Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2640/2023 25.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abbasov Nail İbad oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6143.31 Rusiya rublu əsas, 3421.48 Rusiya rublu faiz, cəmi 9564.79 Rusiya rublu məbləğində borcun və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh Şamxalil oğlu arasında xx.xx.2022-ci il tarixində, Bank Xidmətlərinin Göstərilməsi haqqında X1 dair“Kart Hesabının açılmasına dair müştəri Ərizəsi” (müqavilə) imzalanmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixdə kart hesabından nağdlaşdırma əməliyyatı etmiş, 300 manat və əlavə 1% xidmət haqqı tutulmuşdur, cəmi 303 manat. Həmin tarixə Bankda Rusiya rublunun alış məzənnəsi 0,0192 olmuşdur. Cavabdehin hesabdan çıxarışında göstərildiyi kimi balans 17164,38 Rusiya rublu təşkil edirdi. Lakin, qeyd olunan əməliyyat azericard tərəfindən xx.xx.2022-ci il tarixdə gələn faylda öz əksini tapmış, həmin tarixə Bankın Rusiya rublun alış məzənnəsi 0,013 manat olmuş, bu həmin günə 23076,92 Rusiya rublu təşkil edirdi. Əməliyyatın aparıldığı gün xx.xx.2023-cü il tarixdə icra olunduğu üçün məzənnə fərqindən texniki overdraft borcu yaranmışdır. Yaranmış texniki overdraft nəticəsində cavabdehin Banka 6143,31 Rusiya rublu məbləğində əsas borc, 3421,48 Rusiya rublu məbləğində faiz borcu, ümumilikdə isə 9564,79 Rusiya rublu məbləğində borcu qalmışdır. Borc üzrə cərimə tətbiq edilməmişdir. Tərəflər arasında bağlanmış kart hesabı müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir. Bank Xidmətlərinin Göstərilməsi haqqında X1 dair müqavilənin 5.12-ci bəndinə görə müştəri kart hesabı üzrə ödəniş limiti çərçivəsində Kart əməliyyatları aparmalıdır və Kart hesabı üzrə Texniki kart overdraftının yaranmasına yol verməməlidir. Texniki kart ovedraftı yaranacağı təqdirdə Texniki overdraftın yarandığı andan etibarən Banka olan borcunu ödəməlidir, əks halda, müştəriyə bankın tarifləri ilə nəzərdə tutulan miqdarda Texniki overdraftın qalığ məbləğinin üzərinə faizlər hesablanacaqdır. Banklararası kart mərkəzi üzərindən əməliyyatların aparılmasına dair kollektiv sazişinin 3-cü bəndində (əməliyyatların aparılması) əməliyyatların aparılmasının ardıcıllığı müəyyən olunmuşdur. Banklararası kart mərkəzi vasitəsilə həyata keçirilən əməliyytlar üzrə hesablaşmaların aparılması məqsədilə klirinq fayları 30 (otuz) təqvim günündən gec olmayaraq Banklararası kart mərkəzinə ötürülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, cavabdeh həmin bildirişi xx.xx.2023-cü il tarixdə qəbul etmiş, lakin cavabdeh tərəf bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazlarını göndərməməklə iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixində, Bank Xidmətlərinin Göstərilməsi haqqında X1 dair“Kart Hesabının açılmasına dair müştəri Ərizəsi” (müqavilə) imzalanmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdehnun xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 6143.31 Rusiya rublu əsas, 3421.48 Rusiya rublu faiz, cəmi 9564.79 Rusiya rublu məbləğində borcu vardır. İş materiallarında olan bildirişlərdən görünür ki, iddiaçı tərəfindən cavabdehdən yaranmış borcun ödəniməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət edilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mülki qanunvericiliyin tələblərinə uyğun qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh Şamxalil arasında kart hesabının açılması müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh Şamxalilə şəxsi istehlak məqsədilə 36 ay müddətinə bərpaolunan kredit xətti ayrılmışdır. Sonuncu müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməməklə müqavilə şərtlərini pozmuş, cavabdeh xx.xx.2022-ci il tarixdə kart hesabından nağdlaşdırma əməliyyatı etmiş, 300 manat və əlavə 1% xidmət haqqı tutulmuşdur. Texniki overdraft nəticəsindən artıq məbləğdə aparılan əməliyyat 9564,79 Rusiya rublu təşkil etmişdir. Cavabdeh Şamxalil müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Onun iddiaçı qarşısında maliyyə arayışında göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2ci maddəsinə əsasən, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən Cavabdeh borc verilən pul vəsaiti qaytarılmalı olan mülkiyyət kimi çıxış etdiyindən və borcun Rusiya rublu qaytarılması barədə tərəflər arasında yazılı şərt olmadığından, hazırda Cavabdeh tərəfindən iddiaçıya qaytarılmalı olan pul vəsaiti ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödənilməlidir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 6143.31 Rusiya rublu əsas, 3421.48 Rusiya rublu faiz, cəmi 9564.79 Rusiya Rublu ödəniş günü qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə, ödənilmiş dövlət rüsumuna görə 30 manat alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-230, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 6143.31 Rusiya rublu əsas, 3421.48 Rusiya rublu faiz, cəmi 9564.79 Rusiya Rublu ödəniş günü qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə, ödənilmiş dövlət rüsumuna görə 30 manat alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-2640/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2640/2023
25.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver