Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2683/2025 13.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (üçüncü şəxs qismində X19 cəlb edilməklə) “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 “Əmək” və “Tam maddi məsuliyyət haqqında” müqavilə, vəzifə təlimatı üzrə öhdəliklərini icra etməməsi, Cavabdeh2 xx.xx.2022-ci il tarixli iltizamı icra etməməsi nəticəsində vurulmuş 54588 manat məbləğində ziyanın, həmçinin iddia qaldırılmaqla bağlı ödənilmiş 253.76 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq birdəfəlik qaydada ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əvvəllər fiziki şəxs kimi “Gold Line” mağazasında qızıl-zinət əşyalarının alış, satışını həyata keçirmişdir. xx.xx.2024-cü il tarixdə fiziki şəxs kimi öz fəaliyyətini dayandırmışdır. X5 həmin mağazada 2022-ci ilin sentyabr ayından əməliyyatçı-mühasib işləmişdir. “Gold Line” mağazalar şəbəkəsində alğısatqı aparılmasına dair kassa vərəqələri satıcıların imzaları ilə gündəlik olaraq Lalə Əliyevaya təqdim edilmiş, həmçinin alğı-satqı proseslərinin hamısı mağazanın "xxxx" şəkildə qeydiyyata almışdır. Lalə Əliyeva kompüterdə həmin alğı-satqının qeydiyyatını aparmışdır. Fiziki şəxs kimi fəaliyyət göstərdiyi zaman 13 aprel 2022-ci il tarixdə Cavabdeh1 əmək müqaviləsi əsasında satıcı-xəzinədar vəzifəsinə işə qəbul edilmiş və həmin tarixdə onunla aralarında tam maddi məsuliyyət haqqında müqavilə təsdiq ediləndən sonra, Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsi 32 ünvanında yerləşən “Gold Line” mağazasında vəzifəsinin icrasına başlamışdır. 2022-ci ilin may ayında Cavabdeh1 qızıl-ziynət əşyaları müvafiq təhvil-təslim aktları əsasında məsuliyyətinə verilmişdir. Cavabdeh1 ilə aralarında sonuncunun maddi məsul şəxs olması barədə müqavilə bağlanmışdır, əmək müqaviləsinə və vəzifə təlimatına əsasən satıcıxəzinədar Cavabdeh1 yuxarıda göstərilən ünvanda yerləşən mağazada sonuncuya təhvil verilmiş qızıl zinət-əşyaları müştərilərə nağd satmalı, satışdan əldə edilmiş pul vəsaitini xəzinəyə mədaxil etməli olmuşdur. xx.xx.2022-ci il tarixdə o, mağazada Ülviyyə Məmmədovanın məsuliyyətində olan qızıl-zinət əşyalarının yoxlanılması üçün işçi X2 tapşırıq verdiyinə görə, o, həmin tarixdə yoxlama aparmış, Cavabdeh1 məsulliyyətində olan qızıl-zinət əşyaları və satışdan əldə edilən pul vəsaitinin xəzinədə çatışmama faktı müəyyən edilmiş və bu haqda həmin tarixdə müvafiq akt tərtib edilmişdir. Mağazada xx.xx.2022-ci il tarixdə yoxlamanı keçirilərkən iştirak etməmişdir və bu səbəbə görə, həmin aktın həqiqəti əks etdirib etdimədiyini bilməmişdir. xx.xx.2022-ci il tarixdə işçi X3 o, mağazaya Ülviyyə Məmmədovanın məsuliyyətində olan qızıl-ziynət əşyalarının yoxlanılması üçün təkrar göndərmişdir. xx.xx.2022-ci il tarixdə X5 həmin mağazada yoxlama apardıqdan sonra bildirmişdir ki, mağazada qızıl-ziynət əşyaları və xəzinədə pul vəsaitləri çatışmır. xx.xx.2022-ci il tarixdə Lalə Əliyeva tərəfindən qızıl-zinət əşyalarının və xəzinədə pul vəsaitlərinin çatışmaması barədə akt tərtib edilmişdir. Belə ki, o və X21 Mamedova ilə birlikdə sonuncuya etibar olunmuş və məsuliyyətinə verilmiş 61 çeşiddə qızıl-zinət əşyalarının mağazada olmadığı müəyyən edilmişdir. Bununla bağlı təhvil-təslim aktı tərtib etmiş, çatışmayan qızıl-zinət əşyaların adları, çəkiləri, əyarları və dəyərləri qeyd edilmişdir. Təhvil təslim zamanı kod №-si 14619 olan, çəkisi 15,46 qram, 750 əyarlı 1623 (bir min altı yüz iyimi üç) manat dəyərində qolbaq, kod №-si 5299 olan, çəkisi 5,5 qram, 750 əyarlı, 495 (dörd yüz doxsan beş) manat dəyərində üzük, kod №-si 7239 olan, çəkisi 5,2 qram, 585 əyarlı, 416 (dörd yüz on altı) manat dəyərində üzük, kod №-si 8823 olan, çəkisi 7,4 qram, 750 əyarlı, 666 (altı yüz almış altı) manat dəyərində sırğa ilə kulon, kod №-si 10485 olan, çəkisi 4,65 qram, 585 əyarlı, 372 (üç yüz yetmiş iki) manat dəyərində sırğa, kod №-si 12264 olan, çəkisi 8,02 qram, 585 əyarlı, 642 (altı yüz qırx iki) manat dəyərində sırğa, kod №-si 12545 olan, çəkisi 12,31 qram, 585 əyarlı, 985 (doqquz yüz səksən beş) manat dəyərində sep, kod №-si 12738 olan, çəkisi 3,58 qram, 585 əyarlı, 286 (iki yüz səksən altı) manat dəyərində sep, kod №-si 14589 olan, çəkisi 8,95 qram, 585 əyarlı, 850 (səkkiz yüz əlli) manat dəyərində sırğa, kod №- sil5119 olan, çəkisi 9,2 qram, 585 əyarlı, 782 (yeddi yüz səksən iki) manat dəyərində komplekt, kod №-si 15346 olan, çəkisi 8,54 qram, 585 əyarlı, 683 (altı yüz səksən üç) manat dəyərində komplekt, kod №-si 15423 olan, çəkisi 5,22 qram, 585 əyarlı, 522 (beş yüz iyirmi iki) manat dəyərində üzük, kod №-si 15475 olan, çəkisi 5,59 qram, 750 əyarlı, 671 (altı yüz yetmiş bir) manat dəyərində qolbaq, kod №-si 15712 olan, çəkisi 3,58 qram, 585 əyarlı, 286 (iki yüz səksən altı) manat dəyərində kulon, kod №-si 15728 olan, çəkisi 8,01 qram, 585 əyarlı, 641 (altı yüz qırx bir) manat dəyərində qolbaq, kod №-si 15746 olan, çəkisi 3,55 qram, 585 əyarlı, 284 (iki yüz səksən dörd) manat dəyərində sep, kod №-si 15800 olan, çəkisi 2,66 qram, 750 əyarlı, 289 (iki yüz səksən doqquz) manat dəyərində üzük, kod №-si 15901 olan, çəkisi 6,43 qram, 585 əyarlı, 514 (beş yüz on dörd) manat dəyərində üzük, kod №-si 15977 olan, çəkisi 4,47 qram, 585 əyarlı, 358 (üç yüz əlli səkkiz) manat dəyərində sırğa, kod №-si 16071 olan, çəkisi 13,4 qram, 585 əyarlı, 1072 (bir min yetmiş iki) manat dəyərində qolbaq, kod №-si 16072 olan, çəkisi 9,14 qram, 585 əyarlı, 731 (yeddi yüz otuz bir) manat dəyərində qolbaq, kod №-si 16143 olan, çəkisi 4,8 qram, 585 əyarlı, 384 (üç yüz səksən dörd) manat dəyərində sep, kod №-si 16149 olan, çəkisi 3,89 qram, 585 əyarlı, 311 (üç yüz on bir) manat dəyərində sep, kod №-si 16865 olan, çəkisi 6,83 qram, 585 əyarlı, 546 (beş yüz qırx altı) manat üzük, kod №-si 17389 olan, çəkisi 16,3 qram, 585 əyarlı, 1386 (bir min üç yüz səksən altı) manat dəyərində komplekt, kod №-si 17393 olan, çəkisi 7,82 qram, 585 əyarlı, 665 (altı yüz altmış beş) manat dəyərində sırğa, kod №-si 17397 olan, çəkisi 10,51 qram, 585 əyarlı, 893 (səkkiz yüz doxsan üç) manat dəyərində qolbaq, kod №-si 17398 olan, çəkisi 11,96 qram, 585 əyarlı, 1017 (bir min on yeddi) manat dəyərində qolbağ, kod №-si 17403 olan, çəkisi 5,44 qram, 585 əyarlı, 462 (dörd yüz altmış iki) manat dəyərində sep, kod №-si 17433 olan, çəkisi8,47qram, 585 əyarlı, 720 (yeddi yüz iyirmi) manat dəyərində kulon, kod №-si 17469 olan, çəkisi 4,62 qram, 585 əyarlı, 393 (üç yüz doxsan üç) manat dəyərində sep, kod №-si 17471 olan, çəkisi 19,52 qram, 585 əyarlı, 1659 (bir min altı yüz əlli doqquz) manat dəyərində sep, kod №-si 17694 olan, çəkisi 9,22 qram, 585 əyarlı, 784 (yeddi yüz səksən dörd) manat dəyərində sep, kod №-si 17697 olan, çəkisi 5.44 qram, 585 əyarlı, 462 (dörd yüz altmış iki) manat dəyərində qolbaq, kod №-si 17817 olan, çəkisi 14,85 qram, 585 əyarlı, 1262 (bir min iki yüz altmış iki) manat dəyərində komplekt, kod №-si 16845 olan, çəkisi 5,18 qram, 585 əyarlı, 414 (dörd yüz on dörd) manat dəyərində sırğa, kod №-si 17688 olan, çəkisi 12,11 qram, 585 əyarlı, 1029 (bir min iyirmi doqquz) manat dəyərində sep, kod №-si 15944 olan, çəkisi 5,61 qram, 750 əyarlı, 505 (beş yüz beş) manat dəyərində üzük, kod №-si 16068 olan, çəkisi 4,74 qram, 750 əyarlı, 427 (dörd yüz iyirmi yeddi) manat dəyərində qolbağ, kod №-si 16086 olan, çəkisi 7,11 qram, 750 əyarlı, 640 (altı yüz qırx) manat dəyərində qolbaq, kod №=si 16137 olan, çəkisi 6,79 qram, 750 əyarlı, 611 (altı yüz on bir) manat dəyərində sep, kod №-si 16138 olan, çəkisi 14,07 qram, 750 əyarlı, 1266 (bir min iki yüz altmış altı) manat dəyərində sep, kod №-si 16269 olan, çəkisi 3,71 qram, 750 əyarlı, 334 (üç yüz otuz dörd) manat dəyərində sep, kod №-si 16274 olan, çəkisi 6,88 qram, 750 əyarlı, 619 (altı yüz on doqquz) manat dəyərində qolbaq, kod №-si 16825 olan, çəkisi 7,6 qram, 750 əyarlı, 684 (altı yüz səksən dörd) manat dəyərində sırğa, kod №-si 17476 olan, çəkisi 16,28 qram, 750 əyarlı, 1595 (bir beş yüz doxsan beş) manat dəyərində komplekt, kod №-si 17477 olan, çəkisi 5,78 qram, 750 əyarlı, 566 (beş yüz altmış altı) manat dəyərində qolbaq, kod №-si 17481 olan, çəkisi 6,38 qram, 750 əyarlı, 625 (altı yüz iyirmi beş) manat dəyərində sep , kod №-si 17482 olan, çəkisi 11,68 qram, 750 əyarlı, 1145 (bir min yüz qırx beş) manat dəyərində qolbaq, kod №-si 17483 olan, çəkisi 14,35 qram, 750 əyarlı, 1406 (bir min dörd yüz altı) manat dəyərində qolbaq, kod №-si 17484 olan, çəkisi 6,92 qram, 750 əyarlı, 678 (altı yüz yetmiş səkkiz) manat dəyərində kulon, kod №-si 17486 olan, çəkisi 7,2 qram, 750 əyarlı, 706 (yeddi yüz altı) manat dəyərində üzük, kod №-si 17489 olan, çəkisi 6 qram, 750 əyarlı, 588 (beş yüz səksən səkkiz) manat dəyərində sırğa, kod №-si 17732 olan, çəkisi 6,42 qram, 750 əyarlı, 629 (altı yüz iyirmi doqquz) manat dəyərində üzük, kod №-si 17735 olan, çəkisi 15,06 qram, 750 əyarlı, 1476 (bir min dörd yüz yetmiş altı) manat dəyərində sırğa, kod №-si 17739 olan, çəkisi 12,52 qram, 750 əyarlı, 1227 (bir min iki yüz iyirmi yeddi) manat dəyərində sep, kod №-si 17740 olan, çəkisi 5 qram, 750 əyarlı, 490 (dörd yüz doğsan) manat dəyərində sep, kod №-si 17742 olan, çəkisi 10 qram, 750 əyarlı, 980 (doqquz yüz səksən) manat dəyərində qolbaq, kod №-si 17820 olan, çəkisi 12,71 qram, 750 əyarlı, 1246 (bir min iki yüz qırx altı) manat dəyərində sırğa, kod №- si R.G 120763 olan, çəkisi 7,63 qram, 750 əyarlı, 687 (altı yüz səksən yeddi) manat dəyərində sırğa və kod №- si 17496 olan, çəkisi 4,23 qram, 916 əyarlı, 592 (beş yüz doxsan iki) manat dəyərində bir dəst sırğa (zinət əşyalar) mağazada olmadığı aşkar edilmişdir. Həmin qızıl-zinət əşyaların ümumi dəyəri 45278 (qırx beş min iki yüzyetmiş səkkiz) manat təşkil etmişdir. Bundan başqa, təhvil-təslim zamanı satıcı X6 ona məlumat verməyərək, kod № 13692 olan, çəkisi 25,55 qram, 750 əyarlı, 2309 manat dəyərində komplekti 2400 manata, kod № 17883 olan, çəkisi 13.8 qram, 585 əyarlı, 1173 manat dəyərində komplekti 1100 manata, kod № 17475 olan, çəkisi 26.58 qram, 750 əyarlı, 2605 manat dəyərində sepi 2500 manata, kod № 17485 olan, çəkisi 39.44 qram, 916 əyarlı, 5522 manat dəyərində sepi 3900 manata, kod № 17691 olan, çəkisi 24.44 qram, 585 əyarlı, 2077 manat dəyərində sepi 1950 manata, kod № 17733 olan, çəkisi 15,15 qram, 750 əyarlı, 1485 manat dəyərində qolbağı 1400 manata, kod № 16097 olan, çəkisi 16.77 qram, 750 əyarlı, 1509 manat dəyərində qolbağı 1500 manata, kod № 10041 olan, çəkisi 17.4 qram, 750 əyarlı, 1566 manat dəyərində komplekti 1560 manata və kod № 17488 olan, çəkisi 15.81 qram, 750 əyarlı, 1549 manat dəyərində komplekti sataraq ümumi dəyəri 19825 manatdan 10515 manat xəzinəyə mədaxil etsə də, 9310 (doqquz min üç yüz on) manatı xəzinəyə mədəxil etmədiyi müəyyən edilmişdir. Bu çatışmamazlıqla bağlı sorğu zamanı Cavabdeh1 səlahiyyətli nümayəndəsi Fəhri Hacıyevə bildirmişdir ki, mağazada çatışmayan qızılları Cavabdeh2 Bayraməli qızı adlı qadına satmış, lakin Bənövşə ona qızıl-ziynət əşyalarının pulunu verməmişdir. X10 Cavabdeh1 ixtiyarı olmadığı halda, qızıl-zinət əşyalarını nə üçün pul almadan satması barədə soruşduqda, Cavabdeh1 Bənövşəyə etibarı olduğu üçün özbaşına qızıl-ziynət əşyaları pul almadan satdığını bildirmişdir. Hətta həmin əşyaları pul almadan satdığını ona sübut etmək üçün Bənövşənin Ülviyyəyə yazdığı iltizamı təqdim etmişdir. Bundan sonra o, bu məsələyə aydınlıq gətirmək üçün nümayəndəsi Fəhri Hacıyevdən xahiş etmişdir. X17 Hümbətovanı dəvət etmiş, sorğu zamanı Cavabdeh2 Cavabdeh1 qızıl-ziynət əşyalarını pul ödəmən götürdüyünü etiraf etmiş, bir daha inam yaratmaq üçün yazılı iltizam tərtib və təsdiq edərək götürdüyü qızıl-zinət əşyalarının pulunu ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Bundan sonra, Cavabdeh1 qızıl-zinət əşyalarının kimə satması və ya verməsi ilə bağlı sorğu-sual etdikdə, Cavabdeh1 bildirmişdir ki, Cavabdeh2 çatışmayan qızıl-zinət əşyalarını pul almadan vermişdir. Cavabdeh1 həmin məbləğdə qızıl-zinət əşyalarının pul almadan Bənövşəyə verilməsinə dair onun razı olmayacağını bilərək bu qanunsuz hərəkətini qəsdən gizlətmişdir. O, Cavabdeh1 yuxarıda qeyd etdiyi məbləğdə qızıl-zinət əşyaların pul almadan Bənövşəyə verməsindən məlumatlı olmamışdır. Cavabdeh1 əmək müqaviləsi və vəzifə təlimatına əsasən maddi məsul şəxs olduğu üçün onun məsulliyyətində olan bütün qızıl-zinət əşyalarının başqa şəxsə satdığı halda tam pulu almadan vermək ixtiyarı yox idi və verə də bilməzdi. Keçirilən yoxlama nəticəsidə, satıcı-xəzinadar Cavabdeh1 Bənövşəyə icazəsi olmadan 45278 manat dəyərində qızıl-zinət əşyalarının pulunu almadan satmış, bundan başqa onun məsulliyyətində olan 9310 (doqquz min üç yüz on) manat nəğd pulun xəzinəyə mədəxil etmədiyinə görə, ümumi 54588 (əlli dörd min beş yüz səksən səkkiz) manat çatışmamazlıq müəyyən edilmişdir. Cavabdeh1 əmək müqaviləsi, vəzifə təlimatı və maddi məsul şəxs kimi öhdəliklərini, Cavabdeh2 isə iltizam üzrə öhdəliyi yerinə yetirməməklə ona 54588 manat ödəməlidirlər. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 maddəsinin “ç” bəndinə əsasən Cavabdeh1 əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2022-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh2 45278 manat dəyərində qızıl zinət əşyalarının dəyərini tam şəkildə ödəməyi barədə öhdəlik götürmüşdür. xx.xx.2025-ci il tarixdə Ağcəbədi 1 saylı mediasiya təşkilatına müraciət edilmiş, lakin Cavabdeh1 ilə mübahisəni həll etmək mümkün olmamışdır. Odur ki, hazırda pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 izahat verərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək iddianın rədd edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianın ona münasibətdə rədd edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında şahid qismində dindirilən X11 ifadəsində bildirdi ki, satıcının qızılları nisyə vermək hüququ olmamışdır. Ümumiyyətlə qızıl nisyə verilmir. Ülviyyə xanım bildirmişdir ki, qızılları Bənövşə xanıma verib və o da xırda-xırda qaytaracağını öhdəsinə götürmüşdür. İltizamı Bənövşə xanım özü yazıb imzalamışdır. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə tərəflər lazımi qaydada məlumatlandırılsalar da, tərəflər iştirak etməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Bu səbəbdən məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edərək qətnaməni elan etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki işin materiallarında olan: - Cavabdeh2 tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş iltizamdan görünür ki, Cavabdeh2 İddiaçı sahibkar olduğu “Gold Line” qızıl mağazasından satıcı Cavabdeh1 45278 manat dəyərində götürdüyü müxtəlif əyarlı qızıl-zinət əşyalarına görə yuxarıda qeyd edilən 45278 manatı xx.xx.2022-ci il tarixində tam şəkildə ödəyəcəkdir. Bu iltizamı vaxtında icra etməzsə, məsuliyyəti öz üzərinə götürür. - xx.xx.2022-ci il tarixli təhvil-təslim zamanı çatışmazlıqların müəyyən edilməsinə dair aktdan görünür ki, növbəti yoxlama zamanı satıcı Cavabdeh1 satış üçün təhvil verilmiş 19788 kod nömrəsi ilə qeydiyyatda olan, çəkisi 12.84 qram, 585 əyarlı 1091 manat dəyərində komplekt mağazada müəyyən olunmadığı üçün qeyd olunan komplektin satılıbsatılmaması ilə bağlı mağazanın xəzinəsi də yoxlanılmış və müəyyən olunmuşdur ki, həmin komplektin dəyəri mağazanın xəzinəsinə daxil edilməmişdir. Beləliklə də, mağazanın satıcısı Cavabdeh1 satmaq üçün sahibkar İddiaçı tərəfindən etibar edilmiş 19788 nömrəli kodla olan, çəkisi 12.84 qram, 585 əyarlı 1091 manat dəyərində komplekt mağazada müəyyən edilməmişdir. - Cavabdeh1 tərəfindən İddiaçı verilmiş izahatın məzmunundan görünür ki, hazırda “Gold Line” mağazasında satıcı işləyir. Qeyd etmək istəyir ki, müştəri kimi tanıdığı Cavabdeh2 2022-ci ilin avqust ayının 15-i və ya 16-sı tarixində ona yaxınlaşaraq xahiş etmişdir ki, ona nisyə qızıl-zinət əşyalarından versin ki, o da satıb mağazanın pulunu ödəsin. O, Cavabdeh2 tandığı üçün və əvvəllər bu kimi hallar aralarında olduğuna görə Bənövşənin bu təklifini qəbul etmiş, 5-6 gün ərzində 45278 manat dəyərində müxtəlif qızıl-zinət əşyalarını vermişdir. Bənövşə 45 gün müddətində tam şəkildə götürdüyü qızıl-zinət əşyalarının dəyərinin ödənilməsinə dair söz vermiş, lakin həmin müddət keçməsinə baxmayaraq götürdüyü qızıl-zinət əşyalarını qaytarmamış, nə də ki həmin əşyalarının dəyərini ödəməmişdir. Bu səbəbdən də, yoxlama zamanı 45278 manat çatışmazlıq yaranmışdır. Bildirmək istəyir ki, 9 adda müxtəlif əyarlı və çəkidə olan qızıl-zinət əşyalarını Cavabdeh2 satarkən, həmin satılmış qızıl-zinət əşyalarının müəyyən olunmuş qiyməti tam ödənilməmişdir. Bu səbəbə görə 9310 manat məbləğində pul vəsaiti mağazanın xəzinəsində çatışmazlıq yaranmışdır. - Bakı şəhəri Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X7 tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş cinayət işi başlamaq və icraata qəbul etmək haqqında qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilərək istintaq aparılması qərara alınmışdır. - Bakı şəhəri Səbail rayon Prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X9 tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərardan görünür ki, ********* nömrəli cinayət işinin materialları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsindən həmin məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilmişdir. - Bakı şəhəri Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X7 tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərardan görünür ki, X19 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır. - Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X8 tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş cinayət işi üzrə icraata xitam verilməsi barədə qərardan görünür ki, xx.xx.1967-ci il tarixdə Yevlax rayonu, Aşağı Qarxun kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvəllər məhkum olunmayan, Yevlax rayonu, Aşağı Qarxun kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan X12 əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi qərara alınmışdır. - İddiaçı (İşəgötürən) və Cavabdeh1 (İşçi) arasında xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsindən (kontraktından) görünür ki, “İşçi” Lombardda satıcı-xəzinədar vəzifəsinə (peşəsinə), işə qəbul (təyin) edilir, bu əmək müqaviləsi bağlanan gündən yaranmış əmək münasibətləri, tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydalarla və prinsiplərlə tənzimlənir. - İddiaçı (İşəgötürən) və Cavabdeh1 (İşçi) arasında xx.xx.2022-ci il tarixdə bağlanmış tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, “İşçi” rəhbərlik tərəfindən etibar edilmiş maddi sərvətin qorunub saxlanmasına, görüləcək işlərin layiqincə yerinə yetirilməsinə tam maddi məsuliyyət daşıyır və aşağıdakı vəzifələri yerinə yetirməyi öz üzərinə götürür – 1) öhdəsinə qoyulmuş vəzifələri layiqincə yerinə yetirməli, ona etibar edilmiş maddi sərvətləri qoruyub saxlamalı, eyni zamanda sahibkara heç bir səbəb üzündən ziyan vurmamalı və ziyankarlığa qarşı mübariz olmalıdır; 2) üzərinə götürdüyü maddi sərvətlərin təhlükəsizliyi barədə sahibkara vaxtlı-vaxtında məlumat verməli, təhlükə doğuran vəziyyət aşkar etdiyi halda onun səbəblərini aydınlaşdırmalıdır; 3) etibar edilmiş maddi sərvətlər, pul vəsaitləri və digər görüləcək işlərə dair diqqət uçotunu aparmalı, müəyyən edilmiş qaydalara əsasən hesabatlar tərtib edib lazımı yerlərə təqdim etməlidir; 4) ona etibar edilmiş maddi sərvətlərin inventarlaşdırılmasında iştirak etməlidir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 9/5224 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasına dair ekspert rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti 10 ünvanında “Mərkəzi Univermaq” ticarət mərkəzində yerləşən İddiaçı məxsus “Gold Line” adlı qızıl-zinət əşyalarının satışı mağazasında yaranmış çatışmazlıq 54588 (9310 + 45278) manat məbləğində müəyyən edilir. - xx.xx.2025-ci il tarixli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixdə İddiaçı məxsus mağazada “Qeyri-ərzaq malları üzrə satıcı, nəzarətçi-kassir” vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsinin qüvvədə olma müddəti xx.xx.2023-cü il tarixinədək müəyyən edilmişdir. - xx.xx.2023-cü il tarixli, 34K nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən görünür ki, “Mağaza” bölməsində “Satıcı-xəzinədar” vəzifəsində işləyən Cavabdeh1 ilə bağlanılmış xxxxxxx000600 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilməsi əmr edilmişdir. - xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə ilk olaraq onu qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki: Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa və ya qanuna zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan baş qa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh1 arasında əmək hüquq münasibətləri mövcud olmuş, xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən, Cavabdeh1 İddiaçı məxsus “Gold Line” mağazasında satıcı-xəzinədar vəzifəsinə işə qəbul edilmiş və işçi statusu əldə etməklə əmək fəaliyyətinə başlamışdır. Bundan əlavə, qeyd edilən tərəflər arasında həmin tarixdə tam maddi məsuliyyət haqqında müqavilə bağlanmış, işçi rəhbərlik tərəfindən etibar edilmiş maddi sərvətin qorunub saxlanmasına, görüləcək işlərin layiqincə yerinə yetirilməsinə tam maddi məsuliyyət daşımasına dair öhdəliyi öz üzərinə götürmüşdür. Əmək müqaviləsi üzrə müəyyən olunmuş öhdəliklər işçi tərəfindən yerinə yetirilmədiyi üçün xx.xx.2023-cü il tarixdə Cavabdeh1 əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Cavabdeh1 İddiaçı məxsus “Gold Line” mağazasında satıcıxəzinədar vəzifəsində çalışdığı dövrdə müxtəlif əyarda və çəkidə qızıl-zinət əşyalarını həmin əşyaların nisyə satışının həyata keçirilməsi məqsədilə iş üzrə digər Cavabdeh2 təhvil vermiş və bu barədə öz adından iddiaçıya izahat vermişdir. Bununla da, Cavabdeh1 ilə iş üzrə digər Cavabdeh2 arasında forma və məzmununa görə nisyə alğı-satqı müqaviləsinin elementlərini özündə əks etdirən ikitərəfli şifahi əqdin bağlanması öz təsdiqini tapmış, həmçinin bu müqavilə münasibətləri mütəmadi və davamlı xarakter daşımışdır. Cavabdeh1 İddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinə, eləcə də satıcı-xəzinədarın vəzifə təlimatına uyğun olaraq işəgötürənin bilavasitə nəzarəti və tabeliyi altında sonuncuya məxsus qızıl-zinət əşyalarının satışını həyata keçirsə də, bu satış işəgötürənə zərər vurulması ilə nəticələnmiş, əmək müqaviləsi və satıcı-xəzinədarın vəzifə təlimatında nəzərdə tutulmuş müddəaların tələbləri cavabdeh tərəfindən yerinə yetirilməmişdir. İşin yuxarıda qeyd edilən halı iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qərarın müəyyən epizodları ilə də müəyyən edilir. Belə ki, “...cinayət işi üzrə şahid qismində dindirilmiş Cavabdeh1 ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin fevral ayından İddiaçı məxsus “Gold Line” mağazalar şəbəkəsində satıcı kimi işləməyə başlamışdır. “Gold Line” mağazalar şəbəkəsi qızıl-zinət əşyalarının alğı-satqısı ilə məşğul olur. O, 13 aprel 2022-ci il tarixdə “Gold Line” mağazalar şəbəkəsinin ünvan 4 ünvanda yerləşən “Gold Line MUM” mağazasında müqavilə əsasında satıcı-xəzinədar işləyir. Həmin mağazada olndan başqa satıcı işləməmişdir. “Gold Line MUM” mağazalar şəbəkəsində alğı-satqı aparılmasına dair kassa vərəqələri satıcıların imzaları ilə gündəlik olaraq Lalə xanıma təqdim edilir, həmçinin alğı-satqı proseslərinin hamısı mağazanın "xxxx" şəkildə qeydiyyata alınmışdır. Şirkət rəhbərliyi tərəfindən MMC-nin digər filliallarında işləyən satıcılara tanıdıqları və etibar etdikləri şəxslərə qızıl-zinət əşyalarını nisyə satmağa icazə verilmişdir. Rəhbərlik tərəfindən nisyə satış üçün 5000 manat məbləğində qızıl-zinət əşyalarını satmağa limit qoyulmuşdur. O, Cavabdeh2 2022-ci ilin aprel ayından tanıyır. Cavabdeh2 onun işlədiyi mağazadan ilk dəfə 300 manatlıq qızıl qolbağı nisyə almışdır. Cavabdeh2 həmin qolbaq üçün ona 200 manat ödəniş etmiş, 2 gündən sonra isə 100 manat pulu yenidən ödəniş etmişdir. Daha sonra Cavabdeh2 ona nisyə olaraq qızıl-zinət əşyalarını satmağı təklif etmişdir. O, Cavabdeh2 təklifi ilə razılaşmış və bir müddət Cavabdeh2 nisyə olaraq qızılzinət əşyalarını satmışdır. Həmin qızıl-zinət əşyalarının pulunu Cavabdeh2 vaxtlı-vaxtında hissə-hissə ona ödəmişdir. Həmin 16390 manat məbləğində olan qızıl-zinət əşyasının pulunu ona ödəməmişdir. 2022-ci ilin avqust ayının əvvələrində onun satıcı işlədiyi mağazaya yoxlama gələcəyinə görə o, Cavabdeh2 ona qaytarmalı olduğu 16390 manat məbləğində pul vəsaitini bibisi qızından borc olaraq almış və Cavabdeh2 “Gold Line” mağazasına olan borcunu bağlamışdır. 2022-ci ilin avqust ayında Lalə Əliyeva onun işlədiyi mağazada yoxlama işləri aparan zaman heç bir çatışmazlıq aşkar etməmişdir. Həmin yoxlama zamanı nisyə olaraq satmış olduğu 9310 manat məbləğində qızıl-zinət əşyalarından rəhbərliyin xəbəri olduğundan çatışmazlıq kimi nəzərə alınmamışdır. Həmin yoxlama bitdikdən sonra o, təxminən 13-14 avqust 2022-ci il tarixdə Cavabdeh2 ümumi dəyəri 45278 manat təşkil edən qızıl-zinət əşyaları nisyə olaraq satmışdır. Cavabdeh2 həmin qızıl-zinət əşyalarının pulunu 1 ay müddətində ona qaytarmağı öz öhdəsinə götürmüşdür. 2022-ci ilin sentyabr ayında Cavabdeh2 ondan almış olduğu qızıl-zinət əşyalarının pulunu ödəmədiyinə görə o, ona istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək müdiriyyətin onun yerini dəyişdirəcəyini və almış olduğu qızılların pulunu təcili ödəməsini ondan tələb etmişdir. Görüş zamanı Cavabdeh2 ondan almış olduğu dəyəri 45278 manat təşkil edən qızıl-zinət əşyalarını 10 gün ərzində pulunu ona ödəyəcəyini bildirmiş və ən pis halda 1 ay müddətində qaytaracağı barədə iltizam yazaraq ona vermişdir. O, bu barədə Lalə Əliyevaya məlumat vermişdir. O, Lalə Əliyevaya 45278 manat dəyərində qızıl-zinət əşyalarını tanıdığı Cavabdeh2 satdığını və 10 gün müddətində həmin qızıl-zinət əşyalarının pullarını ona geri qaytaracağını bildirmişdir. Lalə isə ona 45278 manat təşkil edən qızıl-zinət əşyalarını hansı ağılla nisyə satmağı barədə irad tutmuş və ondan Bənövşənin həmin malları neçşə günə ona qaytara biləcəyini soruşmuşdur. O isə Laləyə 10 gün müddətində Bənövşənin pulu geri qaytaracağını bildirmişdir. Lalə Əliyeva isə əgər Bənövşə həmin qızıl-zinət əşyalarının pulunu 10 gün ərzində geri qaytaracaqsa, bu barədə müdiriyyətə xəbər verməməyini, qaytardıqdan sonra isə sistemə pərakəndə satış yazaraq nisyə satmış olduğu qızıl-zinət əşyalarını silməsini bildirmişdir. 10 gün keçdikdən sonra Lalə Əliyeva onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək Cavabdeh2 qızıl-zinət əşyalarının pulunu ödəyib-ödəməməsi barədə ondan soruşmuş, o isə Bənövşənin qızıl-zinət əşyalarının pulunu geri qaytarmadığını bildirmişdir. Lalə isə ona artıq bu barədə rəhbərliyə məlumat verəcəyini bildirmişdir...” Qeyd edilən epizodla müəyyən olunur ki, cinayət işi üzrə şahid qismində dindirilmiş hazırkı iş üzrə cavabdeh işlədiyi “Gold Line” mağazasında yerləşən qızıl-zinət əşyalarını iş üzrə digər Cavabdeh2 mülkiyyətinə verməyi, sonuncu isə öz növbəsində aldığı əşyalara görə ödəniş etməyi öz öhdəsinə götürmüşdür. İddiaçıya məxsus mağazada cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində olmayan qızıl-zinət əşyalarının dəqiq siyahısının müəyyən edilməsi məqsədilə akt tərtib edilmiş və həmin akta əsasən adları iddia ərizəsində də qeyd edilən 61 çeşiddə ümumi dəyəri 45278 manat məbləğində olan qızıl-zinət əşyalarının mövcud olmadığı aşkar edilmişdir. Bundan başqa, təhvil-təslim zamanı mağazanın sisteminə "xxxx" qaydada işlənilmiş və rəhbərliyin məlumatı olmaqla Cavabdeh1 tərəfindən nisyə satılmış, eləcə də avqust ayında şirkət tərəfindən yoxlama keçirilən zaman çatışmazlıq kimi sayılmayan kod № 13692 olan, çəkisi 25,55 qram, 750 əyarlı, 2309 manat dəyərində komplekti 2400 manata, kod № 17883 olan, çəkisi 13.8 qram, 585 əyarlı, 1173 manat dəyərində komplekti 1100 manata, kod № 17475 olan, çəkisi 26.58 qram, 750 əyarlı, 2605 manat dəyərində sepi 2500 manata, kod № 17485 olan, çəkisi 39.44 qram, 916 əyarlı, 5522 manat dəyərində sepi 3900 manata, kod № 17691 olan, çəkisi 24.44 qram, 585 əyarlı, 2077 manat dəyərində sepi 1950 manata, kod № 17733 olan, çəkisi 15,15 qram, 750 əyarlı, 1485 manat dəyərində qolbağı 1400 manata, kod № 16097 olan, çəkisi 16.77 qram, 750 əyarlı, 1509 manat dəyərində qolbağı 1500 manata, kod № 10041 olan, çəkisi 17.4 qram, 750 əyarlı, 1566 manat dəyərində komplekti 1560 manata və kod № 17488 olan, çəkisi 15.81 qram, 750 əyarlı, 1549 manat dəyərində komplekti sataraq ümumi dəyəri 19825 manatdan 10515 manat xəzinəyə mədaxil etsə də, 9310 manatı xəzinəyə mədəxil etmədiyindən qızıl-zinət əşyalarının çatışmazlığı da ortaya çıxarılmışdır. Yuxarıda qeyd edilən qərarın digər bir epizodundan aydın olur ki, “...Cavabdeh1 bundan sonra Lalə Əliyevaya ümumilikdə 54588 manat məbləğində olan qızıl-zinət əşyalarının hamısını Cavabdeh2 nisyə olaraq satdığını bildirmişdir...”. Satıcı-xəzinədarın vəzifə təlimatının “Məsuliyyət” adlanan yarımbölməsinin 4.1-ci bəndinə əsasən, satıcı-xəzinədar mağazadakı zərgər məmulatlarının qorunub saxlanılmasına maddi məsuliyyət daşıyır. Satıcı-xəzinədar qüvvədə olan qanunvericiliyə, daxili təlimat, normativ və digər sənədlər çərçivəsində rəhbərliyin maraqlarına zidd olaraq onun əmlak və vəsaitlərini şəxsi maraqları üçün istifadə edilməsinə görə də məsuliyyət daşıyır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191.1-ci maddəsinə əsasən, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Odur ki, hazırkı iş üzrə Cavabdeh1 əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi, işçini bilavasitə onun tərəfindən yol verilmiş təqsirli hərəkətlər nəticəsində iddiaçıya vurulmuş zərərin əvəzinin ödənilməsi vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinin 1-ci hissəsinə əsasən, işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda. Göründüyü kimi, qüvvədə olan əmək qanunvericiliyi işçinin işəgötürənə vurduğu zərərin əvəzinin ödənilməsini şərtlərindən əsaslardan biri kimi bilavasitə onunla işəgötürən arasında tam maddi məsuliyyət haqqında yazılı müqavilənin mövcudluğundan asılı etmişdir. Baxılan iş üzrə tam maddi məsuliyyət haqqında müqavilənin mövcudluğu, həmin müqavilə üzrə işçi tərəfindən öz üzərinə götürülmüş öhdəliklər və işin faktiki halları vurulmuş zərərin əvəzinin birbaşa işçidən tutulmalı olmasını şərtləndirir. Məhkəmə onu da qeyd edir ki, iş üzrə ikinci Cavabdeh2 yuxarıda göstərilən qızıl-zinət əşyalarının pulunu sonradan ödəyəcəyini yazılı şəkildə öhdəsinə götürmüş, lakin bu öhdəliyini yerinə yetirməmişdir. Bununla belə, məhkəmə hesab edir ki, Cavabdeh2 bu hərəkətləri ilə bağlı birbaşa hüquqi münasibət iddiaçı ilə deyil, onunla əmək münasibətində olan Cavabdeh1 ilə yaranmışdır. İddiaçı ilə Cavabdeh2 arasında nə əmək, nə də mülki öhdəlik münasibətləri mövcuddur. Cavabdeh2 yazılı iltizam verməsi faktı onun birbaşa iddiaçı qarşısında məsuliyyətini təsbit etmir, çünki həmin öhdəlik iddiaçının iştirakı olmadan və onunla müqavilə münasibəti yaranmadan tərtib edilmişdir. Bu baxımdan, mağazada müəyyən edilmiş çatışmazlıq və maddi zərərin yaranmasına baxmayaraq, işəgötürən qarşısında məsuliyyət daşıyan şəxs yalnız maddi məsul şəxs kimi çalışan Cavabdeh1dır. Zərər iddiaçının onunla bağladığı müqavilə əsasında yaranmış münasibətlər çərçivəsində meydana çıxmış, işçinin iş funksiyasını pozması nəticəsində formalaşmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya dəymiş zərərin əvəzinin ödənilməsi tələbi yalnız Cavabdeh1 qarşı irəli sürülə bilər. Cavabdeh2 hərəkətləri nəticəsində zərər faktiki olaraq baş vermiş olsa da, bu şəxs işəgötürən qarşısında deyil, yalnız Cavabdeh1 qarşısında məsuliyyət daşıyır. Məhkəmənin qənaətinə görə, Cavabdeh1 öz vəzifə öhdəliklərini və maddi məsul şəxs kimi etibar edilmiş əmlaka nəzarət borcunu pozaraq zərərin yaranmasına səbəb olmuşdur və buna görə də vurulmuş zərərin əvəzini iddiaçıya məhz o ödəməlidir. Lakin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh1 zərəri ödədikdən sonra həmin məbləği Cavabdeh2 geri tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, dövlət rüsumunun əvəzi olaraq 253.76 manat məbləğində pul Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 54.588 manat məbləğində pul vəsaiti və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 253.76 manat məbləğində dövlət rüsumu, 54.841,76 (əlli dörd min səkkiz yüz qırx bir manat, yetmiş altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 maddi zərərə görə 54.588 manat məbləğində pul, həmçinin dövlət rüsumu olaraq ödənilmiş 253.76 manat, ümumilikdə 54.841,76 (əlli dörd min səkkiz yüz qırx bir manat, yetmiş altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-2683/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2683/2025
13.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver