Məhkəmə qərarları › İş №e-2(006)-2712/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2712/2024

23.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2712/2024 23.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abbasov Nail İbad oğlu İddiaçı ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 240.03 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixində, 060HKEF21000117 nömrəli “Bank hesabı (Fiziki şəxsin cari hesabı), fərdi müştərilər üçün internet və mobil bankçılıq xidməti, debet kartın verilməsi və istifadəsi haqqında qarışıq müqaviləsi (bundan sonra “Müqavilə”) imzalanmışdır. “Müqavilə”yə əsasən, Bank cavabdehə ******* nömrəli kod təyin edərək və həmin koda bağlı AZN valyutalı Bank hesabı açmışdır. Bundan sonra cavabdeh Bank tərəfindən ona verilmiş “Kart” vasitəsi ilə hesab üzrə əməliyyat aparmışdır. Cavabdeh ona açılmış AZ41TCZB******************** nömrəli bank hesabına bağlı 1208 (son 4 rəqəmi) nömrəli kartı ilə xx.xx.2021-ci il tarixində kassa əməliyyatı zamanı nağdlaşdırma aparılarkən limitdən artıq vəsait nağdlaşdırmış, bu səbəbdəndə kart üzrə 240 manat həcmində Banka borcu yaranmışdır. Bu borcun yaranma səbəbləri barədə cavabdehə rəsmi qaydada xx.xx.2023-cü il tarixində bildiriş göndərilmiş və həmin vəsaiti Banka ödənilməsi tələb olunmuşdur. Lakin, cavabdeh borcu ödəməkdən yayınmışdır (cavabdehin kart vasitəsilə limitdən artıq istifadə etməsi iş materiallarında olan hesabdan çıxarışda öz əksini tapmışdır). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, poçt vasitəsi ilə verilmiş zərf çatdırılmadan rabitə orqanı tərəfindən geri qaytarılmışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 060HKEF21000117 saylı “Bank hesabı (Fiziki şəxsin cari hesabı), fərdi müştərilər üçün internet və mobil bankçılıq xidməti, debet kartın verilməsi və istifadəsi haqqında qarışıq müqavilə”sindən görünür ki, həmin müqavilə bank hesabının, fərdi müştərilə üçün internet bankçılıq xidməti haqında müqavilələrin müvafiq hissələrindəki maddələr/müddəalarla tənzimlənməsi haqqında bağlanmışdır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 060HKEF21000120 saylı “Debet kartın verilməsi və istifadəsi üzrə” müqavilədən görünür ki, həmin müqavilə Bank tərəfindən buraxılmış debet kartının Müştəriyə verilməsi, Müştəri tərəfindən isə kart vasitəsi ilə malların, iş və xidmətlər üzrə ödənişlərin yerinə yetirilməsi, valyuta mübadiləsinin artırılması, nağd pul vəsaitinin əldə edilməsi, nağdsız formada öz hesabından vəsaitin başqa hesaba köçürülməsi, habelə qanunvericiliklə qadağan olunmayan digər əməliyyatların həyata keçirilməsi barədə öhdəliklərin icrası haqqında bağlanmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh 240.03 manat borcu vardır. İş materiallarında olan bildirişin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehdən borcun ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə qanunlara uyğun tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi üçün 30 manat dövlət rüsumu ödənilmişdir. İş materialları ilə müəyyən edildi ki, borclu müqavilələr ilə üzərinə götürdüyü öhdəlikləri lazimi qaydada icra etməmişdir. Onun iddiaçı qarşısında maliyyə arayışından göstərilən məbləğlərində icra edilməmiş pul öhdəliyi vardır. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar isə borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 439, 442, 448, 739-cu maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Həmin Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 240.03 manat, həmçinin ödənilmiş dövlət rüsumuna görə 30 manat alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 240.03 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar