır. Baxmayaraq ki, 04.04.2022-ci il tarixli maliyyə arayışı ilə 16.03.2021-ci il tarixli müqavilə üzrə müəyyən olunan əsas borc tələb olunan əsas borcdan yüksəkdir, məhkəmə irəli sürülmüş tələb həddində işə baxdığından hesab edir ki, cavabdehdən bu müqavilə üzrə əsas borc iddiaçının tələb etdiyi, yəni 408,8 manat məbləğində tutulmalıdır. MM-nin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir və əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla, 09.01.2021-cu il tarixli müqavilə üzrə 10 manat, 16.03.2021-ci il tarixli müqavilə üzrə 20 manat, 13.07.2021-ci il tarixli müqavilə üzrə 20 manat məbləğində cərimənin tutulması daha ağlabatan və ədalətlidir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh, 09.01.2021-ci il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 139.4 manat, cərimə borcu üzrə 10 manat, 16.03.2021-ci il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 408,8 manat, cərimə borcu üzrə 20 manat, 13.07.2021-ci il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 408.8 manat, cərimə borcu üzrə 20 manat, cəmi 1.007 manat dövlət rüsumu kimi ödənilmiş 31,1 manatın 28 manatı tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İddia digər hissədə rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. 09.01.2021-ci il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 139.4 manat, cərimə borcu üzrə 10 manat, 16.03.2021-ci il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 408,8 manat, cərimə borcu üzrə 20 manat, 13.07.2021-ci il tarixli müqaviləyə əsasən yaranmış əsas borc üzrə 408.8 manat, cərimə borcu üzrə 20 manat və dövlət rüsumu kimi ödənilmiş 31,1 manatın 28 manatı, cəmi 1035 (bir min otuz beş manat) məbləğində pul Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-2636/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2636/2022
06.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver