Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-2683/2023 19.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X2 oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 555,65 manat məbləğin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu məbləğinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən nümayəndəsi Nümayəndə məhkəmə hazırlıq iclasında iştirakı təmin edilməmiş, Nümayəndə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə təqdim edərək, mülki işə iştirakları olmadan baxılması və iddianın tam təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə hazırlıq iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, hazırki mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Cavabdeh (VÖEN: **********) xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyində vergi ödəyicisi kimi qeydiyyata alınmış (VÖEN statusu: fəaliyyətini müvəqqəti dayandırmış) və əsas fəaliyyət istiqamətini “geyimlərin pərakəndə satışı” təşkil edir. Məhkəmə burada qeyd etməyi zəruri hesab edir ki, vergi ödəyicisinin fəaliyyətini müvəqqəti dayandırması onun artıq fəaliyyət göstərmədiyi mənasına gəlmir, sadəcə fəaliyyətin müəyyən müddətə müvəqqəti olaraq dayandırılması və bir sıra dövlət orqanlarına bəyannamələrin (vergi, sosial və s. ilə əlaqədar hesabatlar) verilməməsi mənasına gəlir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi şəhadətnamədublikat və şəhadətnamə-dublikata əsasən vergi ödəyicisinin hesab açılması haqqında bildirişdən görünür ki, xx.xx.2018-ci il tarixdə vergi ödəyicisi (rəhbər) Cavabdeh (VÖEN: **********, əsas fəaliyyət növünün kodu: 47711) İddiaçı ASC-nin “Nizami” filialında cari hesab açmaq üçün şəhadətnamə-dublikat əldə etmiş, xx.xx.2018-ci il tarixdə ona AZ79RBTA******************** nömrəli cari hesab açılmışdır. Mülki işin materiallarında olan fərdi sahibkarların (fiziki şəxslərin) xx.xx.2018-ci il tarixli imza nümunələri vərəqəsindən görünür ki, hesabın sahibi fərdi sahibkar Cavabdehdur (VÖEN: **********). Mülki işin materiallarında olan xx.xx.2018-ci il tarixli ərizədən görünür ki, Cavabdeh İddiaçı ASC-dən cari hesabın açılmasını xahiş etmiş, hesabın açılması üçün aşağıdakı sənədləri və məlumatları təqdim etmişdir: şəxsiyyət vəsiqəsinin surəti, vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamə, vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikat, imza nümunəsi. Mülki işin materiallarında olan İddiaçı ASC (bank) ilə Cavabdeh (müştəri) arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 250***-******* nömrəli bank hesabı müqaviləsindən (hüquqi və sahibkar fiziki şəxslər üçün) görünür ki, bu müqaviləyə görə bank aşağıda göstərilən şərtlərlə müştəri üçün hesab açır, açılmış hesaba daxil olan pul vəsaitini qəbul edir və hesaba mədaxil edir, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirir, müştəri isə bu müqaviləyə (müqaviləyə 1 saylı Əlavə) uyğun olaraq komisyon haqları ödəyir. Əgər müştəri bankla müqavilə bağlamışsa, növbəti dəfə hesab açmaq istədikdə yeni müqavilə bağlanılmaya bilər və sonrakı münasibətlərə də bu müqavilənin müddəaları tətbiq edilir. Müştəri sahibkar fiziki şəxs kimi bu müqaviləni bağlamışsa və o, fiziki şəxs kimi müqavilə bağlamaq istədikdə yeni müqavilə bağlanılır. Bank müştərinin fəaliyyəti ilə bağlı müvafiq əməliyyatların aparılması üçün cari AZ79RBTA******************** manat bank hesabı açılır və hesab üzrə əməliyyatlar həmin valyuta ilə aparılır. Mülki işin materiallarında olan İddiaçı ASC (bank) ilə Cavabdeh (partnyor) (VÖEN: **********) arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 431 nömrəli müqavilədən görünür ki, bu müqaviləyə əsasən müvafiq qaydalara və səlahiyyətlərə malik olan Bank Partnyora səlahiyyət verir ki, Kartları mallara, işlərə və xidmətlərə ödəniş kimi qəbul etsin. X1 əməliyyatlar keçirmək üçün texniki imkanla təmin edir, Hesabların işlənib hazırlanması zamanı və Hesablaşma məlumatının Banka verilməsini həyata keçirir. Bank kartlardan istifadə etməklə keçirilən əməliyyatların məbləğini, komisyon haqları tutulmaqla, Partnyorun hesabına köçürülməsini həyata keçirir. Müqavilənin 10.1-ci bəndindən görünür ki, Cavabdeh faktiki ünvanı ünvan 1 kodu: **********-17001, terminalın seriya nömrəsi: 320-336-819) müdiridir. Mülki işin materiallarında olan xx.xx.2019-xx.xx.2019-cu il tarixləri əhatə edən xx.xx.2023cü il tarixli hesabdan çıxarışdan görünür ki, müştəri Cavabdeh (VÖEN: **********, Hesab nömrəsi: AZ89RBTA********************, Hesabın növü: POS-COCO XAQANİ-2) giriş qalığı 413.00 AZN, çıxış qalığı 24.00 AZN təşkil edir. Mülki işin materiallarında olan xx.xx.2020-xx.xx.2020-ci il tarixləri əhatə edən xx.xx.2023-cü il tarixli hesabdan çıxarışdan görünür ki, müştəri Cavabdeh (VÖEN: **********, Hesab nömrəsi: AZ89RBTA********************, Hesabın növü: POS-COCO XAQANİ-2) giriş qalığı 516.00 AZN, çıxış qalığı 0.00 AZN təşkil edir. Mülki işin materiallarında olan xx.xx.2020-xx.xx.2020-ci il tarixləri əhatə edən xx.xx.2023-cü il tarixli hesabdan çıxarışdan görünür ki, müştəri Cavabdeh (VÖEN: **********, Hesab nömrəsi: AZ89RBTA********************, Hesabın növü: POS-COCO XAQANİ-2) giriş qalığı 56.10 AZN, çıxış qalığı 387.65 AZN təşkil edir. Beləliklə, sənədlərin araşdırılması zamanı məhkəmə tərəfindən müəyyən edildi ki, hazırki iş üzrə iddiaçının təşkilati-hüquqi forması açıq səhmdar cəmiyyəti olmaqla, kommersiya hüquqi şəxsidir. Mülki qanunvericiliyə görə, kommersiya hüquqi şəxsləri həyata keçirdikləri fəaliyyətdən gəlir əldə etmək məqsədilə yaradılırlar. İş üzrə Cavabdeh (VÖEN: **********) isə müvafiq qaydada dövlət qeydiyyatına alınmış, vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə malik olan fərdi sahibkardır. Beləliklə, iş üzrə tərəflərin sahibkarlıq subyektləri olması işin mübahisəsiz halıdır. İddiaçı ilə cavabdeh arasında olan münasibətlərə gəldikdə isə iş materialları əsasında müəyyən edilir ki, cavabdeh fərdi sahibkar kimi fəaliyyət göstərməsi ilə əlaqədar iddiaçı bankda cari hesab açılması, hesab üzrə plastik kart və pos-terminal əldə edilməsi üçün iddiaçı ilə müqavilə münasibətlərinə daxil olmuşdur. İddiaçının cavabdehlə müqavilə bağlamasındakı məqsədi cavabdehə göstərdiyi xidmətlər üzrə müvafiq komisyon (xidmət) haqları əldə etmək, cavabdehin məqsədi isə VÖEN üzrə göstərdiyi fəaliyyətdən – qadın geyim mağazasında geyimlərin pərakəndə satışından müştərilərdən əldə etdiyi gəlirləri iddiaçı bankda olan cari hesabı üzrə qəbul etmək olmuşdur. Deməli, iki tərəf də müqavilə bağlayarkən gəlir əldə etmək niyyətində olmuşlar. Hazırki mübahisənin predmetinin əsassız varlanma (“overdraft” səbəbilə) olması tərəflərin subyekt tərkibi və aralarında olan münasibətlərin xarakteri nəzərə alındıqda mübahisənin ümumi məhkəmədə baxılmasına əsas hesab oluna bilməz. Belə ki, tərəflərin subyekt tərkibi vergi ödəyiciləri, aralarındakı münasibətlər isə kommersiya xarakterli münasibətlər olduğundan, məhkəmə hesab edir ki, bankın əsassız varlanma nəticəsində cavabdeh tərəfindən əldə edilmişləri geri qaytarma tələbinə Nəsimi Rayon Məhkəməsində deyil, aidiyyəti kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 1-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilərlə müəyyən edilir. Maddənin qeyd hissəsinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2-ci maddəsinə əsasən, kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə (Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında işlər üzrə icraat), habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 10 №-li Qərarının: 10-cu bəndində göstərilmişdir ki, 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. 11-ci bəndində göstərilmişdir ki, o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. 12-ci bəndində göstərilmişdir ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Göründüyü kimi, hazırki iş üzrə həm mübahisənin subyekt tərkibinin (tərəflər), həm onlar arasında olan münasibətlərin və həm də predmetin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması məhkəmə tərəfindən müəyyən edildiyindən, həmin məsələyə aidiyyəti kommersiya məhkəməsində baxılmalıdır. Mülki Prosessual Məcəllənin: 31.1-ci maddəsinin tələbinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.3-32.4, 32.7-ci maddələrinin tələblərinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Məhkəmə qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31-32-ci və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-2683/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-2683/2023
19.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver