Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2680/2022 28.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı «özgəsinin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC Cavabdeh qarşı «özgəsinin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 124 ünvanda yerləşən qeyri-yaşyış sahəsinin 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci mərtəbəsində yerləşən LPO İddiaçı ASC-yə məxsus - 1. Stellaj dəmir 8 hissəli 9 ədəd x 200 AZN = 1800 AZN; 2. tumba 19 ədəd x 30 AZN = 570 AZN; 3. UPS UPSET 2 ədəd x 900 AZN = 1800 AZN; 4. UPS Kanina 1 ədəd x 1500 AZN = 1500 AZN; 5. Kassa otağı şüşəsi bron 2 ədəd x 150 AZN = 300 AZN; 6. kondisioner fujitsu 1 ədəd = 800 AZN; 7. kondisioner mitsubishi 2 ədəd x 350 AZN = 700 AZN; 8. kondisioner toshiba 3 ədəd x 350 AZN =1050 AZN; 9. Elektrik tənzimləyici Çətinkaya 1 ədəd = 2000 AZN; 10. seyf 1 ədəd x 500 AZN = 500 AZN; 11. seyf qapı 2ədəd x 500 AZN = 1000 AZN; 12. qapı dəmir barmaqlığı 2 ədəd x 120 AZN = 240 AZN; 13. sənəd dolabı üstü rəfli 13 ədəd x 80 AZN = 1040 AZN; 14. dolab divar içi sürgülü = 200 AZN; 15. Portret 2 ədəd x 50 AZN = 100 AZN; 16. turniket 2ədəd x 600 AZN =1200 AZN; 17. soyuducu 250 AZN; 18. sənəd dolabı 1 m 4 ədəd x 60 AZN = 240 AZN;
19. UPS kambina 2 ədəd x 750 AZN = 1500 AZN; 20. su dispenseri 100 AZN; 21. müdir otağı dəsti 800 AZN; 22. kreslo müdir 80 AZN; 23. dolab divar içi 2 ədəd x 350 AZN = 700 AZN; 24. geyim dolabı 3ədəd x 60 AZN =180 AZN; 25. yan dolab 140 AZN; 26. dolab sadə divar içi 2 ədəd x 60 AZN = 120 AZN; 27. dolab 80 AZN; 28. masa kassa otağı 5 ədəd x 100 AZN = 500 AZN; 29. polis masası 150 AZN; 30. müştəri qəbulu masası 12 ədəd x 100 AZN = 1200 AZN; 31. masa 3 ədəd x 80 AZN = 240 AZN; 32. masa 70 AZN;
33. jurnal masası 120 AZN; 34. kreslo 2 ədəd x 50 AZN =100 AZN; 35. kreslo 2 ədəd x 80 AZN =160 AZN; 36. şüşə arakəsmə 600 AZN; 37. mətbəx mebeli 2 dəst x 300 AZN = 600 AZN; 38. Q-Matic (12 ədəd tablo) 1500 AZN; 39. kassa pul ötürmə qabı 3 ədəd x 40 = 120 AZN; 40. siqnalizasiya paneli (6 ədəd) 200 AZN; 41. pul presləyən 1000 AZN; 42. DVR 600 AZN; 43. Prosessor Case 40 AZN; 44. Stellad 4 hissəli 150 AZN; 45. reseption masası 200 AZN; 46. jalüz 1.6 x 2 m 40 ədəd x 50 AZN = 2000 AZN; 47. kondisioner mitsubishi 21 ədəd x 350 AZN = 7350 AZN; 48. kondisioner EURO2 1 ədəd = 200 AZN;
49. kondisioner GREE 2 ədəd x 180 AZN = 360 AZN; 50. jalüz 0.6 x 2 m 21 ədəd x 30 = 630 AZN; 51. ara kəsmə sistemi aluminium 5 pm 2 ədəd x 300 AZN = 600 AZN; 52. ara kəsmə sürgülü 4.4 pm 2 ədəd x 500 AZN = 1000 AZN; 53. kondisioner fujitsu lədəd = 800 AZN; 54. kondisioner Samsung 1 ədəd = 250 AZN; 55. tavan kondisioneri 2 ədəd x 1200 AZN = 2400 AZN; 56. şüşə arakəsmə 3 ədəd x 600 AZN = 1800 AZN; 57. soyuducu indesit 295L 1 ədəd = 250 AZN; 58. mətbəx mebeli 2 p/m 3 ədəd x 150 AZN = 450 AZN;
59. mətbəx masası 3 ədəd x 20 AZN = 60 AZN; 60. sənəd dolabı 2.5 m 7 ədəd x 200 AZN = 1400 AZN; 61. sənəd dolabı 1.5 m 20 ədəd x 100 AZN = 2000 AZN; 62. tumba 21 ədəd x 30 AZN = 630 AZN; 63. kreslo göy 18 ədəd x 30 = 390 AZN; 64. işçi masası dəmir ayaqlı 35 ədəd x 140 AZN = 4900 AZN; 65. sənəd dolabı üstü rəfli 14 ədəd x 80 = 1120 AZN; 66. rack şkafı 3 ədəd x 400 AZN = 1200 AZN; 67. müdir masası sadə dəst 1 ədəd = 300 AZN; 68. işçi masası laminant sadə 2 nəfərlik 4 x 100 AZN = 400 AZN; 69. işçi masası laminant sadə 1 nəfərlik 4 x 60 AZN = 240 AZN; 70. kreslo ağ 32 ədəd x 40 AZN = 1080 AZN; 71. sənəd dolabı 2 m 1 ədəd = 180 AZN; 72. soyuducu hoffman 1 ədəd = 200 AZN;
73. tablo abstrakt çərçivəli 1 ədəd = 400 AZN; 74. switch catalyst 2960 3 ədəd x 500 AZN = 1500 AZN; 75. asılqan 3 ədəd x 20 AZN = 60 AZN; 76. soyuducu biryusa 1 ədəd = 180 AZN; 77. mətbəx masası 1 ədəd 40 AZN; 78. sənəd dolabı uzun 1 ədəd = 180 AZN; 79. müdir masası dəsti sadə 1 ədəd = 200 AZN; 80. soyuducu indesit 1 ədəd = 200 AZN; 81. sədr otağı dəsti 1 ədəd = 6000 AZN; 82. divan dəri 2 nəfərlik 2 ədəd x 250 AZN = 500 AZN; 83. seyf 1 ədəd = 350 AZN; 84. printer hp m281 1 ədəd = 600 AZN; 85. soyuducu Toshiba 1 ədəd = 250 AZN; 86. divan dəri 3 nəfərlik 1 ədəd = 600 AZN; 87. kresol iclas zalı 9 ədəd x 110 AZN = 990 AZN; 88. iclas zalı masası 1 ədəd = 800 AZN; 89. müdir dəsti 1 ədəd = 400 AZN; 90. müdir masası dəsti 1 ədəd = 150 AZN; 91. müdir masası 5 ədəd x 120 AZN = 600 AZN; 92. paltar dolabı 3 ədəd x 100 AZN = 300 AZN; 93. şüşəli dolab 1 ədəd x 120 AZN = 120 AZN olmaqla, ümumilikdə 93 çeşiddə, 425 sayda inventarların cavabdehdən alınaraq təhvil verilməsi, mövcud olmadıqda isə qiymətləndirmə rəyinə əsasən ümumilikdə onların dəyərini təşkil edən 75.250 (yetmiş beş min ik yüz əlli) manat pulun və iş üzrə ödənilmiş 315,75 (üç yüz on beş manat yetmiş beş qəpik) manat dövlət rüsumunun Cavabdeh alınaraq LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının xx.xx.2017-ci il tarixli, 04 №-li protokoluna əsasən, «X3 (CDB)» ASC-nin İddiaçı ASC-yə qoşulması şəklində İddiaçı ASC-nin yenidən təşkil edilməsi, «X3 (CDB)» ASC-nin fəaliyyətinə xitam verilməklə hüquq və vəzifələrinin (aktiv və öhdəliklərinin) yenidən təşkil olunan İddiaçı ASC-yə keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli çıxarışa əsasən İddiaçı ASC «X3 (CDB)» ASC-nin ona qoşulması nəticəsində yenidən təşkil edilmiş və həmin hüquqi şəxsin hüquqi varisidir. «X3 (CDB)» ASC ilə Cavabdeh arasında 25 yanvar 2017-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. İcarə Müqaviləsinin 4.7-ci bəndinə əsasən bu müqavilənin şərtlərinin dəyişdirilməsinə, ona əlavələr edilməsinə tərəflərin qarşılıqlı razılığı əsasında, yalnız yazılı formada tərtib edilməklə yol verilir. Bundan sonra tərəflər arasında 25 yanvar 2017-ci il tarixli «İcarə müqaviləsi»nə dəyişiklik edilməsi haqqında 14 aprel 2020-ci il tarixli «Razılaşma» imzalanmışdır. «Razılaşma»nın 3.1-ci bəndinə əsasən bu Müqavilə uzrə «İcarəçi» icarə obyektindən istifadəyə gorə «İcarəyə verən»ə ödəniləcək bütün vergilər də daxil olmaqla, hər ay 8.280 (səkkiz min iki yüz səksən) manat icarə haqqı ödəyir. «Razılaşma»ya əsasən xx.xx.2017-ci il tarixli «İcarə müqaviləsi»nə 8.10. bəndi əlavə edilərək, tərəflər razılaşırlar kı, ödəniləcək aylıq icarə haqqı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)-2803/2016 nömrəli Qətnaməsinin icrası üçün Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 14 aprel 2020-cı il tarixli Razılaşmaya əsasən İddiaçı ASC-yə ödənilməsinə yönəldilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 aprel 2020-ci il tarixli 2-3(103)-129/2020 saylı qərarı ilə İddiaçı ASC müflis elan edildiyindən banka Əmanətlərin Sığortalanması Fondu Ləğvedici təyin edilmişdir. Bu səbəbdən də icarəçi İddiaçı ASC ilə icarəyə verən Cavabdeh arasında bağlanan 25 yanvar 2017-ci il tarixli «İcarə müqaviləsi»nə və həmin icarə müqaviləsinə dəyişiklik edilməsi haqqında 14 aprel 2020-ci il tarixli «Razılaşma»ya müqavilənin 4.5-ci bəndinin tələbinə əsasən birtərəfli qaydada xitam verilmişdir. Müqavilənin 4.5-ci bəndinə əsasən İcarəçi İcarəyə verənə 30 (otuz) təqvim günü əvvəlcədən yazılı xəbərdarlıq verməklə bu Müqaviləyə birtərəfli qaydada xitam verə bilər. İcarə müqaviləsinə xitam verilməmişdən əvvəl Cavabdeh xx.xx.2020-ci il tarixli **********077 nömrəli məktubla, LPO İddiaçı ASC ilə bağlanan 25 yanvar 2017-ci il tarixli «İcarə müqaviləsi»nə və həmin icarə müqaviləsinə dəyişiklik edilməsi haqqında 14 aprel 2020-ci il tarixli «Razılaşma»ya 01 iyun 2020-ci il tarixdən etibarən xitam veriləcəyi bildirilmişdir. İcarə müqaviləsinə birtərəfli qaydada xitam verildikdən sonra Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 124 ünvanda yerləşən qeyri-yaşyış sahəsinin 1-ci, 2-ci, 3-cü, 4-cü və 5ci mərtəbəsində yerləşən LPO İddiaçı ASC-yə məxsus 93 çeşiddə, 425 sayda, ümumilikdə qiymətləndirmə rəyinə əsasən 75.250 (yetmiş beş min ik yüz əlli) manat qiymətləndirilmiş inventarlar 30 iyun 2020-ci il tarixli akt əsasında icarəyə verən Cavabdeh gələcəkdə dəyərini ödəməklə almaq təklifi əsasında ayrı-ayrılıqda barkodlanmaqla Cavabdeh saxlancında qalmışdır. İddiaçı tərəfindən dəfələrlə şifahi müraciət edilməsinə baxmayaraq cavabdeh Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 124 ünvanda yerləşən qeyri-yaşyış sahəsinin 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci mərtəbələrində yerləşən LPO İddiaçı ASC-yə məxsus 93 çeşiddə, 425 sayda inventarları geri təhvil verməmiş və yaxud onların dəyərini bu günə kimi Əmanətlərin Sığortalanması Fonduna ödəməmişdir. LPO İddiaçı ASC-yə məxsus 93 çeşiddə, 425 sayda inventarlar bu günə kimi qanunsuz olaraq cavabdehin sahibliyində qalmaqdadır. İcarə Müqavilənin 6.2-ci bəndinə əsasən tərəflərdən biri digər tərəfin əmlakına, istehsal və kommersiya maraqlarına ziyan vurarsa, zərər vurmuş tərəf digər tərəf qarşısında tam həcmdə maddi məsuliyyət daşıyır. Hesab edirlər ki, LPO İddiaçı ASC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus olan 93 çeşiddə 425 sayda inventarlar, mövcud olmadıqda isə onalrın dəyəri cavabdehdən alınaraq LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna təhvil verilməlidir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən etiraf etdi və izahatında bildirdi ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli 2(006)-4167/2020 saylı qərardadından və tərəflərin təsdiq etdikləri 27 mart 2013-cü il tarixli təhvil-təslim aktından görünür ki, 2 ədəd mətbəx otağı və orada olan mətbəx mebelləri, soyuducular 02 ədəd 1-ci mərtəbədə və zirzəmi hissəsinə aid, ümumi bina üzrə 6 komplekt mətbəx mebeli, kassa otağı, seyf 1-ci mərtəbədə 2 ədəd, yanğından mühafizə sistemi həm daxili, həm xarici bütün bina üzrə 6 komplekt, mərkəzləşdirilmiş təhlükəsizlik görüntülü kamera sistemi 1 komplekt, kameraların sayı 46 ədəd, zirzəmidə bunker vəsait saxlama otağı, 01 ədəd seyf, 24 ədəd kondisioner, depozit vəsaiti saxlanc otağı daxilində 01 ədəd seyf, generator 01 ədəd, zirzəmi və ikinci mərtəbədə işıq tənzimləyici 02 ədəd, UPS sistemi akkumulyator 2 komplekt zirzəmi və ikinci mərtəbədə, sözügedən binanın zirzəmi və müəyyən mərtəbələrində qalan ofis mebelleri onun mülkiyyətindədir. O vaxtilə - 27 mart 2013-cü il tarixli təhvil-təslim aktına əsasən həmin əşyaları iddiaçının istifadəsinə vermişdir. Məhkəmədən iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki, İddiaçı ASC-nin Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının xx.xx.2017-ci il tarixli, 04 №-li protokoluna əsasən, «X3 (CDB)» ASC-nin İddiaçı ASC-yə qoşulması şəklində İddiaçı ASC-nin yenidən təşkil edilməsi, «X3 (CDB)» ASC-nin fəaliyyətinə xitam verilməklə hüquq və vəzifələrinin (aktiv və öhdəliklərinin) yenidən təşkil olunan İddiaçı ASC-yə keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2017ci il tarixli çıxarışa əsasən İddiaçı ASC «X3 (CDB)» ASC-nin ona qoşulması nəticəsində yenidən təşkil edilmiş və həmin hüquqi şəxsin hüquqi varisidir. «X3 (CDB)» ASC ilə Cavabdeh arasında 25 yanvar 2017-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. İcarə Müqaviləsinin 4.7-ci bəndinə əsasən bu müqavilənin şərtlərinin dəyişdirilməsinə, ona əlavələr edilməsinə tərəflərin qarşılıqlı razılığı əsasında, yalnız yazılı formada tərtib edilməklə yol verilir. Bundan sonra tərəflər arasında 25 yanvar 2017-ci il tarixli «İcarə müqaviləsi»nə dəyişiklik edilməsi haqqında 14 aprel 2020-ci il tarixli «Razılaşma» imzalanmışdır. «Razılaşma»nın 3.1-ci bəndinə əsasən bu Müqavilə uzrə «İcarəçi» icarə obyektindən istifadəyə gorə «İcarəyə verən»ə ödəniləcək bütün vergilər də daxil olmaqla, hər ay 8.280 (səkkiz min iki yüz səksən) manat icarə haqqı ödəyir. «Razılaşma»ya əsasən xx.xx.2017-ci il tarixli «İcarə müqaviləsi»nə 8.10. bəndi əlavə edilərək, tərəflər razılaşırlar kı, ödəniləcək aylıq icarə haqqı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)-2803/2016 nömrəli Qətnaməsinin icrası üçün Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 14 aprel 2020-cı il tarixli Razılaşmaya əsasən İddiaçı ASC-yə ödənilməsinə yönəldilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 aprel 2020-ci il tarixli 2-3(103)-129/2020 saylı qərarı ilə İddiaçı ASC müflis elan edildiyindən banka Əmanətlərin Sığortalanması Fondu Ləğvedici təyin edilmişdir. Bu səbəbdən də icarəçi İddiaçı ASC ilə icarəyə verən Cavabdeh arasında bağlanan 25 yanvar 2017-ci il tarixli «İcarə müqaviləsi»nə və həmin icarə müqaviləsinə dəyişiklik edilməsi haqqında 14 aprel 2020-ci il tarixli «Razılaşma»ya müqavilənin 4.5-ci bəndinin tələbinə əsasən birtərəfli qaydada xitam verilmişdir. Müqavilənin 4.5-ci bəndinə əsasən İcarəçi İcarəyə verənə 30 (otuz) təqvim günü əvvəlcədən yazılı xəbərdarlıq verməklə bu Müqaviləyə birtərəfli qaydada xitam verə bilər. İcarə müqaviləsinə xitam verilməmişdən əvvəl Cavabdeh xx.xx.2020-ci il tarixli **********077 nömrəli məktubla, LPO İddiaçı ASC ilə bağlanan 25 yanvar 2017-ci il tarixli «İcarə müqaviləsi»nə və həmin icarə müqaviləsinə dəyişiklik edilməsi haqqında 14 aprel 2020-ci il tarixli «Razılaşma»ya 01 iyun 2020-ci il tarixdən etibarən xitam veriləcəyi bildirilmişdir. İddiaçı iddia tələbində qeyd edir ki, icarə müqaviləsinə birtərəfli qaydada xitam verildikdən sonra Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 124 ünvanda yerləşən qeyri-yaşyış sahəsinin 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci mərtəbəsində yerləşən LPO İddiaçı ASC-yə məxsus 93 çeşiddə, 425 sayda, ümumilikdə qiymətləndirmə rəyinə əsasən 75.250 (yetmiş beş min ik yüz əlli) manat qiymətləndirilmiş inventarlar 30 iyun 2020-ci il tarixli akt əsasında icarəyə verən Cavabdeh gələcəkdə dəyərini ödəməklə almaq təklifi əsasında ayrı-ayrılıqda barkodlanmaqla Cavabdeh saxlancında qalmışdır. İddiaçı tərəfindən dəfələrlə şifahi müraciət edilməsinə baxmayaraq cavabdeh Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 124 ünvanda yerləşən qeyri-yaşyış sahəsinin 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci mərtəbələrində yerləşən LPO İddiaçı ASC-yə məxsus 93 çeşiddə, 425 sayda inventarları geri təhvil verməmiş və yaxud onların dəyərini bu günə kimi Əmanətlərin Sığortalanması Fonduna ödəməmişdir. LPO İddiaçı ASC-yə məxsus 93 çeşiddə, 425 sayda inventarlar bu günə kimi qanunsuz olaraq cavabdehin sahibliyində qalmaqdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdehin məhkəməyə təqdim etdiyi sənədlərdən göründüyü kimi, iddiaçının iddia tələbində qeyd etdiyi 93 çeşiddə, 425 sayda inventarın hamısı iddiaçıya məxsus deyil, həmin inventarların bir hissəsi cavabdehə məxsusdur. Belə ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli 2(006)-4167/2020 saylı qərardadından və tərəflərin təsdiq etdikləri 27 mart 2013-cü il tarixli təhvil-təslim aktından görünür ki, 2 ədəd mətbəx otağı və orada olan mətbəx mebelləri, soyuducular 02 ədəd 1-ci mərtəbədə və zirzəmi hissəsinə aid, ümumi bina üzrə 6 komplekt mətbəx mebeli, kassa otağı, seyf 1-ci mərtəbədə 2 ədəd, yanğından mühafizə sistemi həm daxili, həm xarici bütün bina üzrə 6 komplekt, mərkəzləşdirilmiş təhlükəsizlik görüntülü kamera sistemi 1 komplekt, kameraların sayı 46 ədəd, zirzəmidə bunker vəsait saxlama otağı, 01 ədəd seyf, 24 ədəd kondisioner, depozit vəsaiti saxlanc otağı daxilində 01 ədəd seyf, generator 01 ədəd, zirzəmi və ikinci mərtəbədə işıq tənzimləyici 02 ədəd, UPS sistemi akkumulyator 2 komplekt zirzəmi və ikinci mərtəbədə, sözügedən binanın zirzəmi və müəyyən mərtəbələrində qalan ofis mebelleri cavabdehin mülkiyyətindədir (cavabdehə məxsusdur). Cavabdeh vaxtilə - 27 mart 2013-cü il tarixli təhvil-təslim aktına əsasən həmin əşyaları iddiaçının istifadəsinə vermişdir. Cavabdeh iddianı qismən etiraf edərək, digər əşyaların həqiqətən iddiaçıya məxsus olduğunu bildirir və iddianın qismən təmin edilməsini xahiş edir. İddiaçı yuxarıda qeyd olunan əşyalara münasibətdə mülkiyyət hüququnu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, əksinə, cavabdeh həm özünə məxsus olan əşyaların dairəsini, həm də iddiaçıya məxsus əşyaların dairəsini dəqiq göstərmiş, özünə məxsus olan əşyalara dair müvafiq sübutları məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi, iddiaçı 27 mart 2013-cü il tarixli təhvil-təslim aktında qeyd olunan əşyalar istisna edilməklə, iddia ərizəsində qeyd olunan digər əşyaları (cavabdehin qanunsuz sahibliyində olan) geri tələb etməkdə haqlıdır. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 315 manat 75 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, tərəflər arasında təsdiq edilmiş 27 mart 2013-cü il tarixli təhvil-təslim aktında qeyd edilən əşyalar çıxılmaq şərti ilə, iddia ərizəsində qeyd olunan digər əşyalar, həmin əşyalar mövcud olmadıqda isə dəyəri, Cavabdeh alınaraq LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilməlidir. İddianın qismən təmin edilməsi nəzərə alınaraq dövlət rüsumu 157 manat 85 qəpik hissəsində iddiaçıya, 157 manat 90 qəpik hissəsində cavabdehə aid edilsin. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, yuxarıda qeyd olunduğu kimi 27 mart 2013-cü il tarixli təhvil-təslim aktında qeyd edilən əşyalar iddiaçıya deyil, cavabdehə məxsusdur və iddiaçının həmin əşyaları cavabdehdən tələb etməyə subyektiv hüququ yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Tərəflər arasında təsdiq edilmiş 27 mart 2013-cü il tarixli təhvil-təslim aktında qeyd edilən əşyalar çıxılmaq şərti ilə, iddia ərizəsində qeyd olunan digər əşyalar, həmin əşyalar mövcud olmadıqda isə dəyəri, Cavabdeh alınaraq LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilsin. Dövlət rüsumu 157 manat 85 qəpik hissəsində iddiaçıya, 157 manat 90 qəpik hissəsində cavabdehə aid edilsin İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov