Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2706/2022 08.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov İlham Məmməd oğlunun sədrliyi, Nağıyev Vüqar Güloğlan oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı "*** Bank Olmayan Kredit Təşkilatı" Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh A.S.A. oğluna qarşı "kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "*** Bank Olmayan Kredit Təşkilatı" Qapalı Səhmdar Cəmiyyəti cavabdeh A.S.A. oğluna qarşı "kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı “*** BOKT” QSC ilə cavabdeh A.S.A. oğlu arasında bağlanmış 25.08.2021-ci il tarixli, 001/KM/801/5200444/240821 nömrəli kredit müqavilələsinə əsasən borcluya 36 (otuz altı) ay müddətinə illik 15 % dərəcəsi olmaqla 7000 (yeddi min) manat məbləğində kredit verilmişdir (kredit müqaviləsinin 2-ci bəndi). Kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilməli idi. Lakin borclu A.S.A. oğlu üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də borclu A.S.A. oğlu müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. A.S.A. oğlu ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmışdır, lakin danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor “*** BOKT” QSC öz tələbinin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Cavabdeh A.S.A. oğlunun 19 aprel 2022-ci il tarixli arayışa əsasən “*** BOKT” QSC-yə olan borcunun məbləği əsas məbləğ üzrə 6373,26 (altı min üç yüz yetmiş üç manat iyirmi altı qəpik) manat, faiz üzrə 350,31 (üç yüz əlli manat, otuz bir qəpik) manat, cərimə üzrə 10,03 (on manat üç qəpik) manat olmaqla ümumilikdə 6733,60 (altı min yeddi yüz otuz üç manat,altmış qəpik) manat təşkil edir. Göstərilənlərə əsasən İddiaçı “*** BOKT” QSC ilə cavabdeh A.S.A. oğlu arasında bağlanmış 25.08.2021-ci il tarixli, 001/KM/801/5200444/240821 nömrəli kredit müqaviləsinə əsasən A.S.A. oğlundan əsas məbləğ üzrə 6373,26 (altı min üç yüz yetmiş üç manat iyirmi altı qəpik) manat, faiz üzrə 350,31 (üç yüz əlli manat, otuz bir qəpik) manat, cərimə üzrə 10,03 (on manat üç qəpik) manat olmaqla ümumilikdə 6733,60 (altı min yeddi yüz otuz üç manat, altmış qəpik) manat həmçinin dövlət rüsumu olaraq ödənilmiş 88 (səksən səkkiz) manat məbləğində vəsaitin tutularaq “*** BOKT” QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı «*** BOKT” QSC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh A.S.A. oğlu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 185.5-ci maddəsinə əsasən işə cavabdeh A.S.A. oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, «*** BOKT” QSC ilə cavabdeh A.S.A. oğlu arasında bağlanmış 25.08.2021-ci il tarixli, 001/KM/801/5200444/240821 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 36 (otuz altı) ay müddətinə illik 15 % dərəcəsi olmaqla 7000 (yeddi min) manat məbləğində kredit verilmişdir. «*** BOKT” QSC tərəfindən verilmiş 17.11.2021-ci il tarixli maliyyə arayışından görünür ki, A.S.A. oğlunun 25.08.2021-ci il tarixli, 001/KM/801/5200444/240821 saylı kredit müqaviləsi üzrə 19.04.2022-ci il tarixə əsas borcu 6373,26 (altı min üç yüz yetmiş üç manat iyirmi altı qəpik) manat, faiz borcu 350,31 (üç yüzəlli manat, otuz bir qəpik) manat, cərimə borcu 10,03 (on manat üç qəpik) manat olmaqla cəmi borcu 6733,60 (altı min yeddi yüz otuz üç manat, altmış qəpik) manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, «*** BOKT” QSC ilə cavabdeh A.S.A. oğlu arasında bağlanmış 25.08.2021-ci il tarixli, 001/KM/801/5200444/240821 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən A.S.A. oğluna 36 (otuz altı) ay müddətinə illik 15 % dərəcəsi olmaqla 7000 (yeddi min) manat məbləğində kredit verilmiş, cavabdeh üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun banka 6373,26 (altı min üç yüz yetmiş üç manat iyirmi altı qəpik) manat əsas borc, 350,31 (üç yüzəlli manat, otuz bir qəpik) manat faiz borcu, 10,03 (on manat üç qəpik) manat cərimə borcu olmaqla cəmi 6733,60 (altı min yeddi yüz otuz üç manat, altmış qəpik) manat borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki Məcəllənin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı 25.08.2021-ci il tarixli, 001/KM/801/5200444/240821 saylı kredit müqaviləsi üzrə dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir. Əsas borc və cərimə borcunun nisbəti nəzərə alınmaqla 10,03 (on manat üç qəpik) manat məbləğində dəbbə pulunun tutulması ədalətlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh A.S.A. oğlundan 25.08.2021-ci il tarixli, 001/KM/801/5200444/240821 nömrəli kredit müqaviləsinə əsasən əsas məbləğ üzrə 6373,26 (altı min üç yüz yetmiş üç manat iyirmi altı qəpik) manat, faiz üzrə 350,31 (üç yüz əlli manat, otuz bir qəpik) manat, cərimə üzrə 10,03 (on manat üç qəpik) manat və 88 (səksən səkkiz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 6821,60 (altı min səkkiz yüz iyirmi bir manat altmış qəpik) manat məbləğində pul tutularaq iddiaçı «*** BOKT” QSC-yə verilməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh A.S.A. oğlundan 25.08.2021-ci il tarixli, 001/KM/801/5200444/240821 nömrəli kredit müqaviləsinə əsasən əsas məbləğ üzrə 6373,26 (altı min üç yüz yetmiş üç manat iyirmi altı qəpik) manat, faiz üzrə 350,31 (üç yüz əlli manat, otuz bir qəpik) manat, cərimə üzrə 10,03 (on manat üç qəpik) manat və 88 (səksən səkkiz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 6821,60 (altı min səkkiz yüz iyirmi bir manat altmış qəpik) manat məbləğində pul tutularaq iddiaçı «*** BOKT” QSC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlham Cəfərov
Məhkəmə qərarları › İş №e-2(006)-2706/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2706/2022
08.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver